Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə70/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   66   67   68   69   70   71   72   73   ...   256

145 

 

təhlükəsizlik sistemi yaratmağı arzulayırdı.  Əgər Türkiyənin arzuladığı 



təhlükəsizlik sistemi yaradılsaydı, onda Hitlerin ordusunun Balkanlara enməyə və 

SSRİ-yə hücum etməyə  cəsarəti çatmazdı. Moskva hökuməti  təhlükəsizliyini 

Berlinlə sazişdə axtardı. Eyni zamanda Asım Us təsdiq edirdi ki, Türkiyə 

müharibə dövründə doğru siyasət yeritdi və bu siyasətin doğruluğu 1942-ci ildə 

türklərə  təqdim olunmuş ingilis-sovet notasında təsdiq edildi. Həmin notada 

göstərilirdi ki, Türkiyənin bitərəflik siyasəti müttəfiqlərin böyük razılığına səbəb 

olmuşdur (88). 

V.Molotovun notasında toxunulan "dəyişən vəziyyət"ə gəldikdə başqa bir türk 

qəzetçisi Faik Fenik "Ulus" qəzetindəki məqaləsində qeyd edirdi ki, beynəlxalq 

aləmdə yalnız Sovet İttifaqının vəziyyəti dəyişməmişdir, eyni zamanda Türkiyənin 

də vəziyyəti dəyişmişdir. F.Fenik xatırladırdı ki, 1925-ci il Sovet-Türk müqaviləsi 

imzalananda Türkiyə Mosul məsələsinə görə İngiltərə ilə ziddiyyətdə idi, 1939-cu 

ildən isə o İngiltərənin müttəfiqidir. 

Sovet-Türk müqaviləsinin ləğv edilməsi ilə bağlı Türkiyə siyasi dairələrinin və 

mətbuatının baxışlarını ümumiləşdirən Ankaradakı Sovet səfirliyi SSRİ xarici işlər 

komissarının müavini S.Kavtaradzeyə yazırdı: "Türklər mətbuata təlimat veriblər 

ki, öz ictimaiyyətini və dünya ictimai rəyini onların həmişə Sovet İttifaqı ilə 

dostluğa can atdığına, indiki anda bu dostluğu möhkəmləndirməyə hazır olduğuna 

inandırsın. Onlar məsələni belə qoyublar ki, bir halda ki, Sovet İttifaqı bu 

məsələni qaldırıb, onda müəyyən təkliflər də ondan gəlməlidir və Sovet 

təkliflərinin dostluğu möhkəmləndirməyə uyğunluğunu mühakimə etmək hüququ 

türklərin  əlində qalmalıdır". Sovet səfirliyinin birinci katibi Moskvaya çatdırırdı 

ki, türk təbliğatı ictimai fikirdə Sovet-Türkiyə münasibətlərinin gələcəyi üçün 

məsuliyyəti Sovet İttifaqının üzərinə qoymağa cəhd göstərir (89). 

Aprel ayının 30-da Türkiyə nümayəndə heyətinin başçısı, xarici işlər naziri 

H.Sakanın San-Fransisko konfransında çıxışı, xüsusilə onun kiçik xalqların 

hüquqlarına aid fikirləri böyük marağa səbəb oldu. H.Saka dünyada sülhün və 

təhlükəsizliyin qorunması üçün BMT Təhlükəsizlik  Şurasına geniş  səlahiyyətlər 

verilməsinə tərəfdar olduğunu bildirdi. Eyni zamanda Türkiyə nümayəndə heyəti 

Təhlükəsizlik  Şurasına çoxlu sayda müvəqqəti üzvlər daxil edilməsinə  və bütün 

məsələlərin bu şurada səs çoxluğu ilə həll edilməsinə, habelə BMT Baş Məclisinin 

səlahiyyətlərinin genışləndirilməsinə böyük əhəmiyyət verirdi. H.Saka belə hesab 

edirdi ki, indiki halda bu təşkilat sülhü və  təhlükəsizliyi qorumaq üçün elə  də 

böyük səlahiyyətlərə  və yetərincə gücə malik deyildir. Ona görə Türkiyə 

təmsilçiləri nəzarət hüququ da daxil olmaqla BMT Baş  Məclisinin 

səlahiyyətlərinin genişləndirilməsini arzu edirdilər (90). 

Ən nəhayət, 1945-ci ilin may ayının ilk günlərində Almaniyanın təslim olması 

ilə Avropada müharibənin başa çatması Türkiyədə də təntənəli 

 



146 

 

şəkildə qeyd edildi. 1945-ci ilin may ayının 8-də Türkiyə xarici işlər naziri 



vəzifəsini icra edən N.Sümer qələbə münasibəti ilə V.Molotov may ayının 9-da 

Ş.Saracoğlu İ.Stalinə təbrik teleqramları göndərdilər. Ş.Saracoğlu yazırdı:  "Dünya 

ağalığına can atan qüvvələrin tamamilə  əzildiyi bu tarixi anda mənim  şəxsən 

böyük hörmət bəslədiyim böyük   rəhbərin  simasında tarixin  heyranlıqla 

xatırlayacağı    qəhrəman  Sovet ordusunun böyük qələbəsini təbrik edirəm". Az 

sonra Yaponiya üzərində qələbə münasibəti ilə də İ.İnönü M.Kalinini təbrik etdi 

və  təbrikin surəti çoxaldılıb  İ.Stalin, V.Molotov, A.Mikoyan, L.Beriya, 

Q.Malenkov A Vşinski, V.Dekanozov və S.Kavtaradze arasında paylandı (91). 

Almaniya  üzərində  qələbə Türkiyədə böyük həyəcan yaratmışdı. Ölkənin bütün 

böyük şəhərlərində rəsmi dövlət idarələri qələbə münasibəti ilə bayram tədbirləri 

keçirilir, evlərin üzərində bayraqlar ucaldılırdı. Qəzetlər müttəfiqlər qarşısında 

Türkiyənin xidmətləri və Almaniyanın məğlubiyyətində müttəfiqlərin rolu barədə 

təmtəraqlı yazılar verirdilər. Ölkə qələbə sevincini yaşayırdı. Lakin bu sevinc elə 

də uzun sürməyəcəkdi. Qarşıda Türkiyəni soyuq müharibənin ağır sınaqları 

gözləyirdi. 



147 

 

V FƏSİL 



Türkiyəyə qarşı Sovet iddiaları və əsəb savaşının 

başlanması 

 

Avropada müharibə sona çatdı. Altı il ərzində qitəni gərginlikdə saxlayan 



faşizm Birləşmiş Millətlərin birgə  səyi ilə  məğlub oldu. Müharibə dövründə 

müttəfiqlərin  əməkdaşlığı faşizmin məğlubiyyətini  şərtləndirən başlıca amil idi. 

Böyük üçlüyün Tehran və Yalta görüşlərinin qərarları müharibədən sonrakı 

dünyanın konturlarını özündə  əks etdirirdi. Qələbə sevincini yaşayan dünya hələ 

ki, bu qərarların cazibəsində idi. 

Lakin Avropada hərbi  əməliyyatların başa çatması ilə Almaniyanın 

məğlubiyyəti dövründə müttəfiqlərin  əzəmətli görünən  əməkdaşlığı çat verməyə 

başladı. Sovet qoşunlarının Şərqi Avropa və Balkanlarda, habelə İranın şimalında 

möhkəmlənmək, Almaniya və Avstriyadan tutmuş Kuril adalarına qədər 

sərhədlərini qonşu ölkələrin hesabına genişləndirmək arzuları tədricən gerçəkliyə 

çevrilirdi. Sovet İttifaqının öz sərhədlərini genişləndirmək siyasəti müharibədən 

sonra yeni formalaşmağa başlayan Stalin-Molotov doktrinasının çıxış nöqtəsini 

təşkil edirdi. Bu fonda Kreml Tehran və Krım konfransının qərarlarını öz 

maraqlarına uyğun yozmağa başlayır və kommunist ideyasının dünya sisteminə 

çevrilməsi üçün əlverişli məqamın yetişdiyini zənn edirdi. Almaniya təslim aktını 

imzaladıqdan dörd gün sonra, may ayının 12-də Britaniya Baş naziri U.Çörçill 

ABŞ prezidenti Trümenə yazırdı: "Avropanın vəziyyəti məni həqiqətən narahat 

etməyə başlayır. Sovetlərin Yalta qərarlarını yanlış yozmalarından, Polşaya qarşı 

davranışlarından, Vyana məsələsində güc nümayiş etdirməklərindən, Yunanıstan 

istisna olmaqla bütün Balkanlardakı üstün nüfuzlarından, öz qüvvələri ilə işğal və 

ya nəzarət etdikləri ölkələri birləşdirməklərindən, xüsusilə hazırlıqlı bir ordunu 

uzun müddət sılah altında saxlamaq imkanlarından narahatlıq duymaqdayam. 

ABŞ-ın Moskvadakı  səfiri A.Harriman da eynilə buna bənzər bir raportla 

Vaşinqtona müraciət edib Amerika hökumətinin diqqətini Sovetlərin hərəkətlərinə 

yönəltməyə çalışırdı" (1). H.Trümenə məktubundan bir gün sonra may ayının 13-

də U.Çörçill radio ilə geniş  çıxışında müharibədən sonrakı dünyanın inkişaf 

meylləri və uğrunda mübarizə aparılan demokratik prinsiplərin bərqərar olmasının 

zəruriliyi haqqında  öz fikirlərini açıqladı. 

Müharibədən sonrakı dünyanın taleyi üçün ciddi narahatçılıq keçirən 

müttəfiqlər hələ ki, Sovet İttifaqı ilə əməkdaşlığa ümidli idilər. Böyük qurbanlar 

bahasına  əldə edilmiş sülhü və sabitliyi qorumaq üçün bu əməkdaşlığın davam 

edəcəyinə inanmaq istəyirdilər. Lakin bütün bunlar siyasətin görünən tərəflərinə 

hesablanmış illüziya xarakteri daşıyırdı. Mü- 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə