100
yazırdı: "Beynəlxalq vəziyyətin dəyişməsi ilə bağlı bitərəf Türkiyə arzuolunmaz
amilə çevrilmişdir. Belə ki, Türkiyə müttəfiqlərin hərbi əməliyyatları Balkanlara
keçirməsi yolunda maneəyə çevrilmişdir". S.Vinoqradov təklif edirdi ki, türk
ərazisindən müharibə meydanı kimi istifadə etmək üçün müttəfiqlər eyni zamanda
Türkiyəyə birgə təzyiq etməlidirlər Əgər Türkiyə imtina etsə, bu imtina bizim
üçün "faydasız" olmayacaqdır Belə ki, bu imtina, zamanı gələndə Türkiyəyə elan
edəcəyimiz iddiaların sayını artıra bilər (71).
Sovet İttifaqı 1943-cü ilin yayında müttəfiqlərin Balkanlarda ikinci cəbhə
açmaq ideyasının əleyhinə olsa da, Türkiyənin müharibəyə girməsində ciddi
şəkildə maraqlı idi. Sovetlər belə hesab edirdi ki, Türkiyənin müharibəyə girməsi
müttəfiqlərin Balkanlara daxil olmaq ideyasına son verə bilər. 1943-cü ilin
yayında Sovet mətbuatında Türkiyənin neytral mövqeyinin sərt formada tənqid
edilməsi ilk növbədə bununla bağlı idi. İyun ayının 28-də Moskvadakı türk səfiri
Mehmet Cavat Açıkalını qəbul edən V.Molotov sərt şəkildə bildirdi ki, 18 iyun
1941-ci il Türk-Alman müqaviləsi göründüyü kimi, həm Türkiyə üçün, həm də
Almaniya üçün faydalıdır. Səfirə isə məlumdur ki, Almaniya SSRİ-nin ən qəddar
düşmənidir. V.Molotov Türkiyəni qınayaraq xatırladırdı ki, 18 iyun Türk-Alman
müqaviləsi imzalanan zaman bütün Avropa siyasi xadimləri bilirdi ki, SSRİ-yə
qarşı hücum hazırlanır və türklərin çoxu da bunu başa düşürdü. Eyni zamanda
səfir Açıkalın da öz növbəsində V.Molotovun kinayəli atmacalarını cavabsız
qoymadı. O dedi ki, türklər Almaniya ilə müqaviləni ingilislərin icazəsi ilə
bağlayıblar. Həmin vaxt beynəlxalq vəziyyət Türkiyə üçün çox mürəkkəb idi, belə
ki, Fransa yıxılmış, ingilislər Yaxın Şərqdə və Balkanlarda məğlubiyyətə uğramış,
SSRİ ilə Almaniya arasında isə fikir ayrılığının hər hansı görüntüləri mövcud
deyildi. Səfir soruşdu: "Əgər Boğazlar, sonra isə Türkiyə və İran Almaniyanın
əlinə keçsəydi, onda indi cəbhə xətti haradan keçmiş olardı?" V.Molotov
hədələyici atmacalarını Açıkalınla avqust ayının 4-dəki görüşlərində də davam
etdirdi. O qeyd etdi ki, beynəlxalq şəraitin dəyişməsinə, o cümlədən İtaliya
faşizminin iflasa uğramasına baxmayaraq Türkiyə özünün əvvəlki mövqeyində
dayanmaqdadır. "Nə etmək olar, yaşayarıq, görərik, bu, heç olmasa Türkiyənin
özünün xeyrinə olacaqmı?" (72).
1943-cü ilin avqustunda müttəfiqlər Siciliyaya desant çıxartdıqdan sonra
Kvebekdə keçirilən konfransda Türkiyə məsələsi yenidən gündəliyə gəldi.
Prezident Ruzveltlə Baş nazir Çörçill arasında keçirilən görüşdə qərara alındı ki,
Türkiyəni israrla davam etdirdiyi müharibədən kənar qalmaq siyasətini dəyişməyə
təzyiq göstərmək lazım deyil. Nəzərə almaq lazımdır ki, müttəfiqlər də öz
növbəsində Türkiyəyə vəd edilən silah sursatı ona çatdırmaq imkanında deyildir
(73). Lakin Kvebek danışıqlarında qərara alındı ki, Balkanlarda açılması nəzərdə
tutulan ikinci cəbhə
101
ilə baglı Türkiyənin aerodromlarından istifadə etmək niyyəti türk hökumətinə
çatdırdsın. 1943-cü ilin yayından etibarən bu istiqamətdə Türkiyəyə təzyiqlərin
artdığı bir dövrdə Sovet İttifaqı müttəfiqlərin bu qənaətini bölüşmür və daha çox
Türkiyənin savaşa qatılması məsələsində israr edirdi. Sovetlərin fikrincə,
Türkiyənin savaşdan kənarda qalması müttəfiqlərin deyil, daha çox Almaniyanın
xeyrinə idi (74). Məhz bunu əsas tutaraq V.Molotov Türkiyənin müharibəyə
girməsi məsələsini 1943-cü ilin oktyabrında SSRİ, ABŞ və İngiltərə xarici işlər
nazirlərinin Moskva konfransının gündəliyinə təklif etdi. V.Molotov izah etməyə
çalışırdı, ki, Sovet ordusunun Avropada irəliləməsini asanlaşdırmaq üçün
Türkiyəni müharibəyə girməyə məcbur etmək lazımdır. Molotova görə,
Türkiyənin müharibəyə girməsi bir tövsiyə formasında deyil, bir "əmr" formasında
olmalıdır. Onun fikrincə, Türkiyənin müharibəyə girəcəyi təqdirdə Almaniya 15
diviziyasını Sovet cəbhəsindən çəkmək zorunda qalacaqdır (75). ABŞ və İngiltərə
xarici işlər nazirləri Molotovun bu təklifinin əleyhinə çıxsalar da, son anda
güzəştli qərar qəbul edildi. Qərara görə ilk növbədə Türkiyənin aerodromlarından
istifadəyə razılıq alınmalı, ilin sonuna doğru Türkiyənin müharibəyə girməsi
istiqamətində addımlar atılmalı idi. Moskva konfransının yekun sənədi kimi
xüsusi gizli protokolda nəzərdə tutulurdu ki, üç dövlətin adından "Türkiyənin
təcili olaraq müharibəyə daxil olması" Türk hökumətinə təklif edilsin.
V.Molotovla A.İden arasında Türkiyə haqqında imzalanmış protokolda belə bir
fikir ifadə olunurdu ki, Türkiyə 1943-cü ilin sonuna qədər müharibəyə
qatılmalıdır. Eyni zamanda Türkiyədən xahiş edilməli idi ki, öz aviabazalarından
istifadəyə şərait yaratmaq yolu ilə Birləşmiş Millətlərə bütün mümkün köməkliyi
göstərsin. Moskva konfransından bir neçə gün sonra Moskvadakı ABŞ səfiri
A.Harriman Molotova məktub yazaraq Birləşmiş Ştatların Türkiyə barəsində
Britaniya-SSRİ protokoluna qoşulduğunu bildirdi (76).
Müttəfiqlərin bu qərarını Türkiyəyə çatdırmaq üçün A.İden noyabr ayının ilk
günlərində xarici işlər naziri N.Menemençioğlunu Qahirəyə dəvət etdi. A.İden onu
həmçinin xəbərdar etdi ki, müttəfiqlərin xahişindən imtina edibcəyi təqdirdə
İngiltərə Türkiyəyə yardım göstərilməsini dayandıracaq. N.Menemençioğlu ilk
növbədə bildirdi ki, Türkiyənin müharibəyə girməsi üçün müttəfiqlər tərəfindən
ona yetərincə yardım göstərilməlidir. İkincisi isə o, belə hesab edirdi ki,
Türkiyənin öz aviabazalarından müttəfiqlərə istifadə üçün icazə verilməsi ilə
savaşa atılması arasında elə bir fərq yoxdur. Bu halda da Türkiyə Alman
aviasiyasının zərbələrinə hədəf ola bilərdi. Moskva konfransının Türkiyənin
müharibəyə girməsi barədə qərarı olmasına baxmayaraq, Qahirə
danışıqlarında A.İden Türkiyə aviabazalarından müttəfiqlərin istifadəsinə icazə
verilməsinə daha çox üstünlük verirdi (77). Bütövlükdə, 1942-ci ilin noyabrından
başlayaraq hadisələrin təhlili göstərir ki, müharibəyə