Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə18/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   14   15   16   17   18   19   20   21   ...   140

__________________________________________ 

64

Siz otuz iki il bundan öncə də çox populyar olmusunuz və bu 



gün də populyarsınız. Gördünüz, insanlar sizi necə qarşılayırlar? 

X u l i o  İ q l e s i a s: Boğazım bir qədər tutulmuşdu, ona 

görə  də bir az narahat idim. Lakin Sizin ölkənizin xalqının, 

insanların münasibəti mənə ruh verdi və oxumağa başladım. 

H e y d ə r  Ə l i y e v: Mən hiss etmədim ki, sizin boğazınız 

tutulubdur. Mən sizin səsinizi şəxsən yox, lent yazıları vasitəsilə 

iyirmi il bundan öncə  də  eşitmişəm. Amma indi heç bir 

dəyişiklik görmədim. Bu həqiqətdir. Mənim qızım 70-ci illərdən 

sizin səsinizə valeh olubdur. Bir mənim qızım deyil, gördünüz 

ki, salonda oturanların hamısı.  



X u l i o  İ q l e s i a s: Çox şadam ki, dünən imkanım oldu, 

Sizin qızınızın musiqisinə qulaq asdım. Onun müsiqisindən çox 

xoşum gəldi. Artıq bununla bəlkə də biznes eləmək olar. 

H e y d ə r  Ə l i y e v: O, heç vaxt biznes məqsədi 

daşımayib. Sadəcə, ürəyindən gələn mahnıları yazıbdır. 



X u l i o  İ q l e s i a s: Hər halda çox gözəl mahnılardır. 

H e y d ə r  Ə l i y e v: Çox məmnunam. Onun mahnılarına 

verdiyiniz qiymət, əlbəttə ki, çox yüksək qiymətdir. 



X u l i o  İ q l e s i a s: Böyük musiqidir və həqiqətən şirin 

musiqidir. 

 

  



__________________________________________ 

65

 



 

 

ŞƏKİ ŞƏHƏRİ, GƏRAY ƏSƏDOV KÜÇƏSİ, ev 24 



MƏZAHİR VEYSƏL OĞLU MUSTAFAYEVƏ 

 

Hörmətli Məzahir Mustafayev! 



Sizin böyük zəhmət və ustalıqla yaratdığınız  əl işini – 

«Mücrü kitabə»ni aldım. Bu sənət  əsərindən göründüyü kimi, 

sizin müstəqil Azərbaycan dövlətinə  və  şəxsən mənə böyük 

hörmət və  məhəbbətiniz vardır. Biləndə ki, siz həkimsiniz, 

peşəniz insanlara şəfa verməkdir, belə gözəl  əl qabiliyyətiniz 

məni heyrətə gətirdi. 

Xalqımızın mədəniyyət tarixində  Şəki sənətçilərinin həmişə 

öz dəst-xətti olmuşdur. Yaratdığınız  əsərlə siz bir daha 

göstərdiniz ki, şəkililər bu gözəl  ənənəni qoruyub saxlamış  və 

bu gün də davam etdirməkdədirlər. 

Təbiidir ki, mən həmin hədiyyəni bütün Şəki camaatının 

töhfəsi kimi qəbul edir və sizə öz təşəkkürümü bildirirəm. 

İnanıram ki, böyük həssaslıqla, yüksək humanist düşüncə ilə 

yaratdığınız və mənə həsr etdiyiniz «Mücrü kitabə» tariximizin 

mühüm bir dönümünü əks etdirən sənət nümunəsi kimi 

xalqımızın və mənim yaddaşımda daim yaşayacaqdır. 



Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 iyul 1999-cu il 

  

 

 



  


__________________________________________ 

66

 



 

 

MƏŞHUR İSPANİYA MÜĞƏNNİSİ 



XULİO İQLESİAS İLƏ 

GÖRÜŞDƏKİ SÖHBƏT 

 

Prezident sarayı 



 

25iyul l999-cu il 

 

H e y d ə r  Ə l i y e v: Hörmətli cənab Xulio İqlesias! 

Hörmətli qonaqlar! 

Mən sizi Azərbaycanda bir daha səmimi-qəlbdən 

salamlayıram. Mən çox məmnunam ki, siz – dünyanın ən böyük 

ulduzlarından biri, nəhayət, Azərbaycana da gəlmisiniz və 

burada Azərbaycanın musiqisevərləri ilə görüşmüsünüz. 

Allah sizə çox gözəl səs veribdir və çox gözəl istedad 

veribdir. Gözəl səsinizlə, gözəl istedadınızla siz həqiqətən, 

dünyanın ən məşhur, ən sevimli, ən gözəl müğənnilərindən biri 

olmusunuz. Bunu dünyanın hər yerində bilirbr. O cümlədən 

Azərbaycanda da bilirlər və sizin sənətinizi çox yüksək 

qiymətləndirirlər. Ona görə  də sizin Azərbaycana ziyarətiniz, 

Azərbaycan musiqisevərlərinə sevinc gətirməyiniz və 

Azərbaycanla tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. 

Mən xüsusən onu qeyd etmək istəyirəm ki, siz ölkəmizə 

gələn kimi ilk növbədə, Azərbaycanın ağır vəziyyətdə yaşayan 

insanları ilə, yəni Ermənistan-Azərbaycan münaqişəsi 

nəticəsində doğma yurdlarından zorla çıxarılıb indi çadırlarda 

yaşayan insanlarla görüşə getdiniz. Bu onu göstərir ki, siz nəinki 

böyük sənətkar, müğənni, musiqiçi, eyni zamanda böyük ictimai 

xadimsiniz və dünyada hər bir ölkədə  




__________________________________________ 

67

olan ictimai, siyasi, sosial məsələlər də sizi maraqlandırır. Bu, 



məni çox sevindirir.   

Mən şəxsən sizi neçə illərdir ki, tanıyıram. Eləcə də, demək 

olar ki, dünyanın insanlarının çoxu sizi sənətinizə görə tanıyır. 

Ancaq sizin bir şəxsiyyət kimi bu qədər çoxşaxəli bir insan 

olduğunuzu mən burada öz gözlərimlə gördüm. 

Siz dünən mənə dediniz ki, 32 ildir oxuyursunuz. 32 ildir 

böyük zəhmətlər çəkirsiniz. Mən  şəxsən, ümumiyyətlə, 

incəsənət aləminin insanları ilə, musiqi, teatr sənətkarları ilə 

həmişə çox maraqlanmışam və onların çoxunun həyatı ilə 

tanışam. Yaxşı bilirəm ki, səhnədə öz sənətini axşam bir-iki-üç 

saat nümayiş etdirən sənətkar, demək olar ki, bir gecədə on 

günlük iş görür. İnsanların çoxu teatra, konsertə  gəlir

müğənnini dinləyir, zövq alır. Elə bilir ki, asan bir şeydir: gəldi, 

səhnəyə  çıxdı, oxudu və bununla da iş qurtardı. Ancaq şəxsən 

mən bilirəm, - bir dəfə səhnəyə çıxmaq üçün ən böyük artist, ən 

böyük müğənni, ən böyük sənətkar nə qədər hazırlaşır, nə qədər 

gərgin saatlar keçirir və öz sənətini nümayiş etdirir. 

Ona görə də, mənim fikrimcə, sizin müğənniliyinizin 32 illik 

tarixini ikiyə, üçə vurmaq lazımdır. Yəni, ola bilər, 64 il olsun

yaxud daha çox olsun. 

Bir şey də çox qəribədir və çox da sevindiricidir ki, siz 32 il 

oxuyaraq, - özü də məlumdur ki, siz o müğənnilərdən deyilsiniz 

ki, ayda bir dəfə, iki dəfə oxuyasınız. Məsələn, opera 

müğənniləri vardır, ayda onların iki-üç çıxışı olur və ondan 

sonra istirahət edirlər. Amma siz daim oxuyursunuz, - 32 il 

oxuyaraq səsinizi bu qədər gözəl saxlamısınız və səhhətinizi bu 

qədər gözəl saxlamısınız. Mən buna görə sizə çox heyranam və 

sizi həyatınız boyu əldə etdiyiniz nailiyyətlər münasibətilə 

ürəkdən təbrik edirəm. 

Sizin dünən Azərbaycan tamaşaçılarına verdiyiniz konsert ən 

yüksək qiymətə layiqdir. Mən salonda oturmuşdum, fikir - 

 

  



 


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə