ßËÈ ÙßÑßÍÎÂ
20
I FƏSİL
AZƏRBAYCANIN GEOSİYASİ
İNKİŞAF TARİXİ
§1.1. Azərbaycanın qədim zamanlardan Birinci dünya
müharibəsinə qədərki geosiyasi vəziyyəti
Beynəlxalq münasibətlər sisteminin əsasını qoyan Vestfal
(1648) sülhünə qədər Azərbaycanın çox mürəkkəb və ziddiy-
yətli bir inkişaf tarixi olmuşdur. Əhəmiyyətli ərazi xarakteris-
tikasına malik olan Xəzər hövzəsi, Cənubi Qafqaz, Anadolu və
Mərkəzi Asiya bölgəsi daim xarici dövlətlərin, məşhur dünya
sərkərdələrinin diqqətini çəkmiş, onların işğalçı yürüşlərinə
məruz qalmışdır.
Azərbaycan ərazisində yaranmış qədim dövlətlər (Manna,
Atropatena, Albaniya) ayrı-ayrı dövrlərdə müstəqil xarici siya-
sət yürüdərək, ətraf aləmin vəziyyətindən asılı olmayaraq, öz
ərazilərini və dövlətçiliyini qorumağa səy göstərmişlər. Lakin
dünyada yaranmış geosiyasi və hərbi-geostrateji vəziyyətin
təsiri altında zaman-zaman Azərbaycanın siyasi coğrafiyasında
da müəyyən dəyişikliklər olmuş, onun ərazisində mövcud olan
dövlətlər nə qədər ciddi müqavimət göstərsə də, müxtəlif tarixi
mərhələlərdə yadelli işğalçıların, daha güclü region dövlətləri-
nin, böyük imperiyaların hökmranlığı altına düşmüşlər.
Bizim eradan əvvəl Azərbaycan uzun müddət Midiya,
Əhəmənilər, Sasani imperiyaları tərkibinə qatılmış, VII əsrdən
Ərəb xilafətinin hakimiyyəti altına düşmüşdür. Ərəb xilafətinin
süqutundan sonra Azərbaycan ərazisində meydana gəlmiş feo-
dal dövlətləri (Sacilər, Salarilər, Rəvvadilər, Şirvanşahlar, Şəd-
ÀÇßÐÁÀÉÚÀÍÛÍ ÝÅÎÑÈÉÀÑßÒÈ
21
dadilər) IX-XI əsrlərdə xarici aləmlə, qonşu ölkə və xalqlarla
müxtəlif istiqamətli əlaqələr yaratmış və öz suveren idarəçilik-
lərini qorumağa çalışmışlar. Sonrakı dövrdə Atabəylərin haki-
miyyəti dövrü (1136-1225-ci illər) istisna olmaqla Azərbaycan
XV əsruin sonlarına qədər ayrı-ayrı işğalçı imperiyaların- XI-
XII əsrlərdə Böyük Səlcuq imperiyasının, XIII əsrdənsə
Hülakilərin tərkibinə qatılmışdır.
1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357-ci illər)
Şirvanşah Kavusla birləşərək Hülaki dövlətinin varlığına son
qoyur. Lakin monqol-tatar (türk-Ə.H.) mənşəli cəlairilər, coba-
nilər və teymurilər 1367-1410-cu illərdə yenə Azərbaycanda
öz hökmranlıqlarını davam etdirirlər.
Beləliklə, göründüyü kimi Azərbaycan uzun müddət ya-
delli işğalçıların hökmranlığı altında yaşamağa məcbur edilsə
də xalq öz milli inkişafını heç zaman dayandırmamış, hətta
böyük və fərqli imperiyaların tərkibində belə özünəməxsus
maddi-mənəvi dəyərlərini, dilini, milli varlığını qoruyub saxla-
mağa və inkişaf etdirməyə nail olmuşdur. Elə bu inkişafın
nəticəsində Azərbaycanda Avropadan daha əvvəl – XV əsrin
sonlarından etibarən yerli Səfəvilərin mərkəzləşmiş milli dövlət
hərəkatı başlanmışdır.
Mərkəzləşmiş milli dövlət hərəkatının meydana gəlməsi
ücün zəruri əlverişli zəmin əvvəlki dövrlərdə- Atabəylər döv-
ləti (XII-XIII əsrlər), Qaraqoyunlu, Ağqoyunlu dövlətləri (XV
əsr), Şirvanşahlar dövləti (XV-XVI əsrlər) və s. zamanında
yaşanan siyasi proseslərin nəticəsi kimi meydana çıxmışdır.
Həmin dövlətlər mürəkkəb geosiyasi şəraitdə öz qonşuları ilə
və o dövrün digər dövlətləri ilə xarici təmaslar qurmuş, müx-
təlif səviyyəli diplomatik əlaqələr yaratmışdırlar.
2
2
Bax: Əfəndiyev O.A. Azərbaycan Səfəvilər dövləti. B., 1993; Mahmudov Y.
Azərbaycan diplomatiyası. Ağqoyunlu və Səfəri dövlətlərinin Avropa ölkələri
ilə əlaqələri (XV-XVII yüzilliklər). B., 2006.
ßËÈ ÙßÑßÍÎÂ
22
Mütəxəssislərin fikrinə görə, Avropada milli dövlətlərin
yaranması prosesinin başlanması və Qərbi Roma dini imperi-
yasının süqutu ərəfəsində Azərbaycan ərazisində yaradılmış
Səfəvilər dövləti regionun nüfuzlu dövlətlərindən birinə çevrilə
bilmişdir. Səfəvilər dövləti özünün bütün parametrləri ilə (va-
hid ərazi, kompakt yaşayan əhali (xalq), əhalinin de-fakto idarə
olunması, başqa dövlətlər tərəfindən tanınma və s.- Ə.H.)
Vestfal prosesinin prinsiplərinə cavab verirdi. Bu dövlət
bölgədə kifayət qədər müstəqil xarici siyasət fəaliyyəti həyata
keçirir və dünya dövlətləri içərisində öz nüfuzu ilə seçilirdi.
Səfəvilər həm bə təkcə milli dövlət yaratmaq və onu qorumaq-
la kifayətlənməmiş, dövrün tələblərinə uyğun olaraq öz sər-
hədlərini genişləndirmək, yeni əraziləri ələ keçirmək siyasəti
də yürütmüşlər. Xüsusən, I Şah İsmayılın dövründə (1501-
1524) Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləş-
dirməyə nail olmuş və keçmişdə ayrı-ayrı qonşu imperiyalar
tərəfindən tutulmuş digər əraziləri geri qaytarmaq uğrunda
qanlı müharibələr aparmışdır. Onun xarici siyasət xətti, güd-
düyü dövlət maraqları həmin dövrdə Osmanlı imperiyasının
siyasəti ilə toqquşduğundan iki ölkə arasında uzun müddətli
müharibələrə səbəb olmuşdur (1514), (1578-1590 və s.). Mütə-
xəssislərin fikrinə görə, Avropa ölkələri və Rusiya tərəfindən
qızışdırılan osmanlı-səfəvi münasibətləri hər iki dövləti, xü-
susən Səfəviləri tədricən zəiflətmişdir.
3
I Şah Abbas dövründə (1587-1629) Səfəvilərin itirilmiş
torpaqlarını geri qaytarmaq, mərkəzləşmiş dövləti yenidən bər-
pa etmək istiqamətində həm daxildə, həm də xarici aləmlə
uzun müddətli ciddi iş aparılsa da, bu dövlətin əvvəlki sərhəd-
lərini bərpa etmək mümkün olmamışdı. 1590-cı ildə İstanbulda
Osmanlı dövləti ilə bağlanan sülh sazişinə görə (Səfəvi-Os-
3
Bax: Fərzəlibəyli Ş.F. Azərbaycan və Osmanlı imperiyası (XV-XVI əsrlər).
B., 1999.
Dostları ilə paylaş: |