Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə69/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   65   66   67   68   69   70   71   72   ...   256

143 

 

matlar almağa başlamışdı. Bu məqsədlə Birləşmiş  Ştatların Sofiyadakı 



nümayəndəsi Barnes aprel ayının 10-da Bolqarıstanın xarici işlər naziri Petko 

Stainovla görüşmüş  və SSRİ  tərəfindən Türkiyə  əleyhinə yeridilməkdə olan sərt 

siyasətin bəzi tərəfləri haqqında  fikir mübadiləsi etmişdi. P.Stoinov ABŞ 

nümayəndəsinə bildirmişdi ki, o, rusların niyyətinin nə olduğunu  anlaya  bilmir  

və    rus    siyasətini  həyata  keçirən  cəsusların gizli olduğu hamıya məlumdur. 

Bolqarıstanın xarici işlər naziri Birləşmiş  Ştatların nümayəndəsini bolqar-türk 

münasibətlərində heç bir dəyişiklik gözlənilmədiyinə  əmin edərək Bolqarıstanın 

Ankaraya yeni diplomatik nümayəndəsi təyin olunmuş Nikola Antonova bu 

məzmunda göstəriş verdiyini bildirmişdi. N.Antonov Türkiyə hökumətini  əmin 

etməli idi ki, Bolqarıstan      Türkiyə      ilə      yaxşı      qonşuluq   münasibətlərini   

dəyişmək fikrində deyil və Bolqarıstanda rus hərbi qüvvələrinin mövcudluğu onun 

Türkiyə ilə olan yaxşı münasibətlərini qorumaq istəyinə heç bir təsir 

göstərməyəcəkdir.   Eyni   zamanda  P.Stoinov  Barnesə    bildirmişdi  ki, 

Bolqarıstan ölkənin cənub-şərqində yerləşdirilmiş  hərbi qüvvələrin sayını 

artırmayıb və son zamanlar həmin  ərazidə rus qoşunlarının da sayının 

artırılmadığını  bilir.  Barnes  ABŞ  Dövlət  katibinə    yazırdı:   "Nazirin 

söylədiklərindən aydın görünür ki, Bolqarıstan Türkiyənin hesabına risq etmək 

istəmir" (86). 

ABŞ və İngiltərə siyasi dairələri Türkiyənin aprel ayının 4-də SSRİ-yə təqdim 

etdiyi notaya Sovetlərin verəcəyi cavabı ciddi şəkildə izləyirdilər. Bu məqsədlə 

ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Paker aprelin 7-də Türkiyə xarici işlər 

nazirinin müavini ilə görüşmüş və xarici işlər nazirinin yetkilisi ona bildirmişdi ki, 

Türkiyənin Sovet səfirinə  təqdim etdiyi notaya SSRİ  tərəfindən hələ heç bir 

reaksiya verilməyib və əlavə etmişdi ki,  V.Molotov  San-Fransiskodan qayıdana 

kimi  Sovet İttifaqının hər hansı  təklif irəli sürəcəyi gözlənilmir. Sovet-Türkiyə 

münasibətlərində baş verən dəyişiklikləri diqqət mərkəzində saxlayan ABŞ-ın 

müvəqqəti  işlər vəkili S.Sarper Moskvadan qayıdan kimi onunla görüşdü. 

Sovetlər tərəfindən rəsmi açıqlanmasa da, V.Molotovun 19 mart bəyanatından 

sonra bir sıra mətbuat orqanları SSRİ-nin Türkiyənin  şərq vilayətlərinə  ərazi 

iddialarının ola biləcəyini ehtimal etməyə başlamışdılar. Pakerlə söhbətdə bu 

məsələyə toxunan S.Sarper SSRİ-nin Türkiyənin Qars və ya Ərdahandakı 

ərazilərinə qarşı  hər hansı iddia irəli sürmək niyyətinin olduğuna inanmadığını, 

lakin rusların Montrö konvensiyası ilə bağlı təzyiq göstərmək ehtimalının böyük 

olduğunu bildirdi. Eyni zamanda S.Sarper onu da qeyd etdi ki, Türkiyənin 

Moskvadakı  səfirliyinin SSRİ  mətbuatında Türkiyə  əleyhinə gedən tənqidi 

yazılarla bağlı apardığı    araşdırmalar bu tənqidlərin  "həm kəmiyyət, həm də 

keyfiyyət baxımından" Türkiyədən daha çox ABŞ  və Böyük Britaniyaya qarşı 

yönəldiyini  göstərdi.  Əslində bununla S.Sarper SSRİ-də gedən 

  



144 

 

siyasi proseslərin mahiyyətini və onun xarici siyasətinin hədəflərini daha düzgün 



anladığını, Qərb-Şərq qarşıdurmasını başlanğıc məqamında daha doğru 

dəyərləndirdiyini ifadə edə bilmişdi.  S.Sarper Sovetlərin San Fransisko 

konfransında iştirak üçün "beşinci dərəcəli  nümayəndələr" göndərməsini bu 

konfransı böyük üçlüyün təmsil olunduğu Yalta konfransından daha aşağı 

beynəlxalq müstəviyə keçirməsi ilə əlaqələndirirdi. Ən nəhayət, Sovet tələbləri ilə 

bağlı S.Sarper Birləşmiş  Ştatların müvəqqəti işlər vəkilinə bildirdi ki, Türkiyə 

rusların və almanların hələ 1939-cu ildəki tələblərinə qarşı sərt mövqedə dayanıb 

və indi heç kim onu hec nəyə vadar edə bilməz. Bununla bağlı Paker Dövlət katibi 

C.Birnesə yazırdı: "Görünür o, (S.Sarper-C.H.) SSRİ  tərəfindən heç bir təcavüz 

cəhdinin olmayacağını hiss edir" (87). 

V.Molotovun mart ayının 19-da S.Sarperə təqdim etdiyi bəyanat Türkiyə siyasi 

dairələri və türk mətbuatı üçün bir qədər gözlənilməz idi. Bir qayda olaraq bu tipli 

dövlətlərarası  sənədlərlə bağlı  əvvəl məsləhətləşmələr keçirilir və sonra qərar 

qəbul edilir. Lakin ilk görüşdəcə Sovet İttifaqının iyirmi illik bir dövrdə iki 

ölkənin münasibətlərini tənzimləyən müqavilədən belə nümayişkarcasına imtina 

etməsi tərəflərin münasibətlərinin gərgin mərhələyə daxil olmasından, Sovetlərin 

Türkiyəyə yönəlik iddialarının ciddiliyindən xəbər verirdi. Bu hadisə ilə bağlı türk 

mətbuatına kəskin yazılar verməmək tövsiyə olunanda ilk zamanlar xarici 

mətbuatın materialları  və Anadolu agentliyinin məlumatları ardıcıl olaraq 

mətbuatda özünə yer alırdı. Türk qəzetlərində xarici mətbuatın belə bir rəyi 

başlıqlara çıxarılırdı ki, Sovet İttifaqı bu aktla Türkiyə ilə münasibətlərə yenidən 

baxmaq və Boğazlar haqqında Konvensiyada dəyişikliklər etmək istəyir. 

Londonda Polşa mühacir hökumətinin buraxdığı "Cennik Polski" qəzetində bu 

məsələ ilə bağlı yayınlanmış bir məqalə  tərcümə edibrək türk qəzetlərinin 

əksəriyyətində yenidən çap olunmuşdu. Bu məqalədə qırmızı xəttlə belə bir fikir 

keçirdi ki, Boğazlar məsələsində Sovet İttifaqı çar Rusiyasının siyasətinə 

qayıtmışdır. Türkiyənin aparıcı jurnalistlərindən Atay, Esmer, Yalman və Yalçın 

aprel ayının 5-də türk nümayəndə heyəti ilə birlikdə San-Fransiskoya 

getdiklərindən qeyd edilən məsələyə münasibətdə ölkə  mətbuatında bir boşluq 

hiss edilirdı. Ankarada və İstanbulda çıxan "Ulus", "Cümhuriyyət", "Yeni Sabah , 

"Tasvir", "Vakıt", "Tan" və digər qəzetlərdə Sovet-Türkiyə münasibətləri 

haqqında bir qayda olaraq Sovetlərin milli müstəqillik uğrunda mübarizə 

dövründə Türkiyəyə göstərdiyi yardımlar xatırlanır, Türkiyənin Sovetlərlə dostluq 

münasibətlərində  sədaqətli olduğu yada salınır və 25 illik bir dövr ərzində onun 

SSRİ qarşısnda olan müqavilə öhdəliklərini dəqiqliklə yerinə yetirdiyi 

vurgulanırdı. Türkiyənin tanınmış  qəzetçilərindən sayılan Asım Us yazırdı ki, 

Türkiyə bir tərəfdən ingilis-fransız-türk, digər tərəfdən türk-rus sazişləri yolu ilə 

Qara və Aralıq dənizlərində kollektiv 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə