Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə60/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   56   57   58   59   60   61   62   63   ...   256

125 

 

 Lakin M.Litvinov qeyd edirdi ki, bir sıra formal cəhətlərdən yayınaraq indiki 



müharibə  nəticəsində  şəraitin ciddi şəkildə  dəyişməsi  əsasında Montrö sazişi 

haqqında məsələni qoymaq mümkündür. Bunu M.Litvinov Yaponiyanın 

konvensiya iştirakçıları sırasından çıxarılması və Montrö sazişinin bir maddəsində 

istinad edilən Millətlər Cəmiyyətinin öz fəaliyyətini dayandırmas ilə 

əlaqələndirirdi. M.Litvinovun fikrincə,  əlbəttə, Türkiyənin yenidən baxılmasına 

müqavimət göstərəcəyi halda Sazişə yalnız onun iştirakçılarının  əksəriyyəti,  ən 

əsası isə  İngiltərə ilə qabaqcadan razılaşma və  əməkdaslıq  şəraitində yenidən 

baxmaq mümkün ola bilər (50). 

Sonra M.Litvinov Montrö sazişinin Türkiyəyə üstünlük verən maddələrinin 

təhlilinə keçirdi və bunların arasından  ən mühümü kimi Boğazlara nəzarət 

funksiyasının Türkiyəyə verilməsini dəyərləndirirdi. Eyni zamanda o, xatırlatmağı 

zəruri sayırdı ki, məhz nəzarət hüququnun Türkiyəyə verilməsində Sovet İttifaqı 

həm Lozannada, həm Lozannadan sonrakı dövrdə, həm də Montrö konfransının 

özündə Türkiyə ilə birlikdə təkid etmişdir. M.Litvinov Sovet rəhbərliyinə təqdim 

etdiyi məruzədə etiraf edirdi ki, praktiki baxımdan nəzarət, xüsusilə Boğazlar 

möhkəmləndirildikdə  və silahlandırıldıqda onların sahillərində yerləşən və ona 

sahib olan dövlətə məxsus olur. Bu fikrini əsaslandırmaq üçün o, rus hökumətinin 

1915-ci ilin mart ayının 4-də müttəfiqlərin Memorandumunda yazdığı bir ideyaya 

istinad edirdi. Orada deyilirdi: "Son hadisələrin gedişatı belə bir fikir doğurur ki, 

Konstantinopol və Boğazlar məsələsi Rusiyanın  əsrlər boyu cəhdlərinə uyğun 

qurulmalı  və sonadək həll edilməlidir. Konstantinopol şəhəri, Bosforun Qərb 

sahilləri, Mərmərə dənizi və Dardanell, eyni zamanda Enos-Midiya xətti boyunca 

Cənubi Frakiya gələcəkdə Rusiya imperiyasının tərkibinə daxil edilməyəcəyi 

təqdirdə  məsələnin hər hansı  həlli qəti və yetərli olmayacaqdır. Bununla yanaşı 

strateji zəruriliyi nəzərə alınmaqla Bosfor ilə Sakariya çayı hüdudlarında Asiya 

sahillərinin bir hissəsi və İzmid gölü sahillərinə aid müəyyən olunmuş məntəqələr, 

Mərmərə  dənizinin adaları,  İmbros və Teledos adaları imperiyanın tərkibinə 

qatılmalıdır" (51). 

Həmin vaxt İngiltərə  və Fransa məsələnin sonadək həllini sülh müqaviləsi 

bağlanan zamana keçirməklə bu təklifə prinsipial razılıqlarını bildirmişdilər. 

Həmin zamanlarda Türkiyə müttəfiqlərə qarşı vuruşurdu və məğlub ölkə kimi belə 

bir qərarı ona qəbul etdirmək olardı. M.Litvinov yazırdı ki, indi ona uyğun analoji 

vəziyyət mövcud deyildir. "Güc tətbiq etmədən yalnız diplomatik yollarla 

Türkiyəni sahilləri silahsızlaşdırıb taktiki olaraq Boğazlara nəzarətdən məhrum 

etmək mümkün deyildir. Əlbəttə, formal nəzarətin bizə verilməsi məsələsini 

qoymaq olar, lakin bu halda belə bunu güc tətbiq etmədən və ya güc tətbiq 

etməklə  hədələmədən həyata keçirmək, hətta bizim təkliflərimiz  İngiltərə 

tərəfindən müdafiə olunacağı təqdirdə belə çətin ki, mümkün olsun". 

 



126 

 

M.Litvinov təklif edirdi ki, mümkün variant SSRİ  və Türkiyənin Boğazlara 



birgə  nəzarətidir. Lakin bu yalnız iki ölkə arasında sıx dost münasibətlərinin 

mövcudluğu və Türkiyənin belə birgə  nəzarətə könüldən razılığı olduğu halda 

yaxşı  nəticələr verə bilər. Heç şübhəsiz, Türkiyə birgə  nəzarətə  məcbur edildiyi 

halda, dost olmayan münasibətlər şəraitin bu variant çətin ki, bizi təmin etsin. Bu 

halda Türkiyə  gəmilərin buraxılması haqqında bizim istənilən təklifimizə etiraz 

edə və nəzarəti qeyri- səmərəli vəziyyətə sala bilər. Lakin bu halda belə SSRİ ilə 

Türkiyər birgə nəzarəti Türkiyənin indiki tək nəzarətindən daha əlverişlidir (52). 

M.Litvinov komissiyası Sovet rəhbərliyinə tövsiyə edirdi ki, Lozan və Montrö 

arasında mövcud olan beynəlxalq nəzarətə qayıdılmasından imtina edilməlidir. 

Lakin bizim təsirimizin Rumıniya və Bolqarıstanı yetərincə möhkəm olduğu 

şəraitdə Qara dəniz dövlətlərinin birgə nəzarəti ideyası tamamilə qəbul ediləndir. 

Bu halda biz nəzarət komissiyasında səslərin dörddə üçünü əldə edirik, Gürcüstan 

və Ukraynanın komissiyaya daxil edibcəyi təqdirdə isə biz səslərin altıda beş 

hissəsinə malik oluruq.  

SSRİ Xarici İşlər Komissarlığının ekspertləri müxtəlif variantları müzakirə 

etdikdən sonra belə qənaətə gəlirdilər ki, gəmilərin Boğazlarda buraxılmasına aid 

reqlament Boğazlara nəzarətdən az əhəmyyətli deyildir. Ona görə M.Litvinov 

yazırdı: Nəzarət Türkiyəninmi  əlində qalacaq birgə Sovet-Türk nəzarətimi 

qurulacaq, yaxud Qara dəniz nəzarət komissiyasımı yaradılacaq, bütün bunlardan 

asılı olmayaraq biz Montrödə müəyyən edilmiş reqlamentin özünün dəyişməsinə 

nail olmalıyıq (53). 

Montrö sazişinə yenidən baxılması ilə bağlı Xarici İşlər Komissarlığı SSRİ 

Hərbi-Dəniz Donanması Komissarlığı ilə  məsləhətləşmələr aparmışdı. Hərbi-

Dəniz Donanması Komissarlığı belə hesab edirdi ki, ticarət gəmilərinin 

Boğazlardan keçməsini tənzim edən Sazişin birinci bölməsi SSRİ-nin maraqlarını 

tamamilə təmin etdiyindən onun dəyişdirilməsinə ehtiyac yoxdur. M.Litvinov isə 

təklif edirdi ki, Türkiyə özünü bilavasitə  hərbi təhlükə  hədəsi altında hiss etdiyi 

halda, onun Boğazlardan ticarət gəmilərinin keçməsi üçün xüsusi qayda tətbiq 

etməsini nəzərdə tutar altıncı maddənin ləğv olunmasını tələb etmək lazımdır (54). 

Montrö sazişinə görə Boğazlardan hərbi gəmilərin keçməsinə  gəldikdə isə, 

Hərbi-Dəniz Donanması Komissarlığı təkid edirdi ki, Qara dəniz dövlətlərinin hər 

hansı  hərbi gəmisinin həm sülh dövründə, həm də müharibə dövründə Boğazlar 

vasitəsi ilə hər iki tərəfə hərəkətinə tam hüquq verilməlidir. M.Litvinov bu təklifi 

müdafiə edirdi və bildirirdi ki, bu hüququ məhdudlaşdıran və  sıxışdıran 

maddələrin ləğvinə nail olmaq lazımdır. 

Daha sonra SSRİ Hərbi-Dəniz Donanması Komissarlığı 10 min ton ümumi su 

tutumu olan gəmilərin rəsmi səfərləri istisna olmaqla, qeyri-qara dəniz 

dövlətlərinin hərbi gəmilərinin Qara dənizə daxil olması 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə