96
mənafeyinə cavab verir və İngiltərə Türkiyənin bitərəfliyinin səbəblərini başa
düşür. Çörçill Stalinə yazırdı ki, Türkiyə İngiltərə və Rusiyaya yaxındır və
mümkündür ki, 1943-cü ilin sonunda, ola bilsin ki, daha tez müharibəyə daxil
olsun. Eyni zamanda Çörçill bildirirdi ki, türklər SSRİ tərəfindən hər hansı
dostluq hərəkətinə eyni qaydada cavab verəcəklər. Lakin bu təklifə Stalinin cavabı
çox sərt oldu. O yazırdı: Mən hesab edirəm ki, Türkiyəyə münasibətdə bizim
tərəfimizdən istər sovet-alman müharibəsinin başlanmasına bir neçə ay qalmış,
istərsə də bu müharibə başlanandan sonra dostluq xarakteri Britaniya hökumətinə
məlum olan bir sıra bəyanatların verilməsini xatırlatmaq yerinə düşərdi.Türklər
görünür almanların qəzəblənməsindən ehtiyat edərək bu addımlara reaksiya
verməyiblər. Bir tərəfdən, Türkiyə SSRİ ilə dostluq və bitərəflik haqqında
müqavilə ilə və Böyük Britaniya ilə təcavüzə müqavimət göstərmək üçün
qarşılıqlı yardım haqqında müqavilə ilə bağlıdır . Digər tərəfdən o, Almaniya ilə
dostluq haqqında müqavilə ilə bağlıdır. Mənə məlum deyil ki, Türkiyə SSRİ və
Britaniya qarşısındakı öhdəliklərini Almaniya qarşısındakı öhdəlikləri ilə birlikdə
yerinə yetirməyi necə düşünür. Bununla belə, əgər türklər SSRİ ilə öz
münasibətlərini daha dostcasına və sıx etmək istəyirlərsə, qoy bunu elan etsinlər.
Sovet İttifaqı bu halda türklərin qarşısına çıxmağa hazırdır (62).
Bu yazışmaların nəticəsi kimi Türkiyə siyasi dairələri Sovetlərlə münasibətləri
yaxşılaşdırmaq istiqamətində bir sıra addımlar atdılar. Bundan əlavə, 1943-cü ilin
yazından başlayaraq, Türkiyə hökuməti Balkanlarda diplomatik fəallığını bir
qədər artırdı. 1943-cü ilin 9 martında Ankarada yeni hökumət təşkil edildikdən
sonra bu fəallıq daha artıq hiss edilirdi.
Sovetlər mart ayının 9-da Ş.Saracoğlunun təşkil etdiyi yeni hökumət kabineti,
xüsusən Kabinetə daxil edilmiş yeni nazirlərlə ciddi şəkildə maraqlanırdı.
Ankaradakı Sovet səfirliyinin birinci katibi A.Jeqalovanın Moskvaya göndərdiyi
gizli arayışda göstərilirdi ki, hökumətdə dəyişiklik ancaq ikinci dərəcəli dörd
nazirliyi əhatə etmişdir. Yeni təyin olunmuş ədliyyə, iqtisadiyyat, ticarət, gömrük
nazirləri Xalq Cümhuriyyətçi Partiyada iş təcrübəsi qazanmış gənclərdən ibarətdir.
Türk ictimaiyyətinin fikrincə yeni təyin edilmiş gömrük naziri Suat Hayri
Ürqüplü, ticarət naziri Celal Sait Siren, iqtisadiyyat naziri Ali Fuat Simnen,
ədliyyə naziri Ali Riza Türel son illərdə partiya aparatında işlədikləri zaman geniş
populyarlıq qazandırlarından hətta, onları "partiyanın sevimliləri" adlandırırdılar.
Sovet səfirliyinin əməkdaşı əlavə edirdi ki, onların siyasi görüşləri hələlik bizə
aydın deyil, lakin qeyd etmək olar ki, yeni nazirlər İsmət İnönü v Ş.Saracoglunun
iradəsinin kor-koranə icraçıları olacaqlar. Prezident və baş nazirin fikrincə, gənc
partiya kadrları içərisindən rəhbər iş üçün seçilmiş yeni nazirlər bacarıqlı adamlar
idi. Səfirliyin birinci katibi A.Jeqalova
97
Moskvaya bildirirdi ki, ingilislər və amerikalılar kabinetin tərkibində baş verən
dəyişikliklərdən razı qalıblar.O, ictimai işlər naziri Ali Fuat Cebesoyun yollar
naziri vəzifəsinə keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Bu dəyişikliyi Jeqalova
Cebesoyun ictimai işlər naziri vəzifəsində özünü yaxşı göstərməsi, ingilis-
amerikan hərbi yüklərinin daşınmasına hazırlıqla bağlı Türkiyə nəqliyyatının
işinin yaxşılaşdırılmasının hökumətin əsas vəzifələrindən birinə çevrilməsi ilə izah
edirdi. Eyni zamanda o, əlavə edirdi ki, bu, yaxın zamanlarda əsgəri-hərbi
daşımaların mümkünlüyü ilə də bağlı ola bilər (63). Hökumət kabinetində baş
verən dəyişikliklərlə bağlı Sovet səfiri S.Vinoqradov 22 aprel 1943-cü ildə SSRİ
Xarici İşlər Komissarlığının Orta Şərq Şöbəsinin müdiri S.Kavtaradzeyə
göndərdiyi gizli məlumatda hökumətə daxil edilmiş dörd yeni nazirin hər birini
ayrılıqda xarakterizə edirdi. O, yazırdı: İndi ancaq onu demək olar ki, Türk
mətbuatı və ictimai xadimləri bütün bu dörd naziri praktiki işdə və partiya işində
özünü yaxşı göstərmiş Türkiyədə, Atatürkün tərbiyə etdiyi yeni gəncliyin
nümayəndələri kimi qiymətləndirirlər. S.Vinoqradovun məlumatına görə, gömrük
naziri S.H.Ürqüplü yüksək bir ailədən çıxmış, ilk təhsilini İstanbulda almış,
əvvəlcə Nişantaşda ingilis məktəbini, sonra isə Qalatasarayda litseyi bitirmiş və
İstanbul Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. Ürqüplü bir
müddət İstanbulda müxtəlif məhkəmələrdə çalışmış, 1939-cü ildə isə altıncı
çağırış Böyük Millət Məclisinə millət vəkili seçilmişdi. Ticarət naziri Celal Sait
Siren Adanada doğulmuş, mülki məmur hazırlayan məktəbi bitirmiş, Parisdə
maliyyə məsələləri ilə bağlı ixtisasartırma kursu keçmiş, Ədliyyə Nazirliyində
müxtəlif rəhbər vəzifələrdə işləmişdi. İzmitdə və Boluda Xalq Cümhuriyyətçi
partiyasının müfəttişi kimi çalışmış, altıncı çağırış Böyük Millət Məclisinə deputat
seçilmişdi. İqtisadiyyat naziri Ali Fuat Sirmenə gəldikdə isə, S.Vinoqradovun
məlumatına görə, o, İstanbulda doğulmuş, Ali poçt-rabitə məktəbini, İstanbul və
Roma Universitetlərinin hüquq fakültələrini bitirmişdi. Fuat Sirmen Roma
Universitetində hüquq doktoru rütbəsini almışdı. Maliyyə nazırliyində müxtəlif
vəzifələrdə çalışdıqdan və Ankara prokurorluğuna dörd il rəhbərlik etdikdən sonra
beşinci və altıncı çağırışlarda Məclisdə millət vəkili olmuşdu.
Ədliyyə naziri Ali Riza Türel Salonikdə doğulmuş, Fuat Sirmenlə birlikdə
İstanbulda Ali poçt-rabitə məktəbini və İstanbul Universitetinin hüquq fakültəsini
bitirmişdi. Eyni zamanda Türel dörd il Parisdə hüquq təhsilini davam etdirmiş,
1928-ci ildə Türkiyəyə döndükdən sonra hüquq mühafizə orqanlarında müxtəlif
vəzifələrdə çalışmış, 1935-ci ildə beşinci çağırış, 1939-cu ildə altıncı çağırış
Böyük Millət Məclisinə deputat seçilmişdi.Türel Xalq Respublikaçı Partiyanın
Baş katibliyinin üzvü idi (64).
43-cü ilin martında Kabinetdə dəyişikliklərdən sonra türk hökuməti Sovetlərlə
münasibətləri yaxşılaşdırmaq istiqamətində bir sıra addımlar