104
Tehran konfransının iştirakçıları məqsədəuyğun saydılar ki, Ruzvelt və
Çörçillin Türkiyə prezidenti İ.İnönü ilə görüşü təşkil edilsin.
Belə bir görüş
1943-cü ilin dekabr ayının 4-6-da Qahirədə keçirildi. Sovet İttifaqını Qahirə
görüşündə Ankaradakı səfir S.Vinoqradov təmsil edirdi Qahirə danışıqlarında
U.ÇörçilI müttəfiqlərin Tehran konfransının qərarlarına uyğun olaraq
Türkiyənin müharibəyə qatılmasında israr edərək bildirdi ki, 15 fevral 1944-cü
ildə ingilis-amerikan aviasiyası Türkiyəyə girəcəkdir. Əks təqdrdə Çörçill
müttəfiqlərin Türkiyə ilə əlaqələrini kəsəcəyi ilə hədələmişdi. Qahirə danışıqları
zamanı İ.İnönü prinsip etibarilə Türkiyənin müharibəyə qatılmasına razı olsa da,
müttəfiq dövlətlərin başçıları ilə bir sıra məsələlərin aydınlaşdırılmasına cəhd
göstərdi. İ.İnönü müttəfiqlərə izah etməyə çalışırdı ki, "müttəfiq" Qızıl Ordu
Boğazlara girərsə bir daha oradan çıxmayacaqdır. Türkiyə dövlət başçıları indi
Almaniyadan deyil, daha çox Rusiyanın imperialist olacağından ehtiyatlanırdılar.
Türklərin bu narahatçılığına cavab olaraq Çörçill bildirdi ki, yeni yaradılması
nəzərdə tutulan beynəlxalq təşkilat (BMT nəzərdə tutulur -C.H.) rusları
Türkiyədən uzaqlaşdırmaq üçün zəruri ölçülər götürəcəkdir (86).
Qahirə danışıqları zamanı İ.İnönü xatırlatdı ki, Türk ordusu silah və hərbi
sursatın çatışmamazlığından müharibəyə hazır deyildir. Bunun üçün Türkiyəyə
geniş miqyasda yardım göstərilməlidir. İ.İnönü baş qərargah rəhbərlərinin
görüşdən sonra Türkiyənin müharibəyə girməsi məsələsinə qayıdılmasının
mümkünlüyünü bildirdi. Müttəfiq dövlətlərin başçıları onun bu təklifı ilə
razılaşdılar. ABŞ, İngiltərə və Türkiyə dövlət başçılarının Qahirə konfransı
haqqında elan olunmuş rəsmi məlumatda Türkiyə ilə Britaniyanın ittifaqına, türk
xalqı ilə Amerika və Sovet xalqı arasında sıx dostluğa böyük əhəmiyyət verilirdi.
1943-cü ilin dekabrında Qahirədən qayıtdıqdan sonra müttəfiqlər ilə hərbi
əməkdaşlığı genişləndirmək və Britaniya ilə yaxınlaşmanı nümayiş etdirmək üçün
İ.İnönü bir sıra addımlar atdı. 1939-cu ildə Londonda ingilis-fransız-türk Baş
qərargahlarının danışıqlarında Türkiyəni təmsil etmiş ordu generalı Kazım Orbay
1943-cü ilin dekabrında Türk ordusu Baş qərargah rəisinin müavini, bir neçə
gündən sonra isə istefaya çıxmış marşal Fevzi Çakmakın yerinə Baş qərargah rəisi
təyin edildi. Bu təyinat Sovetləri ciddi şəkildə maraqlandırırdı. Onlar Orbayın
təyinatını daha çox Türkiyənin İngiltərə qarşısında öhdəliklərinin yerinə
yetirilməsində yaranmış böhranlı vəziyyətlə izah edirdilər. Bəzi məlumatlara görə,
bu məsələdə marşal Çakmakla Baş nazir Ş.Saracoğlu və xarici işlər nazin
N.Menemençioğlu arasında ziddiyyətlər yaranmışdı. Diplomatik kanallarla
alınmış məlumatlarda marşal Çakmakın və onun müavini Asım Gündüzün
istefası daha çox ikincinin hərbi dünyagörüşünə görə mühafizəkarlıqda,
şablon və köhnəpərəstliyə aludəçilikdə, orduya rəh-
105
bərlikdə yeni metodların qəbul edilməsinə qadir olmamasında və Türk ordusunun
modernləşdirilməsinə yönəlmiş
cəhdlərin qarşısının alınmasında
günahlandırılması ilə əlaqələndirilirdi. Ankaradakı Sovet səfirliyinin birinci
katibi S.MixaiIov yazırdı ki, Qahirə konfransından sonra ingilislər qarşısında çətin
vəziyyətə düşmüş Türk hökuməti ingilisləri razı salmaq üçün Çakmakı
kənarlaşdırıb Orbayı Baş qərargah rəisi təyin etdi. Bu addım Türk hökumətinin
ingilislərə münasibətdə elə də böyük olmayan güzəşti idi (87).
Eyni zamanda Sovet səfirliyi K.Orbayın Türk ordusunun rəhbərliyinə
gəlməsini ordunu özünə tabe edən Ş.Saracoğlu hökumətinin mövqelərinin
möhkəmlənməsi, bununla da Türkiyənin siyasi səhnəsində antisovet elementlərin
güclənməsi kimi izah edirdi. Səfirliyin məlumatında deyilirdi: "Atatürkün köhnə
silahdaşı kimi marşal Çakmak özünün bütün mühafizəkarlığına baxmayaraq belə
bir həqiqəti anlayırdı ki, Türkiyənin maraqları Sovet İttifaqı ilə dost olmağı tələb
edir. O, antisovet hərəkətlərdə və deyimlərdə son dərəcə ehtiyatlı idi". K.Orbaya
gəldikdə isə, səfirliyin məlumatına görə o, Türk siyasətinin İngiltərəyə
meyllənməsinin tərəfdarı idi. Türkiyədəki ingilis diplomatları K.Orbayı qatı
ingilispərəst hərbçi kimi xarakterizə edir, Britaniya mətbuatı onun təyinatını
məmnunluqla qarşılayırdı. Ankaradakı Sovet səfirliyi Moskvaya göndərdiyi
məlumatda göstərirdi ki, Britaniya mətbuatının fikrincə, ingilis-fransız-türk Baş
qərargahlarının 1939-cu il London görüşü zamanı ingilis və fransız aviasiyası
imkan əldə etdi ki, Türkiyə əraziləri vasitəsi ilə Sovet neft rayonları üzərindən
kəşfiyyat üçüşları etsin. Britaniya mətbuatı K.Orbayın digər xidmətini onda
görürdü ki, onun hazırladığı "Orbay planı" əsasında Türk ordusunun ingilis silahı
ilə təchizatının əsası qoyulmuşdu.
Qeyd edilən məsələlər haqqında ətraflı məlumat verildikdən sonra Ankaradakı
Sovet səfirliyinin məlumatında göstərilirdi ki, bizim əlimizdə K.Orbayın birbaşa
antisovet fikirləri barədə dəlillər yoxdur. Əksinə bizim dıplomatik və hərbi
nümayəndələrlə söhbətlərində o, Sovet İttifaqına olan dostluq hisslərini büruzə
verməyə çalışır.
Sovet diplomatik və xüsusi xidmət orqanları belə hesab edirdilər ki,İ.İnönü
marşal Çakmakı istefaya göndərməyə məcbur olub. Bunu əsaslandırmaq
üçün prezident İnönünün Fevzi Çakmaka istefaya çıxdığı gün göndərdiyi son
dərəcə səmimi məktuba istinad edilirdi. Bu məktubda nəinki marşalın bütün
fəaliyyətinə yüksək qiymət verilir,həm də prezident ümidvar olduğunu
bildirirdi ki, Çakmak Türkiyənin qarşısında duran yeni vəzifələrin yerinə
yetirilməsində gələcəkdə də böyük məmnuniyyətlə iştirak edəcəkdir. Sovet
orqanlarının məlumatlarında qeyd olunurdu ki, prezidentin bu fikrinin nə qədər
əsaslandırılmış olduğunu söyləmək çətindir, lakin tamamilə aydındır ki, öz
silahdaşı ilə vidalaşmaq İsmət uçun təəsüfləndirici idi (88).