Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə26/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   22   23   24   25   26   27   28   29   ...   256

55 

 

məyə kömək etdi. İstər Moskva danışıqları, istərsə Türkiyə hökumətinin son xarici 



siyasət aktları nəticəsində Türkiyənin siyasətində bir çox cəhdlər indi bizim üçün 

daha çox aydın oldu. Məlum olduğu kimi, Türkiyə hökuməti öz müqəddəratını 

hazırda müharibədə  iştirakı edən müəyyən Avropa dövlətləri qruplaşması ilə 

bağlamağa üstünlük vermişdi. O, iki aydan bəri Almaniyaya qarşı müharibə edən 

İngiltərə  və Fransa ilə qarşılıqlı yardım paktı bağlamışdır. Bununla Türkiyə 

ehtiyatlı bitərəflik siyasətini tamamilə bir yana atmış  və genişlənən Avropa 

müharibəsi dairəsinə girmişdir. Daha artıq bitərəf ölkələri müharibə dairəsinə 

çəkmək istəyən həm  İngiltərə, həm Fransada bundan çox razı qalmışlar. 

Türkiyənin buna heyfsilənib-heyfsilənməyəcəyi haqqında falçılıq etməyəcəyik. 

Biz qonşumuzun xarici siyasətində yeni momentləri yalnız qeyd etməliyik və 

hadisələrin gedişini diqqətlə izləməliyik. Əgər Türkiyə indi müəyyən dərəcədə öz 

əl-qolunu bağlamışsa və müharibə edən tərəflərdən birini özü üçün qorxulu olduğu 

halda müdafiə etməyə meyl göstərmirsə, görünür Türkiyə hökuməti bununla öz 

üzərinə götürdüyü məsuliyyəti düşünür" (40). 

Bu məruzədən bir həftə sonra V.Molotov 1939-cu ilin noyabr ayının 6-da 

Oktyabr  İnqilabının ildönümünə  həsr edilmiş  məruzəsində yenidən Türkiyə ilə 

bağlı məsələyə qayıdaraq bildirdi ki, bitərəfləri müharibə içərisinə çəkmək işinin 

çox aktiv görüldüyünə və artıq müəyyən nəticələr verdiyinə göz yummaq olmaz. 

Bununla müharibənin bürüdüyü meydanın daha da genişləndirilməsi hazırlanır. 

Məsələn,  İngiltərənin və Fransanın Türkiyə ilə qarşılıqlı    yardım paktı 

bağlamasının nə kimi ciddi məsələlər doğurduğu məlumdur (41). 

Ankaradakı Sovet səfirliyi isə 1939-cu ilin payızında baş verənləri ümumilikdə 

beynəlxalq vəziyyətin dəyişməsinə uyğun Türkiyənin çevik, balanslaşdırılmış 

siyasət yeritməsi ilə izah edirdi. Vuruşan ölkələr arasında balansın saxlanılması 

siyasətinin  əsas ilhamçısı  İ.İnönü hesab edilirdisə, onun həyata keçirilməsində 

əsas xidmətin Ş.Saracoğluna məxsus olduğu göstərilirdi. Sənəddə deyilirdi: "Belə 

bir faktı göstərmək kifayətdir ki, Saracoğlu Türkiyə xarici siyasətinin  əsası kimi 

İngiltərə ilə ittifaqı  və Ankaradakı ingilis səfiri ilə yetərincə dost münasibətləri 

saxlamağı bacarmaqla yanaşı,  İngiltərənin düşməni olan Almaniya və onun 

Ankarada nümayəndəsi fon Papenlə  də dostluq münasibətləri qurmağa nail 

olmuşdur".  İngilis diplomatlarına istinadən Sovet səfirliyi öz məlumatlarında 

Ş.Saracoğlunun 1939-cu ildə Moskva danışıqlarında Türkiyə üçün arzu olunan 

nəticələrə nail ola bilməməsini onun antisovet əhvali ruhiyyəsinin yüksəlməsinin 

təsiri ilə  əlaqələndirirdilər. Məlumatda deyilirdi: Ş.Saracoğlu zahirən Sovet 

İttifaqının Türkiyədəki nümayəndələrinə münasibətdə  dəyişməz dostluğunu və 

mehribancasına rəftarını saxlasa da, məhz o, son illərdə Türkiyə hökumətinin 

bütün antisovet hərəkətlərinin əsas təşkilatçısı və icraçısıdır (42). 

 



56 

 

Sovet məlumatlarında prezident İ.İnönünü  ətrafında Türkiyə hökumətində  və 



parlamentində guya Kazım Karabəkir, Fevzi Çakmak, Hüseyn Cahid Yalçın, 

Hüseyn Rauf Orbay, Ali Fuad Cebesoy, Ali Fethi Okyar və digərləri kimi 

"mürtəce xadimlərin" yüksək vəzifələr tutduğu vurğulanır və Türkiyənin 

İngiltərəyə yönəlik siyasətinin qələbə çalması da məhz bununla izah edilirdi. 

İttifaq müqaviləsinin imzalanması ilə bağlı ordu generalı Kazım Orbay 1939-

cu ildə Türkiyə Baş  qərargahının nümayəndəsi kimi Londona getmişdi ki, hərbi 

konvensiyadan irəli gələn məsələləri  İngiltərə  və Fransa Baş  qərargahlarının 

nümayəndələri ilə müzakirə etsin. Sovet diplomatik idarələri K.Orbayı Türkiyə 

ordusunun ən yaxşı komandirlərindən biri kimi qiymətləndirirdilər. Eyni zamanda 

qeyd edirdilər ki, K.Orbay Türk ordusunun Baş  qərargahının  ən təcrübəli 

zabitlərindən biri kimi vaxtı ilə  Əfqanıstana ezam olunmuş  və  Əfqanıstan 

ordusunun Baş  qərargah rəisi kimi Əfqanıstanda üsyanın yatırılmasına rəhbərlik 

etmişdi (43). 

K.Orbaydan fərqli olaraq Türkiyənin köhnə  hərbçilərindən və siyasi 

xadimlərindən olan Ali Fuad Cebesoy Sovet gizli məlumatlarına görə, bu 

müqavilənin  əleyhinə idi. Sovet səfiri Terentievlə söhbətdə o, demişdi ki, əgər 

Türkiyədə kabinet dəyişikliyi baş versə, Türkiyə xarici siyasət kursuna yenidən 

baxılmağın mümkünlüyü istisna edilmir. Sovet diplomatik orqanları bir tərəfdən 

Cebesoyu Almaniyaya, digər tərəfdən isə Sovetlərə yaxın siyasi fiqur hesab 

edirdilər. O, Türkiyənin Sovet Rusiyasında ilk səfiri olmuş, 16 mart 1921-ci il 

müqaviləsini imzalamış, V.İ.Leninlə  dəfələrlə görüşmüşdü. Eyni zamanda Sovet 

səfirliyinin məlumatında göstərilirdi ki, bir zamanlar Atatürk tərəfindən aktiv 

siyasi fəaliyyətdən uzaqlaşdırılan A.F.Cebesoy 1939-cu ildə  İ.İnönü tərəfindən 

yenidən rəhbər işə  cəlb edilmişdi. Sovet tərəfi belə hesab edirdi ki, köhnə 

almanpərəst olduğu üçün Türkiyə hökuməti onu 1939-cu ildə Hitlerin anadan 

olmasının 50 illiyi münasibəti ilə Almaniyaya göndərilən türk nümayəndə 

heyətinin başçısı  təyin etmişdir. Daha sonra məlumatda qeyd edilirdi ki

A.F.Cebesoy Alman səfiri fon Papenlə köhnə tanışlardır, onun rəğbətini və 

etimadını qazanmışdır. Onların vaxtilə fon Papenin general Falkenqeymin 

qərargahında işlədiyi vaxt Fələstin cəbhəsindən tanış olduqları göstərilirdi (44). 

Türkiyənin Balkan ölkələrini Almaniya və  İtaliya təcavüzünə qarşı  səfərbər 

etmək cəhdləri də eyni dərəcədə Sovetləri təmin etmirdi. Polşanın acı taleyi, onun 

ərazilərinin Almaniya və Sovetlər arasında bölüşdürülməsi Balkanlar üçün elə də 

yaxşı nümunə deyildi. Bunu nəzərə alaraq Türkiyənin Xarici işlər naziri 

Ş.Saracoğlu 1940-cı ilin fevral ayının 2-də Belqradda keçirilən Balkan Antantası 

üzvü olan ölkələrin nümayəndələrinin toplantısında ortaq təhlükəyə qarşı ortaq 

qərarlar verilməsinin zəruriliyini irəli sürdü. Lakin həmin dövrdə Balkan 

ölkələrinin bir hissəsi 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə