Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə67/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   63   64   65   66   67   68   69   70   ...   256

139 

 

bəhanə  əldə etdi. Bu halda mətbuat müttəfiqlərin Almaniya və Yaponiyaya 



müharibə elan etmək və Birləşmiş Millətlərin Bəyannaməsinə qoşulmaq barədə 

Türkiyəyə müraciət etməsini demokratik ölkələrin ümumi mübarizəsində 

Türkiyənin xidmətlərinin müttəfiqlər tərəfindən tanınması kimi  qəbul  edir.  Sovet  

səfirliyinin  məlumatında  göstərilirdi  ki, jurnalistlərin çoxu inadkarlıqla bu 

addımı Türkiyənin müttəfiqlərə yardımının tanınması  və ötən müddət  ərzində 

yeridilən siyasətin doğruluğu kimi sübut etməyə çalışırlar. Onlar yazırlar ki, 

Türkiyə  əvvəllər də Birləşmiş Millətlər ailəsində digər xalqlarla bərabər yer 

tutmaq hüququna malik idi. Sovet səfirliyi türk mətbuatında gedən belə bir 

ideyaya da diqqət yetirirdi ki, guya Krım konfransında bitərəf dövlətlərin hamısı 

Birləşmiş Millətlərin Bəyannaməsinə qoşulmağa dəvət almayıb. Mətbuatda bitərəf 

dövlətlərin yalnız bir hissəsinin, o cümlədən Türkiyənin belə bir dəvəti alması və 

Birləşmiş Millətlər ailəsində öz yerini tutması onun müttəfiqlərə yardımının 

təsdiqi kimi dəyərləndirilirdi. Bir çox jurnalistlər bütün bunları ingilis-türk ittifaq 

müqaviləsi ilə əlaqələndirirdilər. N.Nadi 24 fevral 1945-ci il tarixli "Cümhuriyyət" 

qəzetində yazırdı: "İngilis imperiyası ilə ittifaq müqaviləsi həm ruhuna, həm də 

məzmununa görə bizi azadlıqsevər millətlər ailəsində  şərəfli yer tutmağa 

hazırladı". 

Almaniya və Yaponiyaya müharibə elan edilməsinin Qızıl Ordunun yaranma 

gününə  təsadüf etməsinə türk mətbuatı mühüm əhəmiyyət verib, bunu türklərin  

Sovet  İttifaqına səmimi  münasibətinin  təzahürü kimi dəyərləndirirdi. "Yeni 

Sabah" qəzeti yazırdı: Bizim müharibəyə girmək haqqında  qərarımızın Qızıl 

Ordunun yaranma gününün bayram edilməsi ilə bir vaxta düşməsi xoş təsadüfdür. 

Bizim müharibəyə girməyimiz  şübhəsiz ki, böyük demokratik ölkələrə imkan 

verəcək ki, rus dostlarımıza daha geniş yardım göstərsinlər. Hal-hazırkı vaxtda 

Boğazlar bütövlükdə Sovetlərin güclənməsinə xidmət edəcək. Bəsrə  və ya 

Vladivostokun  əvəzinə daha yaxın  əlaqə imkanı  əldə edildi. Bizim müharibəyə 

girməyimizin birinci əlverişli nəticələri bundan ibarətdir. Bir sıra qəzetlər 

Türkiyənin müharibəyə girməsini onun gücündən, qüdrətindən, təsirindən, tarixi 

və coğrafi vəziyyətindən dinc dövrdə istifadə imkanlarının böyük potensialı ilə 

izah edirdilər. Sovet səfirliyi Moskvaya məlumat verirdi ki, belə yazılar Türkiyə 

hakimiyyət dairələrinin təhriki ilə yazılır. 

Əlbəttə, dünya müharibəsinin sonunda Türkiyənin müharibəyə qatılması ayrı-

ayrı ölkələrdə birmənalı qarşılanmırdı. Fransa mətbuatında, Sovet kütləvi 

informasiya vasitələrində Türkiyənin bu gecikmiş addımına açıq-aydın bir ironik 

münasibət hiss edilirdi. Lakin belə yazılar da öz növbəsində cavabsız qalmırdı. 

Tanınmış jurnalist C.Yalçın 14 mart tarixli "Tanın" qəzetində qeyd edirdi ki, 

Türkiyə 1940-cı ildə Almaniyaya qarşı müharibəyə girə bilməzdi, o ehtiyat edirdi 

ki, bu addım "almanlarla yanaşı dayanan" ruslarla münaqişəyə gətirib çıxara bilər. 




140 

 

Tehran konfransından sonra isə bu ona görə mümkün deyildi ki, türk ordusunu 



hərbi  əməliyyatlara qatılacağı yeganə  ərazi Bolqarıstan  ərazisi idi C.Yalçının 

fikrincə, Bolqarıstan da Rusiyanın dostu idi. "Məgər Rusiya bizə təminat verirdimi 

ki, türk ordusunun bu slavyan ölkəsinə girməsinə etiraz etməyəcək. Əgər belə bir 

təminat olmadan Bolqarıstana girsəydik biz necə əmin ola bilərdik ki, Rusiyanın 

maraqlarına toxunmuruq". Ankaradakı Sovet səfirliyi belə hesab edirdi ki, 

C.Yalçının bu yazısı Moskva radiosunun Türkiyənin müharibəyə qatılması barədə 

açıqladığı fikirlərə türklərin reaksiyasıdır (77). 

Müharibə sona yaxınlaşdıqca Sovet İttifaqı özünün Yaxın Şərq siyasətinə, ilk 

növbədə isə  İrana və Türkiyəyə yönəlik addımlarına  əməli xarakter verməyə 

başladı. Almaniya əleyhinə  uğurlu hərbi  əməliyyatlar,Sovet qoşunlarının 

Avropadakı  qələbələri Moskvanın diplomatiyasında zor və  təzyiq metodlarının 

güclənməsi ilə müşayiət olunurdu. 1945-ci ilin fevral ayının 26-da SSRİ-dəki İran 

səfiri Məcid Ahini qəbul edən V.Molotov Sovet tələblərini açıq  şəkildə ortaya 

qoyur, diplomatik dildən daha çox təzyiq və şantaj metodlarına üstünlük verirdi. 

Sovet  İttifaqının  İranda neft maraqlarına toxunan M.Ahi qeyd etmişdi ki, 

müharibə dövründə xaricilərə neft konsessiyasının verilməməsi haqqında  İran 

Məclisinin qərarından sonra Sovet İttifaqına neft konsessiyası vermək qeyri-

mümkün olmuşdur. O əlavə edirdi ki, bu şəraitdə Sovet İttifaqı İrandan digər yolla 

neft ala bilər. V.Molotov isə  qəti  şəkildə deyirdi: "Sovet hökumətinin yalnız bir 

təklifi vardır, o da Şimali  İranda konsessiya haqqında olan təklifdir. Sovet 

hökuməti  Şimali  İranda konsessiya haqqında təklifini neft məsələsi üzrə yeganə 

təklif hesab edir və İran hökumətinin Qarışıq Neft Cəmiyyəti haqqında  təklifi heç 

bir halda Sovet maraqlarını və hüquqlarını təmin etmir" (78). 

SSRİ-nin  İranla yanaşı Türkiyəyə münasibətini sərtləşdirməsi xeyli dərəcədə 

Türkiyənin müharibəyə girməsi və Birləşmiş Millətlərin Bəyannaməsinə 

qoşulması ilə bağlı idi. Sovetlər ehtiyat edirdi ki, Türkiyənin müharibəyə girməsi 

Britaniyanın Boğazlara və bütövlükdə Türkiyəyə münasibətini dəyişdirə bilər. 

Hələ mart ayının 2-də Türkiyədəki Yuqoslaviya səfiri  İ.Şumenkoviç Ankaradakı 

Amerika səfiri Steynhardta bildirmişdi ki, etibarlı  mənbələrdən onda olan 

məlumata görə Yalta konfransından sonra V.Molotov Moskvadakı Türkiyə 

səfirinə bildirib ki, Sovet hökuməti Montrö sazişinə yenidən baxmağı Türkiyə 

hökuməti ilə müzakirə etmək istəyir. Türk səfiri isə ona cavab verib ki, Montrö 

sazişı "beynəlxalq məsələdir" (79). 

1944-cü ilin payızından başlayaraq Boğazlarla bağlı Sovet ekspertləri 

tərəfindən hazırlanan bütün gizli sənədlərdə  məsələnin həllinə ikitərəfli 

müqavilələr çərçivəsində üstünlük verilməsinə baxmayaraq, heç kəsin 

gözləmədiyi halda Sovet İttifaqı 1945-ci ilin mart ayının 19-da dostluq və 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə