Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə68/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   64   65   66   67   68   69   70   71   ...   256

141 

 

neytrallıq haqqında 17 dekabr 1925-ci il Sovet-Türk müqaviləsinin qüvvədən 



düşdüyünü bildirdi. Həmin gün Moskvadakı Türkiyə  səfiri S.Sarperi qəbul edən 

V.Molotov bildirdi ki, Sovet hökuməti SSRİ ilə Türkiyə arasında dostluq 

münasibətlərinin inkişafında  1925-ci il müqaviləsini yüksək qiymətləndirir, lakin 

bununla belə  İkinci Dünya müharibəsinin gedişində  dərin dəyişikliklər baş 

verdiyindən bu müqavilə yeni şəraitə uyğun gəlmir və ciddi şəkildə 

təkmilləşdirmə  tələb edir (80). Molotov qeyd edirdi ki, 1925-ci il müqaviləsi 

imzalananda Sovet İttifaqı  İngiltərə ilə indikinə  bənzər heç bir sazişə malik 

deyildi,ABŞ-la isə diplomatik münasibətləri belə yox idi. 

Sovetlər 7 noyabr 1945-ci ildə vaxtı tamam olacaq türk-sovet müqaviləsinin 

qüvvədən düşməsinə 1945-ci il 19 mart tarixində  qərar verdi. Bu da qətiyyən 

dünyada baş vermiş dəyişikliklərin nəticəsi kimi deyil, məhz təzyiq vasitəsi kimi 

qiymətləndirilməlidir. Rus alimi N.Koçkin haqlı olaraq belə hesab edir ki, 1944-cü 

ilin sonu -1945-ci ilin əvvəllərində SSRİ Xarici İşlər Komissarlığında hazırlanmış 

sənədlərdə  həmin dövrdə yaranmış qüvvələr nisbəti  şəraitində müqavilənin ləğv 

olunması haqda qərar qəbul edilməsinin arzuolunmazlığı  dəlillərlə  əsaslandırılsa 

da, Sovet rəhbərliyi daha ehtiyatlı  təkliflərə      məhəl   qoymadı. Xarici İşlər   

Komissarlığının   ekspertlərinin fikrincə, Türkiyə ehtiyat edirdi ki, müharibə 

qurtardıqdan sonra Sovet İttifaqı SSRİ ilə Türkiyə arasında mövcud olan və onun 

üçün sərfəli olmayan fikirləri özündə  əks etdirən bir sıra müqavilələrin ləğv 

olunması haqqında  məsələ qaldırar və Türkiyə üçün mövcud müqavilələrlə 

müqayisədə daha az sərfəli olan yeni müqavilənin qəbul edilməsinə təkid edə bilər 

(81). Sovet ekspertlərinin bu ehtimalları düz çıxdı. Türkiyə 20 il ərzində türk 

xarici siyasətinin təməli sayılan və dostluğun rəmzinə çevrilmiş bu müqaviləyə 

çox böyük önəm verməkdə idi. Buna görə  də V.Molotovun 19 mart bəyanatına 

aprelin 4-də verdiyi cavabda Türkiyə hökuməti xalq komissarı Molotovun 1945-ci 

ilin mart ayının 19-da Moskvadakı türk səfiri S.Sarperə təqdim etdiyi nota ilə tanış 

olduğunu bildirir, yeni müqavilə bağlamaq üçün Sovet hökumətinin nə kimi 

təklifləri olduğunu soruşur və iki tərəfin də maraqlarına, eyni zamanda dəyişilmiş 

şəraitə uyğun yeni bir müqavilənin bağlana biləcəyini mümkün sayırdı. Sovet 

hökumətinin müqaviləni dəyişməklə bağlı  təkliflərinə uyğun olaraq Türkiyə 

hökuməti ona təqdim edilmiş bütün təklifləri diqqətlə öyrənməyə və irəli sürülən 

təkliflərə bitərəf yanaşmağa hazır olduğunu açıqlayırdı (82). 

Türkiyə hökuməti Sovetlərin bu addımını bir qədər təmkinlə qarşıladı.  İlk 

əvvəl onlar SSRİ-nin Sovet-Türk müqaviləsini dayandırmadığı kiçik 

dəyişikliklərlə  əlaqələndirməyə çalışır, Montrö sazişində  bəzi dəyişikliklər 

edilməsini qaçılmaz hesab edirdilər. 1945-ci ilin mart ayının 2l-də Ankaradakı 

ABŞ  səfiri Steynhardt Dövlət katibi C.Birnisə yazırdı  kı, bu yaxınlarda 

görüşdüyüm Türkiyə Xarici İşlər Nazirliyinin məsul 

 



142 

 

nümayəndəsi dedi ki, onlar rusları Yaponiyanın Boğazlarda iştirakını arzu 



etmədiklərinə görə günahlandırmaq istəmirlər. Bununla belə ABŞ  səfiri  belə 

hesab edirdi ki, ruslar Boğazlar rejiminə özləri üçün əlverişli vaxtda baxmaq 

istəyirlər və bu yanaşma heç şübhəsiz ki, Türkiyə hökuməti üçün elə də asan qəbul 

edilən olmayacaqdır. Steynhardt haqlı olaraq Sovetlərin 19 martda Sovet-Türk 

müqaviləsini ləğv etməsini xarici işlər nazirlərinin qarşıdakı görüşünə hazırlıq 

çərçivəsində qiymətləndirir və bunu Boğazlar məsələsinə yenidən baxılmaq üçün 

Türkiyəyə  təzyiq göstərilməsi kimi dəyərləndirirdi. Səfirin fikrincə, bu gərgin 

siyasi təzyiqi nəzərdə tutan "rus taktikası" idi (83). 

Sovet-Türk müqaviləsinin ləğv olunması barədə Sovetlərin qərarını  və 

Molotovla S.Sarper arasında olan danışıqların məzmununu Türkiyənin xarici işlər 

naziri H.Saka mart ayının 21-də Ankaradakı Britaniya səfiri M.Petersona çatdırdı. 

H.Saka Petersona bildirdi: "Molotov Sarperə deyib ki, Türkiyə səfirinin Ankaraya 

dönəcəyini nəzərə alıb biz müqavilə haqqında mövqeyimizi tez açıqladıq. Xarici 

işlər naziri bildirdi ki, S.Sarperin Moskvadan gələcəyi aprel ayının 2-də gözlənilir 

və onlar gərək səfir qayıdandan sonra Sovet hökumətinə verəcəkləri bəyanatları 

hazırlasınlar". Peterson qeyd etdi ki, Türkiyə hökuməti istənilən cavabı hazırlayan 

zaman Britaniya hökuməti ilə  məsləhətləşə bilər. Eyni zamanda H.Saka bildirdi  

ki,  Sovet hökuməti    Montrö  sazişini  dəyişdirmək məqsədilə türklərlə ikitərəfli 

danışıqlar aparmaq istəyirdi. Lakin əgər Moskva düşünürsə ki, Rumıniya və 

Bolqarıstana yanaşdığı kimi, Türkiyəyə  də yanaşa bilər, bu mümkün deyildir. 

H.Saka Yunan səfiri R.Rafaeldən aldığı bir məlumatı da Britaniya səfirinə 

çatdırdı. O H.Sakaya xəbər verirdi ki, Moskvalı həmkarı S.Vinoqradov Türkiyəyə 

qarşı möhkəm dayanmaq haqqında komanda alıb. M.Peterson bütün bunların 

cavabında Sovetlərin Türkiyə      ilə   ikitərəfli   danışıqlar  aparmaq   istədiyi   

barədə  Britaniya hökumətinin əlində hər hansı bir dəlilin olmadığını söylədi (84). 

Xarici işlər naziri H.Saka mart ayının 31-də ABŞ  səfirini qəbul etdi və ona 

bildirdi ki, Sovet İttifaqı Boğazlar məsələsini Qara dəniz sahilində olan ölkələrin 

müzakirəsinə çıxarmaq istəyir. Lakin danışıqların gedişindən aydın oldu ki, ABŞ 

rəhbərliyi ilk baxışda bu məsələyə elə də böyük önəm vermir. Bununla belə Şərqi 

Avropada baş verən dəyişikliklər və Sovet tərəfdarlarının bir-birinin ardınca 

hakimiyyətə  gəlmələri ABŞ administrasiyasında bəzi dairələri düşünməyə vadar 

etmişdi. Birləşmiş Ştatların donanma naziri Ceyms Forrestal Sovetlərin Polşadakı 

hərəkərlərindən narahatçılığını ifadə edərək yazırdı ki, Polşa nümunəsi rusların 

təktərəflı davranışlarına aid nümunələrdən sadəcə biri idi, indi Bolqarıstan, 

Rumıniya, Türkiyə və Yunanıstanda da belə davranmağa başlamışlar (85). 

ABŞ eyni zamanda Balkan ölkələrində  və Moskvada olan diplomatik 

nümayəndəliklərindən də Sovet-Türkiyə münasibətləri haqqında məlu- 

 

    




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə