Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə59/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   55   56   57   58   59   60   61   62   ...   256

123 

 

Çörçilli tələsdirmək istəmir, lakin onu xəbərdar etmək istəyir ki, Sovet ittifaqının 



qarşısında belə bir məsələ dayanır və o, istəyərdi ki, Çörçill məslənin belə 

qoyuluşunun qanuniliyini qəbul etsin. İ.Stalinin bu təklifinə Çörçill cavab verdi ki, 

o, bununla nəinki prinsip etibarı ilə razıdır, hesab edir ki,Sovet İttifaqı sazişin 

dəyişdirilməsinin vacibliyi ilə bağlı baxışlarını elan etmək haqqında təşəbbüsü öz 

üzərinə götürüb bu məsələ barəsində  nə düşündüyünü Birləşmiş  Ştatlara 

bildirməlidir.Öz tərəfindən Britaniya hökuməti Sovet İttifaqının iddiasını prinsip 

etibarilə  ədalətli və  mənəvi cəhətdən  əsaslandırılmış hesab edir (43). 

Beləliklə,Moskva danışıqlarında U.Çörçill Sovet İttifaqının Montrö sazişinə 

yenidən baxılması  və Boğazlar rejiminin dəyişdirilməsi haqqında iddialarına  

tərəfdar oldu. Lakin danışıqların mətni ilə tanışlıq və istifadə olunan ifadələrin 

müqayisəsi belə bir fikir söyləməyə  əsas verir ki, Çörçill Montrö sazişinin ayrı-

ayrı maddələrində dəyişiklik etməyə, Stalin isə onu dəyişməyə, Sazişi bütövlükdə 

yenisi ilə əvəz etməyə üstünlük verirdi. 

Sovet və Britaniya rəhbərlərinin görüşündən dərhal sonra SSRİ Xarici İşlər 

Komissarlığında M.Litvinovun başçılığı ilə  fəaliyyət göstərən "Sülh 

müqavilələrinin hazırlığı  və müharibədən sonrakı quruculuğu üzrə komissiya" 

Sovet  İttifaqı ilə  İngiltərə arasında  əməkdaşlığın mümkün əsasları  və 

perspektivləri haqqında böyük bir sənəd hazırladı. 1944-cü ilin noyabr ayının 15-

də Stalinə, Molotova, Dekanozova, Lazovskiyə  və digərlərinə göndərilən bu 

sənəddə Sovet-İngiltərə  və Rusiya-Britaniya münasibətlərinin keçmişinə geniş 

ekskurs edilirdi. Xüsusilə Yaxın və Orta Şərqdə bu iki dövlətin rəqabəti və 

əməkdaşlığı diqqətlə nəzərdən keçirilir, münasibətlərin həlledici məqamları geniş 

təhlil edilirdi (44). Sənəddə göstərilirdi ki, Osmanlı imperatoluğunun Britaniyanın 

maraqlarına uyğun formada parçalanması  Şərq məsələsi deyilən problemi 

əhəmiyyətli dərəcədə azaltmış və onu bir növ köhnəltmişdir. Orada qeyd edilirdi 

ki, İngiltərə əlbəttə ki, Sovet İttifaqının kamalçı Türkiyə ilə dostluğuna əyri baxır 

və onu narazılıqla qarşılayırdı (45). 

Boğazlar məsələsi ilə bağlı  sənəddə qeyd olunurdu ki, bu məsələ  əvvəlki 

kəskinliyini itirsə  də, ümumilikdə mövcuddur. İndiki vəziyyət Britaniyanı  təmin 

etsə də, Sovetləri təmin etmir. Boğazlar haqqında məsələyə baxılması qaçılmazdır, 

çətin ki, İngiltərə bunun əleyhinə olsun. Biz konvensiyaya dəyişiklikləri 

özümüzün arzuladığımız istiqamətdə etməliyik,  əgər mümkün olsa Boğazlar 

üzərində  nəzarəti Qara dəniz sahillərındəki ölkələrin  əlinə keçirməliyik. 

İngiltərənin bu məsələdə bizimlə razılaşmayacağını düşünməyə heç bir əsas 

yoxdur (46). Beləliklə, M.Litvinov komissiyasının hazırladığı  sənəddə Montrö 

sazişinə SSRİ-nin maraqları nöqteyi-nəzərindən yenidən baxılmasının zəruriliyi 

tarixi cəhətdən  əsaslandırılır,  eyni  zamanda Avropada və Balkanlarda 

"təhlükəsizlik sahəsi"nin müəyyənləşdirilməsi və Türkiyənin Sovet "təsir 

dairəsi"nə 

 



124 

 

daxil edilməsi barədə  İngiltərə ilə "centlmen sazişinin" bağlanması  təklif  



olunurdu. Orada deyilirdi: "Müharibədən sonrakı dövrdə ingilis-sovet 

münasibətlərində böyük ziddiyyətlər yalnız Avropada qüvvələr nisbəti 

mülahizəsindən irəli gələcəkdir. Bu ziddiyyətlər Almaniya məğlub olduqdan, 

Fransa və  İtaliya isə  zəiflədikdən sonra SSRİ-nin gücünün artması  nəticəsində 

daha da kəskinləşə bilər. Lakin ziddiyyətlərin kəskinliyinə baxmayaraq hadisələr 

İngiltərəni bizimlə Sazişə vadar edəcəkdir Belə Saziş yalnız Avropada 

təhlükəsizlik sahəsinin yaxın qonşu prinsipi üzrə qarşılıqlı razılaşma  əsasında 

həyata keçirilə bilər. Sovet İttifaqı Finlandiyanı,  İsveçi, Polşanı, Macarıstanı, 

Rumıniyanı, Balkan yarımadasının slavyan ölkələrini Türkiyə ilə bərabər özünün 

maksimum maraq sahəsinə aid edə bilər. Elə oradaca qeyd edilirdi ki, belə bölgü 

üzrə Sazişə Norveç,  Yuqoslaviya və Türkiyəyə münasibətdə İngiltərə tərəfindən 

etiraz gözlənilə bilər. Coğrafi baxımdan həmin ölkələr SSRİ-yə yaxın olmasına 

baxmayaraq Britaniya onları, xüsusilə Norveç və Türkiyəni öz təhlükəsizlik 

sahəsinə daxil etmək istəyir" (47). Sənədin sonunda qeyd edilirdi ki, Boğazlar 

haqqında Montrö sazişinə baxılması barədə qarşılıqlı  razılığı özündə əks etdirən 

təkliflər  əlavə olaraq əsaslandırılacaqdır. Eyni zamanda müharibədən sonrakı 

dövrdə SSRİ ilə Britaniya arasında  İran,  Əfqanıstan və  hətta mümkündür ki

Sinsiyan (Çin) üzrə razılığa gəlinməsi Xarici İşlər Komissarlığının təkliflərində 

özünə yer almışdı (48). Bu sənədlə tanış olarkən onun üzərindəki qeydlərindən 

aydın olur ki, xarici işlər komissarı V.Molotov M.Litvinov komissiyasının 

hazırladığı geniş arayışın "təsir dairəsi" haqqında  söhbət gedən bölmələrinə daha 

çox maraq göstərmişdir (49). 

M.Litvinov komissiyasının hazırladığı ikinci sənəd bilavasitə "Boğazlar 

haqqında məsələyə dair" adlanırdı və İngiltərə ilə əməkdaşlığın əsasları haqqında 

qeydlərə  əlavə olaraq hazırlanmışdı.  Əslində birinci geniş  sənədin yekunlarında 

verilmiş üçüncü bənddə qeyd olunurdu ki, Boğazlar məsələsinə dair təkliflər əlavə 

sənəddə  təqdim olunacaqdır. Elə  həmin gün, 1944-cü ilin 15 noyabrında 

M.Litvinov tərəfindən imzalanmış  və Stalin, Molotov, Dekanozov, Lazovski, 

Manuilski, Mayski və Surisə  təqdim olunmuş dörd səhifəlik qeydlərdə Boğazlar 

məsələsinə münasibətdə Sovetlərin arzu və  təklifəri  əks olunmuşdu. Boğazlar 

məsələsi haqqında  əvvəllər hazırlanmış tarixi arayışlar bu məruzənin 

hazırlanmasında  əsas kimi götürülmüşdü. Bütövlükdə  sənəd Boğazlardan 

gəmilərin buraxılması rejiminə münasibətdə Türkiyəni müstəsna nəzarət 

hüququndan məhrum etməyə yönəlmişdi. Orada gösətrilirdi ki, Boğazlar haqqında 

sazişin müddəti 1956-cı ildə başa çatır. Bu müddət başa çatmadan Konvensiyaya 

dəyişikliyi nəzərdə tutan hallar bizə imkan vermir ki, Türkiyə ilə razılaşmadan 

bizim arzuladığımız dəyişikliyə nail olaq. 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə