Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə65/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   61   62   63   64   65   66   67   68   ...   256

135 

 

doğru yarıb keçməsələr, Almaniya ilə  də eyni şey baş verəcəkdir". Türkiyə 



hökuməti mətbuatda bu tipli yazıların getməsində maraqlı deyildi. Ona görə 

mətbuat və təbliğat idarəsi hökumətə yaxın olan türk mətbuatına tövsiyə etmişdi 

ki, müttəfiqləri müdafiə edən yazılara üstünlük versinlər. Krım konfransı 

dövründə Sovet İttifaqına münasibətdə türk mətbuatında açıq bir ehtiyatlılıq hiss 

edilirdi. Fevral ayının ilk günlərindən başlayaraq, xüsusilə  mətbuatda tez-tez 

Türkiyənin müttəfiqlərə yardımını xatırlanır, o cümlədən qeyd edilirdi ki, 

Almaniyanı Qafqaza və  İrana,  İtaliya donanmasını Qara dənizə buraxmamaqla 

Türkiyə Sovetlərə böyük xidmət göstərmişdir. Ehmet Şükrü Esmer ingilis-türk 

ittifaqını Türkiyə xarici siyasətinin məhək daşı hesab etməklə yazırdı: "Türkiyə öz 

xarici siyasətinə belə istiqamət verməklə yanaşı, bir dəqiqə  də köhnə dostluq 

telləri ilə bağlı olduğu Sovet İttifaqı haqqında  unutmamışdır. Sovet  İttifaqı  və 

Türkiyənin   hər  iki  ölkədə  inqilabın  ən  böhranlı günlərində başlayan sülhsevər 

və möhkəm dostluq siyasətinə heç nə mane ola bilməz" (70). 

Nəhayət, Krım konfransının sona çatmasına bir gün qalmış  İ.Stalin Boğazlar 

məsələsi haqqında Sovetlərin baxışlarını açıqladı. Bu açıqlama SSRİ Xarici İşlər 

Komissarlığının konfrans ərəfəsindəki hazıqlıqlarına uyğun deyildi. Görünür, 

İ.Stalin Qərb müttəfiqlərinin bu məsələ ilə bağlı fikirlərinə  bələd idi və eyni 

zamanda Avropada müharibənin başa çatdığı mərhələdə hələ müzakirə üçün tam 

hazır olmayan Boğazlar məsələsini daha münasib bir vaxtda müzakirə etməyə 

üstünlük verdi. O. Boğazlarla bağlı  məsələyə yalnız müttəfiqiərin qəbul edə 

biləcəyi və 1944-cü ilin oktyabr ayında Britaniya Baş naziri U.Çörçillə müzakirə 

etdiyi formada toxundu. O, Millətlər Cəmiyyətinin artıq mövcud olmadığı  və 

Yaponiyanın sazişi imzalayan dövlətlər sırasından çıxarılmasının zəruriliyi ilə 

bağlı Montrö sazişinə  dəyişiklik etmək məsələsinə toxunub dedi: "Bu saziş 

köhnəlib və öz ömrünü yaşayıb. Türkiyəyə hüquq verilib ki, nə vaxt istəsə  

Boğazları  bağlasın.  Türkiyənin  suverenliyinə  ziyan  vurmadan Montrö sazişində 

dəyişiklik etmək zəruridir. Burada söhbət hər hansı vaxtda Sovet hərbi gəmilərinin 

Boğazlardan azad şəkildə keçməsinin zəruriliyindən gedirdi. U.Çörçill bu 

məsələdə  İ.Stalini müdafiə etdi və bildirdi ki, hələ 1944-cü ilin oktyabrında 

Moskvaya səfər etdiyi zaman verdiyi sözə sadiqdir və  İngiltərə Montrö sazişinə 

baxılmasına müsbət yanaşır. Lakin, Çörçill ingilis-türk ittifaq müqaviləsinə görə, 

Türkiyənin maraqlarına toxunan məsələ haqqında ona məlumat verilməsinə aid 

öhdəliyi  olduğunu  və  eyni  zamanda Boğazlar  məsələsinə  baxmağın Aralıq 

dənizində ABŞ-dan fərqli olaraq Birləşmiş Krallığın mənafeyinə daha çox 

toxunduğunu xatırladıb Türkiyənin suverenliyi məsələsində bir daha  Stalinin  

fikrini  öyrənmək istədi.  İ.Stalin  təsdiq etdi  ki,  əgər Birləşmiş Krallıq və ABŞ 

Sovet təkliflərinin qəbul olunmasına razılıq 

 

  




136 

 

verərlərsə, Türkiyənin suverenliyi ziyan çəkməyəcəkdir. ABŞ prezidenti F.Ruzvelt 



müttəfiqlərin məsələni belə qoyması ilə razılaşdı (71). Krım, konfransında qərara 

alındı ki, Montrö sazişinə baxılması ilə bağlı Sovet təklifləri üç ölkənin xarici işlər 

nazirlərinin London görüşündə müzakirə edilsin və bu müzakirələr barədə Türkiyə 

məlumatlandırılsın (72). Eyni zamanda Krım konfransında razılığa gəlindi ki, işə 

başlaması aprel ayının 25-i üçün nəzərdə tutulan Birləşmiş Millətlərin konfransına 

1945-ci ilin mart ayının 1-nə qədər ümumi düşmənə müharibə elan etmiş ölkələr 

dəvət edilsin. 

Krım konfransının Türkiyə və Boğazlarla bağlı qərarları açıqlanmasa da, onun 

yekunları türk mətbuatında və siyasi dairələrində geniş müzakirə edildi. Lakin 

bütövlükdə konfransın rəsmi qaydada açıqlanan qərarları Türkiyənin   bütün  

nüfuzlu  qəzetlərində  çap  olundu.   Türk  mətbuatı dairələrində belə söz-söhbət 

gedirdi ki, konfransda müzakirə edilən məsələlərin çoxu ilə bağlı Sovet nöqteyi-

nəzəri qələbə çalmışdır. N.Sadakın 14 fevralda "Akşam", F.R.Atayın və 

A.Ş.Esmerin elə həmin gün "Ulus" qəzetində Krım konfransının qərarları ilə bağlı 

geniş yazıları getmişdi. Atay konfransın mühüm nailiyyətlərindən birinin 

müttəfiqlərin Atlantika   Xartiyasına  söykənərək  azad  olunmuş  ölkələrdə  birgə  

siyasət  yeritməsində görürdü. Onun fikrincə bu, azad olunmuş ölkələrə birbaşa

yaxud dolayısı ilə hər hansı rejimin sırınmasına imkan verməyəcəkdi. A.Ş.Esmer 

isə yazırdı: "Konfransda qəbul olunmuş birgə məlumatın ən mühüm mənası ondan 

ibarətdir ki, Yalta konfransında həm qələbə  məsələsinə  və  həm də dünyanın 

düzəni məsələsinə münasibətdə hər üç dövlətin birliyinə nail olundu". 

Türk jurnalistləri Krım konfransında Türkiyə ilə bağlı məsələ müzakirə edilib-

edilməməsindən xəbərsiz idilər. Lakin birgə  məlumatda Balkan məsələləri 

haqqında ümumi fikir mübadiləsi haqqında qısa bir ifadənin getməsi Türkiəyədə 

müxtəlif dairələrin narahatçılığına səbəb olmuşdu. Fevral ayının 14-də C.Yalçın 

"Tanin" qəzetində yazırdı: Biz başa düşürük ki, konfransda bizə aid məsələlər 

müzakirə edilib. Lakin birgə  məlumat Balkan məsələlərinin müzakirə olunduğu 

haqqında  yalnız ümumi informasiya ilə kifayətlənir. Yalçın öz yazılarında 

Balkanlarda slavyan xalqlarının ittifaqının yaranmasının təcavüzkar  əhvali-

ruhiyyədən qidalanacağından ehtiyatlanır, türk-yunan blokunun bu təhlükəyə qarşı 

həmişə hazır olmağını  zəruri hesab edirdi. O yazırdı: "Böyük dövlətlərin 

təsirindən kənar, Balkan xalqları arasında sülh və  əməkdaşlıq  əsasında müstəqil 

Balkan federasiyasının yaradılması üçün hər hansı yolun qaldığını biz görmürük" 

(73). 


Krım konfransından sonra türk mətbuatının materialları  və siyası dairələrinin 

fikirləri haqqında Moskvaya geniş məlumat hazırlayan Ankaradakı Sovet səfirliyi 

bildirirdi ki, türklər Sovet-Amerika və Sovet- 

 

  




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə