Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə13/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   9   10   11   12   13   14   15   16   ...   256

28 

 

 



 

bəlkə heyrətə səbəb olacaqdır.Bu səfər müsyo Litvinovla yaxında danışıqlarımda 

və istər yeni Sovet böyük elçisinin Ankaraya gəlişində görüşlərimiz iki ölkə 

arasındakı dostluq rabitələrinin olduğunu nəzərimizdə bir daha nümayiş 

etdirmişdir" (37). 

1937-ci ilin iyul ayında Türkiyənin xarici işlər naziri R.Arasın və daxili işlər 

naziri  Şükrü Kayanın Moskvaya səfərləri oldu. Səfər zamanı SSRİ Xalq 

Komissarları Sovetinin sədri V.Molotov və xarici işlər komissarı M.Litvinovla 

görüşlər keçirildi. Tevfiq Rüştü Aras Atatürkün yaxın adamlarından biri sayılırdı. 

1925-ci ildən-1938-ci ilə  qədər Türkiyənin Xarici İşlər Nazirliyinə  rəhbərlik 

etmişdi. Ankaradakı Sovet səfirliyinin R.Aras haqqında hazırladığı gizli 

məlumatda göstərilirdi ki, "O, müasir Türkiyənin yetərincə tanınmış siyasi 

simalarından biridir. R.Aras Türkiyə Xarici İşlər Nazirliyinə başçılıq etdiyi zaman 

çox böyük bacarıqla SSRİ ilə yaxınlaşma siyasəti ilə Qərb, əsas etibarı ilə İngiltərə 

orientasiyası arasında əlaqə yarada bilib. Son illərdə (1936-1938) Aras açıq ingilis 

meylli siyasət yeridir". Səfirliyin məlumatında daha sonra göstərilirdi ki, SSRİ-yə 

münasibətində  o,  bu  illərdə ikiüzlü siyasət yeritmişdir. Bir tərəfdən, SSRİ-yə öz 

xoş hisslərini izhar edir, digər tərəfdən bütün beynəlxalq diplomatik aksiyalarda 

SSRİ-nin əleyhinə olub (Montrödə, kollektiv təhlükəsizlik məsələlərində, Nionda 

və s.). Aras "faşizmlə kommunizm arasındakı mübarizədə Türkiyənin neytrallığı" 

siyasətini yeridir. Atatürkün yaxın  ətrafında olan R.Aras Türkiyənin 

rəhbərliyindəki üçlüyün üzvü kimi (Celal Bayar, Şükrü Kaya, Rüştü Aras) İsmət 

İnönüyə qarşı kəskin mübarizə aparanların sırasındadır (38). 

Xalq Xarici İşlər Komissarlığının Orta Şərq  şöbəsinin R.Aras haqqında 

hazırladığı digər bir geniş arayışda onun gənc türklər inqilabında fəal iştirak 

etdiyi,  İttihad və  Tərəqqi partiyasının tanınmış üzvlərindən biri olduğu, Mustafa 

Kamal ilə ilk dəfə 1909-cu ildə Salonikdə İttihadçıların konqresində tanış olduğu 

göstərilirdi. Daha sonra qeyd edilirdi ki, R.Aras Mustafa Kamal paşanın 

nümayəndəsi kimi Moskvaya gəlib və Kominternin konqresində  iştirak edib. O, 

1922-ci ilin sentyabrında hərbi qələbələrlə bağlı öz dostları Nadi və Mahmud 

Essadla birlikdə Kamal paşaya təntənəli təbrik göndərənlərdən, daxili islahatların 

keçirilməsinə  tərəfdarlardan, sultanlığın ləğv edilməsi haqda Riza Nurinin 

hazırladığı  qətnaməni imzalayanlardan və Lozanna müqaviləsini Böyük Millət 

Məclisində müdafiə edənlərdən biri olub. 1925-ci ilin martında  İsmət  İnönü 

hökumətində xarici işlər naziri vəzifəsinə  təyin edilib. Elə  həmin ilin 17 

dekabrında Çiçerinlə birlikdə Aras Türkiyə ilə SSRİ arasında münasibətləri tənzim 

edən Paris paktını imzalayıb. Sənəddə göstərilirdi ki, ağ rus mühacirlərinin 1928-

ci ilin fevralına qədər Türkiyədə qalmasına R.Aras icazə verib. R.Arasın səfəri 

ərəfəsində hazırlanmış bu arayışda xüsusilə qeyd edilirdi ki, son aylar o, Avropa 

ilə dinc yanaşı yaşamağa, 

 

 



29 

 

 



 

 

Şərq ölkələrində aktiv fəaliyyətdən imtina etməyə  və SSRİ ilə münasibətlərin 



məlum "normallaşdırılmasına", xarici kapitalın fəaliyyətini həvəsləndirməyə 

tərəfdardır (39). 

Türkiyənin daxili işlər naziri Şükrü Kaya haqqında SSRİ Xalq Xarici İşlər 

Komissarlığının Orta Şərq  şöbəsinin hazırladığı  məlumatda onun Parisdə siyasi-

iqtisadi elmlər üzrə təhsil aldığı, hüquq fakültəsini bitirdiyi, İttihadın üzvü olduğu, 

1918-ci ilin barışığından sonra ingilislər tərəfindən həbs edilib Maltaya sürgün 

edildiyi və yalnız 1922-ci ildə Ankaraya döndüyü qeyd edilirdi. 1923-cü ildə 

Ş.Kaya Məclisə seçilmiş, 1924-cü ildə  əkinçilik naziri, 1924-25-ci illərdə  qısa 

müddət xarici işlər naziri işləmişdir. 1925-27-ci illərdə xarici siyasət üzrə Məclis 

komissiyasına rəhbərlik etmişdi. 1927-1938-ci illərdə Türkiyə daxili işlər naziri 

işləmişdi. Sənəddə göstərilirdi ki, 1937-ci ildə o, R.Arasla birlikdə SSRİ-yə səfər 

etmişdi (40). 

Moskva səfəri zamanı V.Molotov və M.Litvinovla aparılan danışıqlarda 

R.Aras və  Ş.Kaya iki ölkə arasında dostluq münasibətlərinin saxlanmasının 

zəruriliyini qeyd etdilər. Danışıqlar zamanı  tərəflər razılığa gəldilər ki, dostluq 

münasibətlərinin qorunub saxlanması, sülh işinə  və Millətlər Cəmiyyətinin 

prinsiplərinə  sədaqət hər iki ölkənin xarici siyasətinin aparıcı istiqaməti, mühüm 

tərkib hissəsi olmalıdır (41). 

Lakin nə Atatürkün bəyanatı, nə  İsmət paşanın çıxışı, nə  də Türkiyənin iki 

mühüm nazirinin Moskvaya səfəri Sovet-Türkiyə münasibətlərindəki sərinləşməni 

aradan qaldıra bilmədi. Montrö sazişindən sonra sovet xüsusi xidmət orqanlarının 

Türkiyə  əleyhinə "ifşaedici" material toplamaq cəhdlərinə  əməli xarakter verildi. 

Türkiyədəki mühacir təşkilatlarının fəaliyyəti ciddi şəkildə izlənməyə başlandı. Öz 

növbəsində Türkiyə  də Sovet İttifaqının xarici siyasətində müşahidə edilən 

ekspansionist meylləri diqqətlə müşahidə edirdi. Tədricən Türkiyə siyasi 

dairələrində dünyanın iki bəladan - faşizmdən və kommunizmdən əziyyət çəkməsi 

kimi fikirlər müzakirə mövzusuna çevrilməkdə idi. 30-cu illərin ortalarında 

İspaniya hadisələri başlanan zaman Türkiyə  mətbuatının çox nüfuzlu 

 

nümayəndələrindən  olan,  siyasi dairələrə yaxınlığı    ilə  seçilən, fransız dilində 



çıxan yarımrəsmi həftəlik "Ankara" qəzetinin rəhbəri Falih Rıfkı Atay 1937-ci ildə 

türk jurnalistləri ilə söhbətində demişdi ki, "İspaniya  qarmaqarışıqlığı   üçün  ilk  

növbədə  Komintern  məsuliyyət daşıyır". Atay özü Sovetləri az-çox tanıyan və 

SSRİ-yə loyal münasibəti ilə seçilən adamlardan idi. 1930-cu ildə xarici işlər 

naziri R.Arası, 1932-ci ildə isə İ.İnönünü SSRİ-yə səfər zamanı müşayiət etmişdi. 

1930-cu ildə  nəşr edilən "Yeni Rusiya" və 1932-ci ildə  nəşr edilən "Moskva-

Roma" kitablarının  müəllifi  idi.   1934-cü  ilin avqustunda SSRİ yazıçılarının 

qurultayında iştirak etdiyi zaman kimsə bir nəfər "Kominternin agenti" F.Atayı 

məxfi  əməkdaşlığa cəlb etməyə çalışmışdı.  Lakin Atay baş 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə