Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə57/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   53   54   55   56   57   58   59   60   ...   256

119 

 

olunmuşdu.  Əməliyyata SSRİ-nin Ankaradakı  səfirliyinin mətbuat attaşesində 



jurnalist kimi işləyən Daxili İşlər Komissarlığının xüsusi xidmət zabitləri İvanov 

və Kornilov başçılıq edirdilər. Bu aksiyanı bir türk həyata keçirməli idi. Mənim və 

digər çekistlərin vəzifəsi həmin yoldaşların təhlükəsizliyini təmin etmək idi. Qatil 

rolunu yerinə yetirən namizədi tapmaq üçün bu zabitlər eyş-işrət yerlərinə, 

qumarxanalara getməyə başladılar. Aşxanaların birində onlar borca düşmüş 

qumarbaz  Əbdülrəhman adlı birisini tapdılar ki, o, yaxşı haqq müqabilində ov 

tüfəngindən fon Papenə atəş açmağa razılıq verdi. Lakin gizli mənzildə keçirilən 

sonuncu görüşdə  Əbdülrəhman pəncərədən qaçdı. Çekistlər ona atəş açdılar və 

öldüyünü zənn etdilər. Türkiyə xüsusi xidmət orqanları onları həbs edəndən sonra 

məhkəmə başlayanda  Əbdülrəhman Türkiyə  əks kəşfiyyat kapitanı formasında 

zalda peyda oldu və Sovet zabitlərini ölkədə qarışıqlıq yaratmaq cəhdində 

günahlandırdı. Çekistləri həbs etdilər, lakin həbsxanadan da onları Türkiyə 

hakimiyyət dairələri ilə yaxın  əlaqələri olan bizim kəşfiyyatçı  tərəfdaşımız 

Məmməd Tağıyev buraxdırdı" (34). Bundan əlavə, Türkiyə Sovetlərlə 

münasibətləri normallaşdırmaq üçün almanlarla əməkdaşlıq etmiş xarici ölkə 

vətəndaşlarına ölkəyə  gəlməyi qadağan etmişdi. Sovet qoşunları Bolqarıstana 

daxil olduqdan sonra Türkiyəyə sığınmış Bolqarıstanın daxili işlər naziri Qarovski 

19 sentyabrda öz ölkəsinə geri göndərilmişdi. Alman işğalı dövründə faşistlərlə 

əməkdaşlıq etmiş  və sonradan Türkiyəyə qaçmış, milliyyət etibarı ilə türk olan 

köhnə Sovet vətəndaşları eyni ilə SSRİ-yə verilmiş, Rumıniyaya sığınmış 20-30 

min Krım tatarlarının Türkiyəyə  gəlmək xahişləri isə Sovetlərə  bəhanə 

verilməmək üçün rədd edilmişdi. 

Həmin görüşdə Molotovla türk səfiri arasında Türkiyə  və Sovet mətbuatına 

dair söylənilən qarşılıqlı ittihamlar və fikirlər ayrıca mübahisə predmeti oldu. 

H.Baydur Moskvada olduğu son bir il ərzində Sovet mətbuatında Türkiyəyə 

dəfələrlə hücum edilməsindən narahatlığını bildirdi. O hesab edirdi ki, Türkiyəyə 

münasibətdə Sovet mətbuatının belə mövqeyi yanlışdır. H.Baydurun bu fikri ilə 

bağlı V.Molotov bildirdi ki, Sovet mətbuatında yazılanlar Türk mətbuatında SSRİ-

yə edilən hücumların ancaq onda biri qədər ola bilər. Türkiyədə  hər gün Sovet 

İttifaqı  əleyhinə yazılar çap olunur. O əlavə etdi ki, Sovet İttifaqının çətin 

günlərində Türk mətbuatı onun məhv edilməsi barədə məqalələr verirdi. SSRİ-nin 

mövcud olduğu 27 il ərzində Baydur bir yazı tapa bilməz ki, orada Türkiyənin 

məhv edilməsinə çağırışlar olsun. Baydur qeyd etdi ki, Türk mətbuatında sovet 

İttifaqı ilə bağlı yazıların 90 faizi müsbətdir, qalan 10 faiz elə  də muhüm deyil, 

ona heç kim əhəmiyyət vermir: "Türkiyədə elə  qəzet var onu bir adam buraxır. 

Bunlar qəzet deyil, "kələm yarpağıdır". Belə  qəzetləri "İzvestiya" ilə müqayisə 

etmək olmaz". Baydur təklif etdi ki, o,Sovet İttifaqından bir neçə jurnalisti özü ilə 

Türkiyəyə apara bilər. Qoy 

  



120 

 

onlar özləri Türkiyədəki reallığı görsün, real və doğru məlumatlar yazsınlar. 



Molotov bildirdi ki, Sovet jurnalistləri indi hamısı cəbhələrdədir və müharibədən 

yazırlar (35). 

V.Molotovla bu görüşdən az sonra, 1944-cü ilin oktyabrında Türkiyə Xarici 

İşlər Nazirliyi sistemində böyük nüfuzu olan və Türkiyənin təcrübəli səfirlərindən 

sayılan H.Baydur SSRİ-dəki bir illik fəaliyyətini tamamlayaraq Moskvanı tərk etdi 

(36). Onun yerinə Türkiyənin yeni səfiri təyin edilən Selim Sarper oktyabr ayının 

16-da Ankaradan Tbilisi vasitəsi ilə Moskvaya gəldi. S.Sarper noyabr ayının 3-də 

etimadnaməsinin surətini V.Molotova təqdim edərkən bildirdi ki, müharibənin 

bütün çətinliklərinə baxmayaraq Sovet Ordusunun və müttəfiqlərin yaxın 

vaxtlarda qələbə çalacağına, dağıntıları aradan qaldırılacaqlarına ümidlidir. Bunun 

cavabında V.Molotov qeyd etdi ki, Türkiyə müharibədən kənarda qaldı, lakin o da 

müharibənin doğurduğu çətinlikləri hiss edir. S.Sarper bunu təsdiqləyib əlavə etdi 

ki,  əgər təhlükə Türkiyə  sərhədlərindən uzaqlaşdısa, bu ancaq Qızıl Ordunun 

Türkiyəyə yaxın olan rayonlarda uğurları sayəsində mümkün olmuşdur. Bu görüş 

zamanı V.Molotov ikinci cəbhənin açılmasını çox yüksək qiymətləndirdi (37). 

Sovet orqanlarının məlumatına görə, S.Sarper əvvəllər də SSRİ-də diplomatik 

işdə çalışmışdı. Təxminən beş ilə yaxın o, Odessadakı Türkiyə konsulluğuna 

rəhbərlik etmiş  və Moskvadakı Türk səfirliyində  işləmişdi. Sonra S.Sarper bir 

müddət Türkiyənin Buxarestdəki səfirliyinin müşaviri olmuş, SSRİ-yə səfir təyin 

olunduğu  ərəfədə Türk mətbuatının baş katibi olmuşdu. Sovet məlumatlarında 

S.Sarperin 16 iyul 1942-ci ildə türk jurnalistləri ilə birlikdə Berlinə səfər etməsinə 

xüsusi diqqət yetirilirdi (38). 

1944-cü ilin payızında Boğazlar rejiminə dair Montrö sazişinin dəyişdirilməsi 

Türkiyəyə münasibətdə Sovet İttifaqının siyasətinin çıxış nöqtəsini təşkil edirdi. 

Bu məsələ 1944-cü ilin oktyabrında SSRİ-yə səfər edən Böyük Britaniyanın Baş 

naziri Çörçill ilə İ.Stalin arasında geniş müzakirə edildi. Nəzərə almaq lazımdır ki, 

Sovet İttifaqı bu məsələyə hələ Tehran konfransı ərəfəsində hazırlaşırdı. 1943-cü 

ilin noyabr ayının 26-da Moskvada, xüsusilə Xarici İşlər Komissarlığında olan 

arxiv sənədləri əsasında Komissarlığın Adamov, Qarmaş və Koblyakov familiyalı 

əməkdaşları "Montrö konfransında Boğazlar haqqında məsələ" adlı 12 səhifəlik 

arayış hazırlamışdılar. Arayışda Lozanna konfransında Sovet Rusiyasının 

Boğazlara münasibətdə müdafiə etdiyi prinsiplər, Montrödə konfransa hazırlıq və 

həmin mərhələdə Boğazlar məsələsində Sovet İttifaqının mövqeyi, Sovet 

təkliflərinin Türkiyə Xarici İşlər Nazirliyi ilə razılaşdırılmasına dair çoxsaylı 

yazışmalar, Montrö konfransının başlanması  və gedişi, Britaniya nümayəndələri 

ilə qarşıdurmalar, Boğazlar rejimi haqda sazişin məzmunu və  nəhayət, sazişin 

tətbiq edildiyi dövrdə onun pozulmasına dair faktlar təhlil edilirdi (39). Montrö 

sazişi imzalandıqdan 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə