Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə56/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   52   53   54   55   56   57   58   59   ...   256

117 

 

haqqında danışıqlar aparan Amerika firmaları ingilis firmaları ilə "bərabər 



imkanlara" malik olacaqlar. Tərəflər razılığa gəldilər ki, ingilis və Amerika 

şirkətləri  İranın  şimal rayonlarında, SSRİ ilə  həmsərhəd  ərazilərdə konsesiya  

açmağa maraq göstərməyəcəklər. Bunun əksinə olaraq Sovet rəhbərliyi belə 

təhlükənin mümkünlüyünü istisna etmirdi və ondan ehtiyatlanırdı (28). Məhz bu 

məqsədlə İ.Stalin hələ 1944-cü ilin martında müvafiq orqanlara tapşırıq vermişdi 

ki,  İranın  şimalında kəşfiyyat işləri aparılması  və neft konsesiyası alınması ilə 

bağlı danışıqlar aparmaq üçün zəruri materiallar hazırlasınlar. Bu tapşırığın 

nəticəsi kimi 16 avqust 1944-cü ildə İ.Stalin və V.Molotova təqdim edilmək üçün 

L.Beriya tərəfindən hazırlanmış arayışda göstərilirdi ki, ingilis və amerikanlar 

Sovet İttifaqının Şimali İranda neft konsesiyası almaq imkanını pozmaq məqsədilə 

gizli iş aparırlar. Bu sənəddə ABŞ-ın Yaxın  Şərqdə yeni neftli əraziləri 

mənimsəmək və  hələ istifadə olunmayan ərazilərə nüfuz etmək siyasəti geniş 

şəkildə əsaslandırılmışdı. L.Beriya prezident F.Ruzveltin neft üzrə yeni idarəçilik 

aparatı yaratmasını Amerikanın Yaxın  Şərqin   enerji   ehtiyatları      ilə      zəngin   

olan   rayonlara   nüfuz   etməsi   ilə əlaqələndirirdi. Onun fikrincə, ABŞ-ın Yaxın 

Şərqə ekspansiyası gələcəkdə Britaniya tərəfindən müqavimətlə qarşılana bilərdi. 

L.Beriya  tövsiyə edirdi ki, SSRİ bu ziddiyyətlərdən istifadə edib beynəlxalq neft 

işləri sahəsində öz maraqlarını  təmin etmək məqsədilə amerikanlarla ingilislər 

arasında neft barədə aparılan danışıqlara daxil ola bilər (29). 

Nəzərə almaq lazımdır ki, Sovet rəhbərliyi bu istiqamətdə işləri gücləndirmək 

üçün müvafiq orqanlara göstəriş vermişdi.  Əslində, tələsik olaraq 1944-cü ilin 

sentyabr ayının 10-da xarici işlər komissarının müavini S.Kavtaradze başda 

olmaqla  İrana Sovet dövlət komissiyasının göndərilməsi bir tərəfdən 

müttəfiqlərdən ehtiyatlanmaq, digər tərəfdən ingilis-amerikanları qabaqlamaq 

zərurətindən irəli gəlirdi (30). 

1944-cü il avqustun 4-də V.Molotova təqdim edilən ABŞ Dövlət 

Departamentində hazırlanmış  və  İliçev vasitəsi ilə  əldə edilmiş gizli bir sənəd 

Sovet rəhbərliyinin ciddi marağına səbəb olmuşdu. Dünyanın müxtəlif 

regionlarında ABŞ-ın maraqlarını  əks etdirən bu sənəd beş bölmədən ibarət idi. 

Sənədin beşinci bölməsi "Sovet İttifaqının regional siyasətindən və SSRİ-nin 

təhlükəsizlik zonası yaratmağa cəhd göstərməsindən bəhs edirdi. Sənəddə qeyd 

edilirdi ki, öz hərbi təhlükəsizliyini möhkəmləndirmək və  dənizə  çıxışını 

genişləndirmək məqsədilə Sovet İttifaqı  Mərkəzi-Şərqi Avropa Ölkələrində 

(Finlandiya, Latviya, Estoniya, Litva, Polşa, Çexoslovakiya, Macarıstan, 

Rumıniya, Yuqoslaviya, Bolqarıstan, Almaniya və Yunanıstan), Türkiyədə, İranda 

və  Əfqanıstanda bilavasitə maraqlıdır. Yaxın  Şərqdəki vəziyyət təhlil edibrək 

Dövlət Departamenti bu qənaətə  gəlirdi ki, digər böyük dövlətlərin də müväfiq 

qaydada maraq göstərdiyi Türkiyə və İran Sovet təhlükəsizlik zonası üçün xüsusi 

əhəmiyyət kəsb edir(31). 

 

  




118 

 

Görünür, 1944-cü ilin əvvəllərində Xarici işlər komissarının müavini 



İ.Mayskinin qeydlərində Türkiyənin güclənməsinin qarşısını almaq tövsiyəsi ilə 

1944-cü ilin payızında Dövlət Departamentinin Yaxın  Şərq və Afrika işləri üzrə 

idarəsmin hazırladığı memorandumun gizli hissəsində qeyd edilən "Şərqi Aralıq 

dənizi problemi müharibədən sonrakı  şuralarda müzakirə edilməyə başlayanda 

güclü Türkiyə  yəqin ki, bizim üçün və Böyük Britaniya üçün faydalı dost 

olacaqdır" fikri tərəflərin müharibənin son mərhələsində özünü büruzə verən fərqli 

strateji maraqlarından irəli gəlirdi (32). 

1944-cü ilin payızından başlayaraq müttəfiqlərin tədricən Türkiyəyə təzyiqdən 

çəkinməsi Sovet-Türk münasibətlərində gərginliyin artması ilə müşayiət olunurdu. 

İndi Sovet tərəfi guya almanpərəst  əhvali-ruhiyyəsinə görə türklərə daha çox 

atmacalar atır və onların Almaniya ilə əlaqələrini şişirtməyə çalışırdı. 1944-cü il 

sentyabr ayının 30-da Moskvadakı türk səfiri H.Bayduru qəbul edərkən 

V.Molotov bunu artıq açıq  şəkildə ifadə edirdi. Bu görüş zamanı H.Baydur 

bildirdi ki, gələcəkdə Sovet İttifaqı ilə Türkiyə arasında münasibətləri daha isti, 

daha sıx görmək istəyir. Türkiyəyə gəldikdə səfir əlavə etdi ki, ola bilsin müəyyən 

anlaşılmazlıqlar olub. Lakin o, Molotovdan xahiş etdi ki, bu anlaşılmazlıqları 

ümumiləşdirməsin və yadda saxlasın ki, Türkiyə Sovet İttifaqının dostu olub, 

dostudur və dostu olacaq. İki ölkə arasındakı anlaşılmaz məqamları Baydur Sovet 

İttifaqı ilə Türkiyə arasında isti münasibətlərin çatışmaması ilə izah etdi. 

V.Molotov cavabında dedi: "elə  şeylər var ki, ona göz yummaq olmaz. Qəbul 

etmək lazımdır ki, Türkiyəyə münasibətdə Sovet İttifaqının mövqeyi müdafiə 

xarakterində olub... Müharibə zamanı biz baxırdıq ki, bitərəf dövlət Almaniyaya 

və Sovet İttifaqına necə münasibət bəsləyir. Sovet-Türk münasibətlərində elə 

məqamlar vardır ki, onlar çox xoşagəlməz izlər qoyub" (33). H.Baydur razılaşdı 

ki, qəzetlər, mətbuat, ayrı-ayrı  şəxslər nə isə ediblər. Onun fikrincə, hökumətlər 

arasında, Türkiyə ilə Sovet İttifaqı arasında yetərincə  əlaqələr olsaydı, bu 

anlaşılmazlıqlar da meydana çıxmazdı. 

Nəzərə almaq lazımdır ki Sovetlərə münasibətləri normallaşdırmaq üçün 

Türkiyə  tərəfi praktik olaraq bir sıra addımlar atmışdı. Türkiyə Böyük Millət 

Məclisinin 1944-cü ilin avqustunda qəbul etdiyi xüsusi bir qanunla Almaniya 

səfiri fon Papenə qəsdlə bağlı həbs edilmiş Sovet səfirliyinin əməkdaşları İvanov 

və Kornilov azadlığa buraxılmışdılar.Qeyd etmək lazımdır ki, Ankaradakı Sovet 

səfirliyində mətbuat attaşesı adı altında işləyən SSRİ Daxili İşlər Komissarlığının 

xüsusi xidmət idarəsmin  əməkdaşları olan İvanov və Kornilovun günahı 

məhkəmədə tamamilə sübuta yetirilmişdi. Həmin  əməliyyatın iştirakçısı olan 

Sovet kəşfiyyatçısı  Rəşid Qurbanbəyov çox sonralar bu hadisəni xatırlayaraq 

yazırdı: "Alman-türk münasibətlərini pozmaq üçün Kremldə Ankaradakı alman  

səfiri  fon  Papenin  aradan  götürülməsi  haqqında  qərar qəbul 

 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə