Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə74/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   70   71   72   73   74   75   76   77   ...   256

154 

 

 

1945-ci il aprel ayının 19-da İ.Stalin bütün ermənilərin katolikosunun müavini

arxiyepiskop Georq Çeorekçiyanı  qəbul etdi. Bu bir tərəfdən bütün ermənilərin 

katolikosunun seçkiləri ilə bağlı idisə, digər tərəfdən, ermənilərin Türkiyə 

əleyhinə yönəlmiş  təbliğatına və  tələblərinə  əməli xarakter vermək niyyətindən 

irəli gəlirdi. Erməni katolikosunun müavini Eçmiədzinin bərpa olunması, dini 

akademiyanın açılması, keçmiş dini akademiyanın  kitabxanasının Eçmiədzinə 

qaytarılması, Eçmiədzinə mətbəə saxlamağa icazə verilməsi, bir sıra binaların ona 

qaytarılması, katolikosun zəmanəti ilə bir sıra dindarların Sovet Ermənistanına 

gəlməsinə icazə verilməsi, xaricdən yepiskop və eparxiya rəhbərlərinin dəvət 

edilməsinə icazə verilməsi və s. məsələlər barədə hələ 1945-ci il aprel ayının 3-də 

İ.Stalinə müraciət etmişdi (15). Moskvada İ.Stalinin erməni kilsəsi rəhbərlərindən 

birini qəbul etməsindən az sonra ABŞ-dakı Erməni Milli Şurası Birləşmiş 

Millətlərin San-Fransisko konfransına və konfransın iştirakçısı olan ayrı-ayrı 

nümayəndələrə "Erməni xalqının işi" adlı memorandumu təqdim etdi. Orada 

göstərilirdi ki, erməni məsələsinin ədalətli həlli erməni diasporlarına imkan verər 

ki, öz doğma yurdlarına qayıtsınlar. 

Memorandumda Amerikadakı Erməni Milli Şurası erməni xalqının 

nümayəndəsi kimi təqdim edilir və bu təşkilat da sənəddə yazıldığı kimi, "kiçik 

faşist partiyası sayılan daşnaklar istisna olmaqla" bütün erməni dini və milli 

cəmiyyətlərinin birləşdirildiyi göstərilirdi. Sənədin ikinci bölməsi "Erməni 

xalqının işinin tarixi perspektivləri" adlanırdı. Burada məsələ çox qədimlərə gedib 

çıxır,Mesopotamiya dövründən  bəri hadisələr sadalanır və belə  məlum olurdu 

ki,guya ermənilər Asiyadan gələn böyük istilaçıların qarşısında alınmaz qalaya 

çevriliblər.Ona görə  də qeyd edilirdi ki, erməni xalqının bu müraciəti xüsusi 

diqqətəlayiq olmalıdır.Memorandumun üçüncü bölməsi türklərin tarix səhnəsinə 

çıxışı  və onların guya Yaxın  Şərqə, Balkanlara və  Mərkəzi Avropaya fəlakətlər 

gətirməsi barədə idi. Bundan sonrakı bölmədə ermənilərin qəzələli təqilələrin 

obyektinə çevrilməsi, XIX əsrin sonunda bu təqilələrin geniş xarakter alması  və 

guya bir milyon erməninin bu prosesdə özü qurban  verməsi  qeyd  edilirdi.  

Birinci  Dünya müharibəsi  dövründə ermənilərin müttəfiqlərlə birlikdə  

vuruşduğunu  bildirən memorandum müəllifləri Sevr müqaviləsinin  şərtlərinin 

dünya tərəfindən qəbul edilməsini tələb edirdilər. Sevr müqaviləsi ilə onlara 

verilməsi nəzərdə tutulan torpaqların türklərdə qalmasına görə milyon yarım 

erməninin mühacirətdə yaşadığına toxunan Erməni Milli Şurası yazırdi"Hətta  

bizim  xalqımızın iftixarı  və  şərəfi  sayılan,onun  arzu  və ümidlərinin simvolunu 

daha qabarıq ifadə edən Ararat dağı (Ağrı dağı  nəzərdə tutulur - C.H.) türklərin 

hakimiyyəti altında qalmaqdadır". Daha sonra qeyd edilirdi ki, "müstəqil və azad" 

Sovet Ermənistanından 

 



155 

 

ayrılmış Türkiyənin erməni vilayətlərinin yenidən Ermənistanla birləşməsi və xaricdəki 



ermənilərin də "öz xoşbəxt qardaşları"na qovuşması erməni xalqının həyatının yenidən 

qurulmasına, onun canlanmasına və Sovetlərdə xoşbəxtlik tapmasına gətirib çıxara bilər. 

Orada deyilirdi: "Zaman gəlib çatib ki, Türkiyənin ağalığı altında olan Ermənistan Sovet 

ittifaqının sərhədləri daxilində müstəqil və azad şəkildə mövcud olan Ermənistana birləşsin 

və xaricdə yaşayan ermənilərə  də öz vətənlərinə qayıtmaq icazəsi verilsin". Nə vaxtsa 

türklərin ağalığı altında olmuş xristian xalqlarından yalnız ermənilərin hələ öz azadlıqlarını 

və  vətənlərini türklərdən xilas edə bilmədiyi memorandumda göstərilirdi. Erməni Milli 

Şurasının nümayəndələri  San-Fransisko konfransının repatriasiya və sərhədlər məsələsini 

həll etməyə səlahiyyətli olmadığını qeyd etsələr də, konfransın  ruhunun  erməni  xalqının  

ümid  və  arzularına  yardımçı olacağını bildirirdilər. Sənədin sonunda V.Qladstonun belə 

bir fikri vurgulanırdı ki, "Ermənistanı xilas etmək - sivilizasiyanı xilas etmək deməkdir". 

Buna uyğun olaraq memorandumda yazılırdı: "Böyük Sovet İttifaqı 25 illik qısa müddətdə 

sübut etdi ki, Ermənistanı xilas etmək -deməli, həqiqətən sivilizasiyanı xilas etmək 

deməkdir". Sənədin məzmunu və orada istifadə edilən ifadələr onun Sovet nümayəndələri 

tərəfindən hazırlandığını  təsdiq edirdi. Memorandum SSRİ Xarici İşlər Komissarlığının 

Yaxın Şərq şöbəsinin əməkdaşı İ.Sasulin tərəfindən rus dilinə tərcümə edilib Ermənistan 

SSR Xarici İşlər Komissarlığına göndərilmişdi (16). 

Erməni Milli Şurası ilə yanaşı daşnakları birləşdirən Erməni Milli Komitəsi də 1945-ci 

ilin aprel ayında "Erməni məsələsi ilə bağlı Memorandum" çap edib yaymışdı. Burada 

"erməni məsələsi"nin tarixi bir qədər sonrakı dövrdən XIX əsrdə Ermənistanın Rusiya ilə 

Türkiyə arasında "bölüşdürülməsindən" başlayırdı. Memorandumda göstərilirdi ki, 

Osmanlı imperiyasında bütün xristian xalqlar azad olduqdan sonra ermənilərə qarşı 

"repressiv tədbirlər" daha da artdı  və guya buna görə ermənilər azad ola bilmədilər. 

Sənəddə Berlin konqresinin 1878-ci ildə Türkiyənin erməni vilayətində altı dövlətin iştirakı 

ilə islahat aparması maddəsi xatırlanırdı  və  bu  "erməni  məsələsinin"  başlanğıcı  kimi  

səciyyələndirilirdi. Lakin böyük dövlətlərin təzyiqlərinə baxmayaraq nəzərdə tutulan 

islahatların getmədiyi, XIX əsrin sonlarında 300 min, 1909-cu ildə isə 30 min erməninin 

"qətlə yetirildiyi" memorandumda qeyd edilirdi. Sənəddə Birinci Dünya müharibəsi  

dövründə erməni məsələsinə geniş yer verilirdi. Orada 1915-ci il hadisələrinə toxunulur  və 

göstərilirdi ki, XX əsrdə türklər birinci millətdir ki, siyasi problemin tənzim olunma vasitəsi 

kimi bütöv bir xalqın sürgün və  məhv edilməsi kimi şeytani ideyanı ortaya çıxardılar. 

Bütün bu hadisələrlə bağlı memorandumda belə bir nəticəyə  gəlinirdi ki, türk hökuməti 

ermənilərin məhv edilməsi işində 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə