Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə54/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   50   51   52   53   54   55   56   57   ...   256

113 

 

olmadığını vurğulamışdı. Çörçill qeyd edirdi ki, Türkiyənin Almaniya ilə 



diplomatik və iqtisadi münasibətləri dayandırmasının zamanı yetişmişdir. Bu 

məsələni Britaniya baş naziri eyni qaydada Stalinə  də bildirmişdi (16). Bunun 

ardınca Moskvadakı Britaniya səfiri V.Molotova bildirirdi ki, son bir neçə gün 

ərzində  vəziyyət köklü şəkilə  dəyişmiş, Alman gəmilərinin Boğazlardan keçmə 

məsələsi müttəfiqləri təmin edən rəsmi qaydada və açıq şəkildə tənzimlənmişdir. 

Xarici işlər naziri istefaya çıxmış, Nazirlər  Şurasının sədri Türkiyənin səmimi 

əməkdaşlığa cəhd edəcəyinə təminat vermişdir (17). 

Türkiyə ilə müttəfiqlər arasında iyun böhranının dərinləşdiyi günlərdə keçmiş 

xarici işlər naziri və Türkiyənin Londondakı keçmiş  səfiri R.Arasın "Vatan" 

qəzetində "Bizim böyük qonşumuz və dostumuz" adlı geniş  məqaləsi dərc 

edilmişdi. Məqalənin adından da bilinirdi ki, söhbət Sovet İttifaqından gedir. 

R.Aras Sovet-Türk dostluğunun zamanın sınağından çıxıb daha da 

möhkəmlənməsinə toxunur, iki ölkə arasında bəzi məqamlarda anlaşılmazlıqların 

olduğunu qeyd edir, lakin bütün mübahisələrin hər iki ölkənin bir-birini daha yaxşı 

başa düşməsinə mane ola bilmədiyini dilə  gətirirdi. R.Aras yazırdı ki, indi hər 

ölkənin təhlükəsizliyi ümumi təhlükəsizliklə daha sıx bağlıdır . Onun fikrincə

"uzunmüddətli sülh millətlərdən uzunmüddətli öhdəliklər tələb edir". Məqalənin 

sonunda R.Aras belə bir nəticə  çıxarırdı ki, bizim Sovet İttifaqı ilə 

münasibətlərimizin - əgər mümkünsə ittifaqa qədər mütərəqqi inkişafı  hər iki 

ölkənin maraqlarına uyğun olardı  və beynəlxalq  əməkdaşlıq üçün yeni möhkəm 

baza yaradılardı (18). Nəzərə almaq lazımdır ki, Tehran konfransından sonra 

1943-cü ilin dekabr ayının 26-da "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə 

də R.Aras Sovetlərin mövqeyini müdafiə edirdi. Onun sözlərinə görə, müharibəyə 

qədər Sovet İttifaqı fasiləsiz olaraq kollektiv təhlükəsizliyin təmin edilməsinə 

çalışırdı. R.Aras deyirdi: "Sovet İttifaqı indi özünə hesabat verir ki, ona düşmən 

olan qonşular Almaniyanın Sovet İttifaqını  məhv edəcəyinə ümid edirdilər. 

Hazırda rus hökuməti və  Qızıl Ordu İngiltərəni xilas edən böyük qəhrəmanlar 

kimi işğalçılara qarşı barışmaz mübarizəsini davam etdirir və beləliklə  də 

Avropanı hitlerçilərdən xilas edir" (19). Müharibənin sonuna doğru qonşu 

ölkələrdə"dost hökumətlər" qurmaq siyasəti tədricən SSRİ xarici siyasətinin əsas 

istiqamətlərindən birini çevrilməkdə idi. Bu, Sovet Ordusunun sərhədlərinə 

yetişdiyi  Şərqi Avropa və Balkan ölkələrinə,  ərazisində  Qızıl Ordu hissələrinin 

yerləşdiyi  İrana münasibətdə  və bütün istiqamətlərdən müttəfiqlərin, xüsusən 

Sovetlərin təzyiqi ilə üzləşən Türkiyəyə münasibətdə daha aydın hiss edilirdi. 

1944-cü ilin iyun ayının 13-də Britaniya səfiri vasitəsi ilə müttəfiqlər 

Türkiyədən Almaniya ilə münasibətləri kəsməyi tələb etdilər. Onların fikrincə, bu 

addım Sovet aviasiyasının Türkiyə əraziləri üzərindən uç- 

 



114 

 

masına, müttəfiqlərin Türkiyənin hava və  dəniz bazalarından istifadə etməsinə 



imkan verərdi. Bu dövrdə Sovet İttifaqının Türkiyəyə münasibəti sərt olaraq 

qalırdı. 

İ.Stalin iyul ayının  əvvəllərindəAlmaniya ilə  əlaqələrin kəsilməsinin yetərli 

olmadığını, Türkiyənin məhz Almaniyaya müharibə elan etməsinin zəruriliyini 

Çörçillə bildirdikdə, o cavab vermişdi ki, qorxuram Türkiyə özü-özünü müdafiə 

etmək və öz şəhərbrini müdafiə etmək üçün hava qüvvələri istəsin, hər cür cəbhə 

ləvazimatı istəsin və biz bundan imtina edə bilməyəcəyik. 

İ.Stalin iyul ayının 17-də U. Çörçillə cavabında yazırdı: "Əlbəttə ki, Siz onu 

xatırlayırsınız ki, bizim üç ölkənin hökuməti Türkiyədən hələ 1943-cü ilin noyabr-

dekabr aylarında müharibəyə girməyi necə israrla tələb edirdi. Bundan heç nə 

çıxmadı. Türkiyə hökumətinin təşəbbüsü ilə bu ilin may-iyun aylarında biz 

yenidən Türkiyə hökuməti ilə danışıqlara girdik. Bundan da heç nə alınmadı. 

Türkiyə  tərəfindən bu və ya digər yarımçıq addımlara gəldikdə, indi mən bunun 

müttəfiqlər üçün faydalı olduğunu görmürəm. Türkiyə hökumətinin Almaniyaya 

münasibətdə inandırıcı  və aydın olmayan mövqedə dayandığını  nəzərə alaraq 

yaxşı olardı ki, Türkiyəni öz iradəsini ifadə etməkdə sakit buraxaq və ona yeni 

təzyiqlər etməyək. Bu əlbəttə o deməkdir ki, Almaniya ilə müharibədən yayınan 

Türkiyənin iddiaları, eyni zamanda müharibədən sonrakı illərdə onun xüsusi 

hüququ da mənasını itirir" (20). Məsələnin  İ.Stalin tərəfindən belə qoyuluşu 

Sovet-Türkiyə münasibətlərinin qarşıdakı  gərginliyindən xəbər verirdi. İ.Stalinin 

belə sərt mövqeyi onunla bağlı idi ki, 1944-cü ilin may-iyun aylarında Türkiyənin 

Sovetlərlə yaxınlaşmaq cəhdləri nəticəsiz qalmışdı. Bu yaxınlaşma üçün 

Türkiyənin müharibəyə girməsi SSRİ tərəfindən şərt olaraq irəli sürülürdü. 1944-

cü ilin yayında hərbi  əməliyyatlar meydanında Almaniyanın vəziyyəti 

ağırlaşdığından və müttəfiqlər tərəfindən təzyiqlər artdığından Türkiyə öz xarici 

siyasətini yenidən nəzərdən keçirməli oldu. Türkiyə Böyük Millət Məclisi 1944-cü 

ilin avqust ayının 1-də fövqəladə iclas keçirərək Almaniya ilə diplomatik 

münasibətlərin kəsilməsi məsələsini müzakirəyə çıxardı. Baş nazir Ş.Saracoğlu bu 

məsələ ilə bağlı hökumətin mövqeyini açıqladı  və Türkiyənin müharibə boyu 

tərəfsiz deyil, məhz hər zaman İngiltərənin yanında olduğunu vurğuladı. Böyük 

Millət Məclisi avqust ayının 2-də Almaniya ilə, avqustun 6-da Yaponiya ilə siyasi, 

iqtisadi və diplomatik əlaqələrin kəsilməsi haqqında qərar verdi. Beləliklə, 1930-

cu illərdən genişlənən türk-alman münasibətləri sona yetdi. 1939-1944-cü illər 

arasında Türkiyənin yeritdiyi incə diplomatiya, balanslaşdırılmış siyasət onun bir 

tərəfdən  İngiltərə ilə ittifaqda, digər tərəfdən Almaniya ilə hücum etməmək 

haqqında müqavilə  çərçivəsində müharibədən kənarda qalmasına imkan yaratdı 

(21). 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə