Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə16/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   12   13   14   15   16   17   18   19   ...   140

__________________________________________ 

56

1997-ci ilin sonunda və  1998-ci ilin əvvəlində biz bu 



problemin həll olunmasına artıq yaxınlaşırdıq. Prezident cənab 

Jak  Şirak da bu barədə çox gərgin fəaliyyət göstərirdi. 

Görüşlərdən başqa mən onunla telefon əlaqələri də saxlayırdım.   

I Ancaq yaranmış  vəziyyət sonra pozuldu, Ermənistanda 

hakimiyyət dəyişikliyi baş verdi. Beləliklə, biz yenidən 

danışıqlar I aparıb yenidən nəyəsə nail olmağa çalışıııq. 

Mən aprel ayında Vaşinqtonda prezident cənab Jak Şirakla 

görüşdüm və bu barədə danışıqlar apardım, ona bir daha 

müraciət etdim ki, bu məsələnin həll olunmasına daha da çox 

diqqət yetirsin və yardım etsin. Aprel ayında Vaşinqtonda və bu 

yaxın günlərdə Cenevrədə Ermənistan prezidenti Robert 

Koçaryanla mənim təkbətək görüşlərim də  məhz bu məqsədi 

daşıyır. Bu görüşlər müəyyən ümidlər verir, ancaq biz hələ çox 

iş görməliyik. Güman edirəm ki, bu görüşlər davam 

etdirilməlidir, - biz prezident Koçaryanla belə  fıkrə  gəlmişik. 

Şübhəsiz, gərək hər iki tərəfdən səylər qoyulsun ki, biz 

həqiqətən məsələni həll edə bilək və Qafqazda, Cənubi 

Qafqazda Ermənistanla Azərbaycan arasında həqiqi sülh 

yaradaq. Biz bu səylərimizi davam etdirəcəyik və hesab edirəm 

ki, Ermənistanla Azərbaycan arasında sülh yaranandan sonra, 

Azərbaycanın ərazi bütövlüyü təmin olunandan sonra, şübhəsiz 

ki, Cənubi Qafqazda iqtisadi əlaqələri tamamilə genişləndirmək 

və yaxşı inkişaf etdirmək olar. Bu da hərbir Cənubi Qafqaz 

ölkəsi üçün çox faydalı olar. Mən buna inanıram və  şübhə 

etmirəm ki, vaxt gələcək, Cənubi Qafqaz ölkələri Avropanın 

Şərqdə böyük bir hissəsi kimi Avropa dəyərlərini özündə tətbiq 

edərək Avropanın ayrılmaz bir hissəsi kimi yaşayacaqlar. Sizə 

təşəkkür edirəm. 



K r i s t i a n   P o n s e l e: Cənab prezident, mən də öz 

növbəmdə, bizə ünvanladığınız bu ümidverici sözlərinizə görə 

Sizə təşəkkür edirəm. Cənab prczident, mən əminəm ki, Sizin bu 

müdrik və cəsarətli fəaliyyətiniz nəticəsində bu regionun  

  

 



__________________________________________ 

57

 



ölkələri də gün problemlərini və münaqişələrini həll edib Sizin 

dediyiniz səviyyəyə  gəlib çatacaqlar. Əgər hər hansı bir 

fəaliyyətə başlayanda iradə və məsuliyyət hiss edilərsə, bilirəm 

ki, onda məsələnin həllinə, onun sonuna gəlib çatmaq hərnişə 

mümkün olur. 

Cənab prezident, mən belə başa düşürəm ki, dövlətlər 

arasında birlikdə müəyyən bir layihə irəli sürülərsə, - tutaq ki, 

kommunikasiya,  ərazi problemi ilə bağlı, - yəni hər hansı 

müqavilənin irəli sürülüb həyata keçirilməsi birlikdə, hamı 

tərəfindən qəbul edilirsə, onda dünya ictimaiyyətinin də buna 

diqqəti artar, dünya bankları - Avropa Yenidənqurma və İnkişaf 

Bankı, Dünya Bankı da bundan yan keçməz. Bu işin özü də 

qarşıya qoyduğumuz məqsədimizə çatmağımıza, yəni Sizin 

burada sülh və  əmin-amanlıq təmin etmək məqsədinizə çox 

kömək olar. Siz indicə dediniz ki, ölkənizin qanuni istəyi, arzusu 

Avropa  Şurasına daxil olmaqdır. Keçən illərdə olduğu kimi, 

Fransa bu işdə  də Sizin həqiqi vəkiliniz olacaq və tezliklə 

Avropa  Şurasına qəbul edilməyinizə öz dəstəyini verəcəkdir. 

Əlbəttə, indiyə  qədər etdiyiniz - Siz bu haqda danışdmız - və 

bundan sonra edəcəkləriniz Avropa Şurasına daxil olmağınız 

üçün doğrudan da Sizə tutarlı dəlillər verir. Bu tutarlı dəlillərzin 

əlinizdə var və bu yolda Fransa, onun prezidenti, bütün 

qurumları Sizi dəstəkləyəcək və Avropa Şurasına daxil 

olmağınıza köməyini göstərəcəkdir. 

Cənab prezident, bu görüşə, bizə göstərdiyiniz diqqət və 

qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Demək istəyirəm 

kı, bundan sonra hamımız bir məqsədə, bir arzuya çatmaq uçün 

çalışarıqsa və bu arzunun da əsas mahiyyəti insanın istər erməni, 

istər gürcü, istərsə də fransız, yaxud belçıkalı olsun, mahiyyətcə 

mənası yoxdur - yaşayış, - yaşayış  şəraitinin yaxşılaşdırılması 

olarsa, qarşımızda belə  məsuliyyət durarsa, biz buna çatarıqsa,   

onda   gələcək   nəsillərə   gözəl   miras 

 



__________________________________________ 

58

qoyarıq.  Əlbəttə, elə miras ki, onlar bundan çox gözəl və 



məharətlə istifadə edərlər. 

Cənab prezident, nitqimin sonunda sadəcə bir söz demək 

istəyirəm: Sizinlə söhbətlərimizdə nə ediriksə, inanın ki, hər şeyi 

ürəkdən edirik, bunlar bizim ürəyimizdən gəlir. Sizə bir daha 

«çox sağ olun, minnətdaram» deyirəm. 

H e y d ə r  Ə l i y e v: Təşəkkür edirəm, cənab prezident, 

Sizin təklifiniz ki Azərbaycan, Gürcüstan, Ermənistan 

parlamentlərinin sədrləri Fransada, Parisdə görüşsünlər - mən 

bununla razıyam. Sizi bir daha əmin edirəm ki, biz Ermənistanla 

Azərbaycan arasında sülh yaratmağa çalışacağıq, Cənubi 

Qafqazda əmin-amanlıq yaratmağa çalışacağıq. Bu işləri görmək 

üçün Fransaya çox böyük ehtiyacımız var. Əminəm ki, - burada 

dəfələrlə dediyiniz kimi, - Fransa bu işlərdə  həmişə bizimlə 

bərabər olacaq, bizim yanımızda olacaqdır.  Xahiş edirəm 

mənim hörmətimi, ehtiramımı, salamlarımı prezident Jak Şiraka 

çatdırasınız. Xahiş edirəm mənim salamlarımı, hörmət 

ehtiramımı Fransanın Senatına, parlamentinə çatdırasınız. Bir 

daha təşəkkür edirəm. 

K r i s t i a n  P o n s e l e: Cənab prezident, belə bir qayda 

var ki, bütün hədiyyələr insanlar arasında dostluq hisslərini 

artırır. Mən də bizə göstərdiyiniz qayğı, diqqət üçün Sizə kiçik 

bir hədiyyə vermək istəyirəm. Bunu Fransa zavodlarının birində 

əl ilə hazırlayıblar. Bu, Mariya Antuanettanın dövrünə aid, onun 

istifadə etdiyi servizlərdən birinin reproduksiyasıdır. Bunu qəbul 

etməyinizdən çox xoşbəxt olardım. Bununla Sizə öz hörmət və 

məhəbbətimi bildirmək istəyirəm. 



H e y d ə r  Ə l i y e v: Hədiyyəyə görə təşəkkür edirəm. Sağ 

olun. 


  


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə