Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə61/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   57   58   59   60   61   62   63   64   ...   256

127 

 

barədə hüquqlarının məhdudlaşdırılmasını    və digər ciddi əhəmiyyətə malik 



olmayan dəyişiklikləri təklif edirdi. Bunun davamı kimi M.Litvinov bir daha 

özünü bilavasitə  hərbi təhlükə  hədəsi altında hiss etdikdə xarici hərbi  gəmilərə  

münasibətdə Türkiyəyə  xüsusi  hüquqlar verən Montrö sazişinin 21-ci maddəsinin 

ləğvini arzu olunan addım hesab edirdi.Eyni zamanda Türkiyə ilə qarşılıqlı pakt 

bağlamış dövlətlərlə digər dövlətlər arasında fərqi özündə  əks etdirən  19-cu 

maddənin dəyişdirilməsi Türkiyənin vuruşduğu ölkələrin gəmilərinə münasibətdə 

məhdudiyyətləri nəzərdə tutan 20-ci maddənin dəqiqləşdirilməsi arzu edilirdi. 

Sovet rəhbərlərinə  təqdim olunan məruzənin sonunda M.Litvinov belə  nəticəyə 

gəlirdi ki, yuxarıda göstərilən bütün dəyişikliklərin həyata keçirilməsi üçün 

İngiltərə ilə qabaqcadan razılaşmaq və ya Türkiyə ilə müvafiq müqavilə bağlamaq 

zəruridir (55). 

Boğazlar məsələsinə dair Montrö sazişini dəyişdirmək və Türkiyəni Bosfor və 

Dardanell üzərində müstəsna hüquqdan məhrum etmək istiqamətində SSRİ Xarici 

İşlər Komissarlığında gərgin iş gedirdi. 1944-cü ilin noyabr ayının 17-də yenidən 

M.Litvinovun rəhbərliyi ilə "Boğazlar haqqında məsələyə dair" adlı iki səhifəlik 

qeydlər  İ.Stalin, V.Molotov, V.Dekanozov, S.Lazovski və digərlərinə göndərildi 

(56). 

1944-cü ilin martında ayrı-ayrı müttəfiq respublikalarda Xarici İşlər 



Komissarlıqlarının yaranması müharibədən sonrakı dünya quruculuğunda Sovet 

İttifaqının imkanlarını, qonşu dövlətlərə, o cümlədən Türkiyəyə  təsirini və 

təzyiqini artırmağa, beynəlxalq təşkilatlarda möhkəmlənməyə hesablanmış ciddi 

siyasi addım idi. Məlum olduğu kimi, 1922-ci ildə SSRİ yarananda ona daxil olan 

ayrı-ayrı respublikalar öz hüquqlarının bir hissəsini, xüsusilə xarici siyasət və 

Müdafiə məsələləri ilə bağlı hüquqlarını ittifaq dövlətinə vermişdilər. 1944-cü ilin 

yazında bu hüquqların yenidən miittəfiq respublikalara qaytarılması SSRİ-nin 

demokratikləşməsi, onun subyektlərinin hüquqlarının genişləndirilməsi, milli 

siyasətdə baş verən dəyişikliklərin nəticəsi olmayıb, dünya müharibəsinin sonunda 

beynəlxalq aləmdə baş verən dəyişikliklər və bu dəyişikliklərdən SSRİ-nin hərbi, 

siyasi və strateji maraqları üçün daha effektli istifadə etmək zərurətindən irəli 

gəlirdi. Sovet mətbuatında bu addımı müttəfiq respublikaların suverenliyinin 

möhkəmləndirilməsi, guya xarici dövlətlərlə birbaşa  əlaqələrin qurulmasının 

müttəfiq respublikaların milli maraqları, təsərrüfat və mədəni ehtiyaclarından irəli 

gəlməsi kimi şərh edilməsi sırf deklarativ xarakter daşıyırdı (57). Əslində isə bu 

addımdan daha geniş  məqsədlər üçün - yeni yaranan Birləşmiş Millətlər 

Təşkilatında mümkün olduğu qədər daha çox səslə təmsil olunmaq, M.Litvinovun 

15 noyabr məruzəsində  işarə edilən Ukrayna və Gürcüstanın Boğazlara nəzarət 

üzrə yaradılması  nəzərdə tutulan Qara dəniz dövlətləri komissiyasında iştirakını 

təmin etmək, Ermənistan və Gürcüstandan Türkiyəyə qarşı, Azərbaycandan İrana 

qarşı, 

 



128 

 

Ukrayna və Belorusiyadan Polşaya qarşı, Baltikyanı respublikalarından 



Almaniyaya qarşı, hətta Özbəkistandan Çinin Şərqi Türküstan əyalətinə qarşı 

SSRİ  tərəfindən irəli  sürüləcək  ərazi iddialarında istifadə etmək planlaşdırılırdı. 

Məhz bu məqsədlə sərhədyanı dövlətlərdə baş verən bütün hadisələr, gedən bütün 

siyasi proseslər Sovet İttifaqının maraq dairəsin daxil edilmişdi. Lakin hələ ki, bu 

geniş planlardan yalnız Boğazlar rejimini dəyişmək uğrunda mübarizə 

müttəfiqlərarası münasibətlərdə açıq xarakter almış, Türkiyənin Boğazlara nəzarət 

hüququnu onun əlindən almaq və ya ən azı bu hüquqa şərik olmaq barədə çeşidli 

gizli variantlar hazırlanırdı 1945-ci ilin Krım konfransı  ərəfəsində  və konfransın 

gedişində bu iş daha intensiv xarakter almışdı. 

1945-ci ilin ilk günlərində Xarici İşlər Komissarının müavini V.Dekanozov 

Komissarlığın Türkiyə tarixi üzrə eksperti A.Millerə tapşırıq vermişdi ki, Qara 

dəniz boğazlarında mövcud rejimi dəyişmək istiqamətində öz fikir və 

mülahizələrini hazırlasın. Bu tapşırığa uyğun olaraq A.Miller yanvar ayının 15-də 

qeyd edilən məsələ ilə bağlı öz təkliflərini V.Dekanozova təqdim etdi. Beş 

səhifədən ibarət olan bu sənəddə Boğazlar rejimi ilə yanaşı, eyni zamanda Sovet-

Türkiyə münasibətlərinin bir sıra maraqlı  məqamlarına toxunulmuşdu. 

M.Litvinovun "Boğazlar haqqında məsələyə dair" məruzəsinin  əksinə olaraq 

A.Miller belə hesab edirdi ki, Montrö sazişinə görə Boğazlar rejiminin əlverişli 

olmaması 1936-cı ilin 20 iyulunda imzalanmış Sazişdən deyil, daha çox onun 

Türkiyə  tərəfindən həyata keçirilməsindən irəli gəlir. Onun fikrincə, Sazişin öz-

özlüyündə mühüm sayılan maddələri qənaətbəxşdir. Belə ki, Montrö sazişi təkcə 

Türkiyənin təhlükəsizliyi ilə bağlı deyil, bütün Qara dəniz dövlətlərinin, eyni 

zamanda SSRİ-nin təhlükəsizlik maraqları ilə bağlı mühüm prinsipial məsələləri 

özündə  əks etdirir. Dinc dövrdə Qara dəniz dövləti olmayan ölkələrin hərbi 

gəmilərinin Qara dənizə buraxılması növünə, su tutumuna və Qara dənizdə olma 

müddətinə görə o dərəcədə  məhdudlaşdırılır ki, çətin ki, o bizim üçün təhlükə 

yaratsın. Eyni zamanda dinc şəraitdə Sovet hərbi gəmiləri Boğazlardan keçməkdə 

demək olar ki, qeyri-məhdud hüquqlara malikdirlər. A.Miller  əlavə  edirdi   ki,   

müharibə  dövründə  Türkiyənin   neytrallığı  şəraitində bütün vuruşan ölkələrin 

hərbi gəmilərinin Boğazlardan keçməsı qadağan edilir ki, Qara dənizin 

təhlükəsizliyi baxımından bu daha çox əlverişlidir. Bütün bu məsələləri 

sadaladıqdan sonra o qeyd edirdi: "Əgər Sazişin mətnindən çıxış etsək, Montrödə 

qurulan rejim 1841-ci ilin London sazişindən başlayaraq bütün əvvəlki beynəlxalq 

reqlamentlərlə müqayisədə bizə daha artıq üstünlüklər verir" (58). 

Lakin A.Miller qeyd edirdi ki, Montrö sazişinin həyatda yerinə yetirilməsinin 

gedişində belə bir çatışmazlıq müəyyən edilmişdir ki, Türkiyə hökuməti onun 

maddələrinin yeganə və nəzarətsiz şərhçisidir. 1936-ci ildə  şübhəsiz  ki,  Sazişin  

həyata keçirilməsini  xüsusilə  hərbi  şərait 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə