Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə49/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   45   46   47   48   49   50   51   52   ...   256

102 

 

girməklə bağlı Türkiyəyə Almaniya tərəfindən göstərilən təzyiqlər son bir ildə 



SSRİ, ABŞ və İngiltərə təzyiqləri ilə əvəz olunmuşdu. 

Türkiyənin müharibəyə qatılması  məsələsi üç müttəfiq ölkənin dövlət 

başçılarının Tehran konfransında ilk müzakirəyə çıxarılan məsələlərdən biri oldu. 

Konfransın 1943-cü ilin noyabr ayının 28-də başlanan birinci plenar iclasında 

U.Çörçill Türkiyə  məsələsinə toxunaraq dedi: "Növbəti mühüm məsələ 

müharibəyə girməklə bağlı Türkiyəni inandırmaqdan ibarətdir. Bu imkan verərdi 

ki, Dardanell və Bosfordan yollar açılsın və biz təchizatları Qara dəniz vasitəsi ilə 

(SSRİ-yə - C.H.) göndərək. Bundan əlavə, biz Türkiyənin aerodromlarından 

düşmənə qarşı mübarizə üçün istifadə edə bilək" (78). Eyni zamanda Çörçill əlavə 

etdi ki, Türkiyə müharibəyə girdiyi təqdirdə ona silah verilməsi, hərbi hava 

qüvvələri və 2-3 diviziya göndərilməsi yolu ilə kömək etmək olar. Türkiyə 

müharibəyə girməkdən imtina etdiyi halda ona göstərilən ingilis köməyindən 

məhrum olur və müharibədən sonrakı sülh konfransına buraxılmırdı. Çörçill bu 

siyasətin Boğazlara münasibətdə ciddi nəticələr verəcəyi ilə türkləri xəbərdar 

edirdi. O deyirdi: "Biz onlara bildiririk ki,... Türkləri müdafiə etməyəcəyik,... 

onlar gərək öz işlərini Sovet İttifaqı ilə  tənzim etsinlər" (79). İ.Stalin isə öz 

növbəsində bildirdi: "Mən şübhə edirəm ki, Türkiyə müharibəyə girsin. Bizim ona 

hansı təzyiqi göstərməyimizdən asılı olmayaraq Türkiyə müharibəyə girməyəcək" 

(80). Tehran konfransındakı müzakirələrdə ABŞ  və Sovet nümayəndələri 

Türkiyəyə yardım göstərilməsi barədə Çörçillin fikrini müdafiə etmədilər. Onlar 

belə hesab edirdilər ki, Türkiyəyə yardım göstərilməsi müttəfiqlərin ikinci 

cəbhənin açılması ilə bağlı "Overlord" əməliyyatını yubandıra bilər.  İkinci 

cəbhənin açılması  məsələsi gündəliyə  gələndə  İ.Stalin öncə "Overlord" fikrində 

qaldı. F.Ruzvelt isə haqlı olaraq deyirdi ki, əlbəttə, mən Türkiyəni müharibəyə 

qoşulmağa məcbur etməyin tərəfdarıyam, lakin əgər mən Türkiyənin prezidenti 

olsaydım, silah və sursatın əsas hissəsini almadan müharibəyə qatılmazdım (81). 

Tehran konfransındakı müzakirələrdə Türkiyə məsələsinə toxunan İ.Stalin onu 

həm hərbi, həm də siyasi məsələ hesab edirdi. O, qeyd edirdi ki, Türkiyə Böyük 

Britaniyanın müttəfiqidir, SSRİ və ABŞ-la dostluq münasibətlərindədir. Lazımdır 

ki, artıq Türkiyə bizimlə Almaniya arasında oynamasın (82). 

Tehran konfransı zamanı Türkiyənin müharibəyə girəcəyi təqdirdə Sovet 

İttifaqının ona münasibətini öyrənməklə bağlı Çörçill bir sıra məsələləri 

dəqiqləşdirmək istədi. O dedi ki, əgər Türkiyə Almaniyaya müharibə elan etsə, 

Bolqarıstan ona hücum edəcək, bu halda Sovet hökumətı Bolqarıstanı özünün 

düşməni hesab edəcəkmi? İ,Stalin bu suala təsdiqləyici cavab verdi. Ona görə də 

konfransın qərarında qeyd olundu ki, Türkiyənin 1943-cü ilin sonuna kimi 

müharibəyə daxil olması müstəsna 

 



103 

 

dərəcədə əhəmiyyətlidir. Marşal Stalinin bəyanatını nəzərə alaraq müttəfiqlər belə 



qənaətə gəldilər ki, əgər Türkiyə Almaniya ilə müharibə apararsa və əgər bunun 

nəticəsində Bolqarıstan Türkiyəyə müharibə elan edərsə və ya ona hücum edərsə, 

Sovet İttifaqı dərhal Bolqarıstanla müharibə vəziyyətində olmalıdır (83). 

Türkiyə ilə bağlı  məsələlər Tehran konfransında noyabr ayının 30-da nahar 

zamanı Molotov, İden və Hopkins arasında da geniş müzakirə edildi. İden dedi: 

"Türkiyəyə müharibəyə girməsi üçün birgə çağırışla təklif etmək lazımdır. Bu 

tələbdən imtina edəcəyi təqdirdə onu hansı aqibətin gözlədiyini Türkiyəyə izah 

etmək lazımdır". İden bunun müttəfiq kimi daha çox İngiltərəyə aid olan məsələ 

olduğunu şərh edib dedi ki, əgər marşal Stalin və Ruzvelt razılaşsaydılar İ.İnonünü 

Qahirəyə Çörçill və Ruzveltin görüşünə  dəvət etmək olardı.  O əlavə etdi ki,  

İnönü Konstitusiyaya istinad edib Qahirəyə  gəlməyə bilər, bu halda İden 

müttəfiqlərin tələblərinin Türkiyəyə göndərilən   nümayəndə vasitəsi ilə ona 

çatdırılmasını uyğun bilirdi. Molotov İdenin Nüman Menemençioğlu ilə 

söhbətindən sonra bu işə optimist yanaşmadığını qeyd etdi. Hopkins konfransın 

gedişində Rusiyanın Türkiyənin müharibəyə cəlb edilməsinə elə də böyük maraq 

göstərmədiyini, Stalinin bir neçə  dəfə Türkiyənin müharibəyə  cəlb edilməsinin 

qeyri-mümkünlüyünü təkrar etdiyini və bir dəfə  də olsun bunun zəruriliyini dilə 

gətirmədiyini vurğuladı. O, qeyd etdi ki, Türkiyəni müharibəyə cəlb etmək üçün 

müttəfiqlər öz üzərinə bir sıra öhdəliklər götürməlidirlər. Hopkinsin fikrincə, 

Türkiyəni müharibəyə  cəlb etmək üçün hətta "Overlord" əməliyyatını yubatmaq 

da olardı. V.Molotov bildirdi ki, əgər Türkiyənin müharibəyə qatılması "Overlord" 

əməliyyatının yubanması demək olacaqsa, onda marşal Stalin Türkiyənin 

müharibəyə cəlb edilməsinin əleyhinədir (84). 

Tehran konfransı zamanı Boğazlar məsələsi də diqqətdən kənarda qalmadı. 

Britaniya Baş naziri Rusiyanın isti dənizlərə  çıxmasının zəruriliyini qeyd edərək 

bildirdi ki, əvvəllər ingilislər buna etiraz edirdilər, indi isə heç bir etirazları 

yoxdur.  Əlverişli məqamdan istifadə edərək  İ.Stalin Boğazlar rejimi haqda 

məsələyə yenidən baxılmasının gərəkliliyini qeyd etdi. O dedi ki, Rusiya kimi 

böyük ölkə Qara dənizdə  təcrid olunmuş  vəziyyətdədir.  Əgər indi ingilislər 

Rusiyanı boğmaq istəmirlərsə, zəruridir ki, onlar Boğazlar rejimini 

yüngülləşdirsinlər. Tərəflər belə fikrə  gəldilər ki, isti dənizlərdə limanlar və 

Boğazlar məsələsini müzakirə etməyə  hələ vaxt vardır. U.Çörçill Boğazlar 

rejiminə yenidən baxılmasının mümkünlüyünü həm də Yaponiyanın Montrö 

konvensiyasının iştirakçısı olması ilə  əlaqələndirirdi. Prezident Ruzvelt isə 

Boğazların bütün ölkələrin hərbi ticarət gəmilərinin üzünə açıq olması prinsipinə 

tərəfdar idi (85). Əslində isə  tərəflər bu müzakirələri Boğazlar məsələsində bir-

birlərinin mövqelərini öyrənmək məqsədi ilə aparırdılar. 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə