106
K.Orbayın Baş qərargah rəisi təyin edilməsi ilə yanaşı, ordu generalı Salih
Omurtakın Baş qərargah rəisinin müavini təyin edilməsini Sovet orqanları
ingilislərlə bağlayırdılar. Onlar belə hesab edirdilər ki, general Omurtak
müttəfiqlərə meylli olduğu üçün ingilislər onun Türk ordusunun Baş qərargahı
rəisinin müavin təyin edilməsinə bilavasitə səy göstərmişlər. Hələ 1937-ci ildə
Frakiyada türk ordusunun təlimlərinə rəhbərlik etmiş Omurtakın fəaliyyətini bu
təlimləri izləmiş Atatürk yüksək qiymətləndirmişdi. Belə bir söhbət var idi ki,
Mustafa Kamal paşa özü qədim türk sərkərdəsinin şərəfinə ona "Omurtay"
soyadını vermişdi. O isə bu soyadı "Omurtak" kimi istifadə edirdi. 1940-cı ildən
general Omurtak Ali Hərbi Şuranın üzvü idi. 1942-ci ildə o, 4-cü ordunun
komandanı təyin edilmiş, 1943-cü ilin yayında isə ingilislər tərəfindən Misirə və
Tunisə dəvət edilən türk hərbi missiyasına başçılıq etmişdi. Türk mətbuat
dairələrində general Omurtak bolqarların qatı düşməni hesab edilirdi. Şimali
Afrikada türk hərbi missiyasına rəhbərlik etdiyi dövrdə Britaniyalılar onu çox
yüksək qiymətləndirirdilər. General Omurtak hesab edirdi ki, əgər ona icazə
verilsəydi, o bir neçə gün ərzində bolqar ordusunu darmadağın edərdi (89).
Türk ordusu rəhbərliyində dəyişikliklərdən az sonra Qahirə razılaşmalarına
uyğun olaraq Türkiyəyə Britaniyanın hərbi heyətinin səfəri başlandı. 1944-cü ilin
yanvar ayının ortalarında başlanan danışıqlar fevral ayının sonuna qədər davam
etdi. Bu danışıqları izləyən Ankaradakı Sovet səfirliyi Moskvaya göndərdiyi
məlumatda göstərirdi ki, ingilis-türk hərbi danışıqlarında general Orbay özünü
N.Menemençioğlunun təlimatlarının itaətkar icraçısı kimi aparır (90). Lakin qeyd
etmək lazımdır ki, Ankarada aparılan ingilis-türk hərbi danışıqları bir nəticə
vermədi. Fevral ayının sonunda ingilis hərbi heyəti danışıqları dayandırdı. Onlar
belə hesab edirdilər ki, türklərə istədikləri qədər silah və sursat veribsi olarsa, bu
yükün daşınması müharibənin sonunadək çəkəcəkdir və bu halda Türkiyə yenə
müharibədən kənarda qalacaqdır (91). Danışıqlar kəsiləndən dərhal sonra mart
ayının 2-də Britaniya, aprel ayının 1-də isə ABŞ Türkiyəyə yardımlarını
dayandırdılar. Sovet İttifaqı isə belə hesab edirdi ki, Türkiyə müharibəyə girməyə
yubanmışdır, artıq bu məqsədlə onun üstünə düşməyə dəyməz. Əlbəttə, nəzərə
almaq lazımdır ki, SSRİ Türkiyənin Balkanlarda fəallığını arzulamırdı.
Britaniyanın Balkan hadisələrində iştirakı isə xeyli dərəcədə Türkiyədən asılı idi.
107
IVFƏSİL
Dünya müharibəsinin sonunda müttəfiqlərin Türkiyəyə təzyiqi
və Sovet təhlükəsinin artması
Böyük Üçlüyün Tehran görüşü göstərdi ki, Sovet İttifaqı dünyanın
müharibədən sonrakı taleyinə münasibətdə öz müttəfiqlərindən daha hazırlıqlıdır.
Hələ 1942-ci ilin yanvar ayının 26-da ÜİK(b)P MK-nın Siyasi Bürosu xarici işlər
komissarı V.Molotov başda olmaqla "Avropa, Asiya ölkələri və dünyanın digər
yerlərində müharibədən sonrakı dövlət quruculuğunun layihəsi üzrə Komissiya
haqqında" qərar qəbul etmişdi (1). Komissiya daxilində üç işçi qrupu yaradılmışdı.
V.Q.Dekanozov və Y.Z.Surisin rəhbərlik etdiyi qrup Yaxın və Orta Şərq
məsələləri ilə məşğul idi. 1943-cü ilin payızında işçi qrupları müharibədən sonrakı
dünyanın qurulması barədə Sovet təkliflərini özündə əks etdirən sənədi hazırlayıb
başa çatdırmışdılar. Ümumi şəkildə bu təklif Tehran konfransında açıqlanmışdı.
Eyni zamanda 1943-cü ilin avqust ayının 3-də SSRİ xarici işlər komissarının
müavini M.Litvinov müharibədən sonra sülh konfranslarının hazırlanması
haqqında komissiyanın tərkibi və strukturu haqqında fikir və mülahizələrini
V.Molotova göndərdi. Komissiyanın 7 nəfərdən ibarət olması nəzərdə tutulurdu.
Ayrı-ayrı problemlər üzrə xüsusi tapşırıqları yerinə yetirmək üçün komissiyaya
məsləhətçilər daxil edilməsi təklif edilirdi. Türkiyə üzrə belə məsləhətçi tarix
elmləri doktoru A.F.Miller nəzərdə tutulmuşdu (2). Sentyabr ayının 9-da isə
M.Litvinov İ.Stalin və V.Molotova göndərdiyi məlumatda Komissiyanın məşğul
olacağı məsələlərin siyahısını və öyrəniləcək məsələlərin əhatə dairəsmi
müəyyənləşdirmişdi. Burada XIX bölmədə Dodekanez adaları istisna olmaqla
İtaliyanın əvvəlki sərhədlərinin saxlanması, bu ada ilə bağlı Yunanıstanla
Türkiyənin yenidən iddialarının olacağı göstərilirdi. Şərqi Avropa və Balkanlarda
istisnasız olaraq yeni hökumətlərin yaradılması nəzərdə tutulur, Türkiyə ilə bağlı
məsələlər neytral ölkələr bölməsinə aid edilirdi.Eyni zamanda komissiyanın
öyrənəcəyi və təkliflər hazırlayacağı məsələlərın siyahısına Bosfor və Dardanell
boğazları da daxil edilmişdi (3).
1944-cü ilin yanvarında isə xarici işlər komissarının müavini İ.M.Mayski
müharibədən sonrakı dünyada sərhədlərlə bağlı məsələləri və SSRİ-nin
maraqlarını özündə əks etdirən "Gələcək sülhün arzu olunan əsasları haqqında"
qeydləri V.Molotova təqdim etdi. Bu sənədə görə Türkiyəyə yaxın olan Rumıniya
ərazisində SSRİ-yə hərbi baza və İran ərazisi vasitəsi ilə Fars körfəzinə doğru
"azad və münasib" ticarət yolundan istifadəyə təminat verilməsi nəzərdə
tutulurdu. Sənəddə bütün
108
Balkan ölkələri ilə qarşılıqlı yardım haqqında, Yunanıstanla İran nümunəsində
İngiltərə, SSRİ və Yunanıstan arasında qarşılıqlı yardım haqqında üçtərəfli paktın
bağlanması, Türkiyəyə gəldiksə isə onun güclənməsinə mane olmaq təklif
olunurdu. Sovet-bolqar və sovet-rumın paktları vasitəsi ilə Türkiyənin Balkan
işlərindən uzaqlaşdırılması məqsədəuyğun sayılırdı. Bu boşluğu isə təbii ki, SSRİ
doldurmalı idi. Bir sıra iqtisadi, mədəni və siyasi tədbirlərin köməyi ilə Sovetlərin
İrana nüfuz etməsinin gücləndirilməsi təklif edilirdi. Yaxın Şərqdə Sovet təsirinin
möhkəmləndirilməsi SSRİ-nin siyasətinin əsas istiqamətlərindən biri kimi şərh
edilirdi (4).
1944-cü ilin yazında Türkiyəyə qarşı sərtləşmiş siyasət SSRİ Xarici İşlər
Komissarlığında Sovet-Türkiyə münasibətlərinin daha çox mübahisəli
məqamlarını əks etdirən bir sıra sənədlərin hazırlanmasında özünü büruzə verirdi.
Bunlardan birincisi, Xarici İşlər Komissarlığının əməkdaşı A.Fedosov tərəfindən
1944-cü ilin yanvar ayının 25-də hazırlanmış "1 yanvar 1944-cü ilə qədər SSRİ ilə
Türkiyə arasında qüvvədə və fəaliyyətdə olan siyasi müqavilə və sazişlər haqqında
arayış"dan ibarət idi. RSFSR ilə Türkiyə arasında 16 mart 1921-ci il Moskva
müqaviləsinin arayışda geniş təhlil edilməsi təsadüfi deyildi. Çünki az sonra
Moskva müqaviləsinin maddələri, xüsusilə onun Türkiyənin Şimal-Şərq
sərhədlərini müəyyənləşdirən birinci əlavəsi Sovetlər tərəfindən ciddi şəkildə təftiş
edibcəkdi. Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanmış 13
oktyabr 1921-ci il Qars müqaviləsinə də arayışda diqqət yetirilirdi. Hər iki
müqaviləyə münasibətdə qüvvədə olma tarixi və fəaliyyət müddətinin
göstərilməməsi xüsusi şəkildə qeyd edilirdi. Moskva və Qars müqavilələri ilə
müqayisədə 21 yanvar 1922-ci ildə Türkiyə ilə Ukrayna arasında imzalanmış
Ankara müqaviləsinin və xüsusilə müqavilənin beşinci maddəsinin (Qara dənizə
tökülən çaylarla bağlı olan maddə-C.H.) daha da irəli getdiyi göstərilirdi.
Arayışda xüsusi diqqət yetirilən müqavilələrdən biri də Türkiyə üə SSRİ
arasında 17 dekabr 1925-ci ildə Parisdə imzalanmış müqavilə idi. Sənəddə
müqavilənin ikinci maddəsinin və ona əlavə olaraq imzalanmış protokolların
yenidən müzakirəyə çıxarılması dünya müharibəsinın gedişində baş verən
dəyişikliklər və bu dəyişikliklərə Sovetlərin yanaşma metodları əks olunmuşdu.
Qeyd edilən müqavilələrdən başqa SSRİ Xarici İşlər Komissarlığının arxivində
olan sənədlər əsasında tərəflər arasında imzalanmış 17 dekabr 1929-cu il, 7 mart
1931-ci il, 30 oktyabr 1931-ci il, 7 noyabr 1935-ci il protokolları, habelə
Moskvadakı Türkiyə səfiri ilə Xarici İşlər Komissarlığı arasında "Centlmen sazişi"
haqqında aparılmış danışıqlara yenidən müraciət edilmişdi (5).
SSRİ Xarici İşlər Komissarlığı tərəfindən aprel ayının 3-də gizli şəkildə
hazırlanmş digər bir sənəd 1 aprel 1944-cü ilə qədər Türkiyə ilə
Dostları ilə paylaş: |