__________________________________________
87
qaçdı. Baş nazir, Ali Sovetin - Milli Məclisin sədri istefa verdi.
Məni dəvət edib iyunun 15-də Ali Sovetə - Milli Məclisə sədr
seçdilər. İki gündən sonra prezident öz kürsüsünü qoyub qaçdı.
Ölkəmizin cənubunda bir dəstə Azərbaycanı parçalamaq
istəyirdi. Bilirsən ki, Surət Hüseynov və başqaları Gəncədə
hakimiyyəti əllərinə almışdılar. Azərbaycanın şimalında artıq
ölkəmizi çalxalayırdılar. Azərbaycan vətəndaş müharibəsi
dövrü, çətin bir dövr keçirirdi.
Ondan sonra biz vəziyyəti xırda-xırda normallaşdırmağa,
sabitlik yaratmağa başladıq. Ancaq daxildə olan qüvvələr,
xaricdən istiqamətləndirilən qüvvələr - şübhəsiz ki, onlar
xaricdən istiqamətləndirilənlərdir - yenə də Azərbaycanı
parçalamaq, dağıtmaq istədilər. Xatirindədir, 1994-cü ilin
oktyabr ayında burada dövlət çevrilişinə cəhd oldu. Bu zaman
həmin o daxili, - hakimiyyət uğrunda mübarizə aparan, - həm də
xarici qüvvələrin hamısı bir yerdə idi. Qaçib Moskvada oturan
azərbaycanlılar da bu işin içində idilər. Təsadüfi deyildir ki, biz
o məsələni yatırandan sonra həmin hadisənin günahkarları Surət
Hüseynov, Rəhim Qazıyev və başqaları – hamısı qaçıb
Moskvada gizləndilər. Onlara Moskvada sığınacaq verdilər.
Amma yenə də haqq-ədalət özünü göstərdi, onlar orada
yaxalandılar, gətirildilər və ədalət məhkəməsinin qarşısında
durdular.
Yaxud, ondan altı ay keçməmiş, 1995-ci ilin mart hadisələri.
Cinayətkar bir qrup, OMON dəstəsində cinayətkar qrupa
çevrilmiş omonçular tək deyildilər. Onlar tək deyildilər, onları
da xarici ölkələrin xüsusi xidmət orqanları istiqamətləndirirdi.
Amma təkcə onlar yox. Həmin o mart hadisələrinə görə həbs
olunanların içərisində Mütəllibovun da emissarı, Mütəllibovun
da göndərdiyi adam vardı, gəlib onlarla hakimiyyət bölüşməsi
aparırdı; Əbülfəz Elçibəyin də nümayəndələri vardı və Müsavat
Partiyasının da nümayəndələri vardı. Yenə də Azərbaycanı
dağıtmaq istəyirdilər.
__________________________________________
88
Amma Azərbaycan artıq o Azərbaycan deyildi. Azərbaycan
öz qüdrətini müəyyən qədər toplamışdı, - biz bunların qarşısını
aldıq. Sonra da Azərbaycanın daxilində sabitliyi pozmağa
çalışan qüvvələr oldu. Terror etmək cəhdləri oldu. Məsələn, indi
bizim üçün tam aşkar olub, - əvvəl də aşkar idi, - amma indi
tamamilə sübut olunubdur ki, 1995-ci ilin avqust, ya sentyabr
ayında mən rəsmi səfərdən - Rumıniyadan, Bolqarıstandan
qayıdarkən təyyarəni raketlə vurmaq istəyirdilər. Bəli, bu,
daxildə yenə hakimiyyət uğrunda mübarizə aparanlar, eyni
zamanda, xarici ölkələrin xüsusi xidmət orqanlarının göslərişi
ilə idi. Onlar gözləyirmişlər ki, təyyarə vurulandan sonra bir
neçə saatın içərisində ayrı-ayrı qüvvələr xaricdən Azərbaycana
dolacaqlar. Bu, artıq sübut edilibdir. Başa düşürsənmi?
Ona görə də mən sənə deyirəm ki, Azərbaycanın bu
müstəqillik yolu çox ağır, çətin olubdur. Ancaq biz bu yolu
şərəflə keçmişik. Şübhəsiz ki, itkilər vermişik, çox əzab-əziyyət
çəkmişik. Amma bu yolu şərəflə keçmişik və xalqımıza sübut
etmişik, xalqımızı inandırmışıq ki, bizim yolumuz müstəqillik
yoludur və Azərbaycan müstəqil dövlət kimi yaşayır,
yaşayacaqdır. Heç bir xarici qüvvə, daxildə Azərbaycanın
dövlətçiliyinə zidd heç bir qüvvə, dövlətçiliyi pozmaq istəyən
qüvvə burada özünə yer tapa bilməyəcəkdir. Hamısı məğlub
olacaq- dır. Mən bunu qətiyyətlə deyirəm və siz bütün
azərbaycanlılara çatdırın.
Bax, biz bu yolla gedirik. Bir də deyirəm, bizim
fəaliyyətimizin əsas hissəsi Azərbaycanın müstəqilliyini
qorumaq, sax-lamaq və irəliyə aparmaqdır.
Bununla yanaşı, şübhəsiz ki, biz iqtisadi məsələləri həll
etməliyik. Şübhəsiz ki, bu keçid dövründə insanların bir
çoxunun vəziyyəti ağırdır, çətin bir dövr keçirirlər. Bu da
təbiidir. Çünki mülkiyyət forması dəyişir. Əvvəl sosialist
mülkiyyəti idi, hər şey dövlətin idi. Fabriklər, zavodlar işləyirdi,
insanla
__________________________________________
89
da hamısı işləyirdi, məvacib alırdılar və məvaciblə yaşayırdılar.
Əksəriyyəti də yaxşı yaşayırdı. Kasıblar da vardı, amma
əksəriyyəti də yaxşı yaşayırdı.
Ancaq biz o sistemdən imtina etdik. Mülkiyyət forması
(dəyişilir, özəlləşdirmə gedir, torpaq islahatı gedir. Məsələn,
artıq biz torpağı kənddə olan kəndlilərə paylamışıq. Ancaq indi
o torpaqdan istifadə etmək asan deyildir. Vaxtilə bunlar dövlət
tərəfindən maliyyələşdirilirdi, texnikanı dövlət verirdi, yanacağı
dövlət verirdi, başqa ləvazimatları, gübrəni dövlət verirdi.
Amma indi dövlət bunları verə bilməz. Çünki indi torpaq artıq
şəxsi mülkiyyətdir. Kəndli bu torpağı almağına sevinir, amma
ondan istifadə etmək üçün nə qədər çətinliklərlə rastlaşır. Çünki
onun torpağı var, amma istənilən qədər vəsaiti yoxdur ki, o
torpaqdan istifadə eləsin və gəlir götürsün, öz maddi vəziyyətini
daha da yaxşılaşdırsın.
Bu il kəndlilərə, torpaq sahiblərinə şərait yaratmaq üçün mən
ciddi bir fərman qəbul etdim. Kənd təsərrüfatında işləyənlərin,
kəndlilərin bir çox vergiləri vardı. Biz bu vergilərin hamısını
ləğv etdik, mən fərmanımla ləğv etdim.
Yaxud da, məsələn, kəndlilər yanacağı bazar qiyməti ilə
alaraq torpaqda bir şey əkib-becərib satanda qoyduğu sərmayə
ilə, pulla qazandığı pul başa-baş gəlir, yaxud hətta onlara zərər
verir. Onda da deyir ki, mən niyə bu torpaqdan istifadə edim ki,
xeyir götürmürəm. Buna görə də ona bu şəraiti yaratmaq üçün
biz 70 min ton yanacaq ayırdıq ki, torpaq sahiblərinə güzəştli
qiymətlərlə verilsin, onlar torpaqdan istifadə etsinlər. İndi mən
bu işə nəzarət edirəm. Mənə vaxtaşırı məlumatlar verirlər ki,
bundan sonra kənddə işlər canlanıb, insanlar torpaqdan daha
yaxşı istifadə edirlər. Hesab edirəm ki, bu il kənd təsərrüfatı
məhsulları daha da çox artacaqdır.
Yəni, görürsən nə cür çətinliklər var! Yaxud da, biz
özəlləşdirmə aparırıq. Məsələn, fabriklərin, zavodların çoxunu
ver-
Dostları ilə paylaş: |