__________________________________________
393
mətində irəliyə getmək arzusu ifadə olunmuşdu. Məhz bu
görüşdən sonra hadisələr müsbət istiqamətdə inkişaf etmişdir.
Siz ermənistanlı həmkarınızla görüşmüsünüz. Sizin xarici işlər
naziri də Ermənistanm xarici işlər naziri ilə görüşmüşdür.
Mən iki həftə bundan əvvəl Osloda Minsk qrupunun üç
həmsədri ilə görüşmüşəm. Biz həmin görüşdə bir sıra məsələləri
müzakirə etmişik. Həmsədrlər mənə məlumat verdilər ki, Siz
belə bir arzu ifadə etmisiniz ki, Minsk qrupu və ümumiyyətlə,
ATƏT öz işini daha da fəallaşdırsın, münaqişənin həllində daha
fəal iştirak etsin. Əlbəttə ki, biz üzərimizə düşən vəzifəni tam
anlayırıq. Lakin eyni zamanda, hesab edirik ki, münaqişənin
sülh yolu ilə həllində ikitərəfli danışıqlar, görüşlər də çox
vacibdir. Həm mən, həm də üç həmsədr Sizin qərara gəldiyiniz
bu məsələyə öz dəstəyimizi verməyə hazırıq.
Sentyabrın 29-da Azərbaycanın və Ermənistanın xarici işlər
nazirləri Nyu-Yorkda görüş keçirəcəklər. Biz Sizin ölkənin
xarici işlər naziri ilə razılaşmışıq ki, bu görüşdən sonra dərhal
telefon əlaqəsi saxlayaq və görüşün gedişi, əldə olunan razılıq
haqqında fikir mübadiləsi aparaq, görək ATƏT öz tərəfindən
hansı yardımı edə bilər.
Cənab prezident, mən Ermənistandakı görüşlərdən çox
məmnun qayıtmışam. Yerevanda ümumiyyətlə, bu ikitərəfli
görüşlərə çox müsbət yanaşırlar. Onlar razıdırlar ki,
kompromislər olmasa bu münaqişə həll edilə bilməz. Elə bunun
nümunəsidir ki, mən dünən buraya gələndə özümlə üç əsir
gətirmişəm. Onların şərtsiz və birtərəfli qaydada azad olunması
göstərir ki, Ermənistan tərəfi ATƏT-in sammiti başlayana qədər
bütün əsirləri azad etməyə hazırdır.
Cənab prezident, mən elə bilirəm ki, söhbəti davam etdirmək
üçün sözü Sizə verməliyəm. Lakin bir məsələni də qaldırmaq
istəyirəm. Bu da Bakıda ATƏT-in ofisinin açılması məsələsidir.
Biz sizin xarici işlər naziri ilə bu məsələni müzakirə etmişik.
Azərbaycan ATƏT-in çox fəal üzvlərindən
__________________________________________
394
biridir. Biz Azərbaycanın ATƏT-də fəal iştirakına çox böyük
hörmətlə yanaşırıq. Elə bilirik ki, ATƏT-in Bakıda ofisinin
açılması ümumiyyətlə, bizim əlaqələrimizin daha da inkişaf
etməsinə və ATƏT-in planlaşdırdığı layihələrin burada həyata
keçirilməsinə yardım etmiş olar.
Bizim səfir ATƏT-in adından Azərbaycanda çox fəal işləyir.
Bu sahədə artıq memorandum imzalanmışdır. Bizim işimiz
bununla məhdudlaşmır. Elə bilirik ki, işimizin daha geniş vüsət
alması üçün Bakıda ATƏT-in ofisinin açılması çox lazımlı
olardı. Cənab prezident, sağ olun.
Heydər Əliyev: Birincisi, Norveç kralının mənə göndərdiyi
salama görə təşəkkürümü biidirirəm və xahiş edirəm ki, mənim
də salamlarımı, ən xoş arzularımı əlahəzrət krala çatdırasınız.
Mən 1996-cı ildə sizin ölkənizə rəsmi səfərimi daim çox
böyük məmnuniyyətlə xatırlayıram. Gözəl bir səfər idi. Mən
hesab edirəm ki, bizim o vaxt keçirdiyimiz görüşlər, apardığımız
danışıqlar, imzaladığımız sənədlər nəticədə Azərbaycan ilə
Norveç arasındakı əlaqələrin hüquqi-normativ bazasını yaratdı,
onların daha da inkişaf etməsi üçün çox yaxşı imkanlar açdı.
Norveçdə mənə göstərilən çox gözəl münasibətə,
qonaqpərvərliyə, səmimiyyətə görə bir daha təşəkkür edirəm.
Xatırlayıram ki, Oslada bizim çox gözəl görüşlərimiz və
gəzintilərimiz oldu. Mənim və Azərbaycanın köhnə dostumuz
Tur Heyerdalın muzeyinə məmnuniyyətlə getdik və onunla
görüşdük, səyahətləri haqqında daha da geniş məlumatlar aldıq.
Tur Heyerdal bir neçə dəfə Azərbaycana gəlibdir və bizimlə
yaxın dostdur. Biz onu çox sevirik. Xahiş edirəm ki, mənim
salamlarımı və ən xoş arzularımı cənab Tur Heyerdala
çatdırasınız. Onun ideyalarından biri də ondan ibarətdir ki,
norveçlilərin kökü Azərbaycandadır, onlar vaxtilə burada
yaşayıblar, onlar sonra indi yaşadıqları məkana gediblər. Cə-
__________________________________________
395
nab Tur Heyerdal çox ağıllı və çox dərin bilikli bir alim
olduğuna görə onun bu fikir lərinə, şübhəsiz ki, diqqətlə
yanaşmaq lazımdır.
Mən Norveçdə neft sənayesinin qısa müddətdə güclü
inkişafını müşahidə etdim. Azərbaycan qədim neft diyarıdır.
Burada on illərlə, yüz illərlə neft hasil edilir. Ancaq Norveçdə
cəmi 25-35 il içərisində dənizdə neft hasil etmək məsələsi çox
gözəl həll olunubdur. Stavanger şəhərində, sonra isə dənizdəki
platformada mən bunları yaxından müşahidə etmişəm. Bunlar
hamısı məndə çox gözəl təəssüratlar yaradıbdır. Ona görə də
mən onları məmnuniyyətlə xatırlayıram. Bir daha bəyan edirəm
ki, Norveçlə bizim iqtisadi sahədə və digər sahələrdə
əməkdaşlığımız bundan sonra da sürətlə inkişaf edə bilər. Biz
bunun tərəfdarıyıq.
Şübhəsiz ki, ATƏT ilə Azərbaycanın əlaqəsi də çoxşaxəlidir.
Amma bizim ATƏT-dən son illər, xüsusən 1992-ci ildən indiyə
qədər ən çox gözlədiyimiz məsələ Ermənistan-Azərbaycan
münaqişəsinin sülh yolu ilə həll olunmasına yardım
göstərilməsidir. ATƏT-in Minsk qrupu ilə biz daim əməkdaşlıq
edirik.
ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeşt və 1996-cı
ilin dekabr ayında Lissabon zirvə görüşlərində biz müəyyən
qədər irəliləyə bildik. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki,
Lissabon zirvə görüşündən sonra 1997-ci ildə ATƏT-in Minsk
qrupu çox fəal oldu. ATƏT-in Minsk qrupuna o vaxtdan
rəhbərlik həm Rusiyanın, həm Amerika Birləşmiş Ştatlarının,
həm də Fransanın üzərinə düşür. 1997-ci ilin iyun və sentyabr
aylarında ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həll
olunması üçün təkliflər irəli sürdü. Biz iyun ayında irəli sürülən
təklifləri əsasən qəbul etdik. Amma Ermənistan onu qəbul
etmədi. Sonra, sentyabr ayında da irəli sürülən təklifi biz qəbul
etdik, Ermənistan qəbul etmədi.
Dostları ilə paylaş: |