Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə34/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   30   31   32   33   34   35   36   37   ...   256

71 

 

İngiltərə  və ABŞ kimi, Sovet İttifaqı da Türkiyənin bu riskli addımını 



narahatlıqla    qarşıladı. Məlum olduğu kimi, 1939-cu ilin avqustunda Sovetlər 

özləri də Almaniya ilə belə bir müqavilə imzalamışdı  və müharibənin 

başlanmasında,  dünyanın təsir dairəsinə bölünməsində bu müqavilə az rol 

oynamamışdı. Bununla belə Türk-Alman müqaviləsi Sovetlərə hücum ərəfəsində 

Almaniyanın son hazırlıq tədbirlərindən biri kimi qiymətləndirilirdi. Sovetlərin 

gizli diplomatik sənədlərində göstərilirdi ki,18  iyun  1941-ci ildə Almaniya ilə 

dostluq müqaviləsini imzalamaqla Ş.Saracoğlu Sovet İttifaqına hücum üçün onun 

əl-qolunu açdı (78). Lakin nəzərə almaq lazımdır ki, 18 iyun Alman-Türk 

müqaviləsindən dörd gün əvvəl, iyun ayının 14-də "'Pravda" qəzetində dərc edilən 

SİTA-nın bəyanatında qeyd edilirdi ki, SSRİ  və Almaniya hücum etməmək 

haqqında paktın şərtlərinə dönmədən əməl edirlər və son vaxtlar onların arasında 

müharibənin yetişdiyi barədə yayılan söz-söhbətin heç bir əsası yoxdur. Bəyanatda 

SSRİ-nin Almaniyaya strateji xammal, ərzaq və s. göndərilməsi ilə bağlı 

öhdəlikləri çox dəqiq yerinə yetirildiyi vurğulanırdı. Sovetlərin rəsmi teleqraf 

agentliyinin yaydığı belə bir sakitləşdirici bəyanat türkləri almanlarla neytrallıq 

haqqında müqavilə bağlamağa daha da ürəkləndirmişdi. Lakin SİTA-nın 

bəyanatından bir həftə sonra 22 iyun 1941-ci ildə Almaniyanın Sovet İttifaqına 

hücumu ilə dünya müharibəsi yeni mərhələyə qədəm qoydu. Bu mərhələ həm də 

vuruşan və vuruşmayan ölkələrin mövqelərinin aydınlaşması ilə səciyyəvi idi. 

  



72 

 

III FƏSIL 



SSRİ-Türkiyə: arzu olunan bitərəflikdən 

gözlənilməyən tələblərə doğru 

 

Alman - Sovet müharibəsi başlamaqla İkinci Dünya müharibəsinin coğrafiyası 



xeyli genişləndi.  İri miqyaslı  hərbi  əməliyyatlar Türkiyənin sərhədlərinə  gəlib 

çatdı. Almaniyanın SSRİ-yə hücumu bir tərəfdən müharibə  təhlükəsinin 

Türkiyədən bir qədər uzaqlaşmasına gətirib çıxarmışdısa və türk diplomatiyasının 

yükünü bir qədər yüngülləşdirmişdisə, digər tərəfdən Sovet İttifaqı kimi iddialı bir 

dövlətin müharibəyə qatılması Boğazlar məsələsinin  əhəmiyyətini yenidən 

artırmış, ölkəni hərbdən kənarda saxlamaq siyasətinin zəruriliyini yeni çalarlarla 

ortaya qoymuşdu. Türkiyəni öz tərəfinə çəkmək uğrunda mübarizə hər iki vuruşan 

tərəfin strateji planlarına daxil edilmişdi. Bu mübarizə elə ciddi xarakter almışdı 

ki, sanki müharibənin necə gedəcəyi və necə bitəcəyi Türkiyənin kimin tərəfində 

olmasından asılı idi. Türkiyə isə sovet-alman hərbinin elə ilk həftəsində, iyunun 

26-da xüsusi nota ilə  çıxış edib öz bitərəfliyini elan etdi və bu bitərəflik hər iki 

vuruşan tərəfə aid idi. 

Almaniya SSRİ-yə hücum etdikdən sonra 1940-cı ildə sovetlərlə aparılan 

danışıqlarda V.Molotovun Türkiyə barədə irəli sürdüyü planları açıqladı  və 

bundan Türkiyəni öz tərəfinə  çəkmək, Sovet İttifaqı ilə Türkiyə arasında 

münasibətləri gərginləşdirmək məqsədilə istifadə etməyə başladı. Bu təbliğatın 

təsirini azaltmaq və Türkiyə ictimaiyyətini sakitləşdirmək məqsədilə Sovet 

hökuməti xüsusi bəyanatla çıxtş edib Almaniya ilə danışıqlarda sovetlərin belə 

fikirdə olmadığını bildirdi. Türkiyədə Sovetlərə qarşı yönəlmiş  təbliğat 

kampaniyası elə ciddi xarakter aldı ki, iyun ayının 27-də  SİTA xüsusi təkziblə 

çıxış edib Sovet İttifaqının Bosfor və Dardanell boğazlarına iddiaları, Bolqarıstanı 

işğal etmək niyyətləri barədə Hitlerin elan etdiyi bəyannamənin təxribat xarakteri 

daşıdığını əsaslandırmağa çalışdı. 

1939-cu ilin avqust müqaviləsindən sonra Almaniyanın SSRİ-yə hücumu ilə 

başlanmış yeni siyasi şəraitdə Türkiyənin Sovetlərə  rəğbəti olmasa da, 

Almaniyanın qələbəsini də arzulamırdı. Uzun müddət, xüsusilə müharibənin 

sonundan başlayaraq Türkiyəyə qarşı güclənən ideoloji, siyasi basqılar fonunda 

Sovet müəllifləri Türkiyəni Almaniya ilə  əməkdaşlıqda ittiham etsələr də, yeni 

açıqlanan arxiv sənədləri bu ittihamların sovetlərin strateji maraqlarından irəli 

gəldiyini təsdiq edir. Hələ ötən  əsrin 70-ci illərində Moskvada çıxan bəzi elmi 

ədəbiyyatda Türkiyənin Almaniyanı "cərrahiyyə stolunda" görmək arzuları etiraf 

edilirdi (1)-Digər tərəfdən, Türkiyənin müttəfiqi olan Böyük Britaniya rəsmiləri 

 



73 

 

müharibə  başlayan  gün,  iyun  ayının  22-də  Sovet  İttifaqını  müdafiə edəcəkləri 



barədə  bəyanatla çıxış etmişdilər. Bu bəyanat sovet-alman müharibəsinə 

Türkiyənin  münasibətini müəyyənləşdirmək baxımından həlledici  əhəmiyyətə 

malik idi. 

İkinci Dünya müharibəsinin başlanmasından bir neçə gün əvvəl Moskvaya 

Türkiyənin səfiri təyin edilmiş Ali Haydar Aktay SSRİ Xarici işlər komissarlığının 

məlumatına görə, slavyanlara rəğbəti olan, Sovet-Türkiyə münasibətlərinin 

inkişafında maraqlı olan bir diplomat idi (2). Müharibənin ilk aylarında o, iki 

ölkənin münasibətlərinin müqavilə öhdəliklərinə uyğun olaraq qurulması 

istiqamətində  gərgin fəaliyyət göstərirdi. Türkiyə hökumətinin demək olar ki, 

bütün nüfuzlu dairələri SSRİ-yə  təmkinli münasibət göstərilməsinin tərəfdarı 

idilər. Bəzən belə münasibət açıq ifadə olunan rəğbət səviyyəsinə yüksəlirdi. 

Türkiyə  cəmiyyətində  İngiltərə  tərəfdarı kimi tanınan və vaxtilə Baş nazir 

vəzifəsində çalışarkən SSRİ-yə elə  də yaxşı münasibət bəsləməyən Rauf Orbay 

alman hücumundan sonra Sovet İttifaqına rəğbət bəsləyən siyasətçilərdən birinə 

çevrilmişdi.  Əlbəttə, onun yanaşmasında baş verən bu dəyişiklik dünyada beş 

verən hadisələrin inkişaf meyllərini düzgün qiymətləndirməsi ilə bağlı idi. 

Almaniyanın SSRİ-yə hücumundan az sonra, iyul ayının 18-də R.Orbay 

Ankaradakı Sovet səfiri S.Vinoqradovla görüşərkən demişdi: "Nə qədər ki, İsmət 

İnönü, Ali Fuad Cebesoy və  mən sağam, Türkiyə  hər zaman SSRİ ilə dostluğu 

saxlayacaqdır" (3). R.Orbay 1942-ci ilin fevralında Londona səfir təyin edildikdən 

sonra orada işlədiyi iki il müddətində müttəfiqlərarası münasibətlərin daha da 

möhkəmlənməsində müsbət rol oynamışdı. 

Müharibə başlandıqdan sonra Türkiyə ordusunun yüksək rütbəli zabitləri və 

komanda heyəti də Sovetlərə loyal münasibət bəslənməsinə  tərəfdar idilər. 

Türkiyə ordusunun Baş qərargah rəisi marşal F.Çakmak Ankaradakı Sovet hərbi 

attaşesi ilə görüşdə Sovet İttifaqının Almaniya üzərində  qələbə çalacağına 

inandığını bildimıişdi. Sovet xüsusi xidmət orqanları marşalın belə münasibətini 

onun SSRİ-nin gücünü müstəsna dərəcədə real qiymətləndirməsi ilə izah etsələr 

də,  əslində bu, daha çox dünyada cərəyan edən hadisələrin daha düzgün 

qiymətləndirilməsi ilə bäğlı idi (4). Uzun müddət Türkiyə ordusunun müxtəlif 

diviziyalarına rəhbərlik etmiş, 16-cı korpusun komandanı olmuş general Ali Rza 

Artunkal sovet-alman müharibəsi ilə bağlı İstanbul da daxil olmaqla 1940-cı ilin 

oktyabrından rəhbərlik etdiyi, mühasirə  vəziyyətində elan olunmuş 5 vilayətin 

müdafiəsinə hazırlıqla  əlaqədar bir sıra zəruri tədbirləri həyata keçirmişdi.  İlk 

növbədə o, mühasirə  vəziyyətinin komandanı kimi həmin  ərazidə Almaniya 

kəşfiyyat təşkilatlarını  aşkarlamış  və alman casuslarını, o cümlədən "ox" 

ölkələrinin hərbi attaşelərinin katiblərini həbs etmişdi.  Digər tərəfdən, general 

Artunkal müharibənin 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə