Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə62/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   58   59   60   61   62   63   64   65   ...   256

129 

 

ağırlaşanda onu kollektiv təhlükəsizlik sistemi və Millətlər Cəmiyyətinin  



mümkün qərarları  ilə,  o  cümlədən  təcavüz qurbanı  olanlara kömək göstərmək 

də daxil olmaqla əlaqələndirməyi güman edirdilər. A.Millerin fikrincə, Millətlər 

Cəmiyyətinin iflası Sazişin bir sıra maddələrinin ilkin mənasını  dəyişdirmiş  və 

Türkiyə hökumətinin fəaliyyət azadlığını daha genişləndirmişdir.  Belə    ki,  

Türkiyə  Sazişin  bir  sıra  maddələrini özbaşına  şərh etmək və  hətta bizim 

maraqlarımıza ziyan vurmaqla onu pozmaq imkanı əldə etmişdir.  A.Miller təklif 

edirdi ki, ilk növbədə Montrö sazişinin bu çatışmazlığını aradan qaldırmaq 

lazımdır. O, yazırdı: "Heç bir ölkə, o cümlədən Türkiyə özü də inkar edə bilməz 

ki, bütün Qara dəniz dövlətlərinin  təhlükəsizliyinə  aid Montrö  sazişinin  

maddələrinin həyata keçirilməsi yalnız bir Türkiyənin yanaşmasından asılı olsun". 

Ona görə A.Miller hesab edirdi ki, Millətlər Cəmiyyətinin iflası  nəticəsində 

Sazişdə yaranan problemlər, eyni zamanda həmin dövrdəki müharibənin  

doğurduğu  təzahürlər  SSRİ-yə  və  az-çox  maraqlı  olan ölkələrə əsas verir ki, 

müvafiq təminatlar tələb etsinlər. Bununla bir növ Krım konfransı  ərəfəsində 

Sovet eksperti Montrö sazişində Türkiyənin qərarının dəyərləndirilməsi haqqında 

Millətlər Cəmiyyətinin hüququnun Birləşmiş      Millətlər   Təşkilatının   

Təhlükəsizlik   Şurasına   verilməsini mümkün hesab edirdi (59). 

A.Millerin hazırladığı gizli təkliflərlə tanışlıq belə bir fikir söyləməyə  əsas 

verir ki, Boğazlar məsələsinə dair Montrö sazişinə münasibətdə o, 1945-ci ilin 15 

yanvarında hazırladığı sənəddə daha obyektiv idi, nəinki 1945-ci ildən sonra Sovet 

İttifaqının Türkiyəyə  təzyiqlərini ideoloji cəhətdən "əsaslandırdığı" çoxsaylı 

əsərlərində (60). 

Montrö sazişində Boğazlara nəzarətlə bağlı A.Millerin təklifi M.Litvinovun 

sənədində irəli sürülən təkliflərə bir qədər yaxın idi. A.Miller də belə hesab edirdi 

ki, Boğazların birgə müdafiəsi haqqında ikitərəfli Sovet-Türkiyə sazişi daha 

məqsədəuyğun təminat forması olardı. Onun fikrincə, bu Saziş İngiltərə və ABŞ-

ın razılığı ilə bağlanıb, daha sonra sazişin açıq hissəsi rəsmi qaydada Yaponiya, 

hətta mümkündür ki, Rumıniya, Bolqarıstan və  İtaliya istisna olmaqla Montrö 

konfransı  ıştirakçılarının nəzərinə çatdırıla bilər. A.Miller təsdiq edirdi ki, 

ikitərəfli saziş Sovet İttifaqı üçün faydalıdır, nəinki çoxtərəfli saziş. O, fikrini 

bununla  əsaslandırırdı ki, ikitərəfli sazişin bağlanması üçün Montrö sazişinin 

bütün iştirakçılarını danışıqlara cəlb etmək tələb olunmur, bu zaman Boğazlar 

üzərində dövlətlərin kollektiv nəzarəti haqqında məsələnin qoyuluşundan qaçmaq 

mümkün olacaq və Türkiyə hökuməti bılavasitə bizə münasibətdə öhdəliklərlə 

daha sıx bağlı olacaqdır (61). 

İkitərəfli Sovet-Türk sazişinin xeyrinə A.Miller bir sıra dəlilləri önə  çəkirdi. 

Onun fikrincə, Sovet-Türk sazişinin Qara dənizlə məhdudlaşan məhəlli xarakteri

Montrö sazişinin nə əvəzlənməsi, nə dəyişdirilməsi 

 



130 

 

deyil söhbət elə interpretasiyasından gedir ki, Sazişin Türkiyəyə verdiyi  böyük 



hüquqların bir hissəsinin SSRİ hökumətinə güzəştə gedilməsi nəzərdə tutulsun. 

A.Milierə görə SSRİ üçün zəruri idi ki, Millətlər Cəmiyyəti ilə bağlı şərait aradan 

qalxdıqdan sonra Sazişin 19-cu maddəsi üzrə yalnız İngiltərənin tək yararlandığı 

hüquqları  əldə etsin. Bunun üçün o, ingilis-Sovet İttifaq müqaviləsi və qarşılıqlı 

yardım haqqında ingilis türk müqaviləsi nəzərə alınmaqla, bu iki müqaviləyə 

uyğun olaraq Sovet-Türk sazişinin layihələşdirilməsini və bağlanmasını məqsədə 

uyğun hesab edirdi. 

A.Miller belə bir sazişin Türkiyə üçün də  sərfəli olduğunu sübut etməyə 

çalışırdı. O qeyd edirdi ki, öz təhlükəsizliyi baxımından Türkiyə üçün zəruridir ki

Ankara 1921-ci ilin Moskva müqaviləsində  qəbul olunmuş prinsiplərə qayıtsın. 

Əgər nəzərdə tutulan Saziş imzalanarsa, Sovet hökumətinin razılığı ilə 1945-ci 

ildə sona çatan dostluq və bitərəflik haqqında müqavilənin fəaliyyət müddətini 

yeni saziş kimi daha eyni müddətə uzatmaq olar. 

Bütün bunlarla yanaşı, A.Miller şərti olaraq "Qara dənizin təhlükəsizliyi 

haqqında " adlandırdığı Sovet-Türkiyə sazişinin başlıca müddəalarını da irəli 

sürmüşdü. O təklif edirdi ki, tərəflər ilk növbədə sülhün təmin edilməsində 

qarşılıqlı maraqlırını ifadə etməli, dostluq və bitərəflik haqqında mövcud olan 17 

dekabr 1925-ci il müqaviləsinə  əlavə olaraq bir sıra protokol və sazişlərlə Qara 

dənizdə  təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri haqqında razılığa 

gəlməlidirlər. A.Miller izah edirdi ki, Qara dəniz zonası deyəndə 20 iyul 1936-cı 

ildə Montrödə imzalanmış Boğazlar haqqında Sazişin giriş hissəsində 

müəyyənləşdirildiyi kimi, Boğazlar zonası başa düşülməlidir. 

SSRİ xarici işlər komissarının müavini V.Dekanozova təqdim edilmiş 

təkliflərdə  nəzərdə tutulurdu ki, əgər Qara dəniz zonası  hər hansı üçüncü dövlət 

tərəfindən təcavüz hədəsi ilə üzləşərdisə, müqavilədə olan tərəflər onlardan birinin 

ilk tələbinə uyğun olaraq təcavüzü uzaqlaşdırmaq üçün yollar axtarmaq məqsədilə 

təcili olaraq məsləhətləşmələrə başlamalıdırlar. Lakin nəzərdə tutulan 

məsləhətləşmələrdən asılı olmayaraq, əgər Sovet hökuməti Sovet İttifaqının Qara 

dəniz boyunca yerləşən  ərazilərinə münasibətdə  təcavüz təhdidinin olması 

haqqında Türkiyə hökumətinə məlumat verirsə, Türkiyə hökuməti nəzərə alsa ki

həmin təhlükə eynı zamanda Türkiyənin təhlükəsizliyini də  təhdid edir, onda 

tərəflər Boğazlar haqqında Montrö sazişinin 21-ci maddəsinə uyğun olaraq dərhal 

fəaliyyətə keçməlidirlər. Bu şəraitdə  qəbul edilmiş  qərarlara baxmayaraq əgər 

SSRİ təcavüzə məruz qalarsa, Türkiyə isə vuruşmayan tərəf kimi qalarsa, Türkiyə 

hökuməti təcavüz qurbanına münasibətdə sazişin 19-cu maddəsinin nəzərdə 

tutduğu hüquqları SSRİ-yə tətbiq edə bilər. Sovet-Türk sazişinin Montrö sazişinin 

iştirakçısı olan dövlətlərin diqqətinə 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə