Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə41/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   37   38   39   40   41   42   43   44   ...   256

86 

 

Sərhəd münaqişəsi zəminində başqa bir hadisə isə 1942-ci ilin iyul ayının 20-



də  İran-Türkiyə  sərhədində yerləşən Harikil məntəqəsində baş vermişdi. Həmin 

gün 4 Sovet hərbi qulluqçusu itmiş iki Sovet əsgərini axtarmaq bəhanəsi ilə 3 km. 

Türkiyənin içərilərinə girib cəsusluq fəaliyyəti ilə  məşğul olarkən mühasirəyə 

düşmüş  və atışma nəticəsində öldürülmüşdülər. Bununla bağlı iyulun 24-də 

Türkiyə  səfirliyi SSRİ Xarici İşlər Komissarlığına etiraz notası  təqdim etmişdi. 

Xarici  İşlər Komissarlığı isə cavab notasında guya Komlev, Akimov, Maşin və 

Şupikov familiyalı hərbi xidmətçilərin türk sərhədçiləri tərəfindən İran ərazisində 

öldürüldüyü və onların cənazələrinin qəsdən Türkiyə  ərazisinə aparıldığını 

bildirirdi. 1942-ci ilin noyabrın 9-da Türkiyə  səfirliyi bir daha 

dəqiqləşdirmələrdən sonra bu məsələnin təfsilatını Xarici İşlər Komissarlığına 

çatdırdıqda Sovet tərəfi Türkiyə  səfirliyinin notasına cavab vermədi. Başqa bir 

hadisə isə  İran-Türkiyə  sərhədindəki  Şərəfabad yaşayış  məntəqəsində baş 

vermişdi. 16 avqust 1942-ci ildə qeyd edilən sərhəd məntəqəsində Türkiyə 

ərazilərinə icazəsiz daxil olduğundan Sovet əsgəri Vasili Yakuşev öldürülmüşdü. 

Bununla bağlı 29 avqustda Xarici İşlər Komissarlığı Türkiyə  səfirliyinə etiraz 

notası  təqdim etmiş, Türkiyə  tərəfi isə hadisənin Sovet əsgərlərinin Türkiyə 

sərhədlərini pozması  nəticəsində baş verdiyini göstərmiş, lakin ölüm faktının 

olmadığını qeyd etmişdi.  Şərəfabad hadisəsini araşdırmaq üçün Xarici İşlər 

Komissarının müavini S.Lozovski ilə 1942-ci ilin iyununda Moskvaya səfir təyin 

edilmiş Mehmet Açıkalın arasında xüsusi   görüş   keçirilmişdi.   Məsələ   

araşdırılmaq   üçün   Sovet-Türkiyə komissiyasının birgə iclasına həvalə edilmişdi 

(40). 


Qeyd edilən hadisələrdən əlavə 1941-ci ilin noyabr ayının 14-də Qara dənizdə 

Sinop limanı yaxınlığında Türkiyəyə pənah gətirən "Qırmızı Vodoley" gəmisinin 

şəxsi heyəti ilə bağlı mübahisə  də 1942-ci ilin yayında kəskinləşmişdi.11 

noyabrda Sevastopol limanından çıxıb Tuapseyə yük aparan "Qırmızı Vodoley" 

Sinop yaxınlığına yan alıb kapitan Zadorojnı başda olmaqla 18 nəfərlik heyətlə 

Türkiyə hakimiyyət orqanlarına təslim olmuş  və  tərksilah olaraq Türkiyədə 

nəzarət altında saxlanmaqlarını xahiş etmişdilər.  1941-ci ilin dekabr ayının 5-də 

Sovet səfiri S.Vinoqradov Türkiyə Xarici İşlər Nazirliyinin Baş katibi 

N.Menemençioğlu ilə görüşmüş  və Türkiyə  tərəfi gəminin  şəxsi heyətinin 

Sovetlərə qayıtmaq istəmədiyini bildirmişdi. 1942-ci ilin əvvəllərində Ş.Saracoğlu 

ilə S.Vinoqradov arasındakı danışıqların nəticəsi kimi gəmi Sovetlərə qaytarılmış, 

lakin  şəxsi heyət yazılı  şəkildə müraciət etmişdi ki, müharibə qurtarana qədər 

onlar Türkiyədə saxlansınlar. Danışıqların gedişində üç nəfər SSRİ-yə qayıtmaq 

arzusunda olduğundan onlar Yozqaddakı düşərgədən azad olundular, Sovet 

tələblərinin beynəlxalq hüquqa uyğun olmadığını əsas tutaraq qalan 15 nəfəri isə 

Türkiyə hakimiyyət orqanları SSRİ-yə qaytarmaqdan imtina etdilər (41). 

  



87 

 

23 sentyabr 1941-ci ildə  İzmayılovsk limanından Ağməscidə üzən 



“Akkerman” kateri ilə bağlı da belə bir   hadisə baş vermişdi. 13 nəfər heyəti və 

25 nəfər sərnişini olan "Akkerman" kateri 26 sentyabrda İtanbul limanına yan 

almış, gəmi heyətinin 6 nəfəri SSRİ-yə qayıtmış, 7 nəfəri isə qayıtmaqdan imtina 

etmişdilər. Kater tərksilah edildikdən sonra İstanbulda saxlanılırdı. Ş.Saracoğlu ilə 

səfir S.Vinoqradov arasında aparılan danışıqlar nəticəsində "Akkerman" kateri, 

onun sərnişinləri və arzu edən gəmi heyəti üzvləri Sovet İttifaqına qaytarılmışdı 

(42). 

Ankaradakı Sovet səfirliyinin əməkdaşı Q.Nikolayevin SSRİ vətəndaşlığından 



imtina edib Türkiyədən sığınacaq istəməsi tərəflər arasında mübahisəli 

məsələlərdən birinə çevrilmişdi. 1942-ci ilin iyun ayının 19-da İstanbulda Türkiyə 

polisinə yazılı müraciət edən Q.Nikolayev ona sığınacaq verilməsini və Türkiyə 

vətəndaşlığına qəbul edilməsini xahiş etmişdi. Sovet səfirliyi öz əməkdaşını geri 

qaytarmaq üçün belə bir iddia irəli sürmüşdü ki, guya Nikolayev yoxa çıxanda 

səfirliyin avtomobil parkı üçün maşın və ehtiyat hissələri almaqdan ötrü onun 

üzərində dövlətə məxsus 10 min türk lirəsi olub. Lakin yoxlamalar zamanı bu fakt 

təsdiq olunmadı  və Nikolayevin qaytarılması üçün səfir S.Vinoqradovun 

Ş.Saracoğlu və N.Menemençioğlu ilə görüşləri bir nəticə vermədi. Türkiyə Xarici 

İşlər Nazirliyi bildirdi ki, siyasi, maliyyə  və  hərbi cinayət törətmiş diplomatlar 

ekstradiasiya edib bilməzlər,  əgər belə bir şey varsa biz işi Türkiyə 

prokurorluğuna verə bilərik, lakin bunun üçün Sovet tərəfi Nikolayevi diplomatlar 

siyahısından çıxarmalıdır. Digər tərəfdən N.Menemençioğlu bildirdi ki, cinayətkar 

o halda qaytarıla bilər ki, o, cinayəti bir ölkədə törətsin və digər ölkəyə qaçsın. 

Lakin məlum olduğu kimi, Nikolayevlə bağlı hadisədə belə bir hal yoxdur və ona 

görə də onun SSRİ-yə qaytarılması məsələsi qoyula bilməz (43). 

Göründüyü kimi, sərhəd münaqişələri zəminində baş verən kiçik hadisələr heç 

də az deyildi. SSRİ Xarici İşlər Komissarlığı ilə sovet ordusunun Baş  qərargahı 

arasındakı yazışmalardan aydın olur ki, bu münaqişələrin böyük əksəriyyəti Sovet 

tərəfinin günahı ucbatından baş versə də, SSRİ-nin hərbi və diplomatik orqanları 

həmin münaqişələrdən Türkiyəyə qarşı  təzyiq kimi istifadə etməyə çalışır və 

Ankaranın simasında düşmən obrazı yaratmağa cəhd göstərirdilər. 

1942-ci ilin iyulunda Refik Saydamın vəfatından az sonra Sovetlər üçün 

arzuolunmaz siyasətçi kimi tanınan xarici işlər naziri Ş.Saracoğlunun Baş nazır 

təyin edilməsi SSRİ siyasi dairələrində elə də yaxşı təəssürat yaratmadı. Bir çox 

məsələlərdə Sovet İttifaqı ilə Türkiyənin münasibətlərinin uzlaşmamasını 

Sovetlər, bir qayda olaraq, Ş.Saracoğlu ilə  əlaqələndirməyə  cəhd edirdilər. 

Ankaradakı Sovet səfirliyinin məlumatında göstərilirdi ki, Ş.Saracoğlu Türkiyənin 

hakimiyyət dairələrində böyük nüfuza malik olan siyasətçilərdəndir.Lakin  əlavə 

edilirdi ki, onun nüfuzu İsmət  İnönünün gostərişlərini səylə yerinə yetirməklə 

bağlıdır  (44). 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə