Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə66/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   62   63   64   65   66   67   68   69   ...   256

137 

 

İngiltərə münasibətlərinin inkişafını qısqanclıqla izləyirlər. Mətbuatda Amerikanın 



Sovet İttifaqına iri həcmdə və uzunmüddətli kredit verməsi haqqında məlumatların 

getməsi və SSRİ-nin Yaponiyaya müharibə elan edəcəyi ilə bağlı  məsələlər 

Türkiyədə qızğın müzakirələrə gətirib çıxarmışdı. Sovet səfirliyinin məlumatında 

deyilirdi: Türklər ehtiyat edirlər ki, Sovet İttifaqının Türkiyəyə  hər hansı  tələbi 

olduğu təqdirdə, onlar ancaq ingilislərə arxalana bilərlər. ABŞ isə ən yaxşı halda 

türkləri müdafiə üçün deyil, yalnız Sovet və ingilis nöqteyi-nəzərlərini 

yaxınlaşdırmaq üçün vasitəçi kimi çıxış edə bilər (74). 

Krım konfransından döndükdən sonra Britaniya parlamentinin icma 

palatasında U.Çörçillin Türkiyənin siyasəti barəsində ruhlandırıcı  çıxışı ölkənin 

siyasi dairələrini bir növ bədbinlikdən çıxardı. Bu zaman xarici mətbuatda gedən 

çoxlu yazılarda qeyd edilirdi ki, Türkiyə müharibəyə girməkdə yubanmışdır, artıq 

o, Birləşmiş Millətlərə heç bir köməklik göstərə bilməz. Türkiyə  mətbuatı  və 

siyasi dairələri həmin fikirlərə cavab kimi Çörçillin icma palatasındakı  çıxışına 

istinad edirdilər. 

Krım konfransından sonra 1945-ci ilin fevral ayının 20-də Britaniyanın 

Ankaradakı  səfiri M.Peterson Türkiyənin yeni xarici işlər naziri Hasan Saka ilə 

görüşüb bildirdi ki, Yalta konfransının qərarına uyğun olaraq Türkiyə mart ayının 

1-nə qədər Almaniya və Yaponiyaya müharibə elan etməsə Birləşmiş Millətlərin 

San-Fransisko konfransına qatıla bilməyəcəkdir. H.Saka təcrübəli diplomat 

olduğundan bunun nə demək olduğunu yaxşı anlayırdı. O, hələ 20-ci illərin 

əvvəllərində Lozannadakı Türkiyə nümayəndə heyətinin üzvü olmuş, 30-cu illərdə 

Türk nümayəndə heyətinin üzvü kimi Afinada və İstanbulda Balkan konfransında 

iştirak etmiş, Cenevrədə keçirilən Panavropa konfransına qatılmış və uzun müddət 

Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komissiyasına başçılıq etmişdi (75). 

M.Peterson-H.Saka  görüşündən dərhal  sonra fevral  ayının  23-də Türkiyə 

Böyük Millət Məclisinin saat 18-də açılan fövqəladə iclasında Birləşmiş 

Millətlərin 1 yanvar Bəyannaməsinə qoşulmaq, Almaniya və Yaponiyaya 

müharibə elan etmək barədə müzakirələr başladı. Sovetlərin hədələri  qarşısında  

yalqız qalmaq qorxusu və  müharibənin  sonunda dünyada şəraitin dəyişməsi 

düzgün qərarlar qəbul edilməsi üçün çıxış nöqtəsi oldu. Xarici işlər naziri H.Saka 

Britaniya səfiri ilə görüş barədə  Məclisə geniş  məlumat verərək dedi: "Bizim 

müttəfiqimiz olan İngiltərənin   səfiri   ser  Moris  Peterson  fevral  ayının  20-də  

Xarici   İşlər Nazirliyinə  gəldi, mənimlə söhbət etdi və öz hökumətinin adından 

mənə memorandum təqdim etdi. Səfir bəyan etdi ki, əgər Türkiyə mart ayının 1-nə 

qədər müharibə elan etmək haqqında qərar qəbul etsə, onda o müttəfiq dövlətlərin 

ABŞ-da qəbul edilmiş  Bəyannaməsinə qoşulmaq haqda öz arzusunu ifadə edə 

bilər. İngiltərə dövləti tərəfindən Cümhuriyyət 

 



138 

 

hökumətinə tövsiyə edilən son təklif indi məmləkət və millətimizə müttəfiqlərin 



davasına yeni bir yardımda bulunmaq və fürsəti verməkdədir. Bizim hökumətimiz 

əsaslı  şəkildə bu təklifi araşdırıb və belə fikrə  gəlib ki, bu təklifi qəbul etmək 

bizim ittifaqımıza, həyata keçirdiyimiz davamlı siyasətə tam uyğundur". Xarici 

işlər naziri H.Sakanın məlumatından sonra çıxtş edən Məclis üzvləri Ali Rana 

Tarxan,  Şemsettin Günaltay, Mümtaz Ökmen, Rasih Kaplan, Faik Öztrak. 

Mehmet Emin Ereşelgil və digərləri onun təklifini müdafiə etdilər. M.Ökmen öz 

çıxışında dedi: "Baxmayaraq ki, bizim böyük qonşumuz Stalinnqradda düşmənə 

təkbaşına müqavimət göstərdi, bu qəhrəmanlıqda qaya kimi Boğazları, özünün 

cənub və Qafqaz sərhədlərini müdafiə etmiş bizim xalqımızın da şöhrət payı 

vardır". Müzakirələrin sonunda söz alan Baş nazir Ş.Saracoğlu dünyada  dəyişən   

şərtlərə      sürətlə      uyğunlaşmağın   zəruriliyinə  toxunaraq bildirdi: Bəşəriyyət 

tarixinin son illərində bir sıra insanlar törədi. Bunlar bayraqlarının üstünü irq və 

həyat sahəsi kimi görüntülərlə  bəzədilər. Bununla da qalmadılar, bütün haqq və 

ədalət qaydalarını çeynəyərək kiçik və  məsum millətləri birər-birər boyunduruq 

altına almağa başladılar. Bu mənzərə qarşısında insanlığı, mədəniyyəti, hürriyyət 

və demokratiyanı qurtarmağa çalışan böyük dövlətlər bir-birinin ardınca silaha 

sarıldılar. Bu gün bir addım daha ataraq insanlığı, mədəniyyəti, hürriyyəti, 

istiqlalı, demokratiyanı qurtarmaq və müharibə günahkarlarını  şiddətlə 

cəzalandırmaq istəyənlərin arasına qatılmaq istəyirik. Biz çoxdan bəri müharibə 

iştirakçıları arasında faktiki olaraq tutduğumuz yeri tutmağı arzulayırıq. Bunu 

təmin etmək məqsədilə Almaniya və Yaponiyaya müharibə elan etməyi 

arzulayırıq və hesab edirik ki, bu, bütün dünyanın və  bəşəriyyətin maraqlarına  

uyğun   olduğu   dərəcədə   bizim   milli   maraqlarımıza  da uyğundur (76). Baş 

nazir Ş.Saracoğlunun bu çıxışından sonra Türkiyə Böyük Millət Məclisi 401 səslə 

Almaniya və Yaponiyaya müharibə elan etmək, Birləşmiş Millətlərin 

Bəyannaməsinə qoşulmaq barədə  qərar qəbul etdi. Türkiyənin müharibəyə daxil 

olması barədə qərar qəbul edilən günün səhəri fevral ayının 24-də ABŞ-la Türkiyə 

arasında Lendliz qanunu çərçivəsində saziş imzalandı. Az sonra isə Türkiyə mart 

ayının 5-də San-Fransisko konfransına rəsmi dəvət edildi və Birləşmiş Millətlərin 

təşkilatçıları, ilk qurucu üzvləri arasında yer aldı. 

Türkiyənin müharibəyə girməsi barəsində Böyük Millət Məclisinin qərarı istər 

ölkə  və istərsə  də ingilis-amerikan mətbuatında çoxsaylı yazılarla müşayiət 

olundu. Bütövlükdə  mətbuat bu hadisəni Türkiyənin Balkanların və Egey dənizi 

hövzəsinin gələcəyi ilə bağlı müzakirələrdə  iştirak hüququ alması kimi 

qiymətləndirirdi. Sovet səfirliyinin SSRİ Xarici İşlər Komissarlığına göndərdiyi 

məlumatda göstərilir ki, Türkiyənin müharibəyə girməsi ilə bağlı türk mətbuatı 

Türkiyənin müttəfiqlər qarşısında "xidmətlərini" yenidən müzakirəyə  çıxarmaq 

üçün əlverişli 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə