Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə73/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   69   70   71   72   73   74   75   76   ...   256

152 

 

olduğunu da gizlətmirdilər. Buna misal olaraq Sovet Ermənistanın xeyrinə böyük 



məbləğlərin vəsiyyət olunduğunu, bir sıra qiymətli muzey əşyalarının, bir neçə 

min qədim erməni  əlyazmalarının, çoxsaylı binalar və s. nəzərdə tutulduğunu 

bildirirdilər. 

1945-ci il aprel ayının 6-da Sovet Ermənistanının rəhbərliyi  İ.Stalinə 

müraciətində Ermənistan SSR ilə  İran, Suriya və Livan arasında   diplomatik 

münasibətlərin yaradılması  və diplomatik nümayəndəliklərin mübadiləsi  

haqqında  məsələ qaldırılmasını  xahiş edirdi.  Eyni   zamanda İ.Stalinə məktubda 

ABŞ, Fransa və Misirdəki SSRİ səfirliklərində erməni koloniyaları məsələləri üzrə 

müşavir vəzifələrinin təsis edilməsi xahiş olunurdu (9). A.Sarkisyan və 

Q.Arutinovun  İ.Stalinə aprel ayının 6-da yazdıqları  ikinci  məktubda xarici  

ermənilər tərəfindən onların Sovet Ermənistanına maraqlarının artdığı dövrdə 

Sovet Ermənistanı ilə  əlaqələrinin olmaması barədə respublika hökumət 

orqanlarına  şikayətlərin daxil olduğu bildirilirdi. Ermənistan rəhbərlərinin 

fikrincə, xarici ermənilərlə canlı əlaqələrin olmaması Sovet Ermənistanı haqqında 

onların inandırıcı  cavablar ala bilməməsinə, bu isə daşnaklar tərəfindən Sovet 

Ermənistanına qarşı  təxribatçı  şayiələrin yayılmasına gətirib çıxarır. Buradan isə 

artıq belə bir nəticə alınırdı: "Yuxarıda deyilənlərlə bağlı xarici ermənilərin 

vətənpərvər - Sovet meylli əhvali-ruhiyyədə olanları ilə  əlaqələrin    

gücləndirilməsinin zəruriliyi haqqında məsələ bizim qarşımızda durur". Bu 

məqsədlə  İran, Suriya, Livan, Rumıniya və Bolqarıstana Ermənistan SSR Xalq 

Komissarları Sovetinin nümayəndələrinin göndərilməsi təklif olunurdu. Həmin 

nümayəndələr qeyd edilən ölkələrdə erməniləri vəziyyətini, xüsusilə onların Sovet 

vətəndaşlığına can atmaları, Ermənistana gəlmələri və s. məsələləri öyrənməli, 

xarici ermənilərin Sovet Ermənistanının mədəniyyət, elm, incəsənət, xalq 

təsərrüfatı və zəhmətkeşlərin rifahı sahəsində əldə etdiyi uğurlarla tanış etməli idi. 

Əgər bu müraciətə    müsbət cavab verilsəydi, Ermənistan SSR rəhbərliyi iki 

nəfərin  İran, Suriya və Livana, iki nəfərin də Rumıniya və Bolqarıstana 

göndərilməsini məqsədəuyğun hesab edirdi. Bu nümayəndələrin xaricə ezam 

edilməsinin zəruriliyi onunla əsaslandırılırdı ki, guya bir sıra xarici ölkələrdə 

daşnaklar və digər antisovet ünsürlər Sovet İttifaqı  və Ermənistan SSR əleyhinə 

təxribatçı bəyanatlarla çıxış etməyə başlamışlar (10). 

Sovet Ermənistanı rəhbərliyinin Moskvaya, ÜİK(b)P-yə müraciətindən bir gün 

sonra aprel ayının 7-də Nyu-York Erməni Milli Komitəsi  İ.Stalinə teleqram 

göndərdi. Orada ümid edilirdi ki, marşal Stalin Sovet Rusiyasının "Türkiyə 

Ermənistanı haqqında" 29 dekabr 1917-ci il tarixli dekretini unutmamışdır. Nəzərə 

almaq lazımdır ki, ABŞ-da fəaliyyət göstərən erməni dini və milli təşkilatları 

müharibənin sonunda Türkiyəyə qarşı öz fəaliyyətlərini aktivləşdirmişdilər. 1945-

ci ilin mart ayında Filadelfiyada yerləşən Erməni Milli Kilsə  Şurası prezident 

F.Ruzveltə 

 



153 

 

göndərdikləri teleqramda dünya müharibəsində Amerikanın qələbəsini 



arzuladıqlarını  və onun sağlamlığı, habelə bütün Amerika əsgərləri üçün dua 

etdiklərini bildirirdilər. Teleqramda Vudro Vilsonun davamçısı kimi F.Ruzveltin 

kiçik xalqların hüquqlarını qoruyacağı  və erməni məsələsinə münasibətdə 

Vilsonun başladığı  işi davam etdirəcəyinə ümid vurğulanırdı. Eyni zamanda 

teleqramda prezident Ruzveltin Sovet Ermənistanının sərhədlərinin 

genişləndirilməsi və Vilson qərarına uyğun olaraq dünyanın hər tərəfinə 

səpələnmiş ermənilərin öz vətənlərinə dönməsinin mümkünlüyü məsələsində 

ədalətli mövqe tutacağına inam göstərilirdi (11). 

Müharibənin sonuna yaxın Amerikada nəşr edilən erməni mətbuatı Türkiyə 

əleyhinə geniş təbliğat kampaniyasına başlamış və Sovet Ermənistanı ərazilərinin 

genişləndirilməsi uğrunda mübarizəni özlərinin başlıca vəzifələri elan etmişdilər. 

Onlar bu işin Birləşmiş Ştatlar və Böyük Britaniya müttəfiqləri ilə razılıq əsasında 

ancaq Sovet İttifaqı  tərəfindən həyata keçirilə biləcəyini qeyd edirdilər. ABŞ-da 

çıxan "Ayrenik" qəzeti yazırdı: "Hazırda erməni məsələsinin xeyrinə bizim 

Amerikada gördüyümüz bütün işlər ancaq bir məqsədə yönəlmişdir: Sovet 

hökuməti gözəl günlərin birində bizim ərazi tələblərimizi həyata keçirmək 

istəyəcək, Ermənistanın  ərazilərinin genişləndirilməsinin siyasi əsaslandırılması 

lazım olacaq. Biz də onu indidən hazırlayırıq" (12). 

Erməni məsələsi Türkiyəyə qarşı ərazi iddialarını əsaslandırmaq və təzyiqləri 

gücləndirmək üçün, ən başlıcası isə bu məsələdə müttəfiqlər tərəfindən yardım 

alınması üçün Sovetlərə  əlavə imkanlar verirdi. 1945-ci ilin yazında Sovet təsir 

dairəsində olan ərazilərdə SSRİ diplomatik və xüsusi xidmət orqanları tərəfindən 

erməni icmaları haqqında, daşnakların fəaliyyətləri haqqında  məlumatlar 

toplamaq işi gücləndirildi. Dövlət təhlükəsizlik orqanları Daşnak Partiyasının 

Beyrutda yerləşən  əsas xarici kəşfiyyat mərkəzi, Fransa, Kipr, Transiordaniya, 

Suriya, İran, Yunanıstan, Misir, İraq və digər ölkələrdə yerləşən büroları haqqında 

operativ məlumatlar toplanışını sürətləndirdi (13). SSRİ xarici işlər Komissarlığı 

xətti ilə Təbriz baş konsulluğunun katibi K.B.Aruşanov tərəfindən hazırlanmış və 

1945-ci il aprel ayının 9-da Moskvaya göndərilmiş geniş arayışda  İran 

Azərbaycanında 17 min erməni  əhalisinin yaşadığı  və bunun 12 mininin Təbriz 

konsulluq dairəsinə düşdüyü bildirilirdi. Arayışda qeyd edilirdi ki, erməni 

əhalisinin  əsas hissəsi SSRİ-yə  və Sovet Ermənistanına yaxşı münasibətdədir və 

Sovetlərə böyük maraq göstərirlər. Onlar hər il Ermənistanda Sovet 

hakimiyyətinin qurulmasını  və digər Sovet bayram günlərini qeyd edirlər. Lakin 

bununla bərabər Aruşanov daşnakların Sovetlər əleyhinə təbliğat apardıqlarına da 

toxunur, bütün ermənilərin katolikosunun qarşıdakı seçkisi ilə bağlı yazırdı: 

"Onlar təbligat aparırlar ki, Sovet hökuməti öz adamını katolikos seçəcək, xarici 

nümayəndələrin çağırılması görüntü üçündür. Xaricdən olan nümayəndələr orada 

heç nə edə bilməzlər" (14). 

 

153 



 


Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə