Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə21/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   17   18   19   20   21   22   23   24   ...   140

__________________________________________ 

75

ğam.  Əvvəlcədən xəbərdarlıq edirəm ki, mən hətta Sizin zahiri 



görüşünüzü deyil, daxili vəziyyətinizi çəkmişəm. 

T a m a r a  S i n y a v s k a y a: Qəlbinizi. 

Müslüm Maqomayev çəkdiyi portreti prezident Heydər 

Əliyevə təqdim etdi. 

T a m a r a  S i n y a v s k a y a: Bu, 1972-ci ildə bizim tanış 

olduğumuz həmin Heydər Əliyevdir. 



H e y d ə r  Ə l i y e v: Mən o vaxt cavan idim. Bilirsiniz, öz 

portretim haqqında danışmaq yaxşı düşmür, amma prinsip 

etibarilə yaxşıdır. Sağ olun. Başlıcası odur ki, bu işi üzərinizə 

götürmüsünüz, böyük zəhmət qoymusunuz, bunu qəlbən 

etmisiniz. Portret çox yaxşı alınıbdır. Əlbəttə, məni ev şəraitində 

çox az adam görür. Siz isə hamıdan çox görmüsünüz. 



M ü s l ü m  M a q o m a y e v: Bilirsiniz, Heydər Əliyeviç, 

kompliment Sizin fotoqrafınıza düşür, fotoşəklinizi o çəkmişdir. 

Mənim otağımda Sizin çoxlu fotoşəkliniz var. Mən eyni vaxtda 

bunların bir neçəsinə baxaraq çəkmişəm. Bu portretə oxşayan 

bir dənə  də fotoşəkil yoxdur. Bu, ümumiləşdirilmiş obrazdır. 

Özümdən də  nə isə  əlavə etmişəm. Başqa sözlə, mən üzündən 

köçürməyi ümumiyyətlə bacarmıram. 

T a m a r a  S i n y a v s k a y a: Sizi bilmirəm, amma 

mənim çox xoşuma gəlir. 



H e y d ə r  Ə l i y e v: Yaxşıdır. Sağ olun, Tamara. Sən 

yəqin onu ruhlandırmısan? 



T a m a r a  S i n y a v s k a y a: Əlbəttə, məsləhət verirdim. 

H e y d ə r  Ə l i y e v: O, ruhlandırılmadan bunu edə 

bilməzdi.  İndi məndə Müslüm Maqomayevin rəssamlıq  əsəri 

olacaqdır. Orada sənin adın yazılıb? 

M ü s l ü m  M a q o m a y e v: Yazmadım ki, birdən Sizin 

xoşunuza gəlməz. 



H e y d ə r  Ə l i y e v:  Sənə  də  təşəkkürümü bildirirəm. 

Tamara kimi sən də görkəmli müğənni, böyük şöhrəti olan 

musiqiçisən. Amma  indi özündə başqa keyfiyyətlər də aşkar 

  

  




__________________________________________ 

76

edirsən. Doğrudur, təkcə indi yox. Xatirimdədir, sən gənclik 



illərində oxumağa başlayanda sənin haqqında film var idi. Onu 

televiziya ilə göstərirdilər, sənin necə  şəkil çəkdiyini, heykəl 

düzəltdiyini görmüşdüm. Mən həmin filmə baxmışam.  İndi 

budur, sənin istedadının daha bir cəhəti üzə  çıxdı. Ola bilsin, 

yenə nə isə üzə çıxacaqdır. Bu, mənə xoşdur, əzizdir, xüsusən də 

ona görə ki, sən ümumiyyətlə, peşəkar rəssam deyilsən, sən 

müğənni və musiqiçisən, amma yaxşı portret çəkmisən. 

T a m a r a  S i n y a v s k a y a: Heydər Əliyeviç, Sizin 

gözəl kampaniyanız var - Cüzeppe Verdi, Pyotr İliç Çaykovski, 

Aleksandr Sergeyeviç Puşkin, Heydər Əliyeviç Əliyev. 

H e y d ə r  Ə l i y e v: Bundan əvvəl o, onları çəkmişdir? 

T a m a r a  S i n y a v s k a y a: Yox, Sizin portretinizi 

çəkdi və bundan sonra başlandı. Yubileyi münasibətilə Puşkini 

çəkdi, sonra Raxmaninova, daha sonra Çaykovskiyə keçdi. 

Onun nəsə ilhamı gəlmişdi. 



H e y d ə r  Ə l i y e v: Deməli, bu, onun istedadını açmışdır. 

T a m a r a  S i n y a v s k a y a: Onun istedadını Siz 

açmısınız. 



H e y d ə r  Ə l i y e v : Bu maraqlıdır. Şübhəsiz ki, mən hər 

şeyi xatırlayıram və  hər  şeyi qiymətləndirirəm. Vaxtilə  sənin 

mənə  həsr etdiyin «Azərbaycan» mahnısını da çox qiymət-

ləndirirəm. Üzərində  sənin sözlərin olan not yazısı da mənim 

kitablarımın arasındadır. Yəni tarix bundan istifadə edəcəkdir. 

Budur, indi də şəkil çəkmisən. 



M ü s l ü m  M a q o m a y e v: Ancaq bu, ev üçündür. 

H e y d ə r  Ə l i y e v: Aydındır ki, ev üçündür. 

T a m a r a  S i n y a v s k a y a: Bu, bağ variantı adlanır. 

H e y d ə r Ə l i y e v: Axı nə üçün? Mən onu verə bilərəm... 

 

  



 

 

 



 


__________________________________________ 

77

M ü s l ü m  M a q o m a y e v: Yadımdadır, bu qısaqol 

köynək zolaqlı idi. Mən  əvvəlcə zolaqlı  çəkdim, sonra onları 

sildim, çünki mənə elə  gəldi ki, bu, bir qədər ağ olur, sadə 

olmalıdır. 

T a m a r a  S i n y a v s k a y a: Sizin geyiminizi dəyişdi. 

Heydər Əliyeviç, Siz indi nə demək istəyirdiniz, portreti muzeyə 

verəcəksiniz? Heç vaxt. 

H e y d ə r  Ə l i y e v: Yox, verməyəcəyəm. Bəs muzeyə 

verilsə, nə olar? Bu, pis deyildir. Çünki evdə onu tək özüm 

görəcəyəm, Muzeydə isə çox insanlar görəcəklər. 

M ü s l ü m  M a q o m a y e v: Özünüz bilərsiniz. Mən onu 

Sizə hədiyyə edirəm, sonrası isə... 



H e y d ə r  Ə l i y e v:  Şəkil mənə  məxsusdur və onun 

harada olacağı mənim işimdir. 



M ü s l ü m  M a q o m a y e v: Mən bu portretin slaydını 

gətirmişəm, xüsusi olaraq çıxarmışam. 



H e y d ə r  Ə l i y e v: Mənə göstərdiyiniz diqqətə görə bir 

daha sağ olun. Sağ olun ki, məndə həmişə sizə qarşı məhəbbət 

və diqqət hissləri var, siz bunu bilirsiniz. 

M ü s l ü m  M a q o m a y e v: Heydər Əliyeviç, sağ olun, 

vaxtmızı çox almayacağam. Onsuz da Sizin vaxtınızı almışıq. 

Umidvaram ki, Sizinlə hələ heç olmasa telefonla danışacağıq. 

  

 



  

 

  




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə