Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə58/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   54   55   56   57   58   59   60   61   ...   256

121 

 

təxminən səkkiz il sonra SSRİ Xarici İşlər Komissarlığının belə geniş  şəkildə ona 



qayıtması, konfransın keçirildiyi şəraiti dərindən təhlil etməsi, Sovet İttifaqının 

narazı qaldığı  məqamları  dəqiqliklə aydınlaşdırması Boğazlar məsələsi barədə 

Montrö sazişini təftiş etmək istiqamətində Sovetlərin gizli niyyətlərindən xəbər 

verirdi.1944-cü ilin oktyabr ayının 9-da Moskvada U.Çörçillin İ.Stalinlə 

danışıqları başlanan zaman Sovet tərəfi Boğazlar haqında məsələnin müzakirəyə 

çıxarılmasına ciddi səkildə hazırlaşmışdı. Həmin danışıqlarda Britaniya tərəfindən 

A.İden,Moskvadakı  səfir A.Kerr, Çörçillin tərcüməçisi C.Birs, Sovet 

tərəfindənV.Molotov və Pavlov iştirak edirdi. 

Moskva danışıqlarında ilk olaraq cəbhələrdəki vəziyyət, Polşaya münasibət və 

Balkanlarda nüfuz dairəsi müzakirə edildi. Britaniya Baş naziri Çörçillin təqdim 

etdiyi "qaralama sənəd"ə görə Rumıniya 90 faiz Rusiya, 10 faiz digərlərinin, 

Yunanıstan 90 faiz İngiltərə (ABŞ-la  əməkdaşlıqda), 10 faiz digərləri, 

Yuqoslaviya və Macarıstan 50 faiz 50 faizə, Bolqarıstan 75 faiz Rusiya, 25 faiz 

digərlərinin təsirinə aid edilirdi. "Faiz Sazişi"ndə  İ.Stalinin diqqətini cəlb edən 

əsas məsələ Yunanıstan məsələsi idi (40). Bu sənəd  əslində Yunanıstanı  çıxmaq 

şərti ilə SSRİ-nin Balkanlarda üstün təsirini təmin edirdi. Bununla belə  İ.Stalin 

qeyd etdi ki, Bolqarıstanda İngiltərə üçün nəzərdə tutulan 25 faiz cədvəldəki digər 

rəqəmlərlə  həmahəng deyildir. O belə bir düzəliş etməyi zəruri sayırdı ki, 

Bolqarıstanda 90 faiz Sovet İttifaqı, 10 faiz İngiltərə üçün nəzərdə tutulmalıdır.  

Balklanlar məsələsi müzakirə edilən zaman V.Molotov Türkiyə  məsələsinin 

bura aid olub-olmaması ilə maraqlandı. Çörçill Türkiyə məsələsinə toxunmasa da, 

ingilislərin fikrində olanları açıqladığını bildirdi və  məsələni axıra qədər həll 

etmək üçün bir daha görüşməyin zəruriliyini qeyd etdi. Bundan sonra İ.Stalinlə 

U.Çörçill arasında Qara dəniz Boğazları və Türkiyə haqqında maraqlı mükalimə 

başlandı.  İ.Stalin dedi: "Əgər söhbət Türkiyədən gedirsə, Montrö sazişinə görə 

Türkiyə Boğazlarda bütün hüquqlara malik olduğu halda, Sovet İttifaqının çox az 

hüququ vardır. Montrö sazişinə görə yapon imperatorunun nə qədər hüququ varsa

Sovet  İttifaqının da bir o qədər hüququ vardır".  İ.Stalin belə hesab edirdi ki, 

nıüasir  şəraitə köklü  şəkildə  uyğun gəlmədiyindən Montrö sazişinə baxmaq 

haqqında məsələni hökmən müzakirə etmək lazımdır. U.Çörçill cavabında qeyd 

etdi ki, Türkiyə indi müharibəyə daxil olmaq hüququnu itirib. Əvvəllər o 

müharibəyə ona görə girmədi ki, müasir silahı olmadığından Almaniyadan 

qorxurdu. Bundan başqa türklər nəinki müasir silahla davranmağı bacarmırlar, 

həm də çoxsaylı hazırlığı olan orduya malik deyillər. Lakin İ.Stalin qeyd etdi ki, 

türklər indi Frakiyada 26 diviziya cəmləşdiriblər, məlum deyil onlar bu 

diviziyaları kimə qarşı  cəmləşdiriblər.  Bunu Çörçill türklərin bolqarlardan 

ehtiyatlanması    ilə  əlaqələndirdi və  əlavə etdi ki, almanlar fransızlardan  ələ 

keçirdikləri silahı 

 



122 

 

bolqarlara veriblər.  İndiki müharibədə türklər bolqarlardan çəkinməyi  öyrəndilər 



(41). 

Türkiyəyə  və Boğazlara münasibətdə U.Çörçillin Tehran konfransındakı 

gözləmə mövqeyi ilə 9 oktyabr danışıqlarında Türkiyənin müharibəyə girmək 

hüququnu itirməsi barədə fikrini müqayisə edən İ.V.Koçkin belə bir nəticəyə gəlir 

ki, bu, Boğqalar məsələsində Türkiyənin Britaniya yardımına hüququnu itirməsi, 

İngiltərənin ona "soyuq münasibətinin" təzahürü demək idi (42). 

Rusiyanın isti dənizlərə  və dünya okeanlarına çıxışına münasibətdə 

Britaniyanın  siyasətinin  dəyişdiyini  izah  edən  U.Çörçill   bildirdi  ki, 

Britaniyanın siyasəti Rusiyanı isti dənizlərə  və böyük dünya okeanlarına 

buraxmamaqdan   ibarət   deyildir.Əksinə   Britaniyalılar   bu   məsələni Britaniya-

Rusiya dostluğunun bir elementi hesab edirlər. İndi Dizraili və Kerzonun siyasəti 

mövcud deyildir. Bu açıqlamadan sonra o, İ.Stalinin Montrö sazişində hansı 

dəyişiklikləri etmək barədə fikrini soruşdu. Lakin İ.Stalin yalnız ümumi 

müddəaların üzərində dayandı və məsələnin xırdalıqlarını açıqlamadı. O, bildirdi 

ki, Montrö sazişində hansı  dəyişiklikiərin lazım olduğunu, Sazişdə  nəyi 

əvəzləmənin gərəkliliyini deyə bilməz, lakin o hiss edir ki, saziş müasir şəraitə 

uyğun deyildir və Rusiyanın  əleyhinə yönəlmişdir.  İ.Stalin ilk növbədə Montrö 

sazişinə baxılmasını gündəliyə gətirməyə çalışırdı, və bu məqsədlə Sazişin prinsip 

etibarı ilə  dəyişilməsinə Çörçillin münasibətini öyrənmək istəyirdi.  İ.Stalin 

deyirdi: Ola bilməz ki, Sovet İttifaqı kimi böyük bir dövlət belə bir qorxunun 

altında yaşasın ki, Türkiyə kimi kiçik bir dövlət boğazları bağlaya bilər və bizim 

idxalatımızı, ixracatımızı və ya müdafiəmizi sual altında qoya bilər. İ.Stalin əlavə 

etdi ki, o, Türkiyənin suverenliyinə toxunmaq istəmir, lakin belə bir vəziyyətə 

dözmək olmaz ki, Türkiyə Sovet ticarət və  gəmiçiliyinin boğazından yapışmış 

olsun. U.Çörçill prinsip etibarı ilə Stalinin fikirlərini bölüşdüyünü bildirdi, lakin o, 

hesab edirdi ki, bu məsələni kağız üzərində bir qədər sonra qeydə almaq lazımdır. 

Belə ki, Çörçillin fikrincə, əks təqdirdə Türkiyə qorxa bilər və fikirləşər ki, ondan 

İstanbulu güzəştə getməyi tələb edirlər. U.Çörçill Sovetlərin belə bir arzusuna 

tərəfdar idi ki, Rusiya həm hərbi, həm ticarət gəmiləri üçün Aralıq dənizinə 

çıxmaq    imkanı əldə etməlidir. O ümidvar olduğunu bildirirdi ki, Sovet İttifaqı ilə 

bu məsələdə dostcasına işləyə biləcəklər.Boğazlar məsələsinə münasibətdə Çörçill 

Britaniya nöqteyi-nəzərini belə  şərh etdi: "Biz istəyirik ki, bu məsələyə ehtiyatlı 

addımlarla yaxınlaşaq ki, Türkiyəni qorxutmayaq. Əgər Sovet İttifaqı ilə İngiltərə 

ümumi masa arxasıında oturub barışıq haqqında saziş  tərtib etsəydilər və  əgər 

ruslar soruşsaydılar ki, ingilislər Sovet hərbi və ticarət gəmilərinin Aralıq dənizinə 

çıxış imkanı verilməsinə razıdırlarmı, onda o, deyərdi ki, Böyük Britaniya bunun 

əleyhinə deyildir". İ.Stalin qeyd etdi ki, o bu məsələdə 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə