Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə72/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   68   69   70   71   72   73   74   75   ...   256

150 

 

bəsləyirlər (7). Şübhəsiz ki, istər prezident İ.İnönünün, istər xarici işlər naziri 



H.Sakanın və istərsə də digər siyasətçilərin demokratik prinsiplərə  meyllənməsi 

və demokratik dəyərlərə tapınmağın zəruriliyi haqqında ölkədə geniş  təbliğat 

kampaniyasının başlanması bir tərəfdən Türkiyənin daxilində demokratik 

yeniləşməyə olan böyük maraqla bağlı idisə, digər tərəfdən Amerika və İngiltərə 

siyasi dairələrinin "totalitarizmə dayanan rejimlərə qarşı" sərt müqavimət 

göstərmək niyyətləri ilə bağlı idi. 

Milli  şef  İ.İnönünün 19 may çıxışı  və ölkənin siyasi həyatında ikinci 

partiyanın yaranmasının mümkünlüyü haqqında fikri may ayının sonuncu 

ongünlüyü və iyun ayı  ərzində türk mətbuatının  əsas müzakirə mövzusuna 

çevrildi. Bütövlükdə bir sıra sol təmayüllü qəzetlər bu dəyişikliklərin mənbəyini 

Krım konfransının qərarlarında və Atlantika bəyannaməsində axtarırdılar. Onların  

fikrincə, faşizm üzərində  qələbə çalan deokratik ölkələr heç bir yerdə totalitar 

rejimlərin mövcudluğu ilə barışmayacaqdılar. Sol təmayüllü mətbuat Türkiyədə 

başlayan yeniləşmənin mənbəyinin xaricdə olduğunu yazırdı. Bunun əksinə olaraq 

Türkiyənin aparıcı mətbuatı ölkədə mövcud olan demokratiyanın yerli xarakterinə 

üstünlük verərək onun kamalçılığa dayandığını  əsaslandırırdı. "Son Teleqraf 

qəzeti may ayının 26-da yazırdı: "Kamalçı demokratiya mütərəqqi xarakterə malik 

olub möhkəm əsaslara dayanır və bəşəriyyətə xoşbəxtlik gətirir". Yeni partiyanın 

yaranması ilə bağlı fikirləri müzakirə edən mətbuat bir tərəfdən, bunu zəruri sayır, 

digər tərəfdən hələ müharibə qurtarmadığından bu zərurəti müxtəlif cür şərh 

edirdilər. Bir sıra qəzetlər yazırdı ki, 1930-cu ildə Fethi Okyarın liberal mütərəqqi 

partiyası  uğursuz bir təcrübə oldu. Onlar ehtiyat edirdilər ki, ikinci partiya 

Türkiyəni  şəriət qaydalarına qaytarar və  vətəndaş müharibəsinə  gətirib çıxarar. 

Digər tərəfdən, müharibə aparan ölkələrin üçüncü dünya müharibəsi haqqında söz-

söhbət   salması  bəzi qəzetlərin fikrincə, Türkiyəni öz milli birliyini qorumaq 

barədə düşündürməli idi. Avropanın azad olmuş ölkələrində baş verən hadisələr də 

bir sıra mətbuat orqanlarında partiya anarxiyası kimi qiymətləndirilirdi. N.Sadak, 

N.Nadi kimi tanınmış jurnalistlər belə hesab edirdilər ki, Türkiyə xarici təzyiq 

altında öz qanunlarını  dəyişdirməməlidir. Ankaradakı Sovet səfirliyi SSRİ xarici 

işlər komissarının müavini S.Kavtaradzeyə yazırdı: "Türk mətbuatı heç kəsdən 

soruşmadan azadlığa nail olur, hökumət bu vəziyyətlə barışmağa məcburdur. 

Qəzetlərin onun antidemokratik mahiyyətini ifşa edəcəyindən ehtiyatlanan 

hökumət onlara qarşı repressiv tədbirlər görməkdən çəkinir" (8). Şübhəsiz ki, 

Sovet səfirliyinin mülahizələri subyektiv idi və müharibə dövrünün müəyyən 

məhdudiyyətlərini nəzərə almasaq, SSRİ-dən fərqli olaraq, Türkiyədə  mətbuat 

azad idi. 

Hələ İkinci Dünya müharibəsi başa çatmamış Sovet İttifaqı İran və Türkiyəyə 

qarşı yönəlmiş tədbirlərin həyata keçirilməsi üçün hazırlıq 

 



151 

 

işlərinə başladı.1945-ci  il  aprel  ayının  6-da  SSRİ Dövlət Müdafiə komitəsi 



Zaqafqaziya avtomobil yollarının vəziyyətini yaxşılaşdırmaq haqqında qərar qəbul 

etdi. Vətən müharibəsinin gedişində dağılmış bir ölkədə belə bir qərarın SSRİ 

Xalq Komissarları Soveti tərəfidən deyil,məhz Dövlət Müdafiə Komitəsi 

tərəfindən qəbul edilməsi  şübhəsiz ki,Zaqafqaziyanın sosial-iqtisadi inkişafına 

qayğıdan irəli gəlmirdi.1944-cü ilin mart ayında Zaqafqaziya respublikalarında 

xarici işlər komissarlıqları təsis edildikdən sonra Ermənistan və Gürcüstan Sovet 

respublikalarrı xarici işlər komissarlıqları qarşısında qoyulan başlıca vəzifə SSRİ-

nin  əsasən Türkiyəyə, qismən  İrana münasibətdə siyasəti ilə bağlı  məsələlərin 

işlənib hazırlanmasında və  həyata keçirilməsində bilavasitə  iştirak etmək idi. 

Eynilə Azərbaycan SSR xarici işlər komissarlığının qarşısında qoyulan əsas vəzifə 

Sovet İttifaqının İranla münasibətində həmin funksiyanı yerinə yetirmək idi. 

1945-ci il aprel ayının 6-da Sovet Ermənistanının rəhbərliyi ÜİK(b)P MK-ya 

və  İ.Stalinə iki məktubla müraciət etdi. Ermənistan SSR Xalq Komissarları 

Sovetinin sədri A.Sarkisyanın və Ermənistan Kommunist Partiyasının katibi 

Q.Arutinovun aprel ayının 6-da İ.Stalinə ünvanladıqları məktubda göstərilirdi ki, 

Birinci Dünya müharibəsi illərində türk və alman imperialistlərinin təşkil etdiyi 

qırğınlardan canlarını qurtarmaq üçün bir milyondan çox erməni Türkiyə 

Ermənistanından ərəb və Balkan ölkələrinə, Qərbi Avropa, ABŞ və digər ölkələrə 

mühacirət etmək məcburiyyətində qalmışdılar. Bunun nəticəsi olaraq qeyd edilən 

ölkələrdə çoxsaylı erməni koloniyaları yaranmışdır. Belə böyük koloniyalara 

misal olaraq məktub müəllifləri Suriya və Livanda 200 min, İranda 100-120 min, 

Balkanlarda 80 min (Rumıniyada 30 min, Bolqarıstanda 35 min, Yunanıstanda 20 

min), Misirdə 40 min, Fransada 80 min, ABŞ-da 150 mindən artıq erməninin 

olduğunu bildirirdilər. Onlar qeyd edirdilər ki, əldə olan məlumatlara görə, bu 

ölkələrdə olan ermənilər siyasi və  vətəndaş hüquqlarından istifadə edə bilmirlər. 

Məktubda deyilirdi: "Xarici ermənilərin öz əsl vətənləri olan SSRİ-yə  və Sovet 

Ermənistanına rəğbətləri artdığından bu ölkələrin hakim dairələri onlara 

arzuolunmaz ünsürlər kimi baxır və bütün vasitələrlə onların hüquq və 

azadlıqlarını kobudcasına pozurlar". Məktubda qeyd edilirdi ki, bütün bu 

maneələrə baxmayaraq xarici ermənilər SSRİ-yə  və Sovet Ermənistanına 

münasibətdə ardıcıl dostluq xətti yeridərək vətənpərvər təşkilatların geniş 

Şəbəkəsini yaratmışlar və bu təşkilatlar Qırmızı Orduya yardım fonduna vəsait 

toplanınasında aktiv iştirak edir, Sovet hökumətinin düşmənləri olan daşnaklara və 

digərlərinə qarşı  fəal mübarizə aparır, bir sıra xarici dövlətlərin bu ölkələrdə 

ermənilərdən özünə dayaq yaratmaq cəhdlərini pozurlar. Sovet Ermənistanının 

rəhbərləri bütün qeyd edilənlərdən başqa, onların   adları      çəkilən   ölkələrdə   

maddi   və   mülkiyyət  maraqlarının 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə