Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə24/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   20   21   22   23   24   25   26   27   ...   140

__________________________________________ 

84

 



 Məsələn, Ermənistanın digər hissəsi, yəni Gürcüstana tərəf 

hissəsi də var. Orada da azərbaycanlılar yaşayırdılar. Yaxud, 

Zəngəzuru götürək. Məsələn, Sisyan, Gorus, Qafan rayonları – 

indi bunların adları Ermənistanda belə adlandırılır, amma 

onların hamısı  Zəngəzura daxil olan torpaqlardır. Orada da 

yaşayanların  əksəriyyəti azərbaycanlılar idi. Amma niyəsə  nə 

orada, nə  də bu biri yerdə azərbaycanlılara o vaxt muxtariyyət 

verilmədi. 

Yaxud da ki, Gürcüstanı götürək. Gürcüstan ilə Azərbaycan 

sərhədində Borçalı  qəzası var. Orada azərbaycanlılar çox 

yaşayırlar. Onlar o vaxt da, indi də orada yaşayırlar. Məsələn, 

ola bilərdi ki, orada azərbaycanlılara da muxtariyyət veribydi. 

Amma verilməyibdir. Ancaq ermənilərə Dağlıq Qarabağda 

muxtariyyət veriblər və muxtar vilayət yaradıblar. 

Bax, burada Azərbaycan xalqına xəyanət edilibdir. Burada bir 

mina, yəni uzun müddətdən sonra partlayacaq mina qoyulubdur. 

Bu tarixin hamısı mənə məlumdur. Mən bunların bir hissəsini 

tarixdən oxumuşam, bir hissəsinin də canlı şahidiyəm. Məsələn, 

Dağlıq Qarabağda ermənilər həmişə - 1930-cu illərdə də, 1940-

cı illərdə  də narahatçılıq ediblər. Mənim yadımdadır, 1950-ci 

illərdə onlar neçə dəfə məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağı 

Ermənistana bağlasınlar. Amma sovet hakimiyyəti bunun 

qarşısını almışdı. 

Götürək 1960-cı illəri. O vaxt - 1950-1960-cı illərdə  mən 

burada Dövlət Təhlükəsizliyi Nazirliyində 

işləyirdim. 

Xatirimdədir, o vaxtlar biz bu məsələlərin qarşısını  dəfələrlə 

almışdıq. Yadımdadır, 1967-ci ildə Dağlıq Qarabağın 

mərkəzində - o vaxt ona Stepanakert deyirdilər - qanlı bir hadisə 

oldu. Ermənilər o vaxt yığışıb üç nəfər azərbaycanlını 

avtomobilin içərisində yandırdılar. Mən o zaman oraya getdim, 

on beş gün orada oldum. Böyük bir komissiya yaradılmışdı, mən 

də həmin komissiyanın tərkibində idim. Dəhşətli bir 

  

 




__________________________________________ 

85

  



vəziyyət  yaranmışdı.   Onda da  ermənilər qalxmışdılar ki, 

Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır. 

Sonra - 1970-ci illərdə  mən Azərbaycana rəhbərlik etdiyim 

zaman ermənilər bir neçə  dəfə bu məsələni qaldırmışdılar. 

Amma biz onun qarşısını almışdıq. Bunu açıq demək lazımdır, 

biz ona görə qarşısını almışdıq ki, Moskva hökuməti də buna yol 

vermirdi. 

Yadımdadır, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul 

olunurdu. O vaxtlar yeni Konstitusiyada hər bir respublikanın 

adı, səlahiyyəti göstərilirdi. O zamanlar ermənilər Moskvaya 

məktublar yazmışdılar ki, Dağlıq Qarabağı Ermənistanın 

tərkibinə keçirsinlər. O vaxt bir Konstitusiya komissiyası 

yaradılmışdı. Konstitusiya komissiyasının sədri Sovet İttifaqının 

başçısı Brejnev idi. Mən də həmin Konstitusiya komissiyasının 

üzvü idim. Biz bir neçə  dəfə toplaşmışdıq. Mən Moskvaya, 

Konstitusiya komissiyasının iclasına gələndə orada bir neçə dəfə 

həddindən artıq məktublar, kağızlar, sənədlər çıxardılar ki, 

məsələni belə qoyurlar, bəlkə bu məsələyə baxaq. Mən buna qəti 

etiraz etdim. Sovet hakimiyyəti öz dövlət quruculuğu sistemini 

yaratmışdı, - təxminən 1920-30-cu illərdə yaratmışdı, - onu 

dəyişdirmək istəmirdi. Ona görə  də belə  məsələlərin qarşısı 

alınırdı. 

Ancaq təəssüflər olsun ki, Dağlıq Qarabağ erməniləri və 

Ermənistan 1988-ci ildə bu məsələni qaldıranda bunun qarşısı 

alınmadı. Bu da hərbi münaqişəyə, qanlı müharibəyə  gətirib 

çıxardı. Buna görə də Azərbaycan xalqında sovet hakimiyyətinə 

qarşı böyük bir etiraz, narazılıq var idi. Bu da əsaslı, ədalətli idi. 

Çünki Azərbaycana qarşı  ədalətsizlik edilmişdi. Birinci 

ədalətsizlik o vaxt, ikinci ədalətsizlik - həm xəyanət, həm 

cinayət 1990-cı ilin yanvarında edilmişdi. 

Bunlar hamısı Azərbaycanın daxili vəziyyətini 

gərginləşirmişdi. Sən yaxşı bilirsən, hamıya məlumdur, - ondan 

sonrakı dövrdə də torpaqlarımızı qorumaq, ermənilərin qarşısını 

  



__________________________________________ 

86

  



almaq  əvəzinə Azərbaycanın daxilində hakimiyyət uğrunda 

mübarizə gedirdi. 

1990-cı ildə Azərbaycanda hakimiyyət dəyişdi və  dəyişil- 

məli idi. Çünki həmin hakimiyyət Azərbaycan xalqını gətirib 20 

Yanvar faciəsinə çıxardı. Ondan sonra gələn hakimiyyət düzgün 

siyasət aparmadı. O vaxt hakimiyyətdə  Vəzirov idi. O, 

respublikanı qoyub Rusiyanın təyyarəsində qaçdı. Rusiyanın 

hərbi qüvvələri onu Moskvaya qaçırdı. Sonra isə Mütəllibov 

hakimiyyətə  gəldi. O da anlamadı, nəticə  çıxara bilmədi ki, 

Azərbaycan xalqının mənafelərini müdafiə etmək lazımdır. Ona 

görə də iki il hakimiyyətdə qala bilmədi. Onu da xalq qovdu və 

1992-ci ilin may ayında o da buradan qaçmağa məcbur oldu. 

Onu da yenə Rusiya ordusunun hərbi təyyarəsində Bakıdan 

çıxardılar, ondan sonra gedib Moskvada gizlənir. Vəzirov da 

Moskvada gizlənir. Onlar qanlı yanvar faciəsinin 

günahkarlarıdır. Onlar Azərbaycan xalqı qarşısında cavab 

verməlidirlər. Bu gün də cavab verməsələr, sabah cavab 

verəcəklər. Tarix bütün bunları onlardan soruşacaqdır. Çünki 

onlar Azərbaycan xalqına xəyanət ediblər. 

Mən hesab edirəm ki, XX əsrdə Azərbaycan xalqına 20 

Yanvar xəyanəti kimi heç kəs xəyanət etməmişdir. Bunu 

Azərbaycan xalqının uzun illər itaət etdiyi sovet hökuməti etdi. 

Amma buna şərait yaradan, bu hadisəni yaradan o vaxt 

Azərbaycanın başında duran adamlar - Vəzirov, Mütəllibov kimi 

adamlar olub. 

Bundan sonra yenə  də hakimiyyət uğrunda mübarizə 

tükənmədi. Mütəllibov qovuldu, hakimiyyətə başqaları  gəldi. 

Amma bunlar bir tərəfdən hakimiyyəti saxlaya bilmədilər, digər 

tərəfdən də ayrı-ayrı qüvvələr yenə  çəkişməyə başladılar. Bir 

ildən sonra Azərbaycanda ictimai-siyasi böhran, dövlət böhranı 

yarandı. 

Sən bilirsən ki, 1993-cü ilin iyun ayında artıq Azərbaycan 

dağılırdı, parçalanırdı. O vaxt hakimiyyətdə olanlar hamısı 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə