Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə51/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   47   48   49   50   51   52   53   54   ...   256

106 

 

K.Orbayın Baş  qərargah rəisi təyin edilməsi ilə yanaşı, ordu generalı Salih 



Omurtakın Baş  qərargah rəisinin müavini təyin edilməsini Sovet orqanları 

ingilislərlə bağlayırdılar. Onlar belə hesab edirdilər ki, general Omurtak 

müttəfiqlərə meylli olduğu üçün ingilislər onun Türk ordusunun Baş  qərargahı 

rəisinin müavin təyin edilməsinə bilavasitə  səy göstərmişlər. Hələ 1937-ci ildə 

Frakiyada türk ordusunun təlimlərinə  rəhbərlik etmiş Omurtakın fəaliyyətini bu 

təlimləri izləmiş Atatürk yüksək qiymətləndirmişdi. Belə bir söhbət var idi ki, 

Mustafa Kamal paşa özü qədim türk sərkərdəsinin  şərəfinə ona "Omurtay" 

soyadını vermişdi. O isə bu soyadı "Omurtak" kimi istifadə edirdi. 1940-cı ildən 

general Omurtak Ali Hərbi  Şuranın üzvü idi. 1942-ci ildə o, 4-cü ordunun 

komandanı təyin edilmiş, 1943-cü ilin yayında isə ingilislər tərəfindən Misirə və 

Tunisə  dəvət edilən türk hərbi missiyasına başçılıq etmişdi. Türk mətbuat 

dairələrində general Omurtak bolqarların qatı düşməni hesab edilirdi. Şimali 

Afrikada türk hərbi missiyasına rəhbərlik etdiyi dövrdə Britaniyalılar onu çox 

yüksək qiymətləndirirdilər. General Omurtak hesab edirdi ki, əgər ona icazə 

verilsəydi, o bir neçə gün ərzində bolqar ordusunu darmadağın edərdi (89). 

Türk ordusu rəhbərliyində  dəyişikliklərdən az sonra Qahirə razılaşmalarına 

uyğun olaraq Türkiyəyə Britaniyanın hərbi heyətinin səfəri başlandı. 1944-cü ilin 

yanvar ayının ortalarında başlanan danışıqlar fevral ayının sonuna qədər davam 

etdi. Bu danışıqları izləyən Ankaradakı Sovet səfirliyi Moskvaya göndərdiyi 

məlumatda göstərirdi ki, ingilis-türk hərbi danışıqlarında general Orbay özünü 

N.Menemençioğlunun təlimatlarının itaətkar icraçısı kimi aparır (90). Lakin qeyd 

etmək lazımdır ki, Ankarada aparılan ingilis-türk hərbi danışıqları bir nəticə 

vermədi. Fevral ayının sonunda ingilis hərbi heyəti danışıqları dayandırdı. Onlar 

belə hesab edirdilər ki, türklərə istədikləri qədər silah və sursat veribsi olarsa, bu 

yükün daşınması müharibənin sonunadək çəkəcəkdir və bu halda Türkiyə yenə 

müharibədən kənarda qalacaqdır (91). Danışıqlar kəsiləndən dərhal sonra mart 

ayının 2-də Britaniya, aprel ayının 1-də isə ABŞ Türkiyəyə yardımlarını 

dayandırdılar. Sovet İttifaqı isə belə hesab edirdi ki, Türkiyə müharibəyə girməyə 

yubanmışdır, artıq bu məqsədlə onun üstünə düşməyə  dəyməz.  Əlbəttə, nəzərə 

almaq lazımdır ki, SSRİ Türkiyənin Balkanlarda fəallığını arzulamırdı. 

Britaniyanın Balkan hadisələrində iştirakı isə xeyli dərəcədə Türkiyədən asılı idi. 

 

  




107 

 

IVFƏSİL 



Dünya müharibəsinin sonunda müttəfiqlərin Türkiyəyə təzyiqi 

və Sovet təhlükəsinin artması 

 

Böyük Üçlüyün Tehran görüşü göstərdi ki, Sovet İttifaqı dünyanın 



müharibədən sonrakı taleyinə münasibətdə öz müttəfiqlərindən daha hazırlıqlıdır. 

Hələ 1942-ci ilin yanvar ayının 26-da ÜİK(b)P MK-nın Siyasi Bürosu xarici işlər 

komissarı V.Molotov başda olmaqla "Avropa, Asiya ölkələri və dünyanın digər 

yerlərində müharibədən sonrakı dövlət quruculuğunun layihəsi üzrə Komissiya 

haqqında" qərar qəbul etmişdi (1). Komissiya daxilində üç işçi qrupu yaradılmışdı. 

V.Q.Dekanozov və Y.Z.Surisin rəhbərlik etdiyi qrup Yaxın və Orta Şərq 

məsələləri ilə məşğul idi. 1943-cü ilin payızında işçi qrupları müharibədən sonrakı 

dünyanın qurulması barədə Sovet təkliflərini özündə əks etdirən sənədi hazırlayıb 

başa çatdırmışdılar. Ümumi şəkildə bu təklif Tehran konfransında açıqlanmışdı. 

Eyni zamanda 1943-cü ilin avqust ayının 3-də SSRİ xarici işlər komissarının 

müavini M.Litvinov müharibədən sonra sülh konfranslarının hazırlanması 

haqqında komissiyanın tərkibi və strukturu haqqında fikir və mülahizələrini 

V.Molotova göndərdi. Komissiyanın 7 nəfərdən ibarət olması  nəzərdə tutulurdu. 

Ayrı-ayrı problemlər üzrə xüsusi tapşırıqları yerinə yetirmək üçün komissiyaya 

məsləhətçilər daxil edilməsi təklif edilirdi. Türkiyə üzrə belə  məsləhətçi tarix 

elmləri doktoru A.F.Miller nəzərdə tutulmuşdu (2). Sentyabr ayının 9-da isə 

M.Litvinov  İ.Stalin və V.Molotova göndərdiyi məlumatda Komissiyanın məşğul 

olacağı  məsələlərin siyahısını  və öyrəniləcək məsələlərin  əhatə dairəsmi 

müəyyənləşdirmişdi. Burada XIX bölmədə Dodekanez adaları istisna olmaqla 

İtaliyanın  əvvəlki sərhədlərinin saxlanması, bu ada ilə bağlı Yunanıstanla 

Türkiyənin yenidən iddialarının olacağı göstərilirdi. Şərqi Avropa və Balkanlarda 

istisnasız olaraq yeni hökumətlərin yaradılması nəzərdə tutulur, Türkiyə ilə bağlı 

məsələlər neytral ölkələr bölməsinə aid edilirdi.Eyni zamanda komissiyanın 

öyrənəcəyi və  təkliflər hazırlayacağı  məsələlərın siyahısına Bosfor və Dardanell 

boğazları da daxil edilmişdi (3). 

1944-cü ilin  yanvarında  isə   xarici işlər komissarının  müavini İ.M.Mayski 

müharibədən sonrakı dünyada sərhədlərlə bağlı  məsələləri və SSRİ-nin 

maraqlarını özündə  əks etdirən "Gələcək sülhün arzu olunan əsasları haqqında" 

qeydləri V.Molotova təqdim etdi. Bu sənədə görə Türkiyəyə yaxın olan Rumıniya 

ərazisində SSRİ-yə  hərbi baza və  İran  ərazisi  vasitəsi  ilə Fars körfəzinə doğru  

"azad  və  münasib"  ticarət yolundan istifadəyə  təminat verilməsi nəzərdə 

tutulurdu. Sənəddə bütün 

 

  



108 

 

Balkan ölkələri ilə qarşılıqlı yardım haqqında, Yunanıstanla  İran nümunəsində 



İngiltərə, SSRİ və Yunanıstan arasında qarşılıqlı  yardım haqqında üçtərəfli paktın 

bağlanması, Türkiyəyə  gəldiksə isə onun güclənməsinə mane olmaq təklif 

olunurdu. Sovet-bolqar və sovet-rumın paktları vasitəsi ilə Türkiyənin Balkan 

işlərindən uzaqlaşdırılması məqsədəuyğun sayılırdı. Bu boşluğu isə təbii ki, SSRİ 

doldurmalı idi. Bir sıra iqtisadi, mədəni və siyasi tədbirlərin köməyi ilə Sovetlərin 

İrana nüfuz etməsinin gücləndirilməsi təklif edilirdi. Yaxın Şərqdə Sovet təsirinin 

möhkəmləndirilməsi SSRİ-nin siyasətinin  əsas istiqamətlərindən biri kimi şərh 

edilirdi (4). 

1944-cü ilin yazında Türkiyəyə qarşı  sərtləşmiş siyasət SSRİ Xarici İşlər 

Komissarlığında Sovet-Türkiyə münasibətlərinin daha çox mübahisəli 

məqamlarını əks etdirən bir sıra sənədlərin hazırlanmasında özünü büruzə verirdi. 

Bunlardan birincisi, Xarici İşlər Komissarlığının  əməkdaşı A.Fedosov tərəfindən 

1944-cü ilin yanvar ayının 25-də hazırlanmış "1 yanvar 1944-cü ilə qədər SSRİ ilə 

Türkiyə arasında qüvvədə və fəaliyyətdə olan siyasi müqavilə və sazişlər haqqında 

arayış"dan ibarət idi. RSFSR ilə Türkiyə arasında 16 mart 1921-ci il Moskva 

müqaviləsinin arayışda geniş  təhlil edilməsi təsadüfi deyildi. Çünki az sonra 

Moskva müqaviləsinin maddələri, xüsusilə onun Türkiyənin  Şimal-Şərq 

sərhədlərini müəyyənləşdirən birinci əlavəsi Sovetlər tərəfindən ciddi şəkildə təftiş 

edibcəkdi. Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında imzalanmış 13 

oktyabr 1921-ci il Qars müqaviləsinə  də arayışda diqqət yetirilirdi. Hər iki 

müqaviləyə münasibətdə qüvvədə olma tarixi və  fəaliyyət müddətinin 

göstərilməməsi xüsusi şəkildə qeyd edilirdi. Moskva və Qars müqavilələri ilə 

müqayisədə 21 yanvar 1922-ci ildə Türkiyə ilə Ukrayna arasında imzalanmış 

Ankara müqaviləsinin və xüsusilə müqavilənin beşinci maddəsinin (Qara dənizə 

tökülən çaylarla bağlı olan maddə-C.H.) daha da irəli getdiyi göstərilirdi. 

Arayışda xüsusi diqqət yetirilən müqavilələrdən biri də Türkiyə  üə SSRİ 

arasında 17 dekabr 1925-ci ildə Parisdə imzalanmış müqavilə idi. Sənəddə 

müqavilənin ikinci maddəsinin və ona əlavə olaraq imzalanmış protokolların 

yenidən müzakirəyə  çıxarılması dünya müharibəsinın gedişində baş verən 

dəyişikliklər və bu dəyişikliklərə Sovetlərin yanaşma metodları  əks olunmuşdu. 

Qeyd edilən müqavilələrdən başqa SSRİ Xarici İşlər Komissarlığının arxivində 

olan sənədlər əsasında tərəflər arasında imzalanmış 17 dekabr 1929-cu il, 7 mart 

1931-ci il, 30 oktyabr 1931-ci il, 7 noyabr 1935-ci il protokolları, habelə 

Moskvadakı Türkiyə səfiri ilə Xarici İşlər Komissarlığı arasında "Centlmen sazişi" 

haqqında aparılmış danışıqlara yenidən müraciət edilmişdi (5). 

SSRİ Xarici İşlər Komissarlığı  tərəfindən aprel ayının 3-də gizli şəkildə 

hazırlanmş digər bir sənəd 1 aprel 1944-cü ilə qədər Türkiyə ilə 

 

  




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə