90
Artunkal, Saffet Arıkan, Rıfkı Atay, Mehmed Açıkalın, Celal Bayar Hüseyn
Baydur, Halid Bayrak, Ali Fuad Cebesoy, İsmət İnönü, Şükrü Kaya, Kazım
Karabəkir, Numan Menemçençioğlu, Hasan Menemençioğlu, Yunis Nadi, Fəthi
Okyar, Rauf Orbay, Kazım Orbay, Recep Peker Abdulhaluk Renda, Ruşen Eşref,
Necmettin Sadak, Refik Saydam, Hasan Saka, Şükrü Saracoğlu, Selim Sarper,
Mustafa Sertel, Tevfiuk Sılay, Hüsnü Taray, Fikri Tuzer, Tarik Us, Tahsin Uzer,
Ahmed Ferid, Fevzi Çakmak, Ali Çətinkaya, İbrahim Tali Öngörən, Ahmed Emin
Yalman, Hüseyn Cahid Yalçın və digərləri haqda çox mühüm məlumatlar vardı
(50). Sovet xüsusi xidmət orqanları hətta Türkiyə siyasi xadimləri, hökumət
dairələri içərisində intriqalara da böyük maraq göstərirdilər. Ş.Saracoğlu Baş nazir
təyin edildikdən sonra Sovet məlumatlarına görə onunla və N.Menemençioğlu ilə
Baş qərargahın rəhbərliyi marşal F.Çakmak və Kazım Orbay arasında, xüsusilə
Türkiyənin öz müttəfiqləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə
dair fikir ayrılığı olduğu göstərilirdi. Həmin məlumatda qeyd edilirdi ki,
hökumətin yüksək vəzifəli şəxsləri Baş qərargahın yüksək rütbəli zabitlərinin
prezident İ.İnönüyə yaxın olmasından ehtiyatlanırdılar (51).
Hakimiyyət orqanları və siyasi dairələrlə yanaşı, Sovet xüsusi xidmət orqanları
nəinki Türkiyənin aparıcı mətbuat orqanlarını, eləcə də əyalətlərdə çıxan qəzetləri
də diqqətlə izləyidilər. 1942-ci ilin sonlarında SSRİ Xarici İşlər Komissarlığında
S.P.Kozırevin adına hazırlanmış arayışda "Tan", "Hakikat", "Anadolu" qəzetləri
haqqında məlumat verilirdi. Məsələn, "Tan" haqqında məlumatda göstərilirdi ki,
bu qəzet Zekeriyye Sertelin redaktorluğu ilə 30-35 min tirajla çıxır, əsas siyasi
məqalələri Almaniyanın əleyhinə yazılır, digər türk qəzetləri ilə müqayisədə daha
obyektivdir. Z.Sertel özünün siyasi icmallarında İngiltərə meyllidir, bununla belə
son il yarımda qəzetdə Sovetlər əleyhinə yazı verilməyib. Xarici İşlər
Komissarlığında hazırlanmış başqa bir arayışda Türkiyədə çıxan əsas qəzetlər,
onların redaktorları və əməkdaşları, tirajı və istiqaməti haqqında məlumat verilir.
Arayışda haqqında məlumat verilən əsas qəzetlər "Ulus", "Cümhuriyyət",
"Repablik", "Tan", "Yeni Sabah", "Vakıt", "Haber", "Son Posta", "Son
Teleqraf', "Vatan", "Akşam", "İstiklal", "İkdam" və başqalarıdır (52). Sovet
orqanları Türkiyədə çıxan mətbuat orqanlarını o qədər diqqətlə öyrənirdilər ki,
təkcə Ankarada 30 min tirajla çıxan və Xalq Cümhuriyyətçi partiyanın orqanı
olan "UIus" qəzetı haqqında hazırlanan arayış beş səhifədən ibarətdir. Qəzetin baş
redaktoru Rıfkı Atay, beynəlxalq icmal şöbəsinin redaktoru Şükrü Esmar, məsul
katibi isə Mümtaz Faik Fenik idi. "Ulus"da Ali Küçük, Kemal Ünal, Sırrı Tarcan,
Sadrettin Enver, Nurettin Artam, Qalib Atac, Xakkı Uluq, Nurullah Atay, Rahmi
Apak, Ali Riza Erem və digər tanınmış publisistlər və yazıçılar çalışırdılar.
Arayışda göstərilirdi ki, "Ulus" Türkiyə xarici
91
siyasətinin ümumi istiqamətlərini əks etdirdiyindən sovet-alman müharibəsi
başlandıqdan sonra onu izləmək çox maraqlı olmuşdur. Sovet informasiya
bürosunun məlumatlarını, dövlət xadimlərinin çıxış və bayanatlarını çox qısa
şəkildə çap etdiyindən bəzən isə ümumiyyətlə çap etmədiyindən Ankaradakı
Sovet səfirliyi "Ulus"un rəhbərliyindən narazı idi. Alman faşistlərinin işğal
olunmuş Sovet ərazilərində törətdiyi vəhşiliklərlə bağlı V.Molotovun notasının nə
üçün nəşr edilmədiyinin səbəbini soruşduqda Faik Fenik cavab vermişdi ki. "bu
notanın siyasi əhəmiyyəti yoxdur və Türkiyə qulağı kəsilmiş, gözü çıxardılmış,
edam olunmuş kəndlilərlə maraqlanmağa borclu deyildir". Əlbəttə, "Ulus"un belə
mövqeyi təqdirə layiq olmasa da, öz növbəsində Sovet səfirliyi də "Ulus"dan
bütün Sovet rəsmi məlumatlarını dərc etməsi tələbi Türkiyənin bitərəflik siyasəti
ilə bir araya sığmırdı. Digər tərəfdən, Sovet rəsmiləri fin müharibəsi dövründə və
sovet-alman əməkdaşlığı zamanında "Ulus"un anti-sovet mövqeyini yaddan
çıxarmırdılar. 1942-ci ilin fevralında Alman səfiri fon Papenə qəsdlə bağlı açılan
məhkəmə prosesindən və bu prosesə cəlb edilmiş Sovet səfirliyinin İvanov və
Kornilov familiyalı iki əməkdaşının fəaliyyətindən geniş reportajlar verdyinə görə
səfirlik "Ulus"a qarşı çox acıqlı idi. Xüsusilə Kornilovun onların mühakimə
olunduğu məhkəmə prosesinin ədalətliliyi və haqlılığı barəsində söylədiklərinin
qəzetdə böyük başlıqla çap olunması Sovet səfirliyini elə də yaxşı vəziyyətdə
qoymamışdı. Görünür, bütün bunların nəticəsi idi ki, səfirlik "Ulus"un baş
redaktoru Atayı siyasi görüşlərinə görə mürtəce və Sovet İttifaqının qatı düşməni
kimi xarakterizə edirdi. Sovet səfirliyinin Moskvaya verdiyi məlumatda
göstərilirdi ki, guya Atay bir neçə dəfə, o cümlədən A.İdenin Türkiyəyə səfəri
zamanı ingilislərdən pul alıb. "Ulus"un redaktoru Türkiyə Böyük Millət
Məclisinin xarici siyasət komissiyasının üzvü Şükrü Esmer və məsul katibi Faik
Fenik haqqında da səfirliyin məlumatları Sovetlərin nöqteyi-nəzərindən müsbət
deyildi. Ş.Esmer haqda yazırdılar ki, o, özünün antisovet görüşləri ilə məşhurdur
və eyni zamanda müharibədə anqlosaksların qələbəsinə dərindən inanır. Kamalçı
inqilab zamanında isə o, Türkiyəni Amerika mandatı altına verməyin tərəfdarı
kimi çixış edib.
1942-ci ilin sonlarında Türkiyənin əyalət qəzetləri haqqında hazırlanmış arayış
da bəzi cəhətlərinə görə diqqəti cəlb edir. SSRİ Xarici İşlər Nazirliyi SİTA-nın
məlumatına istinadən bildirirdi ki, Türkiyədə həmin dövrdə 113 qəzet, 227 jurnal
nəşr olunur. Onlardan 42 qəzet və 169 jurnal Ankara və İstanbulda çıxır və bir
qayda olaraq, paytaxt mətbuatı adlanır,digər 71 qəzet və 58 jurnal isə Türkiyənin
qalan şəhərlərində nəşr olunurdu. Əyalət qəzetlərini öz məzmununa görə Sovet
şərhçiləri üç qrupa bölürdülər. Birinci qrupa aid olanlar ancaq Anadolu
agentliyinin beynəlxalq vəziyyətlə bağlı rəsmi məlumatlarını yayır; ikinci qrupa
daxil