Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
12
Qrammatik zaman bizdən asılı olmayaraq
obyektiv
aləmdə mövcud olan zamanın insan beynindəki inika-
sının dildəki ifadəsidir. Lakin məntiqi zaman kateqori-
yasından fərqli olaraq o (
qrammatik zaman–G.Ə) müx-
təlif dillərdə müxtəlif formalarda olur
1
.
Bu fikrə əsaslanaraq,
biz də qrammatik zaman ka-
teqoriyasının müxtəlif türk dillərində müxtəlif forma-
larda təzahür etdiyini söyləyə bilərik.
Türk dillərində tarixən və hal-hazırda da qramma-
tik zaman formalarının sayını artırma və azaltma hal-
larına həmişə rast gəlinir. İstər rus dilçiliyində,
istər tür-
kologiyada, eləcə də Azərbaycan dilçiliyində bununla
bağlı xeyli fikirlər söylənilmiş, müxtəlif elmi araşdırma-
lar aparılmış, türk dillərində zaman formalarının sayının
müəyyənləşdirilməsinə cəhdlər göstərilmişdir. Təbii ki,
uyğun gələn fikirlərlə yanaşı, fikir ayrılıqları, mübahi-
səli məqamlar da olmuşdur.
1. Azərbaycan dilçiliyində fel zamanlarının tədqiqi
Azərbaycan dilçiliyində felin zamanlarının geniş
və ətraflı tədqiqi akademik A.A.Axundovun adı ilə bağ-
lıdır. Onun Azərbaycan dilinin materialları əsasında
yazdığı “Felin zamanları” adlı namizədlik dissertasiya-
sı
2
, 1961-ci ildə nəşr olunmuş eyniadlı kitabı,
1
bu möv-
s.190.
1
Axundov A.A.Ümumi dilçilik (Dilçiliyin tarixi nəzəriyyəsi və metod-
ları). Bakı, “Maarif” nəşriyyatı, 1979,
s. 82.
2
Axundov A.A.Felin zaman kateqoriyaları. Filologiya elmləri namizədi
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferatı. (NDA). Bakı,
1958, 25 s.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
13
zu ilə bağlı bir sıra
məqalələri
2
bu gün də öz elmi
əhəmiyyətini və əvəzsizliyini saxlamaqdadır.
Felin zamanlarının tədqiqi A.A.Axundovun 1961-
ci ildə nəşr olunmuş “Felin zamanları” kitabında geniş
və ətraflı işıqlandırıldığından biz, əsasən, 1950-ci ildən
sonra ümumi dilçilikdə, eləcə də türkologiyada fel za-
manlarının tədqiqini,onların
təsnifi prinsiplərini,struk-
tur-semantik və üslubi xüsusiyyətlərini araşdırmağa ça-
lışacağıq.
1951-ci ildə nəşr olunmuş “Azərbaycan dilinin
qrammatikası” kitabında “idi”, “imiş” hissəciyi ilə əmə-
lə gələn mürəkkəb formalar felin keçmiş zaman forma-
ları kimi verilir, felin 12 zaman formasının olduğu gös-
tərilir
3
.
Əsərdə qeyd olunan mülahizələrin yalnış,
səhv və
birtərəfli olması akademik A.A.Axundov tərəfindən ət-
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 s.
2
Axundov A.A.Felin gələcək zamanı.//Azərbaycan dili və ədəbiyyatının
tədrisi.I buraxılış. Bakı,1960,s.89-95;AxundovA.A.Felin indiki zamanı. //
Azərbaycan dili materialları əsasında.S.M.Kirov adına ADU-nun Elmi
əsərləri.Bakı,1958, №2,s.119-130; Axundov A.A.Felin zaman kateqoriya-
sının tədqiqi tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxılış. Bakı.
1957,s.21-37;Axundov A.A.Felin zamanları məsələsinə dair.// S.M.Kirov
adına ADU-nun Elmi əsərləri.Bakı,1958, №2, s.133-136;Axundov A.A.
Felin zamanlarının üslubi xüsusiyyətləri//Filologiya fakültəsinin əsərləri.
Bakı,1958,s.211-213;Axundov A.Fəlsəfi və qrammatik
zaman kateqoriya-
ları. Dil və ədəbiyyat.I c.,2003,s.199-204; Axundov A.A.Türk dillərində
felin zaman formalarının mənşəyi məsələsinə dair. Dil və ədəbiyyat.I c.
Bakı,2003,s.266-276;Axundov A.A.Türk dillərində zaman və sıra kateqo-
riyalarının qarşılıqlı əlaqəsi.Dil və ədəbiyyat.I c.,2003, s.200-266.
3
Azərbaycan dilinin qrammatikası.I h.,Bakı,Azərb.SSR EA nəşriyyatı,1951
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
14
raflı izah edilərək sübut olunduğu üçün təkrarçılığa yol
vermək istəmir və diqqəti 1960-cı ildə nəşr olunan
“Azərbaycan dilinin qrammatikası” əsərinə yönəldirik.
“Azərbaycan dilinin qrammatikası”nın 1960-cı il
nəşrində felin zamanları ilə bağlı fikirlər əslində 1951-ci
ildə nəşr olunmuş qrammatika kitabındakı fikirlərin bir
qədər inkişaf etdirilmiş, dəyişdirilmiş forması idi.
1951-ci il nəşrindən fərqli olaraq burada aşağıdakı
dəyişikliklər edilmişdir:
1)
12 zaman deyil,11 zaman formasından bəhs olunur.
Bu zaman formalarından
bir neçəsi birləşdirilmiş və
bir neçə yeni zaman forması əlavə olunmuşdur.Hə-
min zaman formaları aşağıdakılardan ibarətdir:
1. Şühudi keçmiş 6. Bitməmiş keçmiş zaman
2. Nəqli keçmiş 7. Davamlı keçmiş zaman
3. Uzaq keçmiş 8. İndiki zaman
4. Qəti-gələcəkli zaman 9. Davamlı indiki zaman
5. Qeyri-qəti gələcəkli zaman 10. Qəti gələcək zaman
11.Qeyri-qəti gələcək zaman
2)
Nəqli keçmiş zaman forması öz
daxilində nəqli keç-
miş-1 və
nəqli keçmiş-2 formalarına ayrılır.
3)
“idi”, “imiş” köməkçi felləri ayrı-ayrılıqda deyil, ey-
ni zaman forması daxilində birləşərək, biri-digərini
asanlıqla əvəz etməklə, müvafiq zaman formaları
əmələ gətirirlər.
Bu fikrə bir qədər aydınlıq gətirək. Belə ki, I kitab-
da “idi” və “imiş” köməkçi fellərinin əmələ gətirdiyi za-
man formalarının hər biri xüsusi növ kimi göstərilir: