Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə53/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   49   50   51   52   53   54   55   56   ...   256

111 

 

olunana qədər Krım türklərinin  əhali artımı ilə bağlı maraqlı  mənzərənin  şahidi 



olmaq olar. 1922-ci ildə Simferopolda nəşr edilmiş "Krımın Statistik-iktisadi 

Atlası"nda 1897-ci il əhali sayımına görə Krımda 186212 nəfər,1921-ci il 

sayımına görə isə 186715 nəfər türkün yaşadığı bildirilir. 1944-cü ilin deportasiya 

materiallarında isə onların sayı 183155 nəfər göstərilir.Bu da bütövlükdə 50 il 

ərzində Krım türklərinin sayının azalması deməkdir(9). Türklərin Krımdan sürgün 

edilməsi başa çatdırıldıqdan sonra ÜİK(b)PMK-nın Siyasi Bürosu 30 iyun 1945-ci 

ildə Krım Muxtar Sovet Sosialist Respublikasının Rusiya Federasiyası tərkibində 

Krım vilayətinə çevrilməsi haqda qərar qəbul etdi. Ən maraqlısı odur ki, Siyasi 

Büronun iclasında Krımla bağlı qərarın mətbuatda dərc edilməməsi lazım bilinirdi 

(10). 


Krım türklərindən az sonra 1944-cü ilin noyabrında Gürcüstan Sovet 

Respublikasının Türkiyə ilə sərhəd rayonlarında yaşayan mesxeti türkləri də eyni 

deportasiyaya məruz qaldılar. Dövlət Müdafiə Komitəsinin 30 iyul 1944-cü il 

qərarına uyğun olaraq həmin ilin sentyabr ayının 20-də Gürcüstan SSR-in Türkiyə 

ilə  sərhəd rayonları olan Adigey, Axalsix, Axalkələk, Aspindz, Boqdanovski və 

Acariya Muxtar Respublikasından 15568 ailədən ibarət 69869 nəfər adam Orta 

Asiya respublikalarına sürgün edildi ki, bunlardan 13434 ailə (59780 nəfər) 

türklər, 1830 ailə (8627 nəfər) kürd, 304 ailə (1462 nəfər) isə xemşillər idi (11). 

SSRİ-də sürgün olunan xalqlar barədə  məlumatlar dəqiqləşdirildikdən sonra bu 

rəqəmlər daha da artdı. 1946-cı ildə SSRİ Dövlət Təhlükəsizliyi Komissarlığının 

3-cü idarəsmin hazırladığı məlumatda müharibə dövründə 400478 nəfər çeçen və 

inquşların, 60139  nəfər qaraçaylıların,  32817 nəfər balkarların,  81673  nəfər 

kalmıkların, 193959 nəfər Krım tatarı, bolqar və yunanların, 774178 nəfər 

almanların, 84402 nəfər türk, kürd, xemşillərin (Gürcüstan SSR-dən), bütövlükdə 

isə 2 milyon adamın öz doğma yurdlarından deportasiya olunduğu göstərilirdi(12). 

1944-cü ilin əvvəllərindən başlayaraq Sovet ordusunun cəbhələrdə  qələbəsi 

SSRİ -nin Türkiyəyə  təzyiqlərinin artması ilə müşayiət olunurdu. Sovet xüsusi 

xidmət orqanları, kəşfiyyat idarələrinin Türkiyə haqqında topladığı materiallar 

indi artıq ona qarşı müxtəlif təzyiq imkanlarını əldə etmək xarakteri daşıyırdı. 

1944-cü ilin yayında qərargahı Tbilisidə yerləşən Sovet ordusu Zaqafqaziya 

Cəbhəsi kəşfiyyat idarəsi türk ordusunun bütün ölkə ərazisində yerləşməsi barədə 

böyük xəritələr hazırlanmışdı. Bu tipli xəritələr adətən nıüharibə başlanması 

ehtimal olunan ölkələr haqqında hazırlanırdı. Türkiyə silahlı qüvvələrinin İstanbul, 

İzmir, Ankara, Ərzurum, Sinop, Hatay, Şərqi Anadolu, Boğazlar və  Qərbi 

Anadolu birləşmələrinin dislokasiyasını özündə  əks etdirən 8 xüsusi hissədən 

ibarət olan bu xəritələr may ayının 15-də Zakfrontun qərargah rəisi general-

leytenant İvanov tərəfindən təsdiq edilmiş və kəşfiyyat şöbəsinin rəisi polkovnik 

Qorşkov 


 


112 

 

tərəfindən 6 iyun 1944-cü ildə xüsusi hərbi poçt ilə Azərbaycan Kommunist 



Partiyasının birinci katibi M.C.Bağırova göndərilmişdi (13). Eyni zamanda 1944-

cü ildə Sovet ordusunun Baş  qərargahı Türkiyə  sərhədləri boyunca İran,  İraq və 

Ermənistan  ərazilərində kürd tayfa birliklərinin yerləşməsini özündə  əks etdirən 

xüsusi xəritə hazırlanmışdı. Bu xəritənin sol küncündə 42 kürd tayfasının adı, 

onların başçıları  və sayı göstərilirdi. Kürd tayfaları haqqında məlumatların və 

xəritənin Sovet ordusu Baş qərargahı tərəfindən hazırlanması və Türkiyənin Şərq 

vilayətlərinin kürd tayfalarının  əhatəsində verilməsi Sovetlərin Türkiyəyə qarşı 

gizli niyyətlərindən xəbər verirdi (14). 

1944-cü ilin yazında müttəfiq qoşunları Almaniyaya doğru irəlilədikcə 

Türkiyəyə qarşı təzyiqlər daha əməli xarakter alırdı. Aprel ayının 14-də Britaniya 

və Amerika tərəfindən Türkiyəyə təqdim olunmuş birgə notada Almaniyaya xrom 

satışının dayandırılması  tələb olunurdu, əks təqdirdə Ankaranın müttəfiqlər 

tərəfindən embarqoya məruz qalacağı bildirilirdi. Bu tələb qarşısında geri çəkilən 

Türkiyə 21 apreldən etibarən Almaniyaya xrom satışını dayandırdı. Xrom 

probleminin ardınca ticarət gəmisi adı altında Almaniyanın iki gəmisinin 

Boğazlardan keçməsi böyük hay-küyə  səbəb oldu. Britaniya parlamentində  çıxış 

edən xarici işlər naziri A.İden Alman hərb gəmilərinin Boğazlardan keçməsini 

kəskin  şəkildə pislədi və baş vermiş hadisəyə görə Türkiyə hökumətini sərt 

formada qınadı.  İngilis mətbuatı bu məsələ ilə bağlı Türkiyəyə qarşı geniş 

kampaniyaya başladı. Nəticədə iyun ayının 15-də  vəziyyəti müzakirə edən 

Türkiyə hökuməti bu məsələ ilə bağlı günahkar sayılan xarici işlər naziri 

N.Menemençioğlunu istefaya göndərdi.  Əslində Boğazlara daxil olan alman 

gəmilərindəki silah və  hərbi sursat türk xüsusi xidmət orqanları  tərəfindən 

aşkarlanmışdı. Almaniya öz gəmilərinin Rumıniyaya keçmək istədiyini 

bildirdikdə, Türkiyə Xarici İşlər Nazirliyi hərbi dəniz attaşesinin təminatını 

istəmişdi. Alman gəmiləri Boğazlara daxil olduqda müttəfiqlər etiraz notası 

təqdim etmiş, Menemençioğlu isə Boğazlardan keçmək istəyən gəmilərin hərbi 

gəmi olmadığı haqda Alman səfiri fon Papenin təminatına inanaraq onların 

Boğazlardan keçməsinə icazə vermişdi. Lakin Türkiyə orqanlarının yoxlamaları 

gəmilərdə  hərbi yüklərin olduğunu təsdiqləmişdi. Hadisələrin belə gedişi 

müttəfiqlərin bu məsələdə haqlı olduğunu göstərdi və xarici işlər naziri istefaya 

getməli oldu. Xarici işlər naziri vəzifəsi müvəqqəti olaraq Baş nazir Ş.Saracoğluna 

tapşırıldı.  İyun ayının 17-də Sovet səfiri S.Vinoqradovun Ş.Saracoğluya təqdim 

etdiyi xatırlatmada göstərilirdi ki, alman hərb gəmilərinin ticarət gəmiləri adı 

altında Boğazlardan keçməsinə aid bir sıra hallar baş vemişdir. Səfir bu hallardan 

Sovet İttifaqının narahatçılığını ifadə edirdi (15). 

İyun ayının 23-də Türkiyə ilə bağlı öz görüşlərini ABŞ-a bildirən  İngiltərə 

Türkiyənin xarici siyasətində baş verən dəyişikliklərin yetərli 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə