Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə32/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   28   29   30   31   32   33   34   35   ...   256

67 

 

bu danışıqlardan sızan və bəzən Almaniya tərəfindən sızdırılan məlumatlar SSRİ-



yə münasibətdə Türkiyəni daha ehtiyatlı davranmağa vadar edirdi. 

1941-ci ilin yanvarında Almaniyanın Balkanlarda, xüsusilə Rumıniya və 

Bolqarıstanda möhkəmlənmək cəhdləri  İngiltərəni Türkiyənin və Balkanların 

gələcəyi ilə bağlı bir sıra addımlar atmağa məcbur etdi. Yanvar ayının 31-də Baş 

nazir Çörçill prezident İ.İnönüyə göndərdiyi məktubda Almaniyanın Bolqarıstanda 

yerləşməsinin Türkiyə üçün doğura biləcəyi nəticələrə  işarə edərək Türkiyənin 

müharibəyə girməsini istəmişdi. 

Balkanlarda Almaniya təhlükəsi artdıqdan sonra ABŞ da öz növbəsində bu 

regionda baş verən hadisələrlə maraqlanmağa başlamışdı. Prezident Ruzvelt 

Balkan dövlətlərinin müqavimətini gücləndirmək ümidilə polkovnik Uilyam 

Donovam Balkanlara göndərmiş, eyni zamanda 1941-ci ilin fevral ayının 1-də 

prezidentin nümayəndəsi Türkiyəyə  də  gəlmişdi. Danışıqların gedişində ABŞ 

Almaniya təhlükəsi ilə üzə-üzə dayanan ölkə kimi Türkiyəyə yardım göstərəcəyini 

vəd etmişdi. Lakin Türkiyə hökuməti ABŞ  və  İngiltərənin iddialarını müdafiə 

etdiyini qeyd etməklə yanaşı, öz üzərinə heç bir öhdəlik götürməyəcəyini 

bildirmişdi. Balkanlara və xüsusilə Bolqarıstana belə böyük əhəmiyyət verilməsi 

onunla bağlı idi ki, Bolqarıstan Türkiyəyə və Yaxın Şərqə doğru quru yollarının 

həlledici məntəqəsində idi (66). 

Türkiyə Almaniya təhlükəsini önləmək və Sovet təzyiqlərini zəiflətmək üçün 

Bolqarıstanla münasibətlərə xüsusi əhəmiyyət verirdi. Bolqarıstandakı türk səfiri 

Şevki Berker Almaniyanın bu ölkəyə soxulmasına qarşı ciddi iş aparır və  hətta 

Sofiyadakı Sovet missiyası ilə  şəxsi  əlaqələr saxlayırdı. Bolqarıstandakı Sovet 

səfirliyi öz gizli məlumatında qeyd edirdi ki, Ş.Berkeri heç bir halda Almaniya 

tərəfdarlarının cərgəsinə aid etmək olmaz. Alman qoşunlarının Balkanlarda yeni 

qayda yaratmaq cəhdlərinə Berker xalqların milli və dövlət müstəqilliyindən 

məhrum olunması kimi baxırdı. Məlumatlarda göstərilirdi ki, Ş.Berker Sofiyadakı 

İngiltərə  və ABŞ  səfirləri ilə çox yaxın münasibətlərə malikdir. Lakin belə 

münasibəti "ox" ölkələrinin səfirlikləri ilə olan əlaqələrə aid etmək olmazdı (67). 

Məhz türk səfirinin Almaniya əleyhinə mövqeyi və Bolqarıstanda gərgin fəaliyyəti 

17 fevral 1941-ci ildə Ankarada türk-bolqar birgə bəyannaməsinin imzalanması ilə 

nəticələndi. Birgə  bəyannaməyə görə, Bolqarıstan  ərazisindən Türkiyəyə hücum 

məqsədilə istifadə oluna bilməzdi. Bundan az sonra mart ayının 4-də Alman səfiri 

fon Papen Hitlerin şəxsi məktubunu  İ.İnönüyə  təqdim etdi. Bu məktubda 

Almaniyanın Türkiyəyə hücum etmək niyyətində olmadığı bildirilirdi (68). 

Almaniyanın Türkiyəni sakitləşdirmək cəhdi onunla bağlı idi ki, mart ayının 1-də 

Bolqarıstan Üçlər ittifaqına qoşulmuş, Yunanıstana hücumun 

 



68 

 

hazırlığı  çərçivəsində ora alman qoşunları yeridilmişdi. 1940-1941-ci illərdə 



aparılan sovet-alman danışıqlarında Sovet diplomatları tərəfindən Bolqarıstanı hər 

zaman SSRİ-nin dövlət təhlükəsizliyi sahəsinə aid edildiyindən 1941-ci ilin 

martında Almaniyanın Bolqarıstana qoşun yeritməsi Sovetlər tərəfindən kəskin 

tənqid olundu və bu aksiya "SSRİ-nin təhlükəsizlik maraqlarının pozulması" kimi 

qiymətləndirildi (69). 

Balkanlarda vəziyyət gərgin xarakter aldığından Britaniya xarici işlər naziri 

A.İden də fevral ayının sonlarından Ankarada Türkiyə siyasi dairələri, o cümlədən 

Ş.Saracoğlu ilə danışıqlar aparırdı. A.İdenin Afinaya səfərindən sonra Türkiyə 

xarici işlər naziri ilə Ankarada başlanmış danışıqlar Kiprdə davam etdirildi. 

Aparılan müzakirələrdən sonra Balkanlarda artan təhlükəyə qarşı bir cəbhə 

yaratmaqdan ötrü Yuqoslaviyaya müraciət edilsə də, Belqrad nəinki bu müraciətə 

cavab vermədi,  əksinə mart ayının 25-də Vyanada imzaladığı müqavilə ilə üçlər 

ittifaqına qoşulduğunu elan etdi. Bu müqaviləyə  əlavə olaraq imzalanmış gizli 

protokola görə Balkanlarda yeni sərhədlər müəyyənləşdirilən zaman Egey 

dənizinə  çıxmaq məsələsinə münasibətdə Yuqoslaviyanın maraqları  nəzərə 

alınacaqdı  və ola bilsin ki, Saloniki şəhərində  və limanında onun suveren 

hüquqları tanınacaqdı (70). Lakin bu əməkdaşlığa qarşı Yuqoslaviyada başlanan 

ümumxalq etiraz dalğasının gedişində mart ayının 27-də Belqradda hərbi çevriliş 

baş verdi və hakimiyyətə  gələn general D.Simoviç hökumətin imzaladığı Vyana 

müqaviləsini ləğv etdi. Elə həmin gün Berlində hava şəraitinin imkan verəcəyi ən 

yaxın günlərdə Yuqoslaviya və Yunanıstana hücum etmək haqqında qərar qəbul 

edildi. Aprel ayının 6-da Almaniyanın Yuqoslaviyaya qarşı  hərbi  əməliyyatları 

başlandı, lakin bu elə də uzun sürmədi. Aprelin  17-də Yuqoslaviya, aprelin 21-də 

Yunanıstan təslim oldular. Onların  əraziləri Almaniya, İtaliya və Bolqarıstan 

arasında işğal zonalarına bölündü. 

Yuqoslaviyada dövlət çevrilişi baş verdikdən sonra Böyük Millət Məclisinin 

partiya qruplarının iclasında bir sıra millət vəkilləri Türkiyənin təcili olaraq 

İngiltərə tərəfindən müharibəyə daxil olmasını tələb etdilər. A.İdenlə Ş.Saracoğlu 

arasında aparılmış Ankara və Kipr danışıqlarında da İngiltərə 1941-ci ilin yazında 

Türkiyəni müharibəyə  cəlb etmək üçün ona bir sıra təzyiqlər göstərmişdi. Lakin 

türk ordusunun baş  qərargah rəisi marşal Fevzi Çakmak qəti  şəkildə bunun 

əleyhinə oldu və bildirdi ki, indiki anda Türkiyənin müharibəyə daxil olması türk 

xalqına münasibətdə cinayətə bərabər olardı (71). 

Balkanlarda vəziyyətin gərginləşməsi, Bolqarıstana Alman ordusunun 

yerləşdirilməsi Türkiyəni ehtiyatlandırırdı ki, Bolqarıstanı da Polşanın taleyi 

gözləyir və o da almanlarla ruslar arasında bölüşdürülə bilər. Mətbuat 

səhifələrində belə  şayiələr yayılırdı ki, Balkanlardan sonra Boğazların da 

Almaniyanın nəzarətinə keçməsi Sovetləri də analoji addım atmağa vadar edə 

bilər. Belə şayiələrin yayıldığı vaxtda Sovet 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə