Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə33/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   29   30   31   32   33   34   35   36   ...   256

69 

 

İttifaqı Ankaraya bildirdi ki, Türkiyəyə qarşı  hər hansı hücum olacağı  təqdirdə 



SSRİ bitərəf qalacaqdır. Türkiyə hökuməti bu açıqlamanın yazılı  səkidə 

rəsmiləşdirilməsini istədikdə 25 mart 1941-ci ildə Moskvada və Ankarada türk-

sovet birgə bəyannaməsi dərc edildi. Bəyannamədə göstərildi ki, əgər Türkiyə hər 

hansı hücuma məruz qalarsa, o, SSRİ-nin iki ölkə arasında mövcud olan 

müqavilədən çıxış edərək bitərəf qalacağına inanıb bel bağlaya bilər. Türkiyə 

tərəfi bəyannaməyə görə öz üzərinə götürürdü ki, əgər Sovet İttifaqı qeyd edilən 

vəziyyətə düşərsə, o Türkiyənin bitərəf qalacağına tam şəkildə inanıb arxayın ola 

bilər (72). Bu bəyannamə  İkinci Dünya müharibəsi dövründə Türkiyənin hərbi 

əməliyyatlardan kənarda qalmasında çox mühüm rol oynadı. 

Qarşılıqlı neytrallıq haqqında 25 mart bəyannaməsinin elan edilməsinə 

baxmayaraq Sovet xüsusi xidmət orqanları Türkiyə haqqında müxtəlif 

istiqamətlərdə gizli materiallar toplamaqda davam edirdilər. Sovet ordusunun 

Zaqafqaziya hərbi dairəsmin kəşfiyyat  şöbəsi 1941-ci ilin aprelində Türkiyənin 

xarici siyasəti və daxili vəziyyəti haqqında topladığı gizli məlumatları xidməti 

istifadə üçün kitabça halında nəşr etmişdi. Orada göstərilirdi ki, Türkiyə 

mətbuatında Sovet İttifaqına münasibətdə formal olaraq dostluq meylləri hiss 

edilir. Lakin Şərq vilayətlərinin  əhalisi arasında SSRİ  əleyhinə  şifahi təbliğat 

aparılır. Kəndlərdə muxtarlar (kənd başçıları)  əhalini öz vətənlərinin müdafiəsi 

üçün işləri gücləndirməyə çağırırlar və qeyd edirlər ki, Sovet İttifaqı  tərəfindən 

Türkiyəyə hücum ehtimalı mümkündür. Sonra isə  sənəddə  Ərzurum, Sarıqamış, 

Artvin və  Şərqi Anadolunun digər yerlərində türk ordusunun şəxsi heyəti, canlı 

ehtiyatı, silah və sursatı, ehtiyatda olan zabitlərin orduya çağırılması  və s. 

haqqında məlumat verilirdi (73). 

Sovet xüsusi xidmət orqanlarının Cənubi Qafqaz respublikalarından olan 

mühacir təşkilatlarını izləməsi, qonşu ölkələrdə - İran və Türkiyədə alman 

kəşfiyyatının maraqlarını öyrənməsi, qeyd edilən ölkələrdə agentura şəbəkəsinin 

genişlənməsi region uğrunda mübarizənin və qarşıdurmanın dərinləşməsi ilə bağlı 

idi. Azərbaycan SSR Daxili işlər komissarı S.Yemelyanovun İrana ezam olunmuş 

və Berlin siyasi dairələrinə yaxın olan alman kəşfiyyat orqanlarının 

rezidentlərindən 1940-cı ilin noyabrında  əldə etdiyi bir məlumat xüsusi maraq 

kəsb edirdi. Əhali arasında Rusiyanın Türkiyəyə hücum etməsi barədə  şaiə 

yayıldığından aman rezidentləri bunu təkzib edir və bildirirdi ki, Rusiya ilə 

Türkiyə arasında müharibə indi baş verə bilməz (74). Həmin məlumata görə, 

Almaniya SSRİ-nin Türkiyə və İrana doğru genişlənməsinə yol verə bilməzdi. 

1941-ci ilin aprelində Yaxın Şərqdə baş vermiş bir hadisə yenidən Türkiyəni 

müxtəlif dövlətlərin təzyiqi ilə üzləşdirdi. Aprel ayının 5-də  İraqda Almaniya 

tərəfdarı  Rəşid  əl Qaylani ingilislərə qarşı qiyam qaldırıb hakimiyyəti  ələ aldı. 

Almaniya ona Türkiyə ərazilərindən yardım 

 



70 

 

göndərmək istədikdə Türkiyə hökuməti buna icazə vermədi. Almaniyanın təhriki 



ilə FransadakıVişi hökuməti Suriyada əvvəlki mövqelərini bərpa etmək üçün 

Türkiyə  ərazilərindən istifadə etmək istədikdə Türkiyə ona da yox dedi. Ən 

nəhayət, Türkiyə hökuməti Britaniyanın silah daşımaları üçün onun ərazilərindən 

tranzit kimi istifadə etməsinə da imkan vermədi. Türkiyənin alman təzyiqlərinə 

baxmayaraq müharibədən kənarda qalması, öz ərazilərindən vuruşan ölkələrin hər 

hansı birinin faydalanmasına icazə verməməsi "ox" ölkələrinin  Şərqə yolunu 

kəsməklə yanaşı, onun bitərəfliyinə olan inamı daha da artırdı (75). 

Türkiyənin belə mövqeyi may ayının sonunda Britaniyanın  İraqda öz 

mövqelərini bərpa etməsində mühüm rol oynadı. Almaniyanın Yaxın Şərq planları 

baş tutmadığından Ribbentrop Türkiyə ilə aparılan danışıqların hücum etməmək 

haqqında pakt çərçivəsinə qaytarılması barədə  təlimat verdi. İyun ayının 17-də 

Ankaradakı Alman səfiri Berlinə göndərdiyi gizli məlumatda dostluq və hücum 

etməmək haqda türk-alman müqaviləsinin imzalanmaq üçün hazır olduğunu 

bildirdi. Bir gün sonra, iyun ayının 18-də Türkiyə adından xarici işlər naziri 

Ş.Saracoğlu, Almaniya adından fon Papen dostluq və hücum etməmək haqqında 

müqaviləni imzaladılar. Müqaviləni imzalayan tərəflər bir-birlərinin  ərazi 

bütövlüyünə hörmət edəcəklərinə və milli sərhədlərinin toxunulmazlığına birbaşa 

və ya dolayı yollarla biri digərinə qarşı  hər hansı  fəaliyyətdən çəkinəcəklərinə 

təminat verirdilər. 18 iyun müqaviləsi Türkiyənin digər ölkələr qarşısında, ilk 

növbədə onun müttəfiqi sayılan  İngiltərə qarşısında götürdüyü öhdəlikləri 

qüvvədən salmırdı. Bu bənd məhz Türkiyənin təkidi ilə dostluq və hücum 

etməmək haqqında türk-alman müqaviləsinə salınmışdı. Türkiyə dövlət xadimləri, 

xüsusilə xarici işlər naziri Ş.Saracoğlu öz açıqlamalarında  əsaslandırmağa 

çalışırdılar ki, Türkiyənin Almaniya ilə dostluğu onun İngiltərə ilə müttəfiqliyi ilə 

ziddiyyət təşkil etmir. Müqavilənin imzalanması ilə bağlı prezident İ.İnönü qeyd 

edirdi ki, “Almaniya ilə münasibətlərimiz Balkan hadisələri dövründə  ən çətin 

imtahandan keçmişdir. O zaman bizim keçirdiyimiz narahatçılığı görən Almaniya 

dövlət başçısı Hitler mənə yazdığı xüsusi bir məktubda ölkəmizə qarşı dostluğunu 

göstərmişdi və hökumətin tövsiyəsi ilə ona verdiyim cavab, bundan sonra bir daha 

baş vermiş  məktublaşmamız 18 iyun 1941-ci il tarixli Türk-Alman müqaviləsini 

meydana gətirən qarşılıqlı etimad havasını yaratmışdı" (76). 

Dostluq və neytrallıq haqqında  Alman-Türk müqaviləsi ABŞ-ın da narazılığı 

ilə qarşılandı. Bu müqavilədən sonra Amerika lend-liz qanununa əsasən Türkiyəyə 

verilməyə başlayan silah və  hərbi sursatı dayandırmağa qərar verdi. Sonrakı 

müzakirələrin gedişində Britaniyanın təzyiqi ilə ABŞ bu qərarı  dəyişdirib 

Türkiyəyə göstərilən yardımları davam etdirsə də, onun həcmi xeyli azaldıldı (77). 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə