__________________________________________
59
MİSİR ƏRƏB RESPUBLİKASININ
MİLLİ BAYRAMI – İYUL İNQİLABININ
47-ci İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ
MİSİRİN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN
TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ
Bakı, «Avropa» mehmanxanası
23 iyul 1999-cu il
Hörmətli cənab səfir!
Hörmətli xanımlar və cənablar!
Mən sizi Misir xalqının milli bayramı – Misir inqilabının 47-
ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm və Misir
xalqına gələcəkdə uğurlar arzulayıram.
Misir-Azərbaycan əlaqələri qədim tarixə malikdir. Ancaq
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra bu əlaqələr
dövlətlərarası əlaqələrə çevrililədir və Misir ilə Azərbaycan
arasında dostluq və əməkdaşlıq yaranıbdır. Qısa bir zamanda -
bir neçə il ərzində Misir ilə Azərbaycan arasında siyasi sahədə,
mədəniyyət sahəsində əlaqələr genişlənib və iqtisadi sahədə
müəyyən əlaqələr yaranıb, onlar da inkişaf edir.
Misir Azərbaycan üçün dost, qardaş ölkədir. Misir dünyada
özünəməxsus yer tutub, Afrika qitəsində, ərəb aləmində böyük
təsirə malikdir və bir çox beynəlxalq problemlərin həll
olunmasında aparıcı rol oynayır. Azərbaycan xalqı Misirin
Qədim, zəngin mədəniyyətinə, zəngin tarixinə böyük hörmət və
ehtiram bəsləyir. Bizim üçün bugünkü Misir-Azərbaycan
əlaqələri çox əzizdir. Biz Misir Ərəb Respublikası ilə beynəlxalq
təşkilatlarda sıx əməkdaşlıq edirik və böyük məmnu-
__________________________________________
60
niyyətlə deyə bilərəm ki, Birləşmiş Millətlər Təşkilatında İslam
Konfransı Təşkilatında və başqa beynəlxalq təşkilatlarda Misir
Azərbaycanın haqq işini həmişə müdafiə edibdir, Ermənistanın
Azərbaycana təcavüzünü pisləyibdir və Azərbaycanın ərazi
bütövlüyünü daim dəstəkbyibdir. Misirin belə bir mövqeyini biz
yüksək qiymətləndiririk və əmin olduğurnu bildirmək istəyirəm
ki, Misirlə əməkdaşlığımız bundan sonra da inkişaf edəcək və
genişlənəcəkdir, həm Misir, həm də Azərbaycan xalqları bundan
bəhrələnəcəkdir.
Son illər Misirdə aparılan islahatlar şübhəsiz ki, bizdə böyük
maraq və məmnuniyyət hissi doğurur. Bunların hamısı da
Misirin inkişafını təmin edibdir. Biz qardaş ölkə kimi buna
sevinirik.
Misir Yaxın Şərqdə sülhün, əmin-amanlığın əsasını qoyan
ölkələrdən biridir. Misir xalqının daxili siyasətdə və iqtisadi
sahədə nailiyyətləri bizi sevindirir və mən bu münasibətlə Misir
xalqını təbrik edirəm.
Misir xalqının böyük nailiyyətlərinin səbəblərindən biri də bu
ölkəyə ərəb xalqının, Misir xalqının çox görkəmli oğlu prezident
Hüsni Mübarəkin uzun illər başçılıq etməsidir. Cənab Hüsni
Mübarək öz gərgin fəaliyyəti ilə, beynəlxalq aləmdə gördüyü
işlərlə dünyada hörmət qazanıb və xüsusi ərəb dünyasında,
Afrika qitəsində böyük hörmətə malikdir. Böyük
məmnuniyyətlə qeyd edirəm ki, prezident cənab Hüsni Mübarək
ilə mənim aramda dostluq əlaqələri yaranıb və bu dostluq
əlaqələri də inkişaf edir, Misir ilə Azərbaycanın əməkdaşlığının
inkişafına, genişlənməsinə yardım edir.
Bu bayram günü Azərbaycan xalqının, Azərbaycan dövlətinin
təbrikini, salamlarmı və ən xoş arzularmı Misir xalqına və Misir
prezidenti Hüsni Mübarəkə göndərirəm.
Misirin Azərbaycandakı səfirliyi ölkəmizin dövlət orqanları
ilə sıx əməkdaşlıq edir və ölkələrimiz arasında əlaqələrin
genişlənməsinə və inkişaf etməsinə sədaqətlə xidmət edir.
__________________________________________
61
Biz qardaş Misir xalqı ilə əlaqələrimizi bundan sonra da
inkişaf etdirəcəyik, genişləndirəcəyik. Əminəm ki, bu əlaqələr
daha da yüksəklərə qalxacaqdır.
Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Misir
xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.
__________________________________________
62
MƏRAKEŞİN KRALI ƏLAHƏZRƏT
MƏHƏMMƏD İBN HƏSƏNƏ
Əlahəzrət, Mərakeşin kralı II Həsənin vəfatı xəbəri məni
dərindən sarsıtdı.
Sizin atanız və mənim əziz dostum II Həsən dünyada sülhün
və əmin-amanlığın möhkəmləndirilməsində, islam ölkələri
arasında dostluq və
əməkdaşlıq münasibətlərinin
dərinləşdirilməsində və inkişaf etdirilməsində misilsiz xidmətlər
göstərmişdir.
İslam Konfransı Təşkilatının yaradıcılarından biri kimi
fədakar fəaliyyəti və müsəlman xalqlarının rifahı naminə nəcib
işləri ilə II Həsən öz xalqının və bütün Şərq aləminin dərin
hörmət və ehtiramını qazanmışdır. Onun parlaq xatirəsi
qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizə və bütün Mərakeş
xalqına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 1999-cu il
__________________________________________
63
BAKIDA MƏŞHUR İSPANİYA MÜĞƏNNİSİ
XULİO İQLESİASIN KONSERTİNDƏN SONRA
ONUNLA GÖRÜŞDƏKİ
∗
SÖHBƏT
Respublika sarayı
24 iyul 1999-cu il
H e y d ə r Ə l i y e v: Uğurlu keçən konsert münasibətilə
Sizi təbrik edirəm. Bu gün çox gözəl konsert verdiniz. Musiqiniz
də çox gözəldir. Səsiniz də heç dəyişməyibdir. Amma iki saat
yarımdır oxuyursunuz.
Xulio İqlesias: Gördüm ki, Siz salonda oturmusunuz, ona
görə axıradək oxudum.
H e y d ə r Ə l i y e v: Əgər siz oxuyub qurtarmasaydınız,
mən də gedə bilməzdim. Mən bilsəydim, bir az durardım ki, sizə
çox əziyyət verməyim.
X u l i o İ q l e s i a s: Cənab prezident, gözəl gözləriniz var.
H e y d ə r Ə l i y e v: Çox sağ olun.
X u l i o İ q l e s i a s: Siz özünüz və qızınız konsertə vaxt
ayırdığınıza görə minnətdaram.
H e y d ə r Ə l i y e v: Çox sağ olun. Mən çox təşəkkür
edirəm ki, siz dünən getdiniz, qaçqınları gördünüz. Bu, sizin
tərəfinizdən çox böyük insanpərvərlikdir. Bilirəm ki, burada
sizin proqramınız gərgindir, işiniz çoxdur. Amma dünən öz
xahişinizlə gedib qaçqınları görməyiniz məni çox məmnun etdi.
∗
Görüşdə Heydər Əliyevin qızı Sevil Əliyeva da iştirak etmişdir.
Dostları ilə paylaş: |