Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə64/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   60   61   62   63   64   65   66   67   ...   256

133 

 

təqdirdə ehtiyat variant kimi Qara dəniz dövlətlərinin razılığa gəlməsi, eyni  



zamanda Rumıniya və Bolqarıstana baza verilməsi nəzərdə tutulurdu (64).  

     Türkiyəyə qarşı acıqlı olsalar da, İngiltərə  və ABŞ Boğazlar məsələsində 

son dərəcə ehtiyatlı  hərəkət etməyin tərəfdarı idilər. Krım konfransı astanasında 

Britaniya Baş naziri U.Çörçillin bəyanatından belə  məlum olurdu ki, İngiltərə 

Yaponiyanın saziş  iştirakçıları  sırasından çıxarılması, Millətlər Cəmiyyəti 

idarələrinin Birləşmiş Millətlər Təşkilatı idarələri ilə  əvəz edilməsi kimi üçüncü 

dərəcəli dəyişikliklərə hazırdır. ABŞ-ın bu məsələyə münasibəti isə hələ oktyabr 

ayından başlayaraq hazırlanan Dövlət Departamentinin, Müdafiə  və  Dəniz 

Donanması Nazirliyinin Memorandumunda əks olunmuşdu.Krım konfransı 

ərəfəsində Memorandum prezident F.Ruzveltə  təqdim olunmuşdu. Orada 

göstərilirdi ki, Boğazlar rejimində  hər hansı ciddi dəyişikliklər Türkiyənin 

suverenliyini pozacaq, Balkanlardakı və Yaxın Şərqdəki siyasi və strateji qüvvələr 

nisbətinə pis təsir göstərəcəkdir. Bu məsələlər geniş  təhlil edildikdən sonra 

Memorandumda belə  nəticiyə  gəlinirdi ki, əslində Türkiyə Boğazların yaxşı 

mühafizəçisidir. Müharibə dövründə SSRİ-yə göndərilən yardımların Boğazlar 

vasitəsi ilə daşınmamasını amerikanlar Egey dənizində, Rumıniyada, 

Bolqarıstanda və Yunanıstanda Alman bloku ölkələrinin hökmranlığı ilə izah 

edirdilər. Sənəddə göstərilirdi ki, ABŞ hökuməti Sovet İttifaqının təklifinə əsasən 

Montrö sazişində  bəzi cüzi dəyişikliklərə etiraz etməyə bilər, lakin bütün 

dəyişikliklər sazişin özünün çərçivəsində edilməlidir (65). Göründüyü kimi, Krım 

konfransı  ərəfəsində Boğazlarla bağlı SSRİ Xarici İşlər Komissarlığında 

hazırlanan sənədlər, təkliflər və yazılı qeydlər ABŞ  və Britaniyanın 

mövqelərindən köklü şəkildə fərqlənirdi. 

Krım konfransı  ərəfəsində Türkiyə Boğazları Sovetlərə  hərbi yüklər daşıyan 

müttəfiq gəmiləri üçün açmışdı. Bu addımın Montrö sazişinin maddələrinə zidd 

olması  həmin dövrün siyasi şəraiti baxımından elə bir əhəmiyyət daşımırdı. 

Bununla belə, Türkiyə siyasi dairələri müttəfiqləri olan İngiltərənin soyuq 

münasibətindən narahatlıq keçirir və U.Çörçillin müharibəyə girməsəniz, 

müharibədən sonra yalqız qalacaqsınız" təhdidini tez-tez xatırlayırdılar. Lakin 

Krım konfransında U.Çörçill daha tədbirli hərəkət etdi. 

      Fevral ayının 8-də Yaltadakı müzakirələrdə İ.Stalin Türkiyənin İkinci Dünya 

müharibəsində yeritdiyi siyasətdən narazlıq edərək bildirdi ki, Türkiyə iki tərəf 

arasında var-gəl edir və qalib tərəf üzərində möhtəkirlik etməyə çalışır. Elə ilk 

müzakirələrdə Çörçill Stalinin bu fikrini dəstəkləmədi. O bildırdi ki, Türkiyənin 

Birləşmiş Millətlərə üzv olmasını  qızğın  şəkildə müdafiə etməyəcəkdir. Lakin 

bununla belə Çörçill qeyd etdi ki, müharibə boyunca Türkiyənin müttəfiqlərə 

münasibəti dostluq münasibəti olmuşdur (66). . Ankaradakı Sovet səfirliyinin 

birinci katibi V.Qrubyakov SSRİ xarici İşlər komissarının müavini 

S.Kavtaradzeyə yazırdı: "Türklər ehtiyat edir- 

 



134 

 

lər ki, Krım konfransında gizli sazişlər imzalansın. Onlar konfransın qərarlarının 



tənqidinin müttəfiqlərin nazarılığına səbəb ola biləcəyindən və Türkiyənin təcrid 

olunmuş vəziyyətə düşəcəyindən ehtiyatlanırlar" (67). 

Krım konfransı başa çatdıqdan sonra da fevral ayı  ərzində SSRİ Xarici İşlər 

Komissarlığı Boğazlar məsələsi ilə bağlı 1944-cü ilin noyabr ayından başlayan 

gərgin axtarışlarını davam etdirirdi. Komissarlığın Yaxın Şərq şöbəsində 1945-ci 

ilin 20 fevralında hazırlanan "Boğazlar rejimi haqqında məsələyə dair" analitik 

materialda üç müttəfiq dövlətin təminatı altında ikitərəfli Sovet-Türk sazişi 

çərçivəsində Boğazlar məsələsinin həlli SSRİ üçün əlverişli sayılırdı. Bundan bir 

qədər az əhəmiyyətli variant kimi bütün Qara dəniz dövlətlərinin sazişini üç  

müttəfiq dövlət arasında sazişlə  əlaqələndirməklə Boğazlar rejiminin 

reqlamentləşdirilməsi məqsədə uyğun hesab edilirdi. Artıq fevral ayının 24-də 

Türkiyədəki səfir S.Vinoqradovla Xarici İşlər Komissarlığının ekspert-

məsləhətçisi V.Durdenevski arasında söhbətdən aydın olur ki, Türkiyə özünü 

hərbi təhlükə altında elan etdikdə onun bu barədə qəbul etdiyi qərarlara Birləşmiş 

Millətlərin Təhlükəsizlik  Şurası  tərəfindən nəzarət funksiyasının saxlanması 

Sovetlər tərəfindən arzuolunmaz sayılır (68). Şübhəsiz ki, bu, Krım konfransının 

gedişində Boğazlar məsələsi ilə bağlı müttəfiqlərin mövqelərinin Sovet 

rəhbərliyini təmin etməməsi ilə bağlı idi. Eyni zamanda fevral ayının 24-də axşam 

İ.Stalinin Moskvaya çağırılmış Ankaradakı Sovet səfiri S.Vinoqradovu qəbul 

etməsi və onunla bir saata yaxın söhbət etməsi Sovetlərin Türkiyəyə, ilk növbədə 

isə Boğazlara yönəlik planlarının ciddi xarakter almasından xəbər verirdi. Səfir 

S.Vinoqradovla yanaşı SSRİ xarici siyasətinin müəyyənləşdirilməsində bilavasitə 

iştirak edən Molotov, Beriya, Malenkov, Vışinski, Kavtaradze, habelə 

Rumıniyada Sovet nəzarət komandanlığının sədri general-leytenant Vinoqradov 

və Xarici İşlər Komissarlığının şöbə müdiri Pavlov söhbətdə iştirak edirdi (69). 

Krım konfransı haqqında ilk məlumatlar Türkiyə  mətbuatında 1945-ci ilin 

yanvar ayının sonu, fevral ayının  əvvəllərində getməyə başlamışdı. Bu 

məlumatları Türkiyə mətbuatı Bern və Qahirə mənbələrinə istinadən versələr də, 

Sovet diplomatik idarələri Moskvaya yazdıqları gizli məlumatlarda həmin 

yazıların Alman mənbələrinə istinadən hazırlandığını iddia edirdilər. Krım 

konfransında müzakirə edibcək məsələlər barədə türk mətbuatı müxtəlif ehtimallar 

irəli sürürdülər. Hakimiyyətə yaxın olan qəzetlərin Balkanlarda və Şərqi Avropada 

hadisələrin gedişindən ciddi narahatçılığı hiss edilirdi. Tanınmış jurnalist N.Sadak 

12 yanvar tarixli "Akşam" qəzetində yazırdı: "Məgər bu gün Rumıniya, 

Bolqarıstan, qismən Yuqoslaviya, Polşa və Macarıstan hərbi şəraitlə bağlı olaraq 

Sovet işğalı altında yerləşmir, sabah isə növbə Avstriya və Çexoslovakiyaya 

çatacaqdır. Təbiidir ki, əgər müttəfiqlər Ziqfrid xəttini Qərbə 

 

  




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə