Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə35/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   31   32   33   34   35   36   37   38   ...   256

74 

 

gedişi barəsində qeyri-obyektiv mühakimə yürütməyi  İstanbul mətbuatına 



qadağan etmişdi. O, xüsusilə Türkiyə  mətbuatının Sovet İttifaqı  əleyhinə 

arzuolunmaz hücumlarını öz əmri ilə qadağan etmişdi. Hərbi  əməliyyatların 

Türkiyə  sərhədlərinə yaxınlaşması ilə bağlı Artunkal komandanı olduğu  ərazidə 

pasport sistemini ciddiləşdirmiş, şübhəli peşə sahiblərini beşinci kolon ola biləcəyi 

ehtimal edilən on min adamı ərazidən çıxarmışdı. Bu tədbirlərlə yanaşı, İstanbulun 

müdafiəsini möhkəmləndirmək üçün general Artunkal Bosforun Avropa 

sahillərində  dəmir lövbərlər tikdirmişdi ki, vəziyyət tələb etdikdə Frakiyadan 

ordunu tez və kütləvi şəkildə daşımaq mümkün olsun. Almaniya təhlükəsinə qarşı 

yönəlmiş belə səmərəli fəaliyyəti yüksək qiymətləndirilən general Artunkal 1941-

ci ilin noyabrında Türkiyənin müdafiə naziri təyin edilmişdi. Bu təyinatla bağlı 

onu təbrik etməyə  gəlmiş Sovet hərbi attaşesi vəzifəsini icra edən Buxtin ilə 

söhbətində Artunkal başlanmış müharibədə Sovet İttifaqının qələbəsinə  qəti 

şəkildə inandığını ifadə edərək demişdi: ərazini tutmaq hələ qələbə çalmaq demək 

deyil, Qızıl Ordunun gücü saxlanılmışdır (5). 

Hətta Türkiyənin köhnə  hərbçilərindən sayılan və Sovet xüsusi xidmət 

orqanlarının məlumatında almanpərəst siyasətçi kimi xarakterizə edilən Ali Fuad 

Cebesoyun almanların hücumundan sonra Sovetlərə loyal və dost münasibət 

bəslədiyi Ankaradakı SSRİ  səfirliyinin məlumatlarında göstərilirdi (6). Türkiyə 

Xarici  İşlər Nazirliyi aparatının və müxtəlif ölkələrdə  fəaliyyət göstərən 

diplomatik korpusların da Almaniya hücumuna məruz qaldıqdan sonra SSRİ-yə 

münasibəti təmkinli xarakter almışdı. Sovet rəhbərliyinin fikirlərinə uyğun olaraq 

Ankaradakı  səfirlik xarici işlər naziri Ş.Saracoğlu haqqında  əsasən mənfi 

məlumatlar verməyə meylli olsa da, bəzi hallarda obyektiv gerçəkliyi də etiraf 

etməli olurdu. Almaniyanın SSRİ-yə hücumundan az sonra Berlin Ankaraya 

təzyiq edirdi ki, Türkiyə onların və italyanların gəmilərini bolqar adı altında 

Boğazlardan buraxsınlar. Lakin Türkiyə Xarici İşlər Nazirliyi buna qəti  şəkildə 

etiraz etmişdi.  İyil ayının 11-də Sovet səfiri S.Vinoqradovla görüşdə Türkiyə 

Xarici  İşlər Nazirliyinin rəhbərliyi haqlı olaraq qeyd etdi ki, Bolqarıstanı bitərəf 

ölkə saymaq olmaz (7). 

Xarici işlər naziri Ş.Saracoğlunun müharibə başlandıqdan sonra Sovetlərə 

loyal münasibəti və  hətta müxtəlif tədbirlərlə bağlı tez-tez SSRİ  səfirliyində 

keçirilən qəbullarda iştirakı göstərilməklə yanaşı, gizli məlumatlarda, xüsusilə 

xarici diplomatlarla söhbətlərdə onun Sovet İttifaqının bu müharibədən güclü 

çıxacağından ehtiyatlandığı bildirilirdi. Sovet səfirliyi belə hesab edirdi ki

Ş.Saracoğlunun SSRİ-yə zahirən mehriban münasibəti onun Sovet İttifaqının 

dünya siyasətindəki rolunu inkar edə bilməməsi ilə bağlıdır. Amma səfirlik onu da 

etiraf edirdi ki, Ş.Saracoğlu indiki müharibədə İngiltərəyə və onun müttəfıqlərinə, 

yəni Sovet İttifaqına da rəğbətlə yanaşır. Həmçinin  əlavə olunurdu əgər 

beynəlxalq 

74 


  


75 

 

siyasi  şərait  İngiltərənin  ziyanına dəyişərsə  o,  öz  siyasətini  şəraitin təblərinə  



uyğun  dəyişdirə  bilər  (8).Əlbəttə,  belə  ehtimal  obyektiv reallıqdan  daha çox  

Sovet  səfirliyinin  subyektiv  niyyətlərindən  irəli gəlirdi. 

SSRİ Dövlət Təhlükəsizliyi Komissarlığı xətti ilə toplanan gizli məlumatlarda 

nüfuzlu türk diplomatlarının Alman hücumundan sonra Sovet İttifaqına müsbət 

münasibəti göstərilirdi. Məsələn, SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı 

birinci idarəsmin beşinci  şöbəsinin rəis müavini, podpolkovnik Qamrekelinin 

Macarıstandakı Türkiyə  səfiri R.Yunaydın haqqında hazırladığı arayışda qeyd 

edilirdi ki, o antialman əhvali-ruhiyyəli diplomatlardan olub, Sovet İttifaqı ilə 

münasibətlərin yaxşılaşdırılmasının zəruriliyi haqqında dəfələrlə fikir söyləmişdir. 

Eyni zamanda Yunaydının ədəbi fəaliyyətlə də məşğul olduğu, "Keçmiş günlər", 

"İstiqlal yolunda", "Damla-damla"adlı  əsərlərin müəllifi olduğu, L.Tolstoy, 

M.Qorki kimi rus yazıçılarının əsərlərini fransız dilindən türk dilinə çevirdiyi də 

bildirilirdi.(8) 

R.Yunaydın haqqında hazırlanmış digər bir məlumatda onun Budapeştdəki 

Sovet səfirliyi ilə  sıx  əlaqə saxladığı  xəbər verilirdi. Almaniya SSRİ-yə hücum 

etdikdən sonra Sovet diplomatik missiyası Budapeşti tərk etdiyi gün Yunaydın 

Sovet missiyasına baş  çəkmiş, alman və macar dairələrində  mənfi təəssürat 

yaratmasından ehtiyat etməyərək saat yarım Sovet səfiri ilə söhbət etmişdi. Bu 

məlumatda Yunaydın Sovet-Türkiyə münasibətlərinin tərəfdarı kimi xarakterizə 

olunurdu (9). 

Sovet  İttifaqına münasibətlə bağlı Romadakı türk səfiri Hüseyn Baydurun 

fikirləri də maraqlıdır. H.Baydur 1934-cü ildən başlayaraq  İtaliyada Türkiyəni 

təmsil edirdi. Xalq Xarici İşlər Komissarlığının Yaxın  Şərq  şöbəsində onun 

haqqında hazırlanan arayışda H.Baydurun 1929-1934-cü illərdə Sovet-Türkiyə 

münasibətlərinin genişləndiyi və möhkəmləndiyi dövrdə SSRİ-də  səfir işlədiyi, 

onun dövründə Baş nazir İnönünün və xarici işlər naziri R.Arasın Sovet İttifaqına 

səfərə gəldiyi göstərilirdi. Arayışda qeyd edilirdi ki, Baydur SSRİ-də və İtaliyada 

səfir işlədiyi dövrdə özünü Sovet-Türk münasibətlərinin yaxşılaşdırılmasının və 

Sovet  İttifaqının qızğın tərəfdarı kimi göstərib. Sovetlərin gizli məlumatlarında 

H.Baydurun Almaniya-İtaliya  əlaqələrinə,  İtaliyanın Almaniyaya yönəlik xarici 

siyasətinə  mənfi münasibəti, habelə Balkanlardakı  hərbi  əməliyyatlar zamanı 

İtaliya ordusuna rişxəndlə yanaşdığı qeyd olunurdu. N.Qorelkin Romaya səfir 

təyin edildikdən sonra H.Baydur ardıcıl olaraq Sovet səfirliyinə  gəlir və  bəzi 

məsələlər barədə fikir mübadiləsi edirdi. Bu görüşlərin nəticəsi kimi N.Qorelkin 

Moskvaya verdiyi məlumatlarda H.Baydurun Britaniya meylli olduğunu yazırdı. 

Sovetlərin gizli yolla əldə etdiyi məlumatlara görə, Baydur müharibə başlandıqdan  

sonra  Ankaraya  göndərdiyi  geniş  məruzədə   İtaliyanın 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə