__________________________________________
396
Demək olar ki, biz o vaxt - 1997-ci ilin sonunda münaqişənin
ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər
əsasında sülh yolu ilə həll edilməsinə çox yaxınlaşmışdıq.
Amma Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu
proses dayandı. Bilirsiniz ki, ondan sonra Ermənistanda
hakimiyyət dəyişikliyi oldu, Levon Ter-Petrosyan istefa verdi,
yeni prezident seçkiləri keçirildi. Beləliklə, demək olar ki, 1998-
ci il ATƏT-in, yəni Minsk qrupunun bu sahədəki fəaliyyətində
tamamilə boşluq kimi qiymətləndirilə bilər.
Sonra isə 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu
qəflətən, gözlənilmədən yeni bir təklif irəli sürdü və bu, bütün
danışıqlar prosesini tamamilə gərginləşdirdi. Yəni bizə təklif
etdilər ki, Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə
həll etmək üçün biz Azərbaycanda «ümumi dövlət» prinsipini
qəbul etməliyik ki, Azərbaycanın ərazisində Dağlıq Qarabağ
kimi bir dövlət yaransın, beləhklə də guya Azərbaycanın ərazi
bütövlüyü saxlamlacaqdır.
Biz bu təklifi qəbul edə bilməzdik. Təbii ki, ondan imtina
etdik. Ancaq təəssüf ki, bundan sonra Minsk qrupu demək olar
ki, öz fəaliyyətini dayandırdı. Bizdə belə bir təəssürat yarandı ki,
məsələn, 1997-ci ildə Minsk qrupu bir təklif verdi, Azərbaycan
bununla razılaşdı, Ermənistan razılaşmadı. Ermənistan
razılaşmadığına görə ondan sonra ikinci təklif verdi, Azərbaycan
razılaşdı, Ermənistan razılaşmadı. Minsk qrupu üçüncü dəfə elə
təklif verdi ki, onunla Azərbaycan razılaşa bilməzdi. Digər
tərəfdən, həmin təklifi təxminən bir il fasilədən sonra verdi. Belə
çıxdı ki, Azərbaycan bu təkliflə razılaşmadığına görə Minsk
qrupu öz fəaliyyətini dayandırdı.
Belə nəticə çıxarmaq olar ki, Minsk qrupu bu məsələyə
birtərəfli baxır, Azərbaycana qeyri-obyektiv münasibət göstərir.
O, bizim razılaşdığımız təklifi Ermənistan qəbul etməyəndə
bunu normal hesab edir, amma bizim razı olmadığımız təklifi
Ermənistan qəbul edəndə bunu bizim üçün qeyri-
__________________________________________
397
normal hesab edir. Bizim razılaşmadığımız təklifi Ermənistan
qəbul edəndə isə bunu normal hesab edir.
İndi bir ildir bizi qınayırlar ki, nə üçün biz bu «ümumi
dövlət» formulunu qəbul etmirik və Minsk qrupu yeni bir təklif
vermir. Amma Ermənistan Minsk qrupunun verdiyi təkliflərdən
imtina edəndə Ermənistana heç bir söz demirdilər, sadəcə, hesab
edirdilər ki, yeni təklif vermək lazımdır. Ona görə də mən hesab
edirəm ki, Minsk qrupunun fəaliyyəti 1997-ci ildən sonra çox
zəifdir. 1998-ci ilin noyabr ayında «ümumi dövlət» formulunu
bizə təklif edəndən və biz ondan imtina edəndən sonra isə Minsk
qrupu Azərbaycana qarşı qeyri-obyektiv mövqe tutur. Bunlar isə
bizi narahat edir.
Amerika Birləşmiş Ştatları prezidentinin Ermənistan-
Azərbaycan münaqişəsi üzrə xüsusi səfiri sentyabrın əvvəlində
Azərbaycana gəlmişdi. Ondan iki gün sonra isə Rusiyanın xarici
işlər naziri Azərbaycana gəlmişdi. Mən həm Amerikanın
nümayəndəsi, həm də Rusiyanın nümayəndəsi ilə bu barədə çox
açıq, aşkar və prinsipial danışıqlar apardım. Bu, elə onların
sizinlə Oslodakı görüşü ərəfəsində olmuşdu. Mən onlara dedim
ki, siz Osloda ATƏT-in sədrinə çatdırm, biz bu «ümumi dövlət»
təklifmi qəbul edə bilmərik. Biz Minsk qrupundan gözləyirik ki,
onlar hər iki tərəf üçün yeni, münasilə təklif versinlər.
Minsk qrupu I999-cu ildə öz zəif fəaliyyətini, yaxud
fəaliyyətsizliyini müəyyən qədər bununla izah etmək istəyir ki,
Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında
birbaşa danışıqlar prosesi başlanilədır. Ona görə də onlar
gözləyirlər ki, bu danışıqlar prosesi nə verəcək. Ondan sonra isə
biz nə razılığa gəlsək onlar onunla razı olacaqlar, yaxud da onu
müzakirə edəcəklər.
Aprel ayında biz sizinlə birlikdə Vaşinqtonda olarkən bir
neçə başqa ölkənin iştirakı ilə, Amerika Birləşmiş Ştatları Xarici
İşlər Nazirliyinin rəhbərliyi altında Cənubi Qafqaz
__________________________________________
398
ölkələri - Gürcüstan, Ermənistan, Azərbaycan prezidenlərinin
görüşü keçirildi. Sizin kimi mən də o görüşü əhəmiyyətli hesab
edirəm.
Həmin o günlər Vaşinqtonda Ermənistan prezidenti
Koçaryanla Azərbaycan prezidenti arasında təkbətək görüş də
oldu. O görüş də əhəmiyyətli oldu və biz onu davam etdirdik.
Ondan sonra iki dəfə Cenevrədə görüşmüşük, bir dəfə də
Yaltada. Mənim fikrim belədir ki, bu görüşlər məsələnin sülh
yolu ilə həll olunmasma yardım edir. Biz bir-birimizi daha da
yaxşı anlaya və problemlərimizi bir-birimizə daha da yaxşı izah
edə bihrik. Ancaq razıhğa gəlmək məsələsi çox çətindir. Ona
görə yox ki, biz bunu istəmirik. Mən hiss edirəm ki, Ermənistan
tərəfi də bunu istəyir. Amma Ermənistan tərəfi bunu Dağlıq
Qarabağa müstəqilhk statusu, yaxud da ona yaxın bir status
verilməsi yolu ilə istəyir. Ona görə də biz bu görüşlər
nəticəsində irəhyə gedə bilmirik.
Bəh, biz - həm Ermənistan prezidenti, həm də mən bəyan
etmişik ki, məsələnin həlh üçün mütləq kompromislərə getmək
lazımdır. Baxmayaraq ki, Cenevrədə Ermənistan prezidenti ilə
görüşəndən sonra kompromislərə getmək haqqında mənim
bəyanatlarım Azərbaycanın müxalifəti tərəfindən çox kəskin
tənqid edilir və buna etirazlar olur, - mən bir daha sizə deyirəm
ki, biz mütləq kompromislərə getməliyik. Kompromislərə
getməsək məsələni həll edə bilmərik.
Kompromislərin də müəyyən bir hüdudu var. Bu elə
olmalıdır ki, ölkəmizin mənafeləri, bizim mənafelərimiz, nə
təhər deyərlər, tapdalanmasm. Hesab edirəm ki, bizim bu
görüşlərimiz gələcəkdə də davam edə bilər və məsələnin sülh
yolu ilə həll olunmasına kömək edər.
Amma eyni zamanda bu, ATƏT-in Minsk qrupunun
tamamilə geri çəkilməsi demək deyildir. Biz- iki prezident bu
görüşlərə, sadəcə, ona görə getmişik ki, bu vasitədən də və
bütün başqa vasitələrdən də istifadə edək. Amma təəssüflər
Dostları ilə paylaş: |