__________________________________________
399
olsun ki, ATƏT-in Minsk qrupunda bizim bu görüşlərimizə görə
artıq gözləmə vəziyyəti yaranıbdır - guya bu görüşlər hansısa
nəticəni verəcəkdir, ondan sonra siz, sadəcə, bunu
əsaslandıracaqsınız. Biz bununla razı deyilik. Mən sizə də
deyirəm - Minsk qrupu yeni, hər iki tərəf üçün münasib olan
təklif verməlidir. Mən bunu çox narahatçılıqla deyirəm. Məsələ
o qədər uzanıbdır ki, noyabr ayının 17-si, ya 18-də İstanbulda
ATƏT-in zirvə görüşü olacaqdır. Bizi çox narahat edir ki,
İstanbulda ATƏT-in zirvə görüşündə hansı qərar qəbul
olunacaqdır.
Hesab edirəm, bu, sizi, ATƏT-in sədrini də narahat etməlidir.
Çünki dünyada olan münaqişələrin içərisində bu, ən
uzunmüddətli münaqişədir. Bu münaqişə elə bir şərait
yaradıbdır ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub,
Azərbaycanın ərazi bütövlüyü pozulub, bir milyondan artıq
azərbaycanlı öz yerindən-yurdundan zorla çıxarılıb və çadırlarda
yaşayır. Siz qeyd etdiniz ki, onları gördünüz. Amma təəssüf
edirəm ki, onları Bakıda görmüsünüz. Əgər çadırlarda
görsəydiniz, bu, siz daha da çox təsir bağışlayardı. Yeddi ildən
artıq çadırlarda yaşamaq çox çətindir. Buna ancaq
azərbaycanlıların dözümlülüyü davam gətirə bilər.
Siz deyirsiniz ki, Ermənistanda da qaçqınlar var. Bunları
bərabərləşdirmək tamamilə düz deyildir. Çünki Ermənistandakı
qaçqınlar Azərbaycanın müxtəlif yerlərində yaşamış və bu
münaqişə nəticəsində buradan getmiş ermənilərin az bir
hissəsidir. Bizdə elə qaçqınlar - Ermənistanda yaşamış
azərbaycanlılar var ki, onlar 1988-ci ildə zorla oradan
çıxarılıblar. Onlar çadırda yaşamırlar, müəyyən yerlərdə
yerləşdirmişik. Amma işğal edilmiş 20 faiz torpaqlardan zorla
çıxarılmış insanlar çadırda yaşayırlar. Ona görə də bunu
bərabərləşdirmək ki, Ermənistanda da, Azərbaycanda da
qaçqınlar var, - bu, çox böyük səhv olardı.
__________________________________________
400
Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, beynəixalq
təşkilatlar, o cümlədən ATƏT-in özü də çox vaxt Ermənistan-
Azərbaycan münaqişəsində vəziyyəti bərabərləşdirirlər. Amma
həqiqət belə deyildir. Birincisi, münaqişəni Ermənistan başlayıb,
çünki Azərbaycan torpağı olan Dağlıq Qarabağa iddia edib, onu
ələ keçirmək istəyibdir. Demək, münaqişənin səbəbkarı
Ermənistandır. İkincisi, Dağlıq Qarabağ Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunandan, oradan bütün
azərbaycanlılar zorla çıxarılandan sonra həmin qüvvələr Dağlıq
Qarabağın ətrafında sırf azərbaycanlılar yaşayan yeddi inzibati
rayonu da işğal etdilər və orada olan insanları yerlərindən-
yurdlarından çıxartdılar.
İşğal olunmuş torpaqlarımızda 700-dən artıq yaşayış
məntəqəsi - şəhər, kənd, qəsəbə dağıdılıb, viran edilibdir.
Xəstəxanalar, yaşayış evləri, məktəblər, kitabxanalar,
mədəniyyət sarayları, elektrik stansiyaları, körpülər və sair -
insanların yaşayışı və əmək fəaliyyəti üçün illər boyu, bəlkə də
əsrlər boyu yaranmış hər şey dağıdılıbdır. Bu halların heç birisi
Ermənistanda yoxdur. Biz Ermənistan torpağının bir metrini də
işğal etməmişik. İndi onlar Dağlıq Qarabağı faktiki olaraq ələ
keçiriblər, hətta orada da belə dağıntı yoxdur.
Mən bir çox başqa faktlar da gətirə bilərəm. Amma bu
dediklərim də əsas verir ki, sizə bildirim: Ermənistanla
Azərbaycanı bərabər vəziyyətdə qiymətləndirmək olmaz. Bir də
təəssüf edirəm ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-
də belə fikir hökm sürür.
Prezident Koçaryanla danışıqlarımdan başa düşdüm ki, onlar
həqiqətən məsələnin sülh yolu ilə həll olunmasını istəyirlər.
Amma çox ağır şərtlər qoyurlar. Siz onların xoş məramının
nümayişi kimi onların sizə verdikləri üç əsirin Azərbaycana
gətirilməsini dediniz. Mən sizə təşəkkür edirəm ki, bizim üç
vətəndaşımızı, əsirlikdə olan vətəndaşlarımızı Azərbaycana
gətirmisiniz. Amma burada da işə obyektiv
__________________________________________
401
yanaşmaq lazımdır. Bizim təklifimiz, ümumiyyətlə, beynəlxalq
təşkilatların təklifi
əsirlərin hamısının hamısına
dəyişdirilməsidir.
Ancaq Ermənistan buna riayət etmir. Biz keçmişdə əsir
düşmüş və konkret siyahıları, adları olan əsirləri demirik,
hansılar ki, 800-dən artıqdır. Sonra bəzi ölkələrin yüksək
vəzifəli şəxsləri dedilər ki, onların heç birisi sağ deyil, hamısını
öldürüblər. Amma beynəlxalq təşkilatların əlində olan məlumata
görə, indi Ermənistanda 15 azərbaycanlı əsir var. Bizdə isə 4
nəfərdir, mən bunu sizə açıq deyirəm və bu gün hamını hamıya
dəyişməyə hazırıq. Nə üçün onlar üçünü veriblər? Əgər
doğrudan da, nə təhər deyərlər, belə bir addım atmaq
istəyiblərsə, beynəlxalq təşkilatların, ATƏT-in prinsiplərinə
riayət edəydilər, 15-ni də verəydilər, biz isə 4-nü də verəydik.
Burada da bu məsələyə obyektiv qiymət vermək lazımdır.
Mən bu barədə çox danışa bilərəm. Çünki ürəyimiz
yanıqlıdır, siz bilin. Əgər ölkəmizdə bir milyon Azərbaycan
vətəndaşı çadırda yaşayırsa, bizim heç birimiz rahat yaşaya
bilmərik. Amma bundan xilas olmaq üçün də torpaqlarımızın bir
hissəsini Ermənistana bağışlaya bilmərik. Ona görə, yenə də
deyirəm, məsələnin həll edilməsində gərək ədalət olsun.
Bunları sizə deyərək, eyni zamanda nikbin əhval-ruhiyyədə
olduğumu bildirmək istəyirəm. Mənim nikbinliyim də ondan
irəli gəlir ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik.
Ermənistan da belə bəyan edir. Beş ildən artıqdır ki, atəşkəs
rejimini saxlayırıq. Mən bəyan edirəm ki, biz Azərbaycan
tərəfindən yenidən müharibənin başlanmasına yol vermərik.
Baxmayaraq ki, daxilimizdəki bəzi qüvvələr bu mövqeyimizə
görə bizi günahlandırırlar. Ancaq mən deyirəm - beş il bundan
öncə sülhün yaranmasını çox böyük hadisə hesab edirəm və
məsələ sülh yolu ilə həll olunana qədər atəşkəs rejimini
saxlayacağıq. Ermənistan prezidenti ilə mənim danışığım
əsasında üç gün bundan öncə Azərbaycan və Ermənistanın
Dostları ilə paylaş: |