Microsoft Word Gulnara-kitab son doc


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   2   3   4   5   6   7   8   9   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
12
 
 
 
 
Qrammatik zaman bizdən asılı olmayaraq obyektiv 
aləmdə mövcud olan zamanın insan beynindəki inika-
sının dildəki ifadəsidir. Lakin məntiqi zaman kateqori-
yasından fərqli olaraq o (qrammatik zaman–G.Ə) müx-
təlif dillərdə müxtəlif formalarda olur
1
.  
Bu fikrə əsaslanaraq, biz də qrammatik zaman ka-
teqoriyasının müxtəlif türk dillərində müxtəlif forma-
larda təzahür etdiyini söyləyə bilərik.  
Türk dillərində tarixən və hal-hazırda da qramma-
tik zaman formalarının sayını artırma və azaltma hal-
larına həmişə rast gəlinir. İstər rus dilçiliyində, istər tür-
kologiyada, eləcə  də Azərbaycan dilçiliyində bununla 
bağlı xeyli fikirlər söylənilmiş, müxtəlif elmi araşdırma-
lar aparılmış, türk dillərində zaman formalarının sayının 
müəyyənləşdirilməsinə cəhdlər göstərilmişdir. Təbii ki, 
uyğun gələn fikirlərlə yanaşı, fikir ayrılıqları, mübahi-
səli məqamlar da olmuşdur. 
1. Azərbaycan dilçiliyində fel zamanlarının tədqiqi 
Azərbaycan dilçiliyində felin zamanlarının geniş 
və ətraflı tədqiqi akademik A.A.Axundovun adı ilə bağ-
lıdır. Onun Azərbaycan dilinin materialları  əsasında 
yazdığı “Felin zamanları” adlı namizədlik dissertasiya-

2
, 1961-ci ildə nəşr olunmuş eyniadlı kitabı,
1
  bu möv-
                                                                                                     
s.190.  
1
 Axundov A.A.Ümumi dilçilik (Dilçiliyin tarixi nəzəriyyəsi və metod-
ları). Bakı, “Maarif” nəşriyyatı, 1979,  
s. 82.  
2
 Axundov A.A.Felin zaman kateqoriyaları. Filologiya elmləri namizədi 
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş avtoreferatı. (NDA). Bakı, 
1958, 25 s.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
13
 
 
 
 
zu ilə bağlı bir sıra məqalələri
2
  bu gün də öz elmi 
əhəmiyyətini və əvəzsizliyini saxlamaqdadır.  
Felin zamanlarının tədqiqi A.A.Axundovun 1961-
ci ildə nəşr olunmuş “Felin zamanları” kitabında geniş 
və ətraflı işıqlandırıldığından biz, əsasən, 1950-ci ildən 
sonra ümumi dilçilikdə, eləcə  də türkologiyada fel za-
manlarının tədqiqini,onların təsnifi prinsiplərini,struk-
tur-semantik və üslubi xüsusiyyətlərini araşdırmağa ça-
lışacağıq. 
1951-ci ildə  nəşr olunmuş “Azərbaycan dilinin 
qrammatikası” kitabında “idi”, “imiş” hissəciyi ilə əmə-
lə gələn mürəkkəb formalar felin keçmiş zaman forma-
ları kimi verilir, felin 12 zaman formasının olduğu gös-
tərilir
3
.  
Əsərdə qeyd olunan mülahizələrin yalnış, səhv və 
birtərəfli olması akademik A.A.Axundov tərəfindən ət-
                                                                                                     
1
 Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, 137 s. 
2
Axundov A.A.Felin gələcək zamanı.//Azərbaycan dili və  ədəbiyyatının 
tədrisi.I buraxılış. Bakı,1960,s.89-95;AxundovA.A.Felin indiki zamanı. // 
Azərbaycan dili materialları  əsasında.S.M.Kirov adına ADU-nun Elmi 
əsərləri.Bakı,1958, №2,s.119-130; Axundov A.A.Felin zaman kateqoriya-
sının tədqiqi tarixindən.//Aspirantların elmi əsərləri.3-cü buraxılış. Bakı. 
1957,s.21-37;Axundov A.A.Felin zamanları məsələsinə dair.// S.M.Kirov 
adına ADU-nun Elmi əsərləri.Bakı,1958,  №2, s.133-136;Axundov A.A. 
Felin zamanlarının üslubi xüsusiyyətləri//Filologiya fakültəsinin  əsərləri. 
Bakı,1958,s.211-213;Axundov A.Fəlsəfi və qrammatik zaman kateqoriya-
ları. Dil və  ədəbiyyat.I c.,2003,s.199-204; Axundov A.A.Türk dillərində 
felin zaman formalarının mənşəyi məsələsinə dair. Dil və  ədəbiyyat.I c. 
Bakı,2003,s.266-276;Axundov A.A.Türk dillərində zaman və sıra kateqo-
riyalarının qarşılıqlı əlaqəsi.Dil və ədəbiyyat.I c.,2003, s.200-266. 
3
Azərbaycan dilinin qrammatikası.I h.,Bakı,Azərb.SSR EA nəşriyyatı,1951 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
14
 
 
 
 
raflı izah edilərək sübut olunduğu üçün təkrarçılığa yol 
vermək istəmir və diqqəti 1960-cı ildə  nəşr olunan 
“Azərbaycan dilinin qrammatikası” əsərinə yönəldirik. 
“Azərbaycan dilinin qrammatikası”nın 1960-cı il 
nəşrində felin zamanları ilə bağlı fikirlər əslində 1951-ci 
ildə nəşr olunmuş qrammatika kitabındakı fikirlərin bir 
qədər inkişaf etdirilmiş, dəyişdirilmiş forması idi.  
1951-ci il nəşrindən fərqli olaraq burada aşağıdakı 
dəyişikliklər edilmişdir:  
1)
 
12 zaman deyil,11 zaman formasından bəhs olunur. 
Bu zaman formalarından bir neçəsi birləşdirilmiş və 
bir neçə yeni zaman forması  əlavə olunmuşdur.Hə-
min zaman formaları aşağıdakılardan ibarətdir:  
1. Şühudi keçmiş                      6. Bitməmiş keçmiş zaman  
2. Nəqli keçmiş                         7. Davamlı keçmiş zaman 
3. Uzaq keçmiş                         8. İndiki zaman  
4. Qəti-gələcəkli zaman            9. Davamlı indiki zaman 
5. Qeyri-qəti gələcəkli zaman  10. Qəti gələcək zaman 
                      11.Qeyri-qəti gələcək zaman  
 
2)
 
Nəqli keçmiş zaman forması öz daxilində nəqli keç-
miş-1 və nəqli keçmiş-2 formalarına ayrılır.  
3)
 
“idi”, “imiş” köməkçi felləri ayrı-ayrılıqda deyil, ey-
ni zaman forması daxilində birləşərək, biri-digərini 
asanlıqla  əvəz etməklə, müvafiq zaman formaları 
əmələ gətirirlər.  
Bu fikrə bir qədər aydınlıq gətirək. Belə ki, I kitab-
da “idi” və “imiş” köməkçi fellərinin əmələ gətirdiyi za-
man formalarının hər biri xüsusi növ kimi göstərilir: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə