Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə55/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   51   52   53   54   55   56   57   58   ...   256

115 

 

Türkiyə Böyük Millət Məclisinin Almaniya ilə münasibətləri kəsmək haqqında 



qərarı  Ş.Saracoğlu və tanınmış  qəzetçi Falih Rıfkı Atayın birgə  fəaliyyəti 

nəticəsində avqust ayının 3-dən başlayaraq türk mətbuatının aparıcı mövzusuna 

çevrildi.  İstanbulda çıxan və Almaniyaya rəgbətlə yanaşan "Türkiş Post" və 

"Beyoğlu" qəzetləri hökumətin qərarı ilə bağlandılar. 

Böyük Millət Məclisinin avqust ayının 2-də verdiyi tarixi qərarı 

dəyərləndirərək prezident İ.İnönü qeyd edirdi ki, xarici siyasətimiz bu il içərisində 

yeni bir mərhələyə daxil olmuşdur.  İngiltərə ilə ittifaqın çərçivəsi içində olaraq 

Almaniya ilə iqtisadi və diplomatik münasibətlərin kəsilməsinə qərar vermişik. Bu 

tarixi qərar öz əhəmiyyətinə görə gözlənilən nəticələri vermişdir. Şübhəsiz ki, bu 

qərar milli iradənin çox önəmli və isbatlı bir əsəri olmuşdur (22). 

1944-cü ilin 5 sentyabrında SSRİ-nin Bolqarıstana müharibə elan etməsi Sovet 

Ordusunun Balkanlarda güclənmək və Türkiyə  sərhədlərinə yaxınlaşmaq 

təhlükəsini artırdı. Həmin ilin payızından başlayaraq kommunist təşkilatlarının 

Balkanlarda fəallaşması  və hakimiyyəti  ələ keçirmək istiqamətində  fəaliyyətləri 

bölgənin gələcəyi baxımından Türkiyəni narahat etməyə başlamışdı. 

Sovet Ordusunun Balkanlara yaxınlaşması müttəfiqlərin də müəyyən 

narahatçılığına səbəb olmuşdu. Britaniya Baş naziri müvafiq idarələrə göstəriş 

vermişdi ki, İtaliya və Balkanlarda ruslarla ixtilaf doğura biləcək məsələləri 

araşdırsınlar. U.Çörçillə  təqdim edilən raportda göstərilirdi ki ruslar Balkanların 

və  İtaliyanın kommunistləşdirilməsi xəttini götürüblər.  Əgər bu xətt onların 

məqsədidirsə  və uzun nəzərdə tutulubsa, hadisələrin sonrakı gedişi elə  də asan 

olmayacaq (23). 

1944-cü ilin ortalarından başlayaraq müttəfiqlərin hər biri ayrılıqda 

müharibədən sonrakı dövr üçün Yaxın və Orta Şərqdə öz milli maraqlarını  əks 

etdirən konsepsiyalar hazırlamağa başlamışdılar. Müharibə sona yaxınlaşdıqca üç 

böyük dövlətin  İran və Türkiyəyə münasibətdə uzun müddə yeritdikləri vahid 

siyasətdə fərqliliklər yaranmağa başlayırdı. Region uğrunda yanacaq və energetika 

mənbələrinə sahib olmaq uğrunda başlanan gizli geosiyasi mübarizə müttəfiq 

dövlətlərin bir sıra rəsmi orqanlar tərəfindən hazırlanan layihələrdə öz əksini 

tapırdı. Müharibənin boyük ağırlığını çiyinlərində  çəkmiş müttəfiqlər həmin 

layihələrdə  əks olunmuş milli maraqların cazibə dairəsində  tədricən rəqiblərə 

çevrilməyə başlayırdılar. 1944-cü ilin yayından başlayaraq Yaxın və Orta Şərqdə 

təsir dairəsi, həmçinin neft uğrunda mübarizə müttəfiqlər arasında hələ möhkəm 

görünən  əməkdaşlığın çat verməsindən xəbər verirdi. Sovet Ordusunu döyüş 

meydanlarında qələbəsi, ölkə  ərazisinin alman faşist işğalçılarında təmizlənməsi, 

SSRİ-nin gücünün və qüdrətinin, habelə beynəlxalq nüfuzunun artması onun 

xarici siyasətini müəyyən edən mühüm amilə çev- 

  



116 

 

rilmişdi. Artan gücün təhlükəsi fonunda bir tərəfdən  İngiltərə  və ABŞ Sovet 



İttifaqını Yaxın və Orta Şərqin enerji mənbələrinə, strateji baxımdan əhəmiyyətli 

sayılan Aralıq dənizi rayonuna yaxın buraxmaq istəmir, digə  tərəfdən  İranın 

şimalında Sovet hərbi hissələrinin olması,Qızıl Ordunun Bolqarıstana girməsi 

qeyd edilən regionlarda Sovet İttifaqının güclənməsi üçün   əlverişli   şərait  

yaradırdı. 1944-cü   ilin   yanvarında   Xarici   işlər komissarının müavini 

İ.Mayskinin V.Molotovun adına hazırladığı "Gələcək sülhün arzuolunan əsasları 

haqqında" qeydlərinə uyğun olaraq SSRİ Xalq Komissarları Soveti  1944-cü ilin 

mart ayının 6-da "Cənubi Azərbaycan  əhalisinə iqtisadi və  mədəni yardımın 

gücləndirilməsi haqqında"qərar qəbul etdi (24). Bu qərara uyğun olaraq İran 

Azərbaycanındakı Sovet diplomatik idarələri, hərbi komendantlıqları, ticarət və 

nəqliyyat nümayəndəlikləri Sovet Azərbaycanı  vətəndaşları hesabına 

gücləndirildi.  İran və Türkiyəyə  təsir imkanlarını genişləndirmək üçün Sovet 

rəhbərliyinin razılığına uyğun olaraq 1944-cü ilin mart ayının 20-də Azərbaycan 

K(b)PMK-sının Bürosu Qafqaz müsəlmanları  Ruhani  İdarəsmin  yaradılması 

haqda qərar qəbul etdi (25). Bundan bir qədər əvvəl,1943-cü ilin 20 oktyabrında 

ÜİK(b)P MK Siyasi Bürosunun Eçmiədzin məsələsi üzrə bütün ermənilərin 

katolikosu ilə SSRİ hökuməti arasında əlaqəni həyata keçirmək üçün Ermənistan 

SSR Xalq Komissarları Soveti yanında erməni-qriqoryan kilsəsi üzrə  Şuranın 

yaradılmasına icazə verilməsi xaricdə, ilk növbədə isə Yaxın və Orta Şərqdə 

yaşayan ermənilər içərisində fəal iş aparmaq niyyətləri ilə bağlı idi (26). 1944-cü 

ilin martında müttəfiq respublikalarda, o cümlədən Zaqafqaziya respublikalarında 

Xarici  İşlər Komissarlıqlarının yaranması qonşu ölkələrə münasibətdə yeridilən 

sovet siyasətinin tərkib hissəsi idi. Eyni zamanda 1944-cü ilin 19 mayında Xalq 

Komissarları Sovetinin Ümumittifaq Mədəni  Əlaqə  Cəmiyyətinin filialı kimi 

Təbərizdə  Mədəniyyət evi açılması  və iyunun 24-də V.Molotovun Təbərizdə 

Azərbaycan dilində orta məktəb açılması haqqında qərarı imzalaması Sovet 

İttifaqının Yaxın və Orta Şərqdə möhkəmlənmək niyyətinə xidmət edirdi (27). 

Sovet  İttifaqı Yaxın  Şərq siyasətinin ilkin mərhələsində Amerika və 

Britaniyanın bu regionda hansı addımları atacağında son dərəcə maraqlı idi.Uzun 

illər  ərzində Orta Şərqdə Rusiya və  İngiltərə  ənənəvi rəqabətinə 1944-cü ilin 18 

yanvar Memorandumu ilə Birləşmiş  Ştatlar "üçüncü xarici qüvvə kimi əlavə 

olundu. Yaxın  Şərqdə, ilk növbədə isə  İranda güclənən Sovet siyasətinə qarşı 

ingilis-amerikan  əməkdaşlığının yaradılması istiqamətində ABŞ Dövlət 

Departamenti bir sıra addımlar atdı. ABŞ Dövlət katibinın müavini E.Stetiniusun 

1944-cü ilin aprel-may aylarında Londona səfəri zamanı Britaniya Xarici İşlər 

Nazirliyinin müavini M.Peterson ilə Türkiyə istisna olmaqla Yaxın və Orta Şərqin 

bütün ölkələri haqqında müzakirə apardılar. London görüşündə razılıq əldə edildi 

ki, İranda neft konsesiyaları 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə