Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə23/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   19   20   21   22   23   24   25   26   ...   140

__________________________________________ 

81

amerikalılar çox istəyirlər ki, görkəmli dövlət xadimi Heydər 



Əliyevə qulaq assınlar, Azərbaycanın bugünkü və  gələcək 

social-iqtisadi vəziyyətinə dair Sizin düşüncələrinizlə tanış 

olsunlar. Çünki amerikalı  iş adamları Azərbaycanla daha sıx 

əlaqalər qurmaq istəyirlər. Onlar mənimlə tez-tez əlaqə 

saxlayırlar, müəyyən kömək istəyirlər. Təəssüf ki, bizim 

Kaliforniyada televiziyamız yoxdur və biz Azərbaycanda bu gün 

görülən işləri Amerikada yaxşı təbliğ edə bilmirik. 

Cənab prezident, bir daha xahiş edirəm ki, Azərbaycanın 

bugünkü və gələcək sosial-iqtisadi vəziyyəti barədə danışasınız. 

H e y d ə r  Ə l i y e v: Azərbaycanın çox gözəl gələcəyi 

vardır. Azərbaycan bir müstəqil dövlət kimi yaşayır. Ölkəmizdə 

hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir. 

Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar həyata 

keçirilir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə 

inkişaf edir. Bu yol artıq dönməzdir və biz bu yolu tutmuşuq. 

Azərbaycan xarici investisiyanı  cəlb etməyə çalışır və bu 

sahədə bizim nailiyyətlərimiz böyükdür. Azərbaycan açıq, azad 

bir ölkə kimi insan hüquq və azadlıqlarına, mətbuat azadlığına 

riayət edir. Azərbaycan bu azadlıqları təmin edən bir ölkə kimi 

bütün dünyaya açıqdır. Hesab edirəm ki, bütün bunlar 

Azərbaycanın həm bu günü, həm də  gələcəyi üçün çox əsas 

şərtlərdir. 

Azərbaycanın müstəqilliyi ildən-ilə möhkəmlənir və inkişaf 

edir. Bilirsən ki, indi biz müstəqillik dövrünün səkkizinci ilini 

yaşayırıq. Amma bu illər Azərbaycan üçün ağır, çətin olubdur. 

Ümumiyyətlə, yeni bir dövlət qurmaq, yeni bir siyasi-iqtisadi 

sistem yaratmaq heç kəs üçün asan deyildir. Çünki 70 il başqa 

bir iqtisadi-siyasi sistemdə yaşamış respublikada, isanlarda – 

bunların hamısında dəyişmə prosesi getməlidir. Bu, elə bir 

prosesdir ki, birinci növbədə insanların psixologiyasında 

dəyişiklik getməlidir. İnsanların beynində, psixo- 

  

  

 




__________________________________________ 

82

logiyasında dəyişiklik bir gündə, iki gündə getmir. Amma biz 



bunu təmin edirik. Biz bunu onunla təmin edirik ki, xalqımızı 

artıq inandırmışıq. 

Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edib-

dir və xalqımız inanır ki, nə qədər çətin olsa da biz ölkəmizi heç 

vaxt heç kəsin himayəsinə verməyəcəyik, onun heç kəsin 

müstəmləkəsinə çevrilməsinə imkan verməyəcəyik. Azərbay-

can müstəqil bir dövlətdir və müstəqil də yaşayacaqdır. Biz öz 

ölkəmizi bundan sonra da inkişaf etdirəcəyik. 

Bilirsiniz ki, 1991-ci ildə Sovetlər  İttifaqı dağılan zaman 

Azərbaycan müstəqillik aktı  qəbul etdi. 1995-ci ildə  qəbul 

etdiyimiz Konstitusiyada da bu, təsbit olunubdur. Bu, qiymətli 

sənədlərdir,  şübhəsiz ki, həm dövlət, həm xalq üçün bu 

istiqamətdə fəaliyyət göstərməyə əsas verən sənədlərdir. Amma 

bu fəaliyyəti yaratmaq, aparmaq, yenə  də deyirəm, insanların 

hamısını buna inandırmaq, eyni zamanda ölkəmizi ayrı-ayrı 

xarici təzyiqlərdən qorumaq üçün çox işlər görmək lazımdır. Biz 

bu işləri görürük. 

Bilirəm, o illər hamı üçün çətindir, amma Azərbaycan üçün 

daha da ağır, çətin olubdur. Sən buraya ilk dəfə 1989-cu ildə 

gəlmisən. O vaxt sən Azərbaycanda vəziyyəti görmüşdün. O 

zaman bir tərəfdə xalq idi, o biri tərəfdə isə kommunist 

hakimiyyəti idi. 

Kommunist hakimiyyəti xalqı artıq idarə edə bilmirdi, ona 

görə xalq meydanlara tökülürdü, öz etirazını bildirirdi. Bunların 

da nəticəsində o vaxt, 1990-cı ilin yanvarında sovet hakimiyyəti, 

Moskva, xüsusən sovet hökumətinin başında duran Qorbaçov 

Azərbaycan xalqına qarşı böyük bir qəsd, təcavüz etdi, böyük 

qoşun hissəsini, tankları, silahlı qüvvəni bir gecənin içərisində 

Azərbaycana sürdü. Günahsız insanlar qətlə yetirildi, qan 

töküldü, şəhidlər verildi. 

Bu o zaman idi ki, Ermənistanla Azərbaycan arasında 

münaqişə gedirdi. Çox təəssüflər olsun ki, o vaxtlar sovet 

  



__________________________________________ 

83

hökuməti, başda Moskva olmaqla sovet hakimiyyəti bu 



münaqişədə Azərbaycana ədalətsiz yanaşmışdı. Məsələn, 1988-

ci ilin fevral ayında, Ermənistan-Azərbaycan münaqişəsi 

yaranan zaman Dağlıq Qarabağda ermənilər qalxıb artıq 

Azərbaycandan imtina edəndə və Dağlıq Qarabağın Ermənistana 

bağlanması haqqında qərar qəbul ediləndə,  şübhəsiz ki, o cür 

totalitar bir dövlətin, Sovet İttifaqı hökumətinin bu münaqişənin 

qarşısını almağa imkam var idi. 

Dağlıq Qarabağ vilayəti Azərbaycanda 1923-cü ildə 

yaranıbdır. O vaxta qədər heç zaman belə bir vilayət olmayıbdır. 

Azərbaycanın  ərazisində ermənilər də, başqa millətlər də ya-

şayıbdır. Mən hesab edirəm ki, sovet hakimiyyəti tərəfindən 

Azərbaycana o vaxt birinci qəsd edilibdir. Bu da ondan ibarətdir 

ki, sovet hökuməti Azərbaycanın içərisində ermənilər üçün 

muxtariyyət qurumu yaradıbdır. Nə üçün? 

Ermənilər hər yerdə yaşayırlar. Məsələn, Kaliforniyada da 

çoxlu ermənilər vardır. Amma Amerika onlara muxtariyyət 

hüququ verirmi? Vermir. Yaxud, əsrin  əvvəlində, 1920-ci ilin 

əvvəllərində Ermənistanda nə  qədər azərbaycanlılar yaşayıblar. 

Onlar da Dağlıq Qarabağda ermənilər yaşayan kimi yığcam, 

yəni bir ərazidə yaşayıblar. 

Yadımdadır, Naxçıvanla Ermənistan arasında rayonlar var. 

Mən onları yaxşı tanıyıram, qabaqlar oraya çox gedib-gəlmişəm. 

Məsələn, orada Qəmərli, Vedi, Zəngibasar, Uluxanlı rayonları 

var idi. Naxçıvanın sərhədindən

Şərur rayonundan 

Ermənistanın o vaxtkı  sərhədinə keçəndən - həmin sərhədi 

1920-ci illərdə yaradıblar,  əvvəllər belə  sərhəd olmayıbdır - ta 

Yerevana qədər olan bütün rayonlar azərbaycanlı rayonlarıdır. 

Mən o vaxtlar bu yolu avtomobillə  də çox getmişəm, həm də 

dəmir yolu vasitəsilə getmişəm. Onların hamısı 

azərbaycanlılarındır. Gedirdik, orada bir kənd, burada bir kənd, 

rayon mərkəzlərinin hamısı Azərbaycanındır, orada 

azərbaycanlılar yaşayırdılar. Hələ mən Ermənistanın bu hissəsini 

deyirəm. 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə