Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
5
fatını aparmağa, zaman şəkilçilərinin linqvistik təbiəti-
nə aydınlıq gətirməklə onların mənşəyi və inkişaf yol-
ları haqqında elmi fikir yürütməyə imkan yaratmışdır.
Zaman şəkilçilərinin aydın mənzərəsini yaratmaq məq-
sədi ilə türk dillərinin bütün qrupları üzrə müəllifin tər-
tib və təqdim etdiyi sxemlər bu və ya digər zaman şə-
kilçisinin türk ədəbi dillərində, eləcə də türk dillərinin
dialektlərində yayılma arealını, istifadə dairəsini və iş-
lənmə tezliyini müəyyənləşdirmək üçün aydın göstəri-
cidir.
Müəllifin əsərdə zaman və həmhüdud kateqoriya-
lar məsələsinə yer verməsi də, bizcə, təqdirəlayiqdir.
Belə ki, feli sifət, feli bağlama, eləcə də felin arzu, va-
cib, lazım kimi şəkilləri yalnız semantik cəhətdən deyil,
formal əlamətləri ilə də felin zaman kateqoriyasına bağ-
lıdırlar. İsmi və feli xəbərlərin şəxslər üzrə təsrifi zama-
nı işlənən şəkilçilərin ayrı-ayrı adlar daşımasına baxma-
yaraq eyni kökdən nəşət tapdıqlarını, mahiyyətcə eyni
olduqlarını söyləyən aspirantın fikirləri də düşündürü-
cüdür və əslində yeni tədqiqatlara yol açır.
Fel zamanlarının semantik təbiətini, zaman şəkilçi-
lərinin birinin digərinin yerində işlənə bilmə məqamla-
rını türk dillərinin zəngin dil faktları ilə çözələyən, bu
zaman türk dillərinin dialektlərindən bəhrələnən və bu-
nunla da felin zamanlarının tarixi inkişaf yolunu izləmə-
yə çalışan müəllifin elmi mülahizələri də maraqlı və
cəlbedicidir.
Mübahisələr hədəfi olan bütün bu məsələləri tədqi-
qatçı öz təhlil süzgəcindən keçirərək əsaslı elmi qənaət-
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
6
lər əldə etmişdir. Əlbəttə, müəllifin bəzi mülahizələri
(məsələn, -maqda, -məkdə formal əlamətini zaman şə-
kilçisi kimi qəbul etməməsi, şəxs sonluqları və xəbər
şəkilçisi adları altında təqdim olunan morfoloji əlamət-
lərin eyniliyini göstərməyə çalışması və s.) mübahisə
obyektinə çevrilə bilər. Lakin yüksək elmi savadı, mən-
tiqi təfəkkürü və polemika mədəniyyəti aspirantın hər
hansı mübahisəli məqamda öz şəxsi mövqeyini layiqin-
cə müdafiə edəcəyinə əminlik yaradır.
Zəngin elmi-nəzəri ədəbiyyatdan, müxtəlif türk
xalqlarının ədəbi nümunələrindən, intenetlə əldə etdiyi
məlumatlardan yaradıcılıqla bəhrələnən aspirantın mo-
noqrafiyası dilinin səlisliyi ilə seçilən, mövzunu tam
əhatə edən və sruktur baxımdan bitkin olan dəyərli əsər-
dir.
Azərbaycan dilçiliyində ilk dəfə olaraq bütün türk
dillərinin ədəbi dil və dialekt materialları əsasında za-
man kateqoriyasını müqayisəli tədqiqata cəlb edən Gül-
narə Fəxrəddin qızı Əliyevanın timsalında türkoloji alə-
mə istedadlı, elmə vurğun, əməksevər bir gənc qədəm
basır. İnanıram ki, türk dillərinin hər hansı bir məsələsi-
nin araşdırılmasında, ən mürəkkəb problemlərinin həl-
lində elmi-məntiqi təfəkkürü, yüksək məsuliyyətliliyi,
elmə sonsuz istəyi və zəhməti ilə seçilən aspirantımın da
öz sözü olacaqdır.
Yekun olaraq demək istərdim ki, Gülnarə Fəxrəd-
din qızı Əliyevanın “Türk dillərində zaman kateqori-
yası” monoqrafiyasını bu sahədə nəinki Azərbaycan dil-
çiliyində, eləcə də türkoloji aləmdə atılan uğurlu addım
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
7
kimi yüksək qiymətləndirir və onun layiqli bir tədqiqat
əsəri olaraq tanınmış türkoloqlar tərəfindən bəyəniləcə-
yinə, müəllifinə isə rəğbət qazandıracağına ürəkdən
inanıram.
Məhəbbət MİRZƏLİYEVA
filologiya elmləri doktoru
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
8
G
G
İ
İ
R
R
İ
İ
Ş
Ş
İstər Azərbaycan dilçiliyində, istərsə də türkologi-
yada ayrı-ayrı türk dillərinin materialları əsasında felin
zamanlarına həsr olunmuş bir sıra əsərlər vardır. Lakin
qeyd etməliyik ki, felin zaman kateqoriyası əksər türk
dillərinin – oğuz, qıpçaq, bulqar, karluq və uyğur-oğuz
qrupları türk dillərinin materialları əsasında müqayisəli
qarşılaşdırma üsulu ilə araşdırılmamış, xüsusi tədqiqata
cəlb edilməmişdir. Bu vəziyyət “Türk dillərində zaman
kateqoriyası” mövzusunun aktuallığını şərtləndirir.
Digər tərəfdən, müqayisəli araşdırma zamanı türk
dillərində felin zaman kateqoriyasında ədəbi dil xüsu-
siyyətləri ilə dialekt xüsusiyyətlərinin indiyədək qarşı-
laşdırılmaması,morfoloji əlamətlərin bu baxımdan üst-
üstə düşən və düşməyən tərəflərinin aydınlaşdırılmama-
sı mövzunun aktuallığına bir daha zəmin yaradır.
Araşdırmanın əsas məqsədi türk dillərində felin za-
man kateqoriyasını həm sinxron, həm də diaxron planda
struktur-semantik və üslubi xüsusiyyətləri ilə birlikdə
tədqiq etməkdir.
Bu məqsədlə monoqrafiyada müasir türk dillərində
felin zaman kateqoriyasının mahiyyətinin açıqlanması-
na səy göstərilmiş, türk dillərində felin zaman kateqori-
yasının tədqiqi tarixi izlənilməklə mövcud istiqamət və
baxışları təqdim və təhlil edilmiş, oğuz, qıpçaq, bulqar,
karluq, uyğur-oğuz qrupu türk dillərində fel zaman-
larının oxşar və fərqli əlamətləri meydana çıxarılmış,
Dostları ilə paylaş: |