Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə20/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   16   17   18   19   20   21   22   23   ...   140

__________________________________________ 

72

bilirsiniz ki, bu kitabdan bir çox hissələr qəzetdə  dərc 



olunmuşdur. 

«Vaqrius» nəşriyyatı planetimizin görkəmli siyasi 

xadimlərinin memuarları seriyasını  nəşr etməyə başlayib və 

məndən xahiş ediblər ki, əgər arzu edirsinizsə, memuarlarınızı 

bu-raxmağı Sizə  təklif edim. Mən onlara dedim ki, prezident 

Heydər  Əliyevin memuarlarla məşğul olmağa nə  qədər vaxtı 

olacağını bilmirəm. Amma Siz bilirsiniz ki, onlar adam ayırırlar, 

istənilən boş vaxtınızda ona diktə edirsiniz, sonra isə onlar kitabı 

tərtib edirlər. Güman edirəm ki, bu, Sizə edilən ilk belə  təklif 

deyildir. 



H e y d ə r  Ə l i y e v:  Təxminən 1988-ci ildən, istefaya 

çıxdığım vaxtdan başlayaraq, əvvəlcə Moskvada, sonra isə Qərb 

ölkələrindən, Amerikadan mənə  dəfələrlə müraciət ediblər. 

Xatirimdədir, buraya Amerika Birləşmiş  Ştatlarından insanlar 

gəlmişdi, 10 gün bu ümidlə oturub gözlədilər ki, razılığa gəlmək 

mümkün olacaqdır. Özü də deyirdilər ki, onlar kitabı hansısa 

nəşriyyatlarda buraxacaqlar, buna çox böyük maraq var. Mənə 

çox müraciətlər olubdur. Ancaq təəssüflər olsun ki, mənim 

vaxtım yoxdur. Mən təəccüblənirəm, necə olur ki, insanlar 

işləyə-işləyə memuarlar yazırlar? Təəccüblənirəm ki, təxminən 

mənim kimi vəzifədə olan adam bir kitab, ikinci kitab yazır. 

Necə yazır, nə vaxt yazır? Mən bu barədə çox görkəmli 

xadimlərdən birindən soruşdum. O dedi: Bilirsiniz, mən səhər 

saat beşdə dururam, saat altıya, səkkizədək roman yazıram, 

sonra isə işə gedirəm. Hesab edirəm ki, bu mümkündür, amma 

inanmaq çətindir. 



M ü s l ü m  M a q o m a y e v: Bunu etmək çox asandır, o, 

səhər saat beşdə-altıda durur, diktofonu qoşur və öz xatirələrini 

söyləyir. 

H e y d ə r  Ə l i y e v:  Mən də diktofondan istifadə edə 

bilərəm. İndi hamı ondan istifadə edir. Amma bunun üçün vaxt 

lazımdır. 

  

 




__________________________________________ 

73

M ü s l ü m  M a q o m a y e v: Siz indiyədək nə  qədər 

müsahibə vermisiniz. 

H e y d ə r  Ə l i y e v: Mən bu, digər, üçüncü bir mövzuda 

müsahibə verməyə  məcburam. Haraya gedirəmsə, hər yerdə 

soruşurlar, hər yerdə xahiş edirlər. Lap çoxları xahiş edir, sadəcə 

olaraq vaxt yoxdur. Deməli, görünür, mən o siyasi 

xadimlərdənəm ki, onlar öz memuarlarını  dərc etdirə bilmirlər. 

Halbuki çox gözəl bilirəm ki, mən artıq indi sağ qalan o 

adamlardanam ki, - bunu geniş miqyasda götürürəm, - onu ki 

mən bilirəm, onu ki ictimaiyyətə mən çatdıra bilərəm, bəlkə də 

heç kim edə bilməz. O cümlədən də Kreml haqqında, çox şeylər 

haqqında. Bəlkə də bunu etməkdə Tanrı mənə kömək edəcəkdir. 

Amma mənim üçün bu, problem deyildir. Mənim üçün problem 

mənim işimdir. Mən bununla məşğul oluram. 



M ü s l ü m  M a q o m a y e v: Sizin memuarlarınızı 

oxumaq istərdim. 



T a m a r a  S i n y a v s k a y a: Bəli, bu, elə bir roman, elə 

bir bomba olardı! 



M ü s l ü m  M a q o m a y e v: Ələlxüsus, Siz səmimiyyətlə 

söyləsəniz, hər şeyi açıqlasanız, onda bu... 



H e y d ə r  Ə l i y e v: Mən həmişə səmimiyəm. 

M ü s l ü m  M a q o m a y e v: Siz çox yaxşı görünürsünüz, 

biz həmişə Sizin barənizdə düşünürük. Yeri gəlmişkən, təkcə biz 

yox, hətta Rusiyadakı dostlarımız, Böyük Teatrın artistləri də... 

T a m a r a  S i n y a v s k a y a: Hörmətlə, ehtiramla və 

məhəbbətlə düşünürlər.  



H e y d ə r  Ə l i y e v: Təşəkkür edirəm. Onların hamısına 

mənim salamlarımı  və xoş arzularımı çatdırın. Sağ olun. Bəli, 

burada əvvəl işlədiyim dövrdə də və Moskvada işlədiyim dövrdə 

də görüşdüyümüz, birlikdə olduğumuz, məsələləri həll etdiyimiz 

insanlar çoxdur. Biz bir-birimizi yaxşı tanıyırıq, bir-birimizə 

yaxşı münasibət bəsləyirdik. Bu gün də onların ha- 

  

 

  




__________________________________________ 

74

mısına, xüsusən incəsənət və  ədəbiyyat xadimlərinə 



münasibətim çox yaxşıdır. Mən bu insanlara həmişə yaxşı 

münasibət bəsləmişəm. 



T a m a r a  S i n y a v s k a y a:  Yəqin Siz qəlbən, hər 

halda, artistsiniz. 



M ü s l ü m  M a q o m a y e v: Sizin Azərbaycanda Rusiya 

mədəniyyəti günlərinin iştirakçılarını, Böyük Teatrın gəlişini 

necə qarşılamağınız haqqında mən öz kitabımda lap çox 

yazıram. Mənim yazdığım fəsil «Əliyev qatarı» adlanır. 

Bilirsiniz nə üçün «qatar»? Ona görə ki, xatirinizdədirsə, 

Tamara ilə biz təzəcə evlənəndə, bizə qatara əyləşib Sizinlə 

Tulaya qədər getməyi təklif etmişdiniz. 

H e y d ə r  Ə l i y e v: Mən sizə Bakıya qədər demişdim, siz 

isə dediniz ki, Tulaya qədər. 

Sonra  M ü s l ü m  M a q o m a y e v prezident Heydər 

Əliyevə özünün daha bir işi barədə məlumat verdi: 

Mən Sizin portretinizi çəkməyə başlamışam, ancaq sonra 

biləndə ki, Nikas Safronov, Tahir Salahov və  təkcə onlar yox, 

başqaları da Sizin portretinizi çəkiblər - Sizin portretləriniz 

çoxdur, belə  qərara gəldim: necə  yəni, mən, müğənni, portret 

çəkəcəyəm? Heç yaxşı da düşmür. Əgər çəkəsi də olsam, yalnız 

özümdə qalacaqdır. Ancaq çəkdim. Həmkarlarım baxdılar...  



T a m a r a  S i n y a v s k a y a: Sən demə, qoy Heydər 

Əliyeviç özü qiymət versin. 



M ü s l ü m  M a q o m a y e v: Mən ancaq deyirəm ki, Tahir 

Salahov, Nikas Safronov baxıblar. 



H e y d ə r  Ə l i y e v: Baxıblar? 

M ü s l ü m  M a q o m a y e v:  Bəli, dedilər ki, pıs 

alınmayıbdır.  



T a m a r a  S i n y a v s k a y a: Bir qədər əsəbiləşmişdilər. 

M ü s l ü m  M a q o m a y e v: Bir sözlə, mən portretı 

göstərəcəyəm. Əgər xoşunuza gəlsə, özümü xoşbəxt sayaca- 

  

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə