Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə52/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   48   49   50   51   52   53   54   55   ...   256

109 

 

SSRİ arasında qüvvədə olan iqtisadi-ticarət, sərhəd, nəqliyyat və digər müqavilə 



və sazişlər haqında arayışdan ibarət idi. Əslində bu müqavilə  və sazişlərin   

öyrənilməsinə   1944-cü   ildə   yeni   qayıdış   Sovet-Türkiyə münasibətlərinin 

təftiş edilməsi arzusundan irəli gəlirdi. Arayışın iqtisadi-ticarət bölməsində  1934-

cü il kredit protokolu,  1937-ci il ticarət və gəmiçilik haqqında müqavilə, sərhəd 

sazişləri bölməsində SSRİ Türkiyə birgə sərhəd komissiyasının dövlət sərhədləri  

və  sərhəd nişanlarının qurulması haqqında 1926-cı il protokolu, sərhəd çaylarının 

suyundan istifadə haqda 1927-ci il Konvensiyası, SSRİ ilə Türkiyə arasında 

sərhəd münaqişələrinin tənzimlənməsi haqqında 1937-ci il Konvensiyası, 

nəqqliyyat və rabitə bölməsində 1922-ci il poçt-teleqraf və  dəmiryol 

Konvensiyaları, bir ölkənin hərbi gəmilərinin digər ölkənin limanlarına səfəri 

barədə SSRİ Müvəqqəti işlər vəkili ilə Türkiyə Xarici İşlər Nazirliyi arasında 

1930-cu il notalar mübadiləsi, hüquqi sazişlər bölməsində Türkiyədə Sovet 

vətəndaşlarının əmlakının sekvestrinin yolverilməzliyi haqqında 1928-ci il sazişi, 

vərəsəliyin leqallaşdırılması haqqında 1936-cı il Türkiyə səfirliyi ilə SSRİ Xarici 

İşlər Komissarlığı arasında notalar mübadiləsi əks olunurdu (6). 

Qeyd edilən istiqamətdə aprel ayının 22-də hazırlanan "15 aprel 1944-cü il 

üçün SSRİ ilə Türkiyə arasında həll edilməmiş məsələlər üzrə arayış" adlı ikinci 

sənəd daha maraqlı idi. SSRİ Xarici İşlər Komissarlığının Yaxın  Şərq  şöbəsinin 

müdiri vəzifəsini icra edən A.Fedosovun hazırladığı 21 səhifəlik geniş arayışda 

diqqəti çəkən  ən mühüm məsələ  hər həll edilməmiş  məsələnin təsvirindən sonra 

Yaxın  Şərq  şöbəsinin həmin məsələ ilə bağlı  təklifləri idi. Hər bir təklifdə baş 

verən hadisədən Türkiyəyə qarşı  təzyiq vasitəsi kimi istifadə olunması irəli 

sürülürdü (7). Bütövlükdə bu təkliflər az sonra Sovetlərin Türkiyəyə qarşı irəli 

sürəcəyi iddialarının rəsmi başlanğıcı kimi səslənirdi. 

Krım yarımadası Alman qoşunlarından azad edildikdən sonra, 1944-cü ilin 

mayında heç bir zərurət olmadan Krım türklərinin öz tarixi torpaqlarından sürgün 

edilməsi Türkiyə ilə münasibətlərin pisləşmə fonunda baş verir və Sovetlərin Qara 

dəniz boyunca sərhədlərini türk əhalisindən təmizlənməsi xarakteri daşıyırdı. 

Krım türklərinin departasiya edilməsi haqqında  əməliyyatın keçirilməsinə razılılıq 

1944-cü ilin aprel ayının 2-də verildi. Bu məsələ ilə bağlı  10 may  1944-cü ildə 

Xalq Daxili İşlər Komissarı L.Beriya Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalinin 

adına üç səhifəlik məruzə göndərmişdi. Orada deyilirdi: "Daxili İşlər və Dövlət 

təhlükəsizliyi Komissarlıqları  düşmən  agenturasını,  vətən xainlərini, alman-

faşist işğalçıları ilə  əlbir olanları  və digər antisovet ünsürləri aydınlaşdırmaq və 

aradan götürmək üçün Krımda əməliyyat tədbirləri həyata keçirib. May ayının 7-

nə olan vəziyyətə görə 5381 nəfər belə  şəxs həbs edilib. Əhalidə qeyri-qanuni 

saxlanan 5995 tüfəng, 337 pulemyot, 

 

  




110 

 

250 avtomat, 31 minomyot,  böyük həcmdə qranat və patrondan ibarət silahlar 



yığılıb. 

Qızıl  Ordu sıralarından   1944-cü ilə  qədər 20 mindər artıq tatar vətənini 

sataraq və almanların xidmətinə keçərək fərarilik etmişdir. Daha sonra L.Beriya 

yazırdı   ki,  alman  faşist  işğalçıları  Almaniyadan VM Türkiyədən   gəlmiş   

ağqvardiyaçı-müsəlman   mühacirlərin   köməyi      ilə filialları demək olar ki, 

Krımın tatarlar yaşayan bütün rayonlarında mövcud   olan   "Tatar   Milli   

Komitəsi"   adlanan   təşkilatın   kəşfiyyat  şəbəkəsini yaradıblar. "Tatar Milli 

Komitəsi" alman polisi ilə birlikdə 50 min Sovet vətəndaşının Almaniyaya zorla 

aparılmasında, Alman ordusu üçün əhali içərisində  vəsait toplanınasında, yerli 

qeyri-tatar  əhalisinə qarşı,   onların   hər   cür   sıxışdırılması   istiqamətində   

geniş      miqyaslı  xəyanətkarlıq işlərində  fəal  iştirak etmişdir.  Krım tatarlarının 

Sovet xalqına qarşı satqınçılıq hərəkətlərini əsas götürərək və bundan sonra Krım 

tatarlarının Sovet İttifaqının sərhəd rayonlarında yaşamalarının 

arzuolunmazlığından çıxış edərək SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət 

Müdafiə Komitəsinin bütün tatarların Krım ərazisindən sürgün edilməsi haqqında 

qərarını baxılmaq üçün Sizə göndərir". 

L.Beriya yazırdı ki, Krım tatarlarının xüsusi sürgün olunanlar kimi həm kənd 

təsərrüfatında - kolxozlarda və sovxozlarda və  həm də  sənayedə  və tikintidə 

istifadə etmək üçün Özbəkistan SSR-in rayonlarında yerləşdirilməsini 

məqsədəuyğun sayırıq. Tatarların Özbəkistan SSR-də yerləşdirilməsi  məsələsi 

Özbəkistan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi yoldaş 

Yusupovla razılaşdırılıb. İlkin məlumatlara görə, hal-hazırda Krımda 140-160 min 

tatar əhalisi yaşayır. Sürgün əməliyyatı 20-21 mayda başlayacaq və 1 iyunda başa 

çatdırılacaq. Bununla bağlı Dövlət Müdafiə Komitəsinin qərar layihəsini təqdim 

edirik. Xahiş edirəm fikrinizi bildirəsmiz (8). L.Beriyanın müraciətindən   bir gün 

sonra may ayının 11-də Krım türklərinin sürgün edilməsi haqda İ.Stalinin imzası 

ilə Dövlət Müdafiə Komitəsinin qərarı  qəbul edildi. Krım türklərinin sürgün 

edilməsi  əməliyyatı müəyyən edilmiş vaxtdan əvvəl başa çatdırıldı. Artıq may 

ayının 20-də Daxili İşlər Komissarının müavini İ.Serov və Dövlət Təhlükəsizliyi 

Komissarının birinci müavini B.Kobulov Krım türklərinin sürgün edilməsi üzrə 

tədbirlərin başa çatdırıldığı haqqında L.Beriyaya məruzə etdilər. İyul ayının 4-də 

L.Beriya Krım  əməliyyatının başa çatması haqqında  İ.Stalinə hesabat göndərdi. 

Orada göstərilirdi ki, Krımdan bütövlükdə 225009 adam sürgün edilmişdir, bunun  

183155 nəfəri tatar, 12422 nəfəri bolqar, 15040 nəfəri yunan, qalanları isə digər 

xalqların nümayəndələridir. Dövlət Müdafiə Komitəsinin 21 may 1944-cü il 

qərarına uyğun olaraq tatarların 151604 nəfərinin Özbəkistan SSR-in vilayətlərinə, 

31551 nəfərinin isə Rusiya Federasiyasının vilayətlərinə sürgün olunduğu 

bildirilirdi. Ümumiyyətlə, XIX əsrin sonlarından 1944-cü ildə deportasiya 

 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə